Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə85/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   81   82   83   84   85   86   87   88   ...   98

339 
 
 
Maddə  509. Gömrük brokeri (gömrük təmsilçisi), səlahiyyətli 
iqtisadi operator və ya gömrük daşıyıcısı kimi 
qanunsuz fəaliyyət göstərilməsi, yaxud bu cür fəaliyyət  
qaydalarının və şərtlərinin pozulması 
 
509.1. Azərbaycan Respublikası gömrük qanunvericiliyinin 
tələbləri pozulmaqla gömrük brokeri (gömrük təmsilçisi), 
səlahiyyətli iqtisadi operator və ya gömrük daşıyıcısı kimi qanunsuz 
fəaliyyət göstərilməsinə görə- 
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.  
509.2. Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli 
iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə 
edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə 
etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, 
üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük 
brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük 
qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin 
pozulmasına görə- 
vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, 
hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə 
cərimə edilir.   
                                                   
FƏSİL 38 
 
İCTİMAİ QAYDA, İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ MƏNƏVİYYAT 
ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR 
 
 
Maddə  510. Xırda xuliqanlıq 
 
Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər 
üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi 


340 
 
hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya 
zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-  
əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin 
hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu 
tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə 
inzibati həbs tətbiq olunur.   
 
Maddə 511. Avtoxuliqanlıq 
 
511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü 
tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə 
şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol 
hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə 
müşayiət olunan qərəzli hərəkətlərə görə- 
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə 
məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən 
bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 
511.2. Eyni hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən 
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il 
ərzində təkrar törədilməsinə görə -  
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur.   
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş 
hərəkətlərin aşkar surətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin 
iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət 
sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə - 


341 
 
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə 
məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək 
məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək 
hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, 
pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur. 
 
Maddə 512. Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına 
görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti 
       
On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına 
çatmayanların törətdikləri xırda xuliqanlığa görə- 
valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz 
manatadək məbləğdə cərimə edilir.   
 
 
 
 
Maddə  513. Toplantıların təşkili və keçirilməsi qaydasının 
pozulması 
        
513.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin 
və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı 
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 
qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə- 
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə 
cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti 
nəzərə alınmaqla, iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər 
və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər 
üç min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on 
beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 
513.2. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan 
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil 


342 
 
edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə 
iştirak etməyə görə- 
üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, 
yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə 
alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki 
ayadək müddətə inzibati həbs tətbiq olunur. 
Qeyd: Bu Məcəllənin 513.1 və 513.2-ci maddələrində nəzərdə 
tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin 
əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq 
maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.   
 
Maddə 514. Kütləvi idman tədbirlərinin və idman yarışlarının 
keçirilməsinə mane olma 
 
514.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının 
keçirilməsinə mane olmağa, yəni: 
514.0.1. bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və 
tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və 
idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil 
olmasına yol verilməyən şəxslərin buraxılmasına; 
514.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və 
tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və 
idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan 
edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -  
fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər iki min 
manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində 
cərimə edilir. 
 
Maddə  515. Dini qurumların yaradılması və fəaliyyət qaydasının 
pozulması 
 
515.0. Dini qurumların yaradılması və fəaliyyət qaydasının 
pozulmasına, yəni: 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə