Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə77/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

307 
 
447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, 
lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin 
yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 
447.0.5. standartların, digər normativ sənədlərin tələblərinin 
pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya 
ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, 
işin (xidmətin) görülməsinə; 
447.0.6. nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti 
orqanlarından gizlədilməsinə; 
447.0.7. ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət 
tənzimlənməsinə aid olan sahədə ölçmələrin üzərinə yararsızlıq 
nişanı vurulmuş ölçmə vasitələrindən istifadə edilməklə 
aparılmasına; 
447.0.8. ölçülüb qablaşdırılmış malların miqdarının bağlamanın 
üzərində göstərilmiş miqdardan yol verilən kənarlaşmasına dair 
məcburi tələblərə riayət edilməməsinə;  
447.0.9. qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə 
istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil 
edilməsinə görə- 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
Qeyd: Bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda 
olduqda” dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.   
 
Maddə 448. Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi 
 
Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər 
normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal 
edilməsinə görə- 
saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər 
üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər 


308 
 
min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər 
dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 449. Genetik modifikasiya olunmuş bitkilərin, yaxud 
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə 
yaradılmış kənd təsərrüfatı bitki materiallarının və ya 
genetik modifikasiya olunmuş bitkilərin genetik 
materiallarından istifadə edilərək istehsal olunan  
yeyinti məhsullarının qanunsuz dövriyyəsi 
 
Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün 
nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, yaxud 
müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış 
kənd təsərrüfatı bitki materiallarının və ya genetik modifikasiya 
olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal 
olunan yeyinti məhsullarının bilə-bilə idxal edilməsinə və ya 
satılmasına görə, bu az miqdarda olduqda-  
inzibati xətanın bilavasitə obyekti olmuş bitkilər, bitki materialları 
və yeyinti məhsulları müsadirə edilməklə onların dəyərinin səksən 
faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, min manatadək olan 
məbləğ başa düşülür. 
 
Maddə  450. Aksiz markası ilə markalanmalı olan məhsulların 
(malların) belə marka olmadan satılması, satış məqsədi 
ilə saxlanması və ya istehsal binasının hüdudlarından 
kənara çıxarılması, belə məhsulların (malların) nağd 
qaydada alğı-satqısı 
 
450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) 
belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə 
saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara 
çıxarılmasına görə- 


309 
 
aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə cərimə edilir.  
450.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, 
aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd 
qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış 
məqsədləri üçün nağd qaydada az miqdarda alınması - 
yüz manat məbləğində cərimə edilir. 
Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə 
beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” 
dedikdə əlli manatadək olan məbləğ başa düşülür. 
 
Maddə 451. Nəzarət markası ilə markalanmalı olan malların, 
məmulatların və məlumat materiallarının belə nəzarət 
markası olmadan satış və ya yayılma məqsədi ilə 
saxlanması, istehsal binasının hüdudlarından kənara 
çıxarılması, satılması və ya digər üsullarla yayılması 
 
Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və 
məlumat materiallarının belə nəzarət markası olmadan satış və ya 
yayılma məqsədi ilə saxlanmasına, istehsal binasının hüdudlarından 
kənara çıxarılmasına, satılmasına və ya digər üsullarla yayılmasına 
görə- 
nəzarət markası olmayan mallar, məmulatlar və məlumat 
materialları müsadirə edilməklə, onların hər birinə görə fiziki şəxslər 
əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, 
hüquqi şəxslər yüz əlli manat məbləğində cərimə edilir. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə 
baxılarkən nəzarət markası olmayan malların, məmulatların və 
məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən 


310 
 
inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü 
maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz. 
 
Maddə  452. Fiziki şəxslərə dərman vasitələrinin buraxılması 
qaydalarının pozulması 
 
452.1. Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan 
dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına 
çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının 
pozulmasına görə- 
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.  
452.2. Aptek təşkilatlarında dərman vasitələri, optik ləvazimatları, 
ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji 
fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları 
istisna olmaqla, digər malların satılmasına görə- 
üç yüz əlli manat məbləğində cərimə edilir.   
 
Maddə 453. İstehlakçının mal (iş, xidmət) haqqında məlumat 
almaq hüququnun pozulması 
 
İstehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak 
xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq 
müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ 
sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, 
təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, 
saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində 
satıcı (icraçı) tərəfindən istehlakçıya məlumatın verilməməsinə görə- 
iki yüz manat məbləğində cərimə edilir.    
 
Maddə  454. Qanunsuz küçə ticarəti 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə