Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə ərzində on iki 
saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə inzibati tənbehin 
müddəti  istirahət,  səsvermə,  iş  günü  hesab  edilməyən  bayram  günlərində, 
ümumxalq hüzn günündə və barəsində ictimai işlər növündə inzibati tənbeh 
tətbiq  edilən  şəxsin  əsas  işindən  və  ya  təhsilindən  asudə  vaxtlarında  dörd 
saatdan, iş günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati 
tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola bilməz. Üzrlü 
səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh 
tətbiq edilən şəxsə həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə 
verir. 
154.9.  İctimai  işlər  növündə  inzibati  tənbehin  icrası  zamanı  işəgötürən, 
barəsində  bu  tənbeh  növü  tətbiq  edilən  şəxslər  üçün  müəyyən  edilmiş  işin 
yerinə yetirilməsinə nəzarət edir, onların işlədikləri saatların uçotunu aparır və 
ictimai işləri yerinə yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna 
məlumat verir. 
154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs 
ictimai  işlər  növündə  inzibati  tənbehin  çəkilməsi  qaydalarını  pozduqda,  icra 
məmuru ona məsuliyyət daşıyacağı barədə rəsmi xəbərdarlıq edir. 
154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs 
ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, icra 
məmuru bu  Məcəllənin 529.4-cü  maddəsində  nəzərdə tutulmuş  inzibati  xəta 
haqqında protokol tərtib edir. 
  
Maddə  155.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara 
inzibati qaydada çıxarma haqqında qərarın icrası 
  
155.1.  Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan 
Respublikasının  hüdudlarından  kənara  inzibati  qaydada  çıxarma  haqqında 
qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər. 
155.2.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada  çıxarma  haqqında  səlahiyyətli  orqanların  (vəzifəli  şəxslərin) 
qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. 
155.3. Əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının 
hüdudlarından  kənara  inzibati  qaydada  çıxarma  haqqında  qərarın  icrasından  boyun 
qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, 
onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
və  müddətdə  müvafiq  icra  hakimiyyəti  orqanının  qanunsuz  miqrantların  saxlanılması 
mərkəzlərinə yerləşdirilirlər.
 
155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən getmək hüququ 
müvəqqəti 
məhdudlaşdırıldıqda, 
onun 
Azərbaycan 
Respublikasının 
hüdudlarından kənara inzibati qaydada çıxarılması məhdudlaşdırmaya səbəb 
olan hallar aradan qalxdıqdan sonra icra edilir. 
155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati qaydada çıxarılan 
əcnəbilərin  və  ya  vətəndaşlığı  olmayan  şəxslərin  çıxarılmasına  görə  xərclər 
onların  öz  üzərinə  düşür. Bu  şəxslərin  çıxarılması  üçün  onların  vəsaiti 
olmadıqda,  belə  xərclərin  ödənilməsi  onları  qəbul  edən  şəxslərin,  idarə, 
müəssisə  və  təşkilatların,  qəbul  edən  tərəf  olmadıqda  isə  müvafiq  icra 
hakimiyyəti orqanının üzərinə düşür. 
155.6.  Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada  çıxarma  haqqında  qərar  icra  edildikdən  sonra,  çıxarma  haqqında 
müvafiq  qeyd  aparılmaqla, həmin  qərar  onu  qəbul  etmiş  səlahiyyətli  orqana 
(vəzifəli şəxsə) qaytarılır. 
155.7. Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  inzibati 
qaydada  çıxarma  inzibati  tənbeh  tədbirinin  tətbiqindən  irəli  gələn  digər 
məsələlər  bu  Məcəllədə  nəzərdə  tutulan  müddəalara  zidd  olmamaq  şərti  ilə 
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq həll edilir. 
  
Maddə 156. İnzibati həbs haqqında qərarın icrası 
  
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra 
həmin qərar dərhal icra edilir. 
156.2.  Barəsində  inzibati  həbs  tətbiq  edilmiş  şəxslər müvafiq  icra 
hakimiyyəti  orqanının müəyyən  etdiyi  yerlərdə  mühafizə  altında  saxlanılır. 
İnzibati  həbs  haqqında  qərar  icra  olunarkən,  həbs  edilənlər  şəxsi  axtarışdan 
keçirilir. 
156.3.  İnzibati  qaydada  tutma  müddəti  inzibati  həbs  müddətinə  daxil 
edilir. 
  
Xüsusi hissə 
  
VI BÖLMƏ 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
İnzibati xətalar 
  
FƏSİL 20 
  
Sağlamlıq əleyhinə olan inzibati xətalar 
  
Maddə 157. Döymə 
  
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - 
beş  yüz  manatdan  min  manatadək  məbləğdə  cərimə  edilir  və  ya  işin 
hallarına  görə,  xətanı  törədənin  şəxsiyyəti  nəzərə  alınmaqla,  iki  ayadək 
müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla 
törədildikdə,  Azərbaycan  Respublikasının Cinayət  Məcəlləsinin müvafiq  maddələrinə  əsasən  cinayət 
məsuliyyətinə səbəb olur.
 
  
Maddə  158.  Məişət  zorakılığının  qarşısının  alınması  haqqında 
qanunvericiliyin pozulması 
  
158.1.  Məişət  zəminində  iqtisadi  xarakterli  qanunsuz  məhdudiyyətlərin 
tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında 
və  ya  istifadəsində  olan  əmlakdan,  gəlirlərdən  məhrum  edilməsinə,  iqtisadi 
asılılıq  yaradılmasına,  belə  asılılığın  saxlanılmasına  və  ya  ondan  sui-istifadə 
edilməsinə yönəlmiş hərəkətlərə görə- 
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
 
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə 
qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına 
yönəlmiş hərəkətlərə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
 
158.3.  Məişət  zorakılığından  zərər  çəkmiş  şəxslərə  qeyri-dövlət  yardım 
mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət göstərməsinə görə- 
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
 
Qeyd:
 
1.  Bu  Məcəllənin  158.1  və  158.2-ci  maddələrində  “şəxs”  dedikdə,  “Məişət  zorakılığının  qarşısının 
alınması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuş şəxslər başa 
düşülür.
 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə