Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə35/98
tarix31.08.2018
ölçüsü1,57 Mb.
#65528
1   ...   31   32   33   34   35   36   37   38   ...   98

WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
2.  Bu  Məcəllənin  158.1  və  158.2-ci  maddələri  həmin  maddələrdə  göstərilən  əməllər  Azərbaycan 
Respublikasının Cinayət  Məcəlləsinin müvafiq  maddələrinə  əsasən  cinayət  məsuliyyətinə  səbəb 
olmadıqda tətbiq edilir.
 
  
Maddə  159.  Zöhrəvi  xəstəliklərə  yoluxmuş  şəxsin  müalicədən  boyun 
qaçırması 
  
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı olan şəxsin 
səhiyyə  orqanları  tərəfindən  xəbərdarlıq  edildikdən  sonra  da  müalicədən 
boyun qaçırmasına görə- 
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  160.  Zöhrəvi  xəstəliklərə  və  ya  insanın  immunçatışmazlığı 
virusuna  yoluxmuş  şəxslə  əlaqədə  olmuş  şəxsin  müayinədən  boyun 
qaçırması 
  
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna yoluxmuş 
şəxslə  əlaqədə  olmuş  və  müayinəyə  ehtiyacı  olan  şəxsin  səhiyyə  orqanları 
tərəfindən  xəbərdarlıq  edildikdən  sonra  da  müayinədən  boyun  qaçırmasına 
görə- 
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  161.  Zöhrəvi  xəstəliklərə  və  ya  insanın  immunçatışmazlığı 
virusuna yoluxma mənbəyinin gizlədilməsi 
  
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma mənbəyinin, habelə 
onunla  əlaqədə  olub,  zöhrəvi  xəstəliklərə  yoluxma  təhlükəsi  yaradan  şəxsin 
adının gizlədilməsinə görə- 
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
 
161.2.  İnsanın  immunçatışmazlığı  virusuna  yoluxmuş  şəxs  tərəfindən 
yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub, insanın immunçatışmazlığı 
virusuna yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə- 
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə  162.  Qanın,  qan  komponentlərinin  donorluğu  və  qan  xidməti 
haqqında qanunvericiliyin pozulması 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
  
162.1. Donor  olmaq  istəyən  şəxs  tərəfindən  əvvəllər keçirdiyi  və hazırkı 
xəstəlikləri,  həmçinin  narkotik  vasitələr  və  psixotrop  maddələr  qəbul  edib-
etməməsi barədə düzgün məlumatın verilməməsinə görə- 
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.
 
162.2. 
Tibbi 
müayinə 
keçirilmədən 
donordan 
qanın, 
qan 
komponentlərinin götürülməsinə görə- 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan 
altmış  beş  manatadək  məbləğdə,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
məbləğdə cərimə edilir.
 
162.3.  Müalicə  müəssisələri  tərəfindən  qanın,  qan  komponentlərinin 
resipiyentə  köçürülməsi  nəticəsində  baş  verən  hər  hansı  ciddi  əlavə  təsirlər 
barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti 
müəssisəsinə  (qan  bankına)  və  müvafiq  icra  hakimiyyəti  orqanına  məlumat 
verilməməsinə görə- 
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər əlli manatdan 
altmış  beş  manatadək  məbləğdə,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək 
məbləğdə cərimə edilir.
 
  
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz aparılması 
  
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar 
olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə- 
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər 
on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.
 
  
FƏSİL 21 
  
Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar 
  
Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması 
qaydalarının və müddətinin pozulması 
  
164.1.  Seçkiqabağı  və  ya  referendumla  bağlı təşviqatın aparılmasının 
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının 
və müddətinin pozulmasına görə- 


WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
 
WWW.RIGHTS.AZ
 Sizin hüqüq bələdçiniz.  
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
 
164.2.  Qeydə  alınmış  namizədə  seçkiqabağı  təşviqatın  müddəti  başa 
çatana  kimi  şərəf  və  ləyaqətini  seçki  qanunvericiliyi  ilə  müəyyən  olunmuş 
teleradio verilişləri təşkilatlarının teleradio proqramlarında və dövri nəşrlərdə 
onların  vəzifəli  şəxsləri  tərəfindən  müdafiə  etmək  imkanının  verilməməsinə 
görə - 
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə cərimə edilir. 
  
Maddə  165.  Təşviqat-nəşr  materiallarını  qəsdən  məhv  etmə  və  ya 
namizədin seçicilərlə görüşünə mane olma 
  
Mülkiyyətçinin  və  ya  obyekt  sahibinin  razılığı  ilə seçkiqabağı  təşviqat 
materiallarının 
yerləşdirilməsi 
üçün 
nəzərdə 
tutulan yerlərdə 
asılmış seçkiqabağı  (referendumqabağı)  təşviqat  plakatlarını  və  digər  belə 
təşviqat materiallarını məhv etməyə, korlamağa və ya təşviqat materiallarının 
yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa 
görə- 
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma 
  
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və ya seçkili 
orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan məlumatlar dərc etməyə 
və ya onları başqa üsullarla yaymağa görə- 
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
 
  
Maddə 167. Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, 
vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların 
bloklarının, 
referendum 
üzrə 
təşviqat 
qrupunun 
səlahiyyətli 
nümayəndələrinin,  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin 
hüquqlarının pozulması 
  
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş 
şəxslərin, namizədlərin, siyasi 
partiyaların, 
siyasi 
partiyaların 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə