283
icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan
istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Qeyd: Bu Məcəllənin 398, 401, 402, 406-409, 411-413 və
428.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xeyli məbləğdə
(min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir
əldə etməklə törədildikdə, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olur.
Maddə 399. Vəkil adından qanunsuz istifadə
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada vəkil
statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil
adından istifadə olunmasına görə-
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 400. Ailə kəndli təsərrüfatının uçota durmaması
Ailə kəndli təsərrüfatının üzvləri tərəfindən bu təsərrüfatın
müvafiq bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə -
otuz manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 401. Qanunsuz olaraq lotereyaların və idman mərc
oyunlarının təşkili və ya keçirilməsi
401.1. Lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla)
buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə
görə-
284
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
401.2. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya
olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 402. Yalançı sahibkarlıq
Yalançı sahibkarlıq, yəni kredit almaq, rüsumlardan azad olmaq və
ya digər əmlak mənfəəti əldə etmək, yaxud qadağan edilmiş
fəaliyyəti gizlətmək məqsədi ilə sahibkarlıq fəaliyyəti həyata
keçirmək niyyəti olmadan müəssisə və digər hüquqi şəxsin
yaradılmasına görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 403. Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış
məlumatların verilməsi
Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin
nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə
Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi
şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət
reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş
dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı
dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı müvafiq icra
hakimiyyəti orqanına yanlış məlumatların verilməsinə görə -
fiziki şəxslər yeddi yüz manat məbləğində, hüquqi şəxslər dörd
min manat məbləğində cərimə edilir.
Maddə 404. Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin
bütün kreditorlarının tələblərini qarşılamaq üçün
ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi
bəyanatın qəbul edilməsi
285
Ləğvetmə zamanı bilə-bilə yalandan hüquqi şəxsin bütün
kreditorlarının tələblərini qarşılamaq üçün ödəmə qabiliyyətinin
olmasını təsdiq edən rəsmi bəyanatın qəbul edilməsinə görə-
vəzifəli şəxslər min manat məbləğində cərimə edilir.
Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri
məlumatların verilməməsi
Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin
Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis
sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə
alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə
və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət
olunmamasına görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək
məbləğdə cərimə edilir.
Maddə 406. Saxta müflisləşmə
Saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri,
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan
borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun
azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün
kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə
qabiliyyəti olmayan elan etməyə görə-
vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə
cərimə edilir.
286
Maddə 407. Qəsdən müflisləşmə
Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri,
mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən özünün, yaxud digər
şəxslərin mənafeyi naminə qəsdən ödəmə qabiliyyətsizliyinin
yaradılmasına və ya artırılmasına görə-
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə,
hüquqi şəxslər on iki min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
Maddə 408. Müflisləşmə zamanı qanunsuz hərəkətlərin edilməsi
Borclu təşkilatın rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar
tərəfindən müflisləşmə zamanı və ya müflisləşmə güman edilən
zaman əmlakın və ya əmlak öhdəliklərinin, əmlak haqqında
məlumatların, onun miqdarının, olduğu yerin və ya əmlak haqqında
digər məlumatların gizlədilməsinə, əmlakın başqalarının sahibliyinə
verilməsinə, əmlakın özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə,
yaxud iqtisadi fəaliyyəti əks etdirən mühasibat və ya digər hesabat
sənədlərinin gizlədilməsinə, məhv edilməsinə görə-
inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki
mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Maddə 409. Kreditin qanunsuz alınması və ya kreditdən təyinatı
üzrə istifadə edilməməsi
Təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud
fərdi sahibkarın təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilə-bilə
yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya
məqsədli dövlət kreditinin alınmasına, yaxud ondan təyinatı üzrə
istifadə edilməməsinə görə-
Dostları ilə paylaş: |