Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə84/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   80   81   82   83   84   85   86   87   ...   98

335 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat 
vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə 
cərimə edilir; 
499.1.5. bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat 
vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə 
cərimə edilir. 
499.2. Aparılması və ya qaytarılması məcburi olan əvvəllər 
gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin 
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin mallar və ya nəqliyyat 
vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
 
 
 
 
Maddə 500. Azərbaycan Respublikasının gömrük ərazisinə 
müvəqqəti gətirilmiş nəqliyyat vasitələri ilə qanunsuz 
əməliyyatların aparılması 
 
Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti 
gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti 
gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya 
yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına 
görə-  
yüz əlli manat məbləğində cərimə edilir.  
 
Maddə 501. Malların məhvi qaydasının pozulması 


336 
 
 
Malların məhvi qaydasının pozulmasına, yəni malların məhvi və ya 
onların məhvi nəticəsində yaranmış tullantıların və qalıqların 
müvafiq gömrük proseduru altında yerləşdirilməsi və ya 
zərərsizləşdirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 
tələblərə və şərtlərə əməl edilməməsinə görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  502. Mallar və ya nəqliyyat vasitələri Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilərkən 
ticarət siyasəti tədbirlərinin və digər məhdudiyyətlərin 
tətbiqi qaydasına əməl edilməməsi 
 
Barəsində qanunvericiliklə müəyyən edilən ticarət siyasəti 
tədbirləri və digər məhdudiyyətlər tətbiq edilən malların və ya 
nəqliyyat vasitələrinin, həmin tədbirlərin və məhdudiyyətlərin 
müəyyən olunmuş tətbiqi qaydası pozulmaqla, Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə 503. Malların Azərbaycan Respublikasının gömrük 
sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün 
nəzərdə tutulmayan mallar kimi keçirilməsi 
 
İstehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulan 
malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal 


337 
 
və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi 
keçirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə 504. Azərbaycan Respublikasının gömrük ərazisinə 
gömrük qaydaları pozulmaqla gətirilmiş malların və ya nəqliyyat 
vasitələrinin digər şəxslər tərəfindən əldə edilməsi, daşınması, 
saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində  
sərəncam verilməsi 
 
Malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük ərazisinə gömrük qaydaları pozulmaqla gətirilməsini bilə-
bilə həmin malların digər şəxslər tərəfindən əldə edilməsinə, 
daşınmasına, saxlanmasına, onlardan istifadə edilməsinə və ya onlar 
üzərində sərəncam verilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin qırx faizindən səksən faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə  505. Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən 
yayınma 
        
Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az 
miqdarda olduqda- 
ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən 
yüz əlli faizinədək məbləğdə cərimə edilir.  
Qeyd: Bu maddədə “az miqdarda olduqda” dedikdə, iki min 
manatadək olan məbləğ başa düşülür.  
 
Maddə 506. Banklar və ya digər kredit təşkilatları tərəfindən 


338 
 
müvafiq icra hakimiyyəti orqanının qərarlarının icra 
edilməməsi 
 
Banklar və ya digər kredit təşkilatları tərəfindən gömrük 
ödənişlərinin mübahisəsiz qaydada tutulması, gömrük ödənişlərinin 
ödəyicisinin hesabları üzrə əməliyyatların dayandırılması haqqında 
müvafiq icra hakimiyyəti orqanının vəsatətlərinin icra edilməməsinə 
və ya həmin vəsatətlərin icrasının əsassız olaraq gecikdirilməsinə 
görə- 
ödənilməmiş gömrük ödənişlərinin məbləğinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə 507. İdxal olunması üçün lisenziya tələb 
olunan malların belə lisenziya olmadan idxalı 
 
İdxal olunması üçün lisenziya tələb olunan malların belə lisenziya 
olmadan idxalına görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir, 
yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx 
faizindən yüz faizinədək məbləğdə  cərimə edilir.  
 
Maddə 508. Aksiz markası ilə markalanmalı olan məhsulların 
(malların) belə marka olmadan idxal edilməsi 
 
Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə 
marka olmadan az miqdarda idxal edilməsinə görə- 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə 
fiziki şəxslər səksən manatdan yüz iyirmi manatadək məbləğdə
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.  
Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, beş yüz manatadək 
olan məbləğ başa düşülür.  


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə