Azərbaycan respublikasinin cinayət məCƏLLƏSİ



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə20/105
tarix15.07.2018
ölçüsü2,64 Mb.
#56060
1   ...   16   17   18   19   20   21   22   23   ...   105

111.0.4.  düşərgə  və  qettoların  yaradılması  ilə  əhalini  irqi  qruplara  bölmək,  irqi 
qruplar  arasında  qarışıq  nikahları  qadağan  etmək,  irqi  qrupa  və  ya  qruplara  və  ya 
onların  üzvlərinə  mənsub  olan  torpaq  sahələrini  onların  razılığı  olmadan  almaq 
məqsədilə, qanunverici tədbirlər daxil olmaqla, hər hansı bir tədbiri həyata keçirmə
111.0.5. irqi qrupa və ya qruplara mənsub olan şəxslərin əməyini istismar etmə; 
111.0.6.  aparteidə  qarşı  çıxan  şəxsləri  və  təşkilatları,  əsas  hüquq  və  azadlıqlardan 
məhrum etmə vasitəsilə təqib etmə— 
on  iki  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 1 2 .  Beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə
 
Şəxsləri  beynəlxalq  hüquq  normalarına  zidd  olaraq  həbs  etmə  və  ya  başqa  cür 
azadlıqdan məhrum etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   1 1 3 .  İşgəncə
 
Tutulmuş  və  ya  azadlığı  başqa  cür  məhdudlaşdırılmış  şəxslərə  fiziki  ağrılar  və  ya 
psixi iztirablar vermə— 
yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
17-ci fəsil 
MÜHARİBƏ CİNAYƏTLƏRİ 
M a d d ə   1 1 4 .  Muzdluluq
 
114.1.  Muzdlular  yığma,  onlara  təlim  keçmə,  maliyyələşdirmə  və  başqa  cür  maddi 
təminat  vermə,  habelə  onlardan  hərbi  münaqişədə  və  ya  hərbi  əməliyyatlarda  istifadə 
etmə— 
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[86]
 
114.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə 
və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə— 
doqquz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[87]
 
114.3. Muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı— 
beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
[88]
 
Qeyd:
 
1.  Bu  fəsildə  nəzərdə  tutulmuş  istər  beynəlxalq,  istərsə  də  daxili  silahlı  münaqişə  zamanı 
hərbi  əməliyyatların  planlaşdırılması,  hazırlanması,  başlanması  və  ya  aparılması  ilə  əlaqədar 
olaraq törədilmiş əməllər müharibə cinayətləri hesab olunur.
 
2.  Muzdlu  dedikdə,  hərbi  münaqişədə  və  hərbi  əməliyyatlarda  iştirak  edən  dövlətin 
vətəndaşı olmayan, onun ərazisində daimi yaşamayan, habelə rəsmi vəzifələrin yerinə yetirilməsi 


üçün  göndərilməyən,  maddi  mükafat  əldə  etmək  məqsədilə  fəaliyyət  göstərən  şəxslər  nəzərdə 
tutulur.
 
M a d d ə   1 1 5 .  Müharibə qanunlarını və adətlərini pozma
 
115.1.  Əsirləri,  beynəlxalq  humanitar  hüquqla  müdafiə  olunan  digər  şəxsləri  əsir 
götürmüş  tərəfin  silahlı  qüvvələrində  xidmət  etməyə,  habelə  düşmən  dövlətin 
vətəndaşlarını öz ölkələrinə qarşı yönəlmiş hərbi əməliyyatlarda iştirak etməyə məcbur 
etmə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
115.2. Bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə işgəncə vermə, 
onlarla  qəddar  və  ya  qeyri-insani  rəftar  etmə  və  ya  onların  üzərində  tibbi,  bioloji  və 
başqa tədqiqatlar aparma, o cümlədən daxili orqanları köçürmə üçün çıxarma və ya öz 
qoşunlarını  və  ya  obyektləri  hərbi  əməliyyatlardan  qorumaq  məqsədilə onlardan  sipər 
kimi istifadə etmə, yaxud belə şəxsləri girov kimi saxlama və ya mülki əhalini məcburi 
işlərə  cəlb  etmə  və  ya  digər  məqsədlər  üçün  qanuni  yerləşdiyi  yerlərdən  məcburi 
köçürmə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
115.3.  Bu  Məcəllənin  115.1  və  115.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
şəxslərin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır . 
115.4. Bu Məcəllənin 115.1-ci maddəsində göstərilən şəxsləri qəsdən öldürmə— 
on  dörd  ildən  iyirmi ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya  ömürlük 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır .
 [89]
 
M a d d ə   1 1 6 .  Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq 
normalarını pozma
 
116.0.  Silahlı  münaqişə  zamanı  beynəlxalq  humanitar  hüquq  normalarını  pozma, 
yəni: 
116.0.1. mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmə; 
116.0.2. ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurma
116.0.3.  sülh  məramlı  tədbirlərin  həyata  keçirilməsinə  və  ya  humanitar  yardımın 
göstərilməsinə  cəlb  olunmuş  şəxsi  heyətə,  o  cümlədən  Qızıl  Xaç  və  Qızıl  Aypara 
fərqləndirici  emblemləri  olan  heyətə,  tikililərə,  qurğulara,  nəqliyyat  vasitələrinə,  tibbi 
əmlaka hücum etmə;
[90]
 
116.0.4.  hərbi  əməliyyatların  aparılması  üsulu  kimi  mülki  əhali  arasında  yaranmış 
aclıqdan istifadə etmə; 
116.0.5. yetkinlik yaşına çatmayanları silahlı qüvvələrə cəlb etmə
116.0.6. hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətmə; 
116.0.7.  müdafiə  olunmayan  ərazilərə,  yaşayış  məntəqələrinə  və  silahsızlaşdırılmış 
zonalara hücum etmə; 


116.0.8. hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb 
obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etmə;
[91]
 
116.0.8-1. hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə 
altında  olan  mədəni  sərvəti  hücum  obyektinə  çevirmə,  yaxud  gücləndirilmiş  mühafizə  altında 
olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi 
üçün istifadə etmə;
 
116.0.8-2.  mədəni  sərvəti  qəsdən  böyük  həcmdə  dağıtma  və  ya  mənimsəmə,  yaxud  mədəni 
sərvətə  münasibətdə  oğurluq,  soyğunçuluq,  qanunsuz  mənimsəmə  və  ya  vandalizm  aktları 
törətmə;
 
116.0.8-3. mədəni sərvəti işğal edilmiş ərazidən qanunsuz çıxarma, yaxud həmin ərazidə olan 
mədəni  sərvətə  mülkiyyət  hüququnu  başqasına  vermə  və  ya  ona  xitam  vermə;  mədəni  sərvətin 
bilavasitə qorunması, uçotu və ya saxlanılması tələb edildiyi hallar istisna olmaqla, işğal edilmiş 
ərazidə hər hansı arxeoloji qazıntı aparma; mədəni sərvətin mədəni, tarixi və ya elmi xarakterini 
gizlətmək  və  ya  məhv  etmək  məqsədi  ilə  onu  modifikasiya  etmə  və  ya  ondan  istifadə  növünü 
dəyişdirmə.
[92]
 
116.0.9.  müvəqqəti  barışıq  haqqında  və  ya  həlak  olanların  və  yaralıların  döyüş 
meydanından  aparılması,  dəyişdirilməsi  və  ya  daşınması  məqsədilə  döyüş 
əməliyyatlarının dayandırılması barədə sazişi pozma; 
116.0.10.  mülki  əhaliyə  və  ya  döyüşlərdə  iştirak  etməyən  ayrı-ayrı  mülki  şəxslərə 
hücum etmə; 
116.0.11.  hərbi  əməliyyat  bölgələrində  əhaliyə  qarşı  zorakılıq  göstərmə,  quldurluq 
etmə, əmlaklarını məhv etmə, habelə hərbi zərurət bəhanəsi ilə əmlakı qanunsuz olaraq 
alma; 
116.0.12. dağıdılması mülki əhali arasında böyük itkilərə səbəb ola bilən və ya mülki 
obyektlərə əhəmiyyətli zərər vura bilən qurğulara hücum etmə
116.0.13.  hərbi  əməliyyatlarda  birbaşa  iştirakını  təqsirkar  üçün  aşkar  surətdə 
dayandırmış, həmçinin silahı olmayan və ya silahını yerə qoymaqla təslim olan, yaxud 
yaralanma və ya başqa səbəbdən müqavimət göstərə bilməyən şəxsə hücum etmə; 
116.0.14. işqal olunmuş ərazilərdə öz mülki əhalisinin bir hissəsini yerləşdirmə; 
116.0.15.  hərbi  əsirlərin  və  mülki  şəxslərin  vətənə  qaytarılmasını  əsassız  olaraq 
gecikdirmə; 
116.0.16.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələrlə 
qadağan  edilmiş  silahları,  müharibə  vasitələrini  və  üsullarını  silahlı  münaqişələrdə 
tətbiq etmə; 
116.0.17.  zorlama,  cinsi  köləlik,  məcburi  fahişəlik,  məcburi  sterilizasiya,  məcburi 
hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə
[93]
 
116.0.18.  bu  Məcəllənin  115.1-ci  maddəsində  göstərilən  şəxsləri  beynəlxalq  hüquq 
normalarına  zidd  olaraq  həbs  etmə  və  ya  başqa  cür  azadlıqdan  məhrum  etmə,  habelə 
prosessual hüquqlardan məhrum etmə— 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə