25.10.
Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət
qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam
həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
25.11.
Dövlət qulluqçusu "Korrupsiyaya qarşı mübarizə haqqında"
Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə
əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları
törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam
məsuliyyətinə cəlb olunur. (34)
Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət
qulluqçusunun məsuliyyəti
26.1.
Dövlət qulluqçusu
öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2..
Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun
etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan
yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu
məsuliyyətdən azad olunur.
V f ə s i l
Dövlət qulluğu keçmə
Maddə 27. Dövlət qulluğuna qəbul edilmək (34) hüququ
27.1.
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən,
dinindən (34), dilindən cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,
yaşayış yerindən,
(34) əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən
asılı
olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan
və
Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən (34) vətəndaşlarının dövlət
qulluğuna
qəbul edilmək (34) hüququ vardır.
27.2.
Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda
qəbul edilə (34)
bilməz:
27.2.1.
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət
qabiliyyətinə malik olması məhkəmənin qərarı
ilə təsdiq edilirsə;
27.2.2.
məhkumluğu ödənilməmiş və ya götürülməmişsə; (34)
------------------------------------- 25 ---------------------------------------