Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

295 
 
428.1. Əmtəələr, işlər və xidmətlər haqqında, yaxud onların 
istehsalçıları (icraçıları, satıcıları) haqqında tamah məqsədi ilə bilə-
bilə yalan məlumatlardan reklamda istifadə etməyə görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.  
428.2. Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, 
istehlakçının şüuruna onun dərk etmədiyi şəkildə təsir göstərən gizli 
reklamın yayılmasına    görə -  
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.3. Haqsız reklama görə reklam fəaliyyətinin subyektlərinə 
(reklam sifarişçisinə, istehsalçısına, yayıcısına, agentliyinə) müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən göstərişlə ayrılmış müddət 
ərzində qanun pozuntularının aradan qaldırılmamasına, əks 
reklamın yayılmamasına görə - 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir. 
428.4. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, 
istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud 
tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə 
verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya 
metodlarının reklam edilməsinə görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.5. Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya 
nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları 
pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə- 


296 
 
fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir. 
428.6. Azərbaycan Respublikası ərazisində reklam olunan malların 
(işlərin, xidmətlərin) dəyəri (qiyməti) göstərildikdə, həmin malların 
(işlərin, xidmətlərin) dəyərinin (qiymətinin) manatla 
göstərilməməsinə görə- 
fiziki şəxslər iyirmi manatdan otuz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi 
şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə 
edilir.  
428.7. Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan yaşayış 
məntəqələrində küçə reklam daşıyıcılarının yerləşdirilməsinə görə- 
belə reklam daşıyıcıları müsadirə edilməklə və ya edilməməklə, 
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli 
şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi 
şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.8. Qiymətli kağızlar bazarında reklam haqqında qaydaların 
pozulmasına görə- 
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək 
məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə cərimə edilir.   
428.9. Keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə 
edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər 
lotereyaların reklamına görə- 
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min 
manatadək məbləğdə cərimə edilir. 
428.10. Bu Məcəllənin 428.1 – 428.9-cu maddələrində nəzərdə 
tutulmuş hallar istisna olmaqla, reklamı qadağan olunmuş 


297 
 
məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam 
yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl 
edilməməsinə görə -  
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə 
edilir.   
428.11. Bu Məcəllənin 428.1, 428.2, 428.3, 428.4 və 428.10-cu 
maddələrində nəzərdə tutulmuş əməllərin teleradio yayımçısı 
tərəfindən törədilməsinə görə - 
vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə 429. Lotereyalar haqqında qanunvericiliyin pozulması 
 
429.0. Lotereyalar haqqında qanunvericiliyin pozulması, yəni: 
429.0.1. keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə 
edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər 
lotereyaların keçirilməsinə; 
429.0.2. stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması 
və ya ona xitam verilməsi haqqında müvafiq icra hakimiyyəti 
orqanının qərarının qəbul edilməsi barədə bildiriş aldıqdan sonra 
stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya təşkilatçısı 
tərəfindən istənilən formada təkliflərin edilməsinə; 
429.0.3. lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya 
təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin yerinə 
yetirilməməsinə görə- 
fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək 
məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min 
manatadək məbləğdə cərimə edilir. 


298 
 
Qeyd: Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) 
buna hüququ olmayan şəxs tərəfindən təşkili və ya keçirilməsi bu 
Məcəllənin 401.1-ci maddəsinə və ya Azərbaycan Respublikasının 
Cinayət Məcəlləsinin 192–1.1-ci maddəsinə müvafiq olaraq inzibati 
və ya cinayət məsuliyyətinə səbəb olur.   
 
Maddə 430. Valyuta tənzimi qaydalarının pozulması 
 
430.1. Valyuta tənzimi haqqında Azərbaycan Respublikası 
qanunvericiliyini pozmaqla, valyuta sərvətlərinin ictimai yerlərdə 
alınıb-satılmasına və ya dəyişdirilməsinə görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 
məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.  
430.2. Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə 
görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti 
məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir.  
430.3. Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta 
əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarının 
pozularaq aparılmasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta 
vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi 
şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.  
430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 
müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, 
işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş 
valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- 
vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta 
vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi 
şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 
iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.   
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə