Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə78/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   74   75   76   77   78   79   80   81   ...   98

311 
 
Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya 
işlərin (xidmətlərin) görülməsinə görə- 
səksən manat məbləğində cərimə edilir.   
 
Maddə 455. Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün 
məmulatı ticarəti qaydalarının pozulması 
 
455.1. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün 
məmulatlarının satışı qaydalarının pozulmasına görə- 
əlli manatdan səksən manatadək cərimə edilir.  
455.2. Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün 
məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə- 
yüz manat məbləğində cərimə edilir.   
 
Maddə  456. Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışı 
 
Ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə- 
inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə 
edilməklə, fiziki şəxslər səkkiz yüz manatdan min manatadək 
məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək 
məbləğdə cərimə edilir.   
 
Maddə  457. Qiymətli metalların və qiymətli daşların istehsalı, 
emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış 
məhsulların (məmulatların) mühafizəsi, pərakəndə 
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və 
tullantılarının yığılması qaydalarının pozulması 
 
457.1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, 
istifadəsi və dövriyyəsi qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 


312 
 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
457.2. Qiymətli metalların və qiymətli daşların, onlardan 
hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə 
satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının 
yığılması qaydalarının pozulmasına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 458. Üzərində dövlət əyar damğası olmayan və ya saxta 
əyar damğası həkk olunmuş qiymətli metallardan və qiymətli 
daşlardan hazırlanmış zərgərlik və ya digər məişət 
məmulatlarının satışı 
 
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
üzərində Azərbaycan Respublikasının dövlət əyar damğası olmayan 
və ya saxta əyar damğası həkk olunmuş qiymətli metallardan və 
qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət 
məmulatının satışına görə- 
fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, 
vəzifəli şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək 
məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz 
manatadək məbləğdə cərimə edilir. 
 
Maddə 459. Elektron ticarət haqqında qanunvericiliyin pozulması 
 
459.1. Elektron ticarətdə satıcı (təchizatçı) tərəfindən alıcıya 
(sifarişçiyə) və ya səlahiyyətli dövlət orqanlarına yanlış məlumatın 
verilməsinə görə- 


313 
 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
459.2. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisinin 
xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi 
monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata 
keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya 
təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur 
edilməsinə və ya bu hərəkətlərin elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən fərdi təşəbbüs qaydasında həyata keçirilməsinə görə - 
fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, 
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, 
hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə 
cərimə edilir.   
459.3. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların 
(təchizatçıların) qanunsuz fəaliyyəti və ya qanunsuz informasiya 
ötürməsi barədə səlahiyyətli dövlət orqanlarına məlumatın 
verilməməsinə və ya səlahiyyətli dövlət orqanlarının müraciətinə 
əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların 
(təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatların 
təqdim edilməməsinə görə - 
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir.   
459.4. Elektron ticarətdə elektron sənəd dövriyyəsi vasitəçisi 
tərəfindən məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə 
tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq 
pozuntularının qarşısının alınması məqsədi ilə göstərilən xidmətin 
dayandırılmamasına, informasiyanın saxlanılması xidmətinin 


314 
 
göstərildiyi halda informasiyanın silinməməsinə və ya ona çıxışın 
məhdudlaşdırılmamasına görə - 
fiziki şəxslər dörd yüz əlli manatdan altı yüz manatadək 
məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək 
məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək 
məbləğdə cərimə edilir.   
 
FƏSİL 36 
 
VERGİLƏRİN, RÜSUMLARIN ÖDƏNİLMƏSİ, MALİYYƏ VƏ SIĞORTA 
QAYDALARI ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
Maddə  460. Vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını 
ödəməkdən yayınma 
 
Az miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını 
ödəməkdən yayınmağa görə - 
inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin 
məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. 
Qeyd: Bu maddədə “az miqdar” dedikdə, iki min manatadək olan 
məbləğ başa düşülür.   
 
Maddə 461. Azərbaycan Respublikasının tərəfdar çıxdığı 
beynəlxalq müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay 
bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və 
digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət 
üzrə vergi hesabatlarının və dövlət rüsumunun 
tutulması barədə hesabatların təqdim edilmə 
qaydalarının pozulması 
 
461.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələr, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü 
haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə