Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə79/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

315 
 
olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas 
olmadan müəyyən edilən müddətdə müvafiq icra hakimiyyəti 
orqanına təqdim edilməməsinə (həmin sazişlərdə başqa qaydalar 
nəzərdə tutulduğu hallar istisna olmaqla) görə - 
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir. 
461.2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada dövlət rüsumunun 
tutulması barədə hesabatın müvafiq icra hakimiyyəti orqanına 
təqdim edilməməsinə görə -  
vəzifəli şəxslər əlli manat məbləğində cərimə edilir. 
 
Maddə 462. Mühasibat uçotu üzrə qanunvericiliyin pozulması  
 
Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və 
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və sığorta 
nəzarəti orqanına təqdim edilməli olan digər hesabat və 
məlumatların qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim 
olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanunvericiliyə 
əsasən tələb olunan digər məlumat formalarında informasiya və 
göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, həmçinin uçot 
sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliklə müəyyən 
edilmiş qaydaların pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 463. Poçt rabitəsinin milli operatoru tərəfindən maliyyə 
xidmətləri sahəsində qanunvericiliyin pozulması 
 
Poçt rabitəsinin milli operatorunun maliyyə xidmətləri sahəsində 
fəaliyyətinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı 
tərəfindən müəyyən edilən ayrı-ayrı prudensial normativlərin və 


316 
 
tələblərin pozulmasına, yaxud prudensial hesabatların vaxtında, tam 
və ya düzgün təqdim olunmamasına görə- 
vəzifəli şəxslər dörd yüz manatdan yeddi yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 464. Məcburi auditdən yayınma 
 
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu 
ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi 
auditdən yayınmağa görə- 
vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 465. İanələr barədə məlumatın maliyyə hesabatına daxil 
edilməməsi 
       
Siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən 
xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya 
nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş 
şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim 
olunan maliyyə hesabatına daxil edilməməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
Maddə 466. İanə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və 
qəbul edilməsi 
 
466.1. İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-
hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət 
təşkilatının filial və ya nümayəndəliyinə nağd şəkildə verilməsinə 
görə- 


317 
 
fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə
vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min 
manatadək məbləğdə cərimə edilir. 
466.2. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-
hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət 
təşkilatının filial və ya nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul 
edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə 
cərimə edilir. 
Qeyd: Azərbaycan Respublikasında fəaliyyət göstərən
nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-
hökumət təşkilatına nağd şəkildə verilən və həmin təşkilat 
tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu 
maddənin qüvvəsi şamil edilmir.   
 
Maddə  467. Dövlət rüsumunun ödənilməsi qaydalarının 
pozulması 
 
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət 
rüsumunun düzgün tutulmamasına, yaxud dövlət büdcəsinə 
vaxtında və ya tam ödənilməməsinə görə- 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə  468. Sığorta müqaviləsi üzrə yanlış və ya aldadıcı 
məlumatların verilməsi 
 
Sığorta müqaviləsi bağlanarkən və ya qüvvədə olarkən, həmçinin 
sığorta hadisəsinin araşdırılması və zərərlərin tənzimlənməsi zamanı 
sığortalılara və (və ya) sığorta olunanlara, həmçinin faydalanan 
şəxslərə onların hüquq və vəzifələri haqqında sığortaçılar və sığorta 


318 
 
vasitəçiləri tərəfindən yanlış və ya aldadıcı məlumatların, həmçinin 
belə məlumatların əks olunduğu sənədlərin verilməsinə görə- 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 469.  İcbari sığorta müqaviləsinin bağlanmaması 
 
469.1. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, 
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən 
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari 
sığorta müqaviləsinin bağlanmamasına görə - 
fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən 
manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə 
edilir. 
469.2. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari 
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 
müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən 
edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari 
sığorta müqaviləsinin bağlanmamasına görə- 
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş 
yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir.   
469.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək 
vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 
sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə- 
 fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat 
məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 
 
Maddə 470. İcbari sığorta müqavilələri üzrə daxil olan sığorta 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə