Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri (2)
13.1.
inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan
şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını
təmin edir.
13.2.
İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin
şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati
vəzifənin profilini öyrənməlidir.
13.3.
Yardımçı vəzifə iddiasında olan şəxsin müvafiq orta təhsili olmalıdır.
Həmin şəxsin başqa orta təhsili və ya ümumi orta təhsili olduqda, o, hazırlığını
dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir.
13.4.
İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər
qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir. (2)
III
fəsil
Dövlət qulluqçusu
Maddə 14. Dövlət qulluqçusu
14.1.
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaş- lı (maaş
yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və
inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən (34) Azərbaycan
Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
14.2.
(2) İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət
qulluqçusu dövlət vəzifəli şəxsdir.
14.3.
çıxarılıb. (2)
Maddə 15. Dövlət qulluqçusunun andı
15.1.
And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi
borc və sədaqət münasibətlərini təsdiq edir.
15.2.
İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin
icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: (34)
“Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına
dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət
qulluğunun mənə verdiyi hüquqları
və üzərimə qoyduğu vəzifələ
------------------------------------- 13 ----------------------------------------
ri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi
naminə həyata keçirəcəyimə and içirəm”.
15.3.
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
15.4.
Andiçmə bir dəfə olur.
And içən dövlət qulluqçusu andın mətnini
imzalayır və hu sənəd onun şəxsi işində saxlanılır. (34)
15.5.
Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri
Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
15.6.
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
Maddə 16. Dövlət qulluqçularmm ixtisas dərəcələri
16.1.
Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir,
dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və
sosial təminatlardan istifadə etmək hüququ verir. (34)
16.2.
inzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri
verilir:
16.2.1.
inzibati vəzifələrin birinci təsnifatı üzrə -
həqiqi dövlət müşaviri, I-ci
dərəcə dövlət müşaviri
və 2-ci dərəcə dövlət müşaviri (7);
16.2.2.
inzibati vəzifələrin ikinci təsnifatı üzrə - 1-ci, 2-ci və 3-cü dərəcə dövlət
müşaviri,
dövlət qulluğunun baş müşaviri
(7);
16.2.3.
inzibati vəzifələrin üçüncü təsnifatı üzrə - 3-cü dərəcə dövlət müşaviri,
dövlət qulluğunun baş müşaviri
və dövlət qulluğunun müşaviri (7);
16.2.4.
inzibati vəzifələrin dördüncü təsnifatı üzrə - dövlət qulluğunun baş
müşaviri, dövlət qulluğunun müşaviri
və dövlət qulluğunun kiçik müşaviri (7);
16.2.5.
inzibati vəzifələrin beşinci təsnifatı üzrə - dövlət qulluğunun müşaviri,
dövlət qulluğunun kiçik müşaviri
və 1-ci dərəcə dövlət qulluqçusu (7);
16.2.6.
inzibati vəzifələrin altıncı təsnifatı üzrə - dövlət qulluğunun kiçik
müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu
və 2-ci dərəcə dövlət qulluqçusu (7);
16.2.7.
inzibati vəzifələrin yeddinci təsnifatı üzrə - 1-ci dərəcə dövlət
qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu
və 3-cü dərəcə dövlət qulluqçusu (7);
14