Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

271 
 
yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün 
istifadə edilməsinə görə- 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 
  
Maddə 375. Fərdi məlumatlar haqqında qanunvericiliyin 
pozulması 
 
375.0. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına, 
yəni: 
375.0.1. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının 
Qanunu ilə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət 
qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların 
toplanılmasına və ya işlənilməsinə; 
375.0.2. fərdi məlumatların mülkiyyətçisi və ya operatoru 
tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, 
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 
tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv 
edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, 
işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.  
 
Maddə 376. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış 
foto və ya videoçəkiliş, yaxud səsyazma materiallarının 
qanunsuz yayımlanması 
 
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya 
videoçəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat 
aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto 
və ya videoçəkiliş, yaxud səsyazma materiallarının kütləvi 
informasiya vasitələrində yayımlanmasına görə - 
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir. 


272 
 
 
Maddə 377. Gizli qaydada informasiya alınması üçün nəzərdə 
tutulmuş texniki vasitələri satış məqsədi olmadan 
qanunsuz əldə etmə 
 
Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki 
vasitələri satış məqsədi olmadan qanunsuz əldə etməyə görə - 
gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki 
vasitələr müsadirə edilməklə, iki yüz manatdan dörd yüz manatadək 
məbləğdə cərimə edilir.  
   
Maddə 378. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət 
sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsi 
 
Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən 
istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə - 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək 
məbləğdə cərimə edilir. 
 
Maddə 379. Sertifikatlaşdırılmamış informasiya sistemindən, 
məlumat bazasından (bankından), yaxud bu 
məlumatların mühafizə vasitələrindən istifadə edilməsi 
 
Qanunvericiliklə sertifikatlaşdırılması tələb olunan, lakin 
sertifikatlaşdırılmamış informasiya sistemindən, məlumat 
bazasından (bankından), yaxud bu məlumatların mühafizə 
vasitələrindən istifadə edilməsinə görə - 
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, 
hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə 
cərimə edilir.   
 
 


273 
 
Maddə 380. Elektron imza və elektron sənəd haqqında 
qanunvericiliyin pozulması 
 
380.1. Sertifikatlaşdırılmamış elektron imza və elektron sənəd 
dövriyyəsi vasitələrindən istifadə edilməsinə görə- 
fiziki şəxslər əlli manatdan səksən manatadək, vəzifəli şəxslər beş 
yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər üç min 
manatdan dörd min manatadək məbləğdə cərimə edilir.   
380.2. İnformasiya sisteminin mülkiyyətçisi tərəfindən bu sistemin 
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməməsinə, informasiya 
sisteminin müəyyən edilmiş qaydada ekspertizadan keçirilməməsinə 
görə- 
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər 
yeddi yüz manatdan min manatadək, hüquqi şəxslər beş min 
manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.   
380.3. Sertifikat xidmətləri mərkəzi tərəfindən imza yaratma 
məlumatlarının və imza sahibi barəsində məlumatların 
mühafizəsinin, sertifikatdakı məlumatların tamlığının və 
düzgünlüyünün, sertifikat xidmətlərinin keyfiyyətinin və dəqiqliyinin 
təmin edilməməsinə, sertifikatın qüvvəsinin qanunsuz 
dayandırılması və ya ləğv edilməsinə, sertifikatın istifadəsinə təsir 
edə bilməsi məlum olmuş məlumatların imza sahibinə vaxtında 
çatdırılmamasına görə- 
vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək, hüquqi 
şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə 
edilir.   
380.4. Elektron sənədlərin saxlanmasında, ötürülməsində, 
qəbulunda vasitəçinin informasiya sistemindən etibarlı istifadəni 
təmin edən texnika və texnologiyalara, bilikli, təcrübəli və səriştəli 
işçi heyətə, xidmət göstərilmiş elektron sənədlərin vaxtını və 
mənbəyini təyin etməyə imkan verən şəraitə, həmin elektron 
sənədlərin vaxtı və mənbəyi haqqında informasiyanın saxlanması 
üçün etibarlı sistemə malik olmamasına görə- 


274 
 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər 
beş yüz manatdan yeddi yüz manatadək, hüquqi şəxslər iki min 
manatdan üç min manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 381. Kütləvi informasiya vasitələrinin yayılmasına 
mane olma 
       
Kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən 
edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin 
tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan 
məhdudiyyətlər qoyulmasına görə- 
fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə 
edilir.   
 
Maddə  382. Jurnalistlərin hüquqlarının pozulması 
 
382.1. Qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna 
cavab verməməyə görə- 
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.   
382.2. Qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə 
informasiyanın verilməsi üzərinə məhdudiyyətlər qoymağa və ya 
informasiya verilməsindən imtina etməyə görə- 
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 383. Teleradio verilişlərindən (proqramlarından) istifadə 
qaydalarını pozma 
 
383.1. Teleradio proqramlarının təmiz qəbul edilməsinə süni 
maneələr yaradılmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək, hüquqi 
şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.   


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə