Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə83/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   79   80   81   82   83   84   85   86   ...   98

331 
 
möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi 
olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, 
zədələnməsinə və ya itirilməsinə görə - 
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
492.2. Gömrük təminatı altında olan yük yerlərinin konstruktiv 
bütövlüyünün qəsdən pozulmasına görə-  
fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
 
Maddə 493. Gömrük bəyannaməsinin və müvafiq sənədlərin 
təqdim edilməsi müddətinin pozulması 
 
Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan 
sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində 
müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə görə- 
fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.  
 
Maddə 494. Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin  
gömrük nəzarəti və baxışının keçirilməsi üçün əraziyə  və binalara 
daxil olmasına maneçilik törədilməsi 
 
Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin gömrük 
nəzarətindən keçirilməli olan mallar və nəqliyyat vasitələrinin
həmçinin gömrük nəzarətinin həyata keçirilməsi üçün tələb olunan 
sənədlərin olduğu, yaxud olması ehtimal olunan ərazilərə və 
tikililərə, müvəqqəti saxlanc və gömrük anbarlarına, sərbəst 
zonalarda yerləşən ərazilərə və tikililərə, həmçinin icrasına nəzarət 
gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər 


332 
 
yerlərə qanunla müəyyən edilmiş qaydada daxil olmasına və baxış 
keçirməsinə maneçilik törədilməsinə görə- 
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli 
manat məbləğində cərimə edilir.  
 
Maddə 495. Müvafiq icra hakimiyyəti orqanına mallarla bağlı 
hesabatın təqdim edilməməsi və ya onların uçotunun 
aparılması qaydalarının pozulması 
 
Gömrük nəzarəti altında olan, yaxud sərbəst zonaların ərazilərinə, 
müvəqqəti saxlanc və gömrük anbarlarına gətirilən, aparılan, 
saxlanılan, emal olunan, hazırlanan, alınan və satılan mallar barədə 
gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və 
müddətlərdə müvafiq icra hakimiyyəti orqanına hesabat 
verilməməsinə, yanlış hesabat verilməsinə və ya həmin malların 
uçotunun aparılması qaydasının pozulmasına görə- 
xəbərdarlıq edilir və ya yüz əlli manatdan iki yüz əlli manatadək 
məbləğdə cərimə edilir.  
 
Maddə 496. Malların saxlanca qoyulması və saxlanc qaydalarının 
pozulması 
 
496.1. Malların saxlanca qoyulması və saxlanc qaydalarının 
(müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti 
saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının 
müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə 
görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.  
496.2. Gömrük anbarı xüsusi gömrük prosedurunda yerləşdirilmiş 
və son saxlanc müddətini keçmiş malların və nəqliyyat vasitələrinin 


333 
 
xüsusi gömrük proseduruna müvafiq olaraq buraxılmasının və ya 
sərəncama götürülməsinin təmin edilməsi üzrə tədbirlərin 
görülməməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud onların dəyərinin otuz faizindən yüz 
faizinədək məbləğdə cərimə edilir.  
 
Maddə  497. Malların emal edilməsi qaydasının pozulması 
 
Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə 
olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və 
müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal 
məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür 
malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən 
olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına 
görə- 
inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz 
faizindən səksən faizinədək məbləğdə cərimə edilir.   
 
Maddə 498. Sərbəst zonada tikinti işlərinin, kommersiya və ya 
digər fəaliyyət növlərinin həyata keçirilməsi  
qaydasının pozulması 
       
Sərbəst zonada (gömrük ərazisinin, gətirilən mallara gömrük 
rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq 
olunmayan hissəsində) tikinti işlərinin, kommersiya və ya digər 
fəaliyyət növlərinin həyata keçirilməsi qaydasının pozulmasına görə- 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə 499. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 


334 
 
Respublikasının gömrük ərazisindən kənara 
aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması 
 
499.1. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər 
müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat 
vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə, yəni: 
499.1.1. on beş günədək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya 
qaytarılmasına görə- 
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz 
manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində 
cərimə edilir; 
499.1.2. on beş gündən bir ayadək müddətə gecikdirilməklə 
Azərbaycan Respublikasının gömrük ərazisindən kənara 
aparılmasına və ya bu əraziyə qaytarılmasına görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində 
cərimə edilir; 
499.1.3. bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə- 
fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz 
manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min 
manatadək məbləğdə cərimə edilir; 
499.1.4. üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan 
Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu 
əraziyə qaytarılmasına görə - 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə