247
338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən
tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni:
338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına;
338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla
ötürülməsinə;
338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at
arabalarının (kirşənin) sürülməsinə;
338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya
nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol
nişanlanması tələblərinə riayət edilməməsinə;
338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq
vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların
bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə
görə-
qırx manat məbləğində cərimə edilir.
338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə
tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol,
narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə
törədilməsinə görə-
yetmiş manat məbləğində cərimə edilir.
338.7. Bu Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə
tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına
yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə
maddi zərər vurulmasına görə-
səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 339. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının
aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı
haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və
cərimənin alınması qaydalarının pozulması
248
339.1. Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət
qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və
ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna
olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət
qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri
qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat
vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov
qoyulması qaydalarını pozmağa görə-
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
339.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması,
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət
qeydiyyat nişanının verilməsi ilə əlaqədar nəqliyyat vasitəsinin
sahibindən qanunvericiliklə nəzərdə tutulmayan sənədlərin tələb
edilməsinə, nəqliyyat vasitəsinin qeydiyyata alınmasında və ya
qeydiyyatdan çıxarılmasında, yaxud nəqliyyat vasitələrinin texniki
baxışının keçirilməsində və ya texniki sazlığı haqqında sənədin
verilməsində süründürməçiliyə yol verilməsinə və ya onların
həllindən qanunsuz olaraq imtina edilməsinə, yaxud texniki sazlığı
haqqında verilmiş sənədin və bu sənəddəki məlumatların həqiqətə
uyğun olmamasına görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
339.3. Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi
haqqında ərizəyə baxılmamasına, yaxud baxılarkən
süründürməçiliyə yol verilməsinə və ya yol hərəkəti qaydaları üzrə
nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi
imtahanlara buraxmaqdan əsassız imtina edilməsinə görə-
iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
339.4. Müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən bu
Məcəllənin 150.4-cü maddəsinin tələbləri pozulmaqla cərimənin
249
inzibati xəta törətmiş şəxsdən müvafiq ödəniş sistemlərindən
istifadə etmədən bilavasitə alınmasına görə -
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
339.5. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında
iş üzrə protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın bu
Məcəllənin 122.1, 123.2, 124.1, 124.4-124.6, 125.4 və 126.3-cü
maddələrində nəzərdə tutulmuş qaydada və müddətdə müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə, yaxud bu
Məcəllənin 122.1, 125.1, 125.3 və 125.6-cı maddələrində nəzərdə
tutulmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının
informasiya sisteminə göndərilməməsinə (yerləşdirilməməsinə)
görə-
beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Şəxs bu Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş
nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati
məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini
dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu
müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati
məsuliyyətə cəlb olunmur.
Maddə 340. Kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının
aparılması, texniki baxışın keçirilməsi və texnikanın
sazlığı haqqında sənədin verilməsi qaydalarının pozulması
340.1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən kənd təsərrüfatı texnikasının sahibləri və ya
sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə
texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən
idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə
müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna
Dostları ilə paylaş: |