Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının
hüquqları üçün təminatlar
58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında
qərar qəbul etmiş hüquqi
şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil
edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda
isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına
yazılı bildiriş göndərməyə borcludurlar.
58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki,
yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam
verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin
ödənilməsini tələb etsin.
58.3. Əgər bölünmə balansı yenidən təşkil
edilmiş hüquqi şəxsin hüquq
varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər
yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları
qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 59. Hüquqi şəxsin ləğvi
59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və
vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam
verilməsi deməkdir.
59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
59.2.1. onun təsisçilərinin (iştirakçılarının)
və ya hüquqi şəxsin
nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin
mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması
zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik
pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız
sayıldığı halda;
59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan
fəaliyyət və ya qanunla
qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər
şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya
fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul
olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan
başqa hallarda məhkəmənin
qərarı ilə.
59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi
şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə
ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından
hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə
qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti
barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən
çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin
mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin
mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün
kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-
olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor
hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu
maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur.
[38]
59.3. Bu Məcəllənin
59.2.2 və 59.2.3-cü maddələrində
göstərilən əsaslar üzrə
hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli
sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli
sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun
təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi
üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini
həyata keçirmək vəzifələri
həvalə edilə bilər.
[39]
59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.
59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların
tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma
nəticəsində ləğv edilə bilər.
59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə
məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən
çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına
səbəb olur.
[40]
59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi
zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydalar tətbiq edilir.
Dostları ilə paylaş: