Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
Maddə  143.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasının 
təxirə salınması və ya onun icrasına möhlət verilməsi 
  
143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona verilmiş xüsusi 
hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə növündə inzibati tənbeh 
tətbiq  etmə  haqqında  qərarın  müəyyən  edilmiş  müddətdə  icrasının  həyata 
keçirilməsini qeyri-mümkün edən hallar mövcud olduqda, qərarı qəbul etmiş 
hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs)  qərarın  icrasını  bir  ayadək  müddətə 
təxirə salır. 
143.2.  İnzibati  məsuliyyətə  cəlb  olunan  şəxsin  maddi  vəziyyəti  nəzərə 
alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar qəbul etmiş hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı ayadək müddətə uzadıla bilər. 
  
Maddə  144.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasının 
dayandırılması 
  
144.1.  Qərardan şikayət  və  ya  protest verildikdə,  inzibati  tənbeh  tətbiq 
etmə  haqqında  qərarı  qəbul  etmiş  hakim,  səlahiyyətli  orqan  (vəzifəli  şəxs) 
həmin qərarın icrasını şikayətə və ya protestə baxılanadək dayandırır. İcranın 
dayandırılması barədə qərardad qəbul edilir və qərardad dərhal onu icra edən 
orqana (vəzifəli şəxsə) göndərilir. 
144.2.  İnzibati  həbs  və  ya  ictimai  işlər  növündə tənbeh  tətbiq  etmə 
haqqında  qərardan şikayət  və  ya  protest verilməsi  həmin  qərarın  icrasının 
dayandırılmasına səbəb olmur. 
  
Maddə 145. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam 
verilməsi 
  
145.1.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarı  qəbul  etmiş  hakim, 
səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın icrasına xitam verir: 
145.1.1.  bu  Məcəllənin  inzibati  məsuliyyət  müəyyən  edən  müvafiq 
müddəaları qüvvədən düşmüş hesab edildikdə
145.1.2.  barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  çıxarılmış  şəxs 
öldükdə  və  ya  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsi  ilə 
müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə; 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
145.1.3. inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-
ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə
145.1.4. bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi 
üçün əsaslar yarandıqda; 
145.1.5. ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrası  zamanı  bu  Məcəllənin  28.4-cü  maddəsində  nəzərdə  tutulmuş  hallar 
yarandıqda; 
145.1.6. barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  qərar  çıxarılmış  şəxs 
həmin  qərarı  icra  etməməyə  görə  bu  Məcəllənin  529.1,  529.2  və  ya  529.4-cü 
maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə. 
145.2.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasına  xitam 
verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad 
qəbul edilir. 
  
Maddə 146. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddəti 
  
146.1. Bu  Məcəllənin  22.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  inzibati 
tənbeh istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni 
qüvvəyə  mindiyi  gündən  sonra  bir  il müddətində  icra  edilməmişdirsə, daha 
icra edilmir. 
146.2.  İnzibati  məsuliyyətə  cəlb  edilmiş  şəxs  inzibati  tənbeh  tətbiq  etmə 
haqqında  qərarın  icrasından  boyun  qaçırarsa,  bu  Məcəllənin  146.1-ci 
maddəsində  müəyyən  edilmiş  müddətin  axımı  dayanır.  Belə  halda  icra 
müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. 
146.3.  Bu  Məcəllənin  142  -  144-cü  maddələrinə  uyğun  olaraq  inzibati 
tənbeh  tətbiq  etmə  haqqında  qərarın  icrasına  möhlət  verildikdə  və  ya  onun 
icrası dayandırıldıqda, qərarın icrası müddətinin axımı möhlət verilmə və ya 
dayandırılma müddəti bitənədək dayanır. 
  
Maddə  147.  İnzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  üzrə  icraatın 
başa çatması 
  
İnzibati  tənbehin  tətbiqi  üzrə  icraat  tamamilə  başa  çatdıqda,  bu  barədə 
müvafiq qeyd aparılmaqla, inzibati tənbeh tətbiq etmə haqqında qərar, onun 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
icrasını həyata keçirən səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin qərarı 
qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır. 
  
Maddə  148.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda 
yaşayan  və  Azərbaycan  Respublikasının  ərazisində  əmlakı  olmayan  şəxs 
barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası 
  
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayan  və 
Azərbaycan  Respublikasının  ərazisində  əmlakı  olmayan  şəxs  barəsində 
inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  Azərbaycan  Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq icra edilir. 
  
FƏSİL 19 
  
İnzibati tənbehin ayrı-ayrı növlərinin icrası qaydası 
  
Maddə 149. Xəbərdarlıq haqqında qərarın icrası 
  
Xəbərdarlıq  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında  qərar  onu 
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 
117-ci maddəsində nəzərdə tutulmuş qaydada qərarın surətinin göndərilməsi 
və ya təqdim edilməsi yolu ilə icra olunur. 
  
Maddə 150. İnzibati cərimənin tətbiqi haqqında qərarın icrası 
  
150.1.  İnzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə 
haqqında səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qərarı qanuni  qüvvəyə 
mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət 
verilmənin,  təxirəsalmanın  müddəti  bitdikdən  otuz  gündən  gec  olmayaraq, 
inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 
150.2. İnzibati  cərimə  növündə  inzibati  tənbeh  tətbiq  etmə  haqqında 
məhkəmənin  qərarı  qanuni  qüvvəyə  mindikdən  və  ya  bu  Məcəllənin  143-
cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti 
bitdikdən  on  gündən  gec  olmayaraq,  inzibati  xəta  törətmiş  şəxs inzibati 
cəriməni ödəməlidir. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə