News release



Yüklə 12,19 Kb.
tarix05.09.2018
ölçüsü12,19 Kb.








NEWS RELEASE



News Release No. 2007/04/AZ

Contacts
In Washington: Miriam Van Dyck (202) 458 2931
mvandyck@worldbank.org;

In Baku: Saida Bagirli (994 12) 4921941
sbagirli@worldbank.org


DAŞINMAZ ƏMLAKIN QEYDİYYATI LAYİHƏSİ ÜZRƏ KREDİT SAZİŞİNİN İMZALANMSI

 

Bakı, 27 iyul 2007-ci il – Bu gün Dünya Bankı və Azərbaycan Respublikası arasında Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi üzrə 30 milyon ABŞ dolları məbləğində Kredit Sazişi imzalanmışdır. Kredit Sazişi Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifov və Dünay Banknın Ölkə Meneceri cənab Qreqori Yedjeyçak tərəfindən imzalanmışdır.


Layihənin məqsədi özəl sektor, idarəetmə və dövlətə aid daşınmaz əmlakın istifadəsi üçün daşınmaz əmlak bazarlarını dəstəkləyən mötəbər, şəffaf və səmərəli daşınmaz əmlakın qeydiyyat sisteminin fəaliyyətini təmin etməkdir.
Müstəqillik əldə etdikdən sonra Azərbaycan bazar iqtisadı yönümlü bir sıra islahatları, o cümlədən torpaqların dekollektivizasiyası, dövlətə mülkiyyətində olan əmmlakın və mənzil fondunun özəlləşdirilməsini həyata keçirmişdir. Bu sahədə torpaq və daşınmaz əmlak hüquqlarının müdafiəsi və daşınmaz əmlak bazarında əqdləri həyata keçirmək v’ kredit almaq imkan; imkanı kiçik və orta-miqyaslı şirkətlər üçün çox vacibdir.
Layihə fərdlərə xidmətlərin və kiçik və orta-miqyaslı şirkətlərin inkişafına müsbət təsir göstərəcək. Layihə təkmilləşdirilmiş vasitələr, prosedurlar və korrupsiya imkanlarını məhdudlaşdırmaq və torpaq idarəetməsində istifadə edilən sistemləri ictimaiyyətə daha yaxşı xidmətlər təmin etmək məqsədi güdən elektron Hökumət təşəbbüsləri ilə əlaqələndirmək yolu ilə təmin edilən xidmətlərin şəffaflığını, sürətini və keyfiyyətini yaxşılaşdıracaq.
Layihə dörd komponentdən ibarətdir:
Daşınmaz Əmlakın Qeydiyyatı. Bu komponentin məqsədi qeydiyyat şöbələrinin binalarının fiziki vəziyyətinin yaxşılaşdırılması, avtomatlaşdırılmış sistemlərin və “on-line” xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak hüquqlarının qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətləri göstərməkdən ibarətdir.
Dövlət əmlakının idarə edilməsi və reyestri. Bu komponentin məqsədi Dövlət Əmlakının İdarə edilməsinin inkişafıdır.
Baza xəritələndirməsi və torpaq kadastrı. Bu komponentin məqsədi DƏDRX və DƏİDK-nin avtomatlaşdırılmış sistemləri üçün y baza geodezi, xəritə və kadastr məlumatlarının təmin edilməsidir.
Təlim siyasətin işlənib hazırlanması və Layihənin idarə edilməsi. Bu komponentin məqsədi layihənin icrasını və monitorinqini dəstəkləmək birgə təlimlə, informasiya texnologiyası/informasiyanın idarə edilməsi strategiyasının hazırlanması və siyasət və qanunivericiliyin inkişaf etdirilməsiilə birgə fəaliyyətləri əlaqələndirilməsidir .
Azərbaycan Dunya Bankına 1992 ildə daxil olub. O vaxtdan ölkəyə 37 layihə üçün 1, 057 milyon ABŞ dolları məbləğində kredit ayırılıb. 

 

###



Dünya Bankının Azərbaycanda fəaliyyətinə dair əlavə məlumat üçün aşağıda qeyd edilən sayta müraciət edin:

www.worldbank.org.az


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə