Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

117 
 
protest vermək hüququ 
 
128.1. Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına 
çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, 
zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu 
Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs 
inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest 
verə   bilər. 
128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli 
şəxsə) verilir: 
128.2.1. hakimin qərarından - apellyasiya instansiyası 
məhkəməsinə; 
128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın 
olduğu yerin məhkəməsinə; 
128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - 
yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə.   
 
Maddə 129. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və 
ya protest vermə qaydası 
 
129.1. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest aşağıdakı qaydada verilir: 
129.1.1. hakimin qərarından apellyasiya instansiyası 
məhkəməsinə verilən şikayət və ya protest - həmin qərarı qəbul 
etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası 
məhkəməsinə; 


118 
 
129.1.2. kollegial orqanın qərarından məhkəməyə verilən 
şikayət - birbaşa kollegial orqanın olduğu yer üzrə rayon (şəhər) 
məhkəməsinə; 
129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından 
məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya 
hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) 
məhkəməsinə; 
129.1.4. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından 
məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə 
rayon (şəhər) məhkəməsinə; 
129.1.5. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı 
səlahiyyətli orqana (vəzifəli şəxsə). 
129.2. Bu Məcəllənin 129.1.1-ci maddəsində nəzərdə tutulmuş 
hallarda hakim şikayətin daxil olduğu gündən üç gün müddətində 
şikayəti və ya protesti iş üzrə bütün materiallarla birlikdə apellyasiya 
instansiyası məhkəməsinə göndərir. 
129.3. İnzibati həbs tənbeh növünün tətbiqi barədə qərardan 
şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə şikayətin 
və ya protestin daxil olduğu gün göndərilir. 
129.4. Şikayətə və ya protestə baxılma hakimin, orqanın 
(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç 
gün müddətində aidiyyəti üzrə göndərilir. 
129.5. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətdən dövlət rüsumu tutulmur.  
  
Maddə 130. Qərardan şikayət və ya protest vermə müddətləri 
 


119 
 
130.1. Qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə 
tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 
inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 
130.2. Bu Məcəllənin 130.1-ci madəsində nəzərdə tutulmuş 
müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti 
ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 
bərpa edilir. 
130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab 
edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul 
edilir.   
 
Maddə 131.  İnzibati xəta haqqında iş üzrə qərardan verilən  
 
 
     şikayətə və ya protestə baxılma müddətləri 
 
131.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. 
131.2. İnzibati xəta törədən şəxs barəsində inzibati həbs 
tənbeh növü tətbiq edildikdə, inzibati həbs barəsində verilmiş 
qərardan şikayətə və ya protestə həmin şikayətin və ya protestin 
verildiyi vaxtdan bir gün müddətində baxılır. 
 
Maddə 132. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə  və ya protestə baxmağa hazırlıq 
 
132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan 
(vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 


120 
 
132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli 
orqana (vəzifəli şəxsə) aiddirmi; 
132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar 
mövcuddurmu; 
132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin 
edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma 
üçün lazım olan şəxslər çağırılır. 
132.2. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli 
orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya 
protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. 
 
 
 
Maddə 133. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılma 
 
133.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 
133.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxılarkən: 
133.2.1. şikayətə və ya protestə kim tərəfindən baxılması, 
hansı şikayətə və ya protestə baxılması, şikayətin kim tərəfindən 
verilməsi elan olunur; 
133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul 
edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə 
şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış 
digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə