65.3.2. ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məxfi məlumatı
açıqlamamalıdırlar;
65.3.3. onun nizamnaməsində nəzərdə
tutulan digər vəzifələri
daşımalıdırlar.
Maddə 66. Təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin çevrilməsi
66.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri iştirakçıların
ümumi
yığıncağının qərarı ilə bu Məcəllədə müəyyənləşdirilmiş qaydada başqa
növlü təsərrüfat ortaqlıqlarına və cəmiyyətlərinə çevrilə bilər.
66.2. Ortaqlıq cəmiyyətə çevrilərkən cəmiyyətin iştirakçısı (səhmdarı)
olmuş hər bir tam ortaq ortaqlıqdan cəmiyyətə keçmiş
öhdəliklər üzrə iki il
ərzində özünün bütün əmlakı ilə subsidiar məsuliyyət daşıyır. Keçmiş ortağın
ona mənsub payları (səhmləri) özgəninkiləşdirməsi onu bu cür
məsuliyyətdən azad etmir.
Dostları ilə paylaş: