Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

121 
 
133.2.3. fiziki şəxsin qanuni nümayəndəsinin və ya hüquqi 
şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin 
səlahiyyətləri müəyyən edilir; 
133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının 
gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin 
şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud 
şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə 
baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul 
edilir; 
133.2.5. şikayətə və ya protestə baxılmada iştirak edən 
şəxslərin hüquqları və vəzifələri onlara izah edilir; 
133.2.6. etiraz etmə və ya vəsatət haqqında müraciətlər həll 
edilir; 
133.2.7. inzibati xəta haqqında iş üzrə qərardan verilmiş 
şikayət və ya protest elan edilir
133.2.8. inzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi 
və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında 
yoxlanılır; 
133.2.9. inzibati xəta haqqında iş üzrə icraatda prokuror 
iştirak etdiyi hallarda onun rəyi dinlənilir. 
 
Maddə 134. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayətə və ya protestə baxılma haqqında qərar 
 
134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 


122 
 
134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə 
təmin edilmədən saxlanılması haqqında; 
134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə 
müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya 
qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 
134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu 
hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata 
xitam verilməsi haqqında; 
134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə 
müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta 
haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana 
(vəzifəli şəxsə) göndərilməsi haqqında; 
134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta 
haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın 
(vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv 
edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi 
haqqında. 
134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu 
Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 
 
Maddə 135.  İnzibati xəta haqqında iş üzrə qərarın ləğv 
edilməsi və ya dəyişdirilməsi üçün əsaslar 
 
135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və 
ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 
135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi 
nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların 
araşdırılmaması; 


123 
 
135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi 
nəticələrin işin faktiki hallarına uyğun olmaması;  
135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən 
müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta 
yetirilməməsi; 
135.1.4.  inzibati məsuliyyət müəyyən edən qanunun 
normasının düzgün tətbiq edilməməsi; 
135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü 
maddələrinin tələblərinə uyğun olmaması; 
135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin 
hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə 
törədəcək dərəcədə pozulması. 
135.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə 
və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), 
barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı 
yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci 
maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya 
prokurorun protesti olduqda qəbul edə bilər.  
 
Maddə 136. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayət və ya protest barəsində çıxarılmış qərarın elan edilməsi 
 
136.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan 
edilir. 
136.2. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul 
olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta 


124 
 
haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin 
nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora 
verilir. 
136.3. İnzibati həbs haqqında tənbeh növünün tətbiq edilməsi 
barədə qərardan verilən şikayət və ya protest üzrə qərar onu icra 
etməli olan səlahiyyətli orqana (vəzifəli şəxsə), habelə barəsində 
inzibati həbs tətbiq edilən şəxsə qərarın qəbul olunduğu gün verilir. 
 
Maddə 137. İnzibati xəta haqqında iş üzrə qərardan verilən 
şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən 
 
 
     baxılma 
 
137.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət 
və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik 
yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin 
nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə 
tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə 
məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə 
baxılır.   
137.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya 
protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan 
bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə 
şikayət verilə bilər.  
 
V BÖLMƏ 
 
İNZİBATİ XƏTA HAQQINDA İŞ ÜZRƏ QƏRARIN İCRASI 
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə