Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

291 
 
 
Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması qaydalarının 
və ya standartlarının pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə
hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə 
cərimə edilir.  
Maddə 418. Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının 
pozulması 
 
Qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına 
görə- 
vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.    
 
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
 
Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə- 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə 
cərimə edilir.   
 
Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz 
istifadə 
       
İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və 
yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə 
tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz 
olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü 
şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda 
gəlir əldə etməklə törədildikdə- 


292 
 
fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə cərimə edilir.  
Qeyd: 
1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı 
haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində 
nəzərdə tutulmuş şəxslər başa düşülür. 
2. Bu maddədə “az miqdarda” dedikdə, yeddi min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə 421. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən 
hesabatın verilməsindən imtina etmə və ya yayınma, 
yaxud təhrif edilmiş məlumat vermə 
 
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən hesabat 
sənədlərinin və ya onların fəaliyyəti barədə qiymətli kağızlar 
haqqında qanunvericiliyə görə təqdim edilməli olan digər sənədlərin 
müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsindən yayınmağa 
və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və 
ya onların təqdim edilməsi müddətinin pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
 
 
 
Maddə  422. Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən 
məlumatların açıqlanması qaydalarının pozulması 
 
Qiymətli kağızlar bazarının iştirakçısı tərəfindən qiymətli kağızlar 
haqqında qanunvericiliyə görə açıqlanmalı və ya dərc edilməli olan 
məlumatların açıqlanmasından və ya dərc edilməsindən imtina 


293 
 
etməyə və ya yayınmağa, yaxud açıqlanması və ya dərc edilməsi 
üçün müəyyən edilmiş müddətin və qaydanın pozulmasına görə- 
vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar beş yüz manatdan 
altı yüz manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 423. Qiymətli kağızlar sahəsində sənədlərin saxlanılması 
qaydalarının pozulması 
 
Qiymətli kağızlar haqqında qanunvericiliyə müvafiq olaraq 
saxlanılmalı olan sənədlərin saxlanılması qaydalarının pozulmasına 
görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç 
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  424. Qiymətli kağızlarla girov qaydalarının pozulması 
 
Girovqoyan və girovsaxlayan tərəfindən qiymətli kağızlarla 
girovun və ya qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəliklərinin 
girovunun dövlət qeydiyyatına alınması və girov qoyulmuş əşyaya 
tutmanın yönəldilməsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iki yüz manatdan üç 
yüz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq 
edilir və ya onlar beş yüz manatdan altı yüz manatadək məbləğdə 
cərimə edilir, hüquqi şəxslər min manatdan min beş yüz manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  425. Qiymətli kağızlar üzrə ödəmələrdən imtina 
 


294 
 
Qiymətli kağızların dəyərinin ödənilməsindən və ya onlar üzrə 
ödənilməli olan əmlakın, dividendin, faizin ödənilməsindən və ya 
digər ödəmələrdən və ya onların xidmət və ya başqa şəkildə 
ekvivalentlərinin ödənilməsindən qanunsuz olaraq imtina 
edilməsinə, yaxud boyun qaçırılmasına və ya ödənilmə qaydalarının 
pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.  
 
 
Maddə  426. Səhmdarın hüquqlarının pozulması 
 
Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının 
pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə 
məhdudlaşdırılmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə 427. İnvestisiya fondlarının fəaliyyətinə dair tələblərin 
pozulması 
       
İnvestisiya fondlarının fəaliyyətinə dair “İnvestisiya fondları 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
tələblərin pozulmasına görə- 
vəzifəli şəxslər min manatdan min iki yüz manatadək məbləğdə, 
hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə 
cərimə edilir.  
 
Maddə  428. Reklam haqqında qanunvericiliyin pozulması 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə