Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

125 
 
FƏSİL 18 
 
ÜMUMİ MÜDDƏALAR 
 
Maddə 138. İnzibati xəta haqqında iş üzrə qərarın, şikayət ya 
protest üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə minməsi 
 
138.1. İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və 
ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni 
qüvvəyə minir: 
138.1.1. əgər bu qərardan şikayət və ya protest 
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş 
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 
138.1.2. əgər bu qərardan şikayət və ya protest 
verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və 
ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş 
qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 
138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya 
protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. 
 
Maddə 139. İnzibati xəta haqqında iş üzrə qərarın icrasının 
məcburiliyi 
 
139.1. İnzibati xəta haqqında iş üzrə qərarın icrası bütün 
dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi 
şəxslər üçün məcburidir. 
139.2. İnzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə 
mindiyi vaxtdan dərhal icra olunmalıdır. 


126 
 
 
Maddə 140. İnzibati xəta haqqında iş üzrə qərarın icraya 
yönəldilməsi 
 
 
   
İnzibati xəta haqqında iş üzrə qərarın icraya yönəldilməsi 
vəzifəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə 
qoyulur. 
 
Maddə 141. İnzibati xəta haqqında iş üzrə qərarın icrası 
 
141.1. İnzibati xəta haqqında iş üzrə qərar bu Məcəllədə və 
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş qaydada icra edilir.  
141.2. Məhkəmələr tərəfindən baxılan inzibati xətalara dair 
işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar, bu 
Məcəllənin 142, 143, 144.1, 145, 146.3, 147, 150.2-ci, 150.8, 
150.9 və 150.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla, “İcra 
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 
icra edilir. 
141.3. Bir şəxs barəsində bir neçə inzibati tənbeh tətbiq etmə 
haqqında qərar qəbul edildikdə, hər bir qərarın icrası müstəqil 
həyata keçirilir.   
 
Maddə 142. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası 
ilə  əlaqədar məsələlərin həll edilməsi 
 
142.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının 
təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xitam 


127 
 
verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş 
cərimənin onun valideynlərindən və ya digər qanuni 
nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar 
olduqda, həmin məsələlərə  qərarı çıxarmış hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. 
142.2. Bu Məcəllənin 142.1-ci maddəsində göstərilən 
məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə 
baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin 
üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə 
baxılması üçün maneə yaratmır. 
142.3. Qərarın icrasının təxirə salınması, dayandırılması, onun 
icrasına möhlət və ya xitam verilməsi, yaxud yetkinlik yaşına 
çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən 
və ya digər qanuni nümayəndələrindən tutulması barədə qərardad 
qəbul edilir. Qərardadın surəti, barəsində bu qərardad qəbul edilmiş 
fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, yetkinlik yaşına 
çatmayan şəxsin qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə 
bu barədə müvafiq qeyd aparılmaqla verilir.  
 
Maddə 143. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasının təxirə salınması və ya onun icrasına möhlət verilməsi 
 
143.1. İnzibati həbs, inzibati xəta törətmiş fiziki şəxsin ona 
verilmiş xüsusi hüququnun məhdudlaşdırılması və ya inzibati cərimə 
növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın müəyyən 
edilmiş müddətdə icrasının həyata keçirilməsini qeyri-mümkün edən 
hallar mövcud olduqda, qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan 
(vəzifəli şəxs) qərarın icrasını bir ayadək müddətə təxirə salır. 


128 
 
143.2. İnzibati məsuliyyətə cəlb olunan şəxsin maddi vəziyyəti 
nəzərə alınmaqla, inzibati cərimənin ödənilməsi bu barədə qərar 
qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən altı 
ayadək müddətə uzadıla bilər. 
 
Maddə 144. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasının dayandırılması 
 
144.1. Qərardan şikayət və ya protest verildikdə, inzibati 
tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli 
orqan (vəzifəli şəxs) həmin qərarın icrasını şikayətə və ya protestə 
baxılanadək dayandırır. İcranın dayandırılması barədə qərardad 
qəbul edilir və qərardad dərhal onu icra edən orqana (vəzifəli şəxsə) 
göndərilir. 
144.2. İnzibati həbs və ya ictimai işlər növündə tənbeh tətbiq 
etmə haqqında qərardan şikayət və ya protest verilməsi həmin 
qərarın icrasının dayandırılmasına səbəb olmur.   
 
Maddə 145. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın 
icrasına xitam verilməsi 
 
145.1. İnzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş 
hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı hallarda qərarın 
icrasına xitam verir: 
145.1.1. bu Məcəllənin inzibati məsuliyyət müəyyən edən 
müvafiq müddəaları qüvvədən düşmüş hesab edildikdə; 
145.1.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar 
çıxarılmış şəxs öldükdə və ya Azərbaycan Respublikasının Mülki 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə