Azərbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 40,99 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü40,99 Kb.
#1601


 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ

 

 

 

 

 

abituriyentin 



YADDAŞ  

KİTABÇASI

 

(Azərbaycan Tibb Universitetinin  hərbi tibb məktəbinə  

feldşer ixtisası üzrə qəbul imtahanı üçün ) 

 

Aşağıdakıları imtahana gətirmək qadağandır:



 

 

 



 

 

 



 

İmtahan binasına  giriş zamanı üzərində  mobil telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan  abituriyentlər  barədə  akt  tərtib  olunur,  bu  vasitələr  və 

onların  imtahan  sənədləri  alınır  və  onlar  imtahan  binasına 

buraxılmırlar. 



 

İmtahanının nəticələrini 



www.dim.gov.az

 internet səhifəmizdən öyrənə bilərsiniz! 

2017 



 



ƏZİZ ABİTURİYENTLƏR! 

 

Azərbaycan  Respublikası  Dövlət  İmtahan  Mərkəzi  (DİM)  təhsilinizi  davam 



etdirmək istəyinizi bəyənir və sizə uğurlar arzulayır! 

 

DİM-in  məqsədi  imtahanda  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  rahat  şərait 



yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

 

Yüksək  bilik  nümayiş  etdiyiniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl 



etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA 

ƏMƏL ETMƏLİSİNİZ: 

 

1.



 

Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz 

binanın  qarşısına  gəlməli,  özünüzlə  mütləq  qara  və  ya  tünd  göy  rəngdə  yazan, 

mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB  sərtliyində  sadə  karandaş, 

qələmyonan, pozan və aşağıdakı  sənədləri gətirməlisiniz:  

-

 

şəxsiyyət vəsiqəsi

-

 

imtahana  buraxılış vərəqəsi 

DİQQƏT!  Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında 

uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!  

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata 



keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana 

buraxılış vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



ABİTURİYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 



İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan 

sonra  nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb  

nəzarətçiyə müraciət edin. 

2.

 



İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd 

göy  rəngdə  yazan  mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  doldurun.  Cavab 

kartı”ndakı  məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur.  Ona  görə  də  cavab  kartı  ilə 

işləyərkən  ehtiyatlı olun. Dairələri tam qaralayın, kartın  əks üzünün qabarmaması 

üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.  

DİQQƏT! 

 

Korlanmış cavab kartı dəyişdirilmir. 

Cavab kartının 1-ci bölməsində  iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap 

edilmişdir. Özünüz  haqqında çap edilmiş həmin məlumatları yoxlayın. Uyğunsuzluq 

aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.  



2-ci bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol 

verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. cavab kartında çap 

edilmiş    məlumatların  düzgünlüyünü  və    Bəyannamə  ilə  tanış  olduğunuzu  öz 

imzanızla təsdiq edin. 



3-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı çap edilmişdir. 

4-cü bölmədə iş nömrənizin  hər bir rəqəmini ardıcıl olaraq damalara  yazıb, hər 

bir damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni qaralayın. 




 

Bu  zaman  diqqətli  olun:  hər  sütunda  yalnız  bir  dairə  qaralanmalıdır.  Bu  bənddə 



həmçinin soyadınızı, adınızı, atanızın adını müvafiq sətirlərə yazın.  

3.

 



Sonra    sizə  üzərində  iş  nömrəniz,  soyadınız  və  ata  adınız  çap  edilmiş  və  cavab 

kartınızın 3-cü bölməsində göstərilmiş varianta uyğun sual kitabçası verilir.  



DİQQƏT! Sizə verilən sual kitabçası sizə məxsus deyilsə və ya cavab  kartınızın 3-

cü  bölməsində  çap  edilmiş  varianta  uyğun  olmazsa,  dərhal    nəzarətçiyə  müraciət 

edin.  Belə  ki,  imtahan  nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  cavab 

kartınızda  göstərilmiş  varianta  uyğun  və  sizə  məxsus  olan  sual  kitabçasının  doğru 

cavabları  ilə  müqayisə  ediləcəkdir.  Sual  kitabçasının  sizə  düzgün  təqdim 

olunduğuna əmin olun. Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu 

vərəqləyərək  çap  qüsurlarının  olub-olmadığını  yoxlayın.  Belə  qüsurlar  varsa, 

problemin aradan qaldırılması üçün nəzarətçiyə  müraciət edin. 

4.

 

“İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  2  saat 



vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd  olunması  (uyğun 

dairələrin qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir. 

5.

 

Sizə 40 test tapşırığı təqdim olunur. Cavablarınızı yazarkən, hər bir sualın cavabını 



cavab  kartında  həmin  suala  uyğun    sırada    qeyd  edin.  Sual  kitabçasında  hər  suala 

verilmiş  beş  cavabdan  (bunlar  A,  B,  C,  D,  E  hərfləri  ilə  işarələnmişdir)  düzgün 

hesab  etdiyiniz  yalnız  bir  cavabı  seçin  və  “Cavab  kartı”nda  ona  uyğun  dairəni 

qaralayın.  Əgər bir suala cavab olaraq iki və daha çox dairə qaralanarsa, həmin cavab 

səhv hesab edilir.  

Ballarınız  hesablanarkən  yalnız  cavab  kartında  qaraladığınız  cavablar 

nəzərə alınır. 

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 

cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma 

zamanı  köçürmə  faktı  aşkar  edilərsə,  həm  köçürənin,  həm  də  köçürməyə  şərait 

yaradanın imtahan nəticələri ləğv olunacaqdır.



 

6.

 



Hesablamaları  və  qeydləri  aparmaq  üçün  “Sual  kitabçası”nda  kifayət  qədər  boş 

yerlər  nəzərdə  tutulmuşdur.  Buna  görə  də  əlavə  kağızdan  istifadə  etməyə  icazə 

verilmir. 

7.

 



İmtahanın başlanmasından 1 saat  müddət keçənədək və qurtarmasına qalmış son 15 

dəqiqə ərzində imtahan zalını tərk etmək qadağandır.   

8.

 



“İmtahan  qurtardı!”  elan  olunduqda  cavab  kartınızı  və  sual  kitabçanızı  mütləq 

nəzarətçiyə təhvil verin.  

9.

 

Cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  verdikdən  sonra  imtahana 



buraxılış  vərəqəsində  nəzarətçiyə  imza  etdirməlisiniz.  İmtahan  sənədlərini 

nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.  



DİQQƏT!  Cavab  kartının  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  abituriyent 

şəxsən məsuliyyət daşıyır. 

10.

 

 Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin 



üzərindəki aktı imzalaya bilərsiniz.  

 

 

 

 

 


 



ABİTURİYENTƏ QADAĞANDIR: 



 

-

 

saxta sənəd təqdim etmək;  



-

 

imtahan  binasına  (zalına)  mobil  telefon,  xarici  yaddaş  qurğuları,  kalkulyator,  çanta, 

konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası  və  digər  yardımçı  vasitələr  gətirmək  və 

onlardan istifadə etmək; 



-

 

yandırıcı, partlayıcı, kəsici, deşici və digər bu növ əşyalarla imtahan binasına girmək, 

özü ilə siqaret gətirmək; 

-

 

sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib 

yenidən geri dönmək; 

-

 

nizam-intizam qaydalarını pozmaq; 



-

 

zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən  durmaq  və  bu  kimi  hallarla  imtahanın 

gedişinə mane olmaq; 

-

 

başqasının  cavab  kartına,    sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına,  sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq;  

-

 

“İmtahan başlandı!” elan olunan andan 1 saat müddətində və imtahanın qurtarmasına 

qalmış son 15 dəqiqə ərzində imtahandan getmək; 

-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab  kartını  və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  vermədən  imtahan  zalından 

çıxmaq. 

Belə  hallara  yol verən  abituriyentlər  imtahandan  xaric olunacaq və onların  

imtahan nəticələri ləğv olunacaqdır. 

DİQQƏT!  Belə  hallara  yol  verən  abituriyentlər  imtahandan  xaric  olunacaq  və 

onların imtahan nəticələri DİM tərəfindən ləğv olunacaqdır. 

Qəbul  Qaydalarında  hər  hansı  bir  pozuntuya  və  saxtakarlığa  yol  verməsinə  görə 

(saxta  sənəd  təqdim  etmə,  köçürmə,  köçürməyə  şərait  yaratma,  imtahana  öz  yerinə 

başqasını  göndərmə  və qəbul qaydalarına zidd digər hərəkətlər) abituriyentin  imtahan 

nəticələrinin  ləğv  olunması  və  onun  haqqında  müvafiq  inzibati-hüquqi  tədbirlərin 

görülməsi  nəzərdə  tutulmuşdur.  Siz  cavab  kartının  2-ci  bölməsində  belə  hallara  yol 

verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız. 

Əgər  siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq 

nəzarətçiyə  müraciət edin,  nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və  ya 

DİM nümayəndəsinin zala gəlməsini tələb edin. 

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi 

zamanı  nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra  sizin 

onlara  sual  verməniz,  onların  sizə  yaxınlaşıb  hər  hansı  bir  məlumat  almaq  üçün 

müraciət etməsi imtahan qaydalarına ziddir.  

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa, 

bu  barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan  binasından 

çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 



 Sizə müvəffəqiyyətlər arzulayırıq! 

 

Yüklə 40,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə