Azərbaycan respublikasinin iNZİbati XƏtalar məCƏLLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə81/98
tarix08.09.2018
ölçüsü2,31 Mb.
#67080
1   ...   77   78   79   80   81   82   83   84   ...   98

323 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində 
“az miqdarda olduqda” dedikdə, dörd min manatadək olan məbləğ 
başa düşülür. 
 
Maddə 480. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının gömrük sərhədindən gömrük 
nəzarətindən gizlədilməklə keçirilməsi 
 
Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının 
gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə 
keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar 
edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud 
bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, 
bu az miqdarda olduqda- 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
 
Maddə 481. Malların və nəqliyyat vasitələrinin Azərbaycan 
Respublikasının gömrük sərhədindən sənədlərdən və ya 
eyniləşdirmə vasitələrindən aldatma yolu ilə istifadə 
etməklə keçirilməsi 
 
Malların və nəqliyyat vasitələrinin sənədlərdən və ya eyniləşdirmə 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə gömrük sərhədindən 
keçirilməsinə, yəni keçirilmə zamanı müvafiq icra hakimiyyəti 
orqanına gömrük məqsədləri üçün doğru olmayan məlumatları əks 
etdirən sənədlər, etibarsız sənədlər, yaxud digər mallara və 


324 
 
nəqliyyat vasitələrinə aid olan sənədlər və ya eyniləşdirmə vasitələri 
təqdim edilməsinə, yaxud saxta eyniləşdirmə vasitələrindən istifadə 
edilməsinə görə, bu az miqdarda olduqda - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
 
Maddə 482. Malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi 
və ya düzgün bəyan edilməməsi 
 
482.1. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 
malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu 
az miqdarda olduqda - 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat 
vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir. 
482.2. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən 
malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, 
yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal 
(ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük 
rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan 
Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər 
sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük 
sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük 
ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan 
və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin 
məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin 
gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi 
barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə 
görə, bu az miqdarda olduqda -   


325 
 
inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat 
vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə 
cərimə edilir.  
482.3. Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının 
gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi 
gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük 
ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti 
orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan 
məlumatların verilməsinə görə- 
fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz 
manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə 
edilir.  
 
Maddə 483. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması 
 
Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə 
edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş 
banklarının hesablarına məcburi qaydada köçürülməli olan az 
miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına 
görə - 
inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 
otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.  
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 
iyirmi min manatadək olan məbləğ başa düşülür.  
 
Maddə  484. Gömrük nəzarəti zonası rejiminin pozulması 
 
Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük 
nəzarəti zonasının sərhədlərindən keçməyə və ya onun hüdudlarında 
hərəkət etməyə, istehsal və digər kommersiya fəaliyyəti ilə məşğul 
olmağa, yaxud gömrük nəzarəti zonası rejimini başqa şəkildə 
pozmağa görə- 


326 
 
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz əlli 
manat məbləğində, hüquqi şəxslər beş yüz manat məbləğində 
cərimə edilir.   
 
Maddə  485. Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya 
aparılarkən müvafiq icra hakimiyyəti orqanına 
məlumatın verilməməsi və ya təhrif olunmuş  
məlumatın verilməsi 
 
Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən 
edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan 
Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan 
Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük 
ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması 
barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların  
verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud 
malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə 
müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - 
fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli 
şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər 
iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.   
 
Maddə 486. Fors-major hallarda və ya qəza zamanı müvafiq 
tədbirin görülməməsi 
 
Fors-major hallarda və ya qəza zamanı gömrük qanunvericiliyi ilə 
müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməməsinə, müvafiq icra 
hakimiyyəti orqanına təxirə salınmadan hadisə barədə məlumat 
verilməməsinə görə -   
inzibati xətanın bilavasitə obyekti olan malların və ya nəqliyyat 
vasitələrinin dəyərinin beş faizindən on faizinədək məbləğdə cərimə 
edilir.  
 


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə