138
ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin
şəxsin vəsatəti əsasında xitam verilir.
Maddə 153. Fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması müddətinin hesablanması
153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn
məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən
həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.
153.2. Xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar
qanuni qüvvəyə mindiyi gündən üç iş günü müddətində xüsusi
hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq
edən müvafiq sənədi bu Məcəllənin 152.2 - 152.4-cü maddələrində
nəzərdə tutulmuş aidiyyəti orqana təqdim etməli (əgər həmin sənəd
bu Məcəllənin 94.2-ci maddəsinə əsasən daha əvvəl
götürülməmişdirsə), müvafiq sənəd itirildiyi hallarda isə həmin
müddətdə qeyd olunan orqana bu barədə ərizə verməlidir.
153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun
xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə,
xüsusi hüququn məhdudlaşdırılması müddətinin axımı dayanır. Bu
halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin
itirilməsi barədə ərizənin verildiyi gündən başlayır.
153.4. Xüsusi hüququn məhdudlaşdırılması müddəti
qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh
növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır.
139
153.5. Nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi
aşağıdakı qaydada qaytarılır:
153.5.1. nəqliyyat vasitəsini idarə etmək hüququ bir ildən cox
müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarə
etmək vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
153.5.2. nəqliyyat vasitəsini idarə etmək hüququ bir il və daha
az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət
bitdiyi gün.
153.6. Nəqliyyat vasitəsini idarə etmək hüququ
məhdudlaşdırılmış şəxs barəsində bu Məcəllənin 511.2 və 529.3-cü
maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması barədə qərar qəbul edildikdə, sonuncu qərara
əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun
məhdudlaşdırılması müddəti əvvəlki qərara əsasən təyin edilmiş
nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması
müddətinin son günündən etibarən hesablanmağa başlayır.
Maddə 154. İctimai işlər haqqında qərarın icrası
154.1. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin
yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
ictimai yerlərdə icra məmuru icra edir.
154.2. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul
etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin
yerinə yetirilməsinə cəlb olunur.
140
154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai
işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra
hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin
siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların
işləmiş olduğu vaxtın uçotunu aparır.
154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar
üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən
olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə
icra məmuruna məlumat verməlidirlər.
154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai
işlər növündə inzibati tənbehin icrasını dayandırmır.
154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində
nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi
qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə
müraciət edə bilər.
154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla
hesablanır.
154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər
növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü
hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və
141
barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin
əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş
günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən
olunmuş vaxtdan az işləməyə icazə verir.
154.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı
işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün
müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların
işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə
yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna məlumat
verir.
154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi
qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı
barədə rəsmi xəbərdarlıq edir.
154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində
nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.
Maddə 155. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın icrası
155.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
Dostları ilə paylaş: |