183
edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən,
yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların
rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan
müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə
görə-
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
237.2. Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və
tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın,
aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan
istifadə edilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi
beş min manatadək məbləğdə cərimə edilir.
Maddə 238. Ətraf mühitə buraxılan tullantılarında müəyyən
edilmiş normadan artıq çirkləndirici maddələr olan nəqliyyat
vasitələrinin istehsalı, idxalı, istismara buraxılması
238.1. Ətraf mühitə buraxılan tullantılarında çirkləndirici
maddələrin yol verilən hədlərinin və ya səs-küyün və vibrasiyanın
yol verilən səviyyələrinin müəyyən edilmiş normativlərə və
standartlara uyğun olmayan nəqliyyat vasitələrinin istehsalına və ya
idxalına görə-
vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on iki min beş yüz manatdan
on beş min manatadək məbləğdə cərimə edilir.
238.2. Ətraf mühitə buraxılan tullantılarında müəyyən edilmiş
normadan artıq çirkləndirici maddələr olan nəqliyyat vasitələrinin
istismara buraxılmasına görə-
184
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
Maddə 239. Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin və
ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və
hesabatının aparılmaması
Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji
cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə
təsirinin uçotunun və hesabatının aparılmamasına görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan
on min manatadək məbləğdə cərimə edilir.
Maddə 240. Ətraf mühitin mühafizəsi sahəsində standartlaşdırma
qaydalarının pozulması
Ətraf mühitin mühafizəsi sahəsində mövcud standartlar və texniki
tələblər pozulmaqla məhsulların (məmulatların) hazırlanmasına,
satılmasına, saxlanılmasına, nəql edilməsinə, istifadəsinə,
istismarına və təmirinə, yaxud işlərin və xidmətlərin yerinə
yetirilməsinə görə-
fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min beş yüz
manatadək məbləğdə cərimə edilir.
Maddə 241. Ətraf mühitin mühafizəsi sahəsində sertifikatlaşdırma
qaydalarının pozulması
185
Ətraf mühitin mühafizəsi sahəsində məcburi sertifikatlaşdırılmalı
olan məhsulların belə sertifikat olmadan istehsal edilməsinə, işlərin
(xidmətlərin) yerinə yetirilməsinə görə-
vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz
manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min
beş yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 242. Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə
qaydalarının pozulması
Xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə qaydalarının,
həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə-
fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 243. Yerin təkindən istifadə qaydalarının pozulması
243.0. Yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni:
243.0.1. yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz
aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə
standartların (normaların, qaydaların) tələblərinin pozulmasına;
243.0.2. yerin təkinin çirklənməsinə və faydalı qazıntı yatağının
istismar üçün yararsız hala düşməsinə yol verilməsinə;
243.0.3. geoloji və ya digər məlumatlara mülkiyyət hüququnun və
bu məlumatların məxfiliyinin pozulmasına;
243.0.4. faydalı qazıntı yayılan sahələrdə özbaşına tikinti işlərinin
aparılmasına;
243.0.5. yerin təkindən istifadə edilərkən bina və qurğuların, eləcə
də xüsusi mühafizə olunan ərazilərin və ətraf mühit obyektlərinin
toxunulmazlığının təmin edilməməsinə;
243.0.6. yeraltı suların müşahidə quyularının, markşeyder və
geodeziya nişanlarının məhv edilməsinə və zədələnməsinə;
186
243.0.7. ləğv edilən və konservasiya olunan dağ qazmalarının və
buruq quyularının əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin
edən vəziyyətə gətirilməsi, habelə konservasiya müddəti ərzində
faydalı qazıntı yataqlarının, dağ qazmalarının və buruq quyularının
qorunması tələblərinə əməl edilməməsinə;
243.0.8. yerin təkindən istifadə edilərkən yararsız hala salınmış
torpaq sahələrinin və digər təbiət obyektlərinin onların gələcək
istifadəsi üçün yararlı vəziyyətə gətirilməməsinə;
243.0.9. yerin təkindən istifadə zamanı elm və mədəniyyət üçün
maraq doğuran obyektlər aşkar edilərkən həmin sahədə işlərin
dayandırılmamasına və lisenziya və ya icazə verən orqana məlumat
verilməməsinə görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər min iki yüz manatdan iki min manatadək məbləğdə, hüquqi
şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə
edilir.
Maddə 244. Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi
və korlanması
244.1. Torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət
tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə
çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin
orqanizmləri ilə yoluxdurulmasına görə-
fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə,
vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək
məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min
manatadək məbləğdə cərimə edilir.
244.2. Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının
korlanmasına görə-
fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli
şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi
Dostları ilə paylaş: |