10
Bank sektorunun fəaliyyət göstərdiyi mühit
daxilolmalarına artırıcı təsir göstərmişdir. İlkin
məlumatlara görə, 9 ayda ölkəyə daxil olan pul
baratlarının həcmi 1,2 mlrd. dollar olmuşdur.
DSK-nın məlumatına görə, yanvar-sentyabr
aylarında ölkə iqtisadiyyatına qoyulmuş xarici
investisiyaların həcmi isə 11.9% artaraq 2.6
mlrd. ABŞ dollarına çatmışdır.
Ölkənin xarici mövqeyinin yaxşılaşması
valyuta ehtiyatlarının artımından da görünür.
2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin
strateji valyuta ehtiyatları 11% artaraq 45.2
mlrd. ABŞ dollarını ötmüşdür ki, bu da təqribən
3 illik mal və xidmətlərin idxalına kifayət edir.
AMB-nin valyuta ehtiyatları isə 10% artaraq
11 mlrd. ABŞ dollarından çox olmuşdur ki,
bu da təqribən bir illik mal və xidmət idxalını
maliyyələşdirməyə kifayətdir.
Hesabat
dövründə
məcmu
tələbin
komponentləri olan son istehlak xərcləri,
investisiyalar iqtisadi artıma müsbət təsir
göstərmişdir. Ötən dövrdə büdcə xərclərinin,
əsasən də investisiya xəclərinin yüksək artımı
məcmu tələbi artıran mühüm amil olmuşdur.
2012-ci ilin yanvar-sentyabr aylarında ÜDM-
in artımı qeyri-neft sektorundakı aktivlik
hesabına baş vermişdir. Yaradılan əlavə dəyərin
2/3 hissəsi məhsul istehsalı sahələrinin, 1/3
hissəsi isə xidmət sahələrinin payına düşmüşdür.
Cari ilin 9 ayında ÜDM real ifadədə 1.1%
artmış və nominal olaraq 39.8 mlrd. manata
çatmışdır. Qeyri-neft sektorunda artım 10.2%
təşkil etmişdir. ÜDM-in yarısı qeyri-neft
sektorunun payına düşmüş və iqtisadiyyatın bu
sektoru ümumi artıma 4.6% bəndi artırıcı töhfə
vermişdir.
2012-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü
ilə müqayisədə adambaşına düşən nominal pul
gəlirləri 12% artmış, son istehlak xərcləri isə
nominal ifadədə 15.2 mlrd. manat və ya ÜDM-
in 38%-nə bərabər olmuşdur. Hesabat dövründə
bütün mənbələrdən iqtisadiyyata investisiya
qoyuluşu 27.4% artaraq ÜDM-in 25%-nə
çatmış, bunun 74%-i qeyri-neft sektorunun
payına düşmüşdür. O cümlədən, əsas kapitala
yönəldilmiş vəsaitin 79.4%-ni daxili, 20.6%-ni
isə xarici mənbələrdən yönəldilmiş vəsaitlər
təşkil etmişdir.
Hesabat dövründə məcmu tələbin canlanması
şəraitində inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılması mühüm vəzifə olaraq qalmışdır.
2012-ci ilin 9 ayında orta ilik inflyasiya 1.5%
təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə nəzərə çarpacaq dərəcədə aşağıdır.
Dövr ərzində manatın məzənnəsinin sabitliyi
qorunmuşdur.
Valyuta bazarında məzənnənin əhəmiyyətli
möhkəmlənməsinin qarşısını almaq və bununla
da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə
neqativ təsirləri neytrallaşdırmaq üçün Mərkəzi
Bank tərəfindən 9 ayda 978 mln. ABŞ dolları
həcmində valyuta sterilizasiyası həyata
keçirilmişdir. Nəticədə dövr ərzində manatın
ABŞ dollarına qarşı məzənnəsi mülayim templə,
cəmi 0.17% möhkəmlənmişdir.
Cari ilin ötən dövründə pul siyasəti alətləri
üzrə qəbul edilmiş qərarlar qiymət sabitliyinin
qorunmasına yönəldilmişdir. Hesabat dövründə
pul bazası 12.4%, pul kütləsi isə 12.8% artmışdır.
Mənbə: DSK
11
2.1. Bank sisteminin əsas göstəricilərinin
dinamikası
2012-ci ilin 9 ayında bank sektoru
inkişaf dinamikasını qoruyub saxlamış,
maliyyə vasitəçiliyi funksiyasını daha da
dərinləşdirmişdir.
2012-ci ilin sentyabr ayının sonuna bank
sektorunun aktivləri 15 998,9 mln. manat təşkil
etmişdir. İlin əvvəli ilə müqayisədə bank aktiv-
ləri 2 052,1 mln. manat və ya 14,7% artmışdır
(son bir ildə artım 18% olmuşdur). 2012-ci ilin
yanvar-sentyabr ayları ərzində kreditlər 15,2%
artaraq (ilik artım 18,5%) dövrün sonuna 11 170
mln. manat olmuşdur ki, bu da bank aktivlərinin
70%-ni təşkil etmişdir.
Bankların depozit bazası (maliyyə və qeyri-
maliyyə sektorundan cəlb olunmuş vəsaitlər) 6,7%
artmışdır. O cümlədən, fiziki şəxslərin əmanətləri
10,6% artaraq 4556,3 mln. manata çatmışdır.
Cari ilin sentyabr ayının sonuna fəaliyyətdə
olan bankların sayı 44 olmuşdur. Ötən ilin
müvafiq dövrü ilə müqayisədə 12 yeni bank
filialı (cəmi 672 filial) və 8 yeni bank şöbəsi
açılmışdır (cəmi 162 bank şöbəsi). Xarici
kapitallı bankların sayı 1 oktyabr 2012-ci il
tarixinə 23 olmuşdur.
Qeyri-bank kredit təşkilatlarının sayı 125-
dən (1 yanvar 2012) 132-dək artmışdır. O
cümlədən, dövrün sonuna kredit ittifaqlarının
sayı 103, beynəlxalq humanitar təşkilatlar
tərəfindən
maliyyələşdirilən
kredit
təşkilatlarının sayı 28 olmuşdur. Onların
filiallarının sayı isə ilin əvvəlindən artaraq
(1 yanvar 2012-ci il tarixinə 74) 1 oktyabr
2012-ci il tarixinə 112-ə çatmışdır.
Əhaliyə, xüsusilə də regionlarda yaşayan
sakinlərə maliyyə xidmətlərini göstərən
“AZƏRPOÇT”
Məhdud
Məsuliyyətli
Cəmiyyətinin 63 filialı yarım il ərzində uğurla
fəaliyyət göstərmişdir. 1 oktyabr 2012-ci il
tarixinə olan məlumata görə “AZƏRPOÇT”
II. BANK SİSTEMİNİN İNKİŞAFI
Bank sisteminin inkişafı
Cədvəl 2.1. Bank sisteminin əsas göstəricilərinin artım tempi, %-lə
2009
2010
2011
2012/9 ay
Aktivlər
13.6
13.9
7.3
14.7
Kreditlər
17.3
9.0
8.1
15.2
Hüquqi şəxslərin depozitləri
-18.8
4.3
16.1
0.2
Əhalinin
əmanətləri
22.6
29.8
36.0
10.6
Məcmu kapital
17.9
7.8
12.7
21.8
Mənbə: AMB
Mənbə: AMB