Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə8/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   4   5   6   7   8   9   10   11   ...   117

25.2.3.
 
həmin  təsnifatdan  olan,  lakin  vəzifə  maaşı  aşağı  olan  vəzifəyə 
keçirilməsi; 
25.2.4.
 
daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 
25.2.5.
 
ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 
25.2.6.
 
dövlət qulluğundan azad edilməsi. 
25.3.
 
Bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə 
əsaslar  olduqda,  müvafiq  dövlət  orqanı  rəhbərinin  əmri  ilə  araşdırma  aparılır, 
dövlət  qulluqçusundan  yazılı  izahat  alınır.  Zərurət  olduqda,  müvafiq  dövlət 
orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat 
verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam  tənbehinin tətbiqinə mane 
olmur. 
25.4.
 
Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
25.5.
 
Dövlət  qulluqçularına  intizam  tənbehi bu qanunun  25.2-ci  maddəsində 
nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət 
qulluqçusunun  məzuniyyətdə,  ezamiyyətdə  olduğu,  əmək  qabiliyyətini  müvəqqəti 
itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı 
vaxt həmin müddətə daxil edilmir. 
25.6.
 
Bu  qanunun  25.2.6-cı  maddəsində  nəzərdə  tutulmuş  intizam  tənbeh 
tədbiri  vəzifələrin  icrası  zamanı  kobud  və  ya  mütəmadi  olaraq  pozuntulara  yol 
verildikdə və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə 
əməl edilmədikdə tətbiq oluna bilər. 
25.7.
 
Bu  qanunun  25.2.1-25.2.6-cı  maddələrində  nəzərdə  tutulmuş  intizam 
tənbeh  tədbirləri  dövlət  qulluqçusunun  qulluq  keçdiyi  dövlət  orqanının  rəhbəri 
tərəfimdən,  25.2.  J-ci  maddəsində  nəzərdə  tutulmuş  intizam  tənbeh  tədbiri  isə, 
habelə  dövlət  qulluqçusunun  qulluq  keçdiyi  dövlət  orqanının  rəhbəri  tərəfindən 
səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfimdən tətbiq oluna bilər. 
25.8.
 
İntizam  tənbeh  tədbirinin  tətbiq  edilməsi  barədə  əmrdən,  onun 
imzalandığı  gündən  7  iş  günü  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına 
şikayət vermək olar. Bu zaman həmin orqan tərəfimdən intizam tənbeh tədbiri 10 iş 
günü  müddətində  ləğv  olunmalı  və  ya  qüvvədə  saxlanılmalıdır.  Tətbiq  olunmuş 
intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının 
müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 
25.9.
 
Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada 
inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 
24 


25.10.
 
Dövlət  qulluqçusu  onun  təqsiri  üzündən  dəymiş  zərər  üçün 
qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  maddi  məsuliyyət  daşıyır.  Dövlət 
qulluqçusunun  qanuna  uyğun  hərəkətləri  nəticəsində  dəymiş  zərərin  əvəzi  tam 
həcmdə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 
25.11.
 
Dövlət  qulluqçusu  "Korrupsiyaya  qarşı  mübarizə  haqqında" 
Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə 
əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları 
törətdikdə  (onlar  inzibati  və  ya  cinayət  məsuliyyəti  yaratmadıqda)  intizam 
məsuliyyətinə cəlb olunur. (34) 
Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət 
qulluqçusunun məsuliyyəti 
26.1.
 
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir. 
26.2..
 
Rəhbər işçinin göstərişini qanunsuz  sayan dövlət qulluqçusunun 
etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan 
yuxarı  vəzifəli  rəhbər  işçi  həmin  göstərişi  ləğv  etmirsə,  dövlət  qulluqçusu 
məsuliyyətdən azad olunur. 
V f ə s i l  
Dövlət qulluğu keçmə 
Maddə 27. Dövlət qulluğuna qəbul edilmək (34) hüququ 
27.1.
 
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, 
dinindən  (34),  dilindən  cinsindən,  sosial  mənşəyindən,  əmlak  vəziyyətindən, 
yaşayış  yerindən,  (34)  əqidəsindən,  ictimai  və  digər  birliklərə  mənsubiyyətindən 
asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və 
Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən (34) vətəndaşlarının dövlət 
qulluğuna qəbul edilmək (34) hüququ vardır. 
27.2.
 
Hər  hansı  şəxs  dövlət  qulluğuna  aşağıdakı  hallarda  qəbul  edilə  (34) 
bilməz: 
27.2.1.
 
onun  fəaliyyət qabiliyyətinə  malik olmaması  və  ya  məhdud fəaliyyət 
qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilirsə
27.2.2.
 
məhkumluğu ödənilməmiş və ya götürülməmişsə; (34) 
 -------------------------------------  25  ---------------------------------------  


27.2.3.
 
bilavasitə  tabeliyində  və  ya  nəzarəti  altında  işləyəcəyi  dövlət 
qulluqçusu ilə (7) yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, 
qardaşları, bacıları, övladları) əlaqəsi olduqda; 
27.2.4.
 
barəsində  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinə  dair 
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa; (34) 
27.2.5.
 
(34) qanunvericiliklə müəyyən edilmiş başqa hallarda. 
27.3.
 
Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş 
şəxsin  dövlət  qulluğuna  qəbul  edilməsinin  mümkün  olub-olmaması  qabaqcadan 
yoxlanılır.  (34)  Yoxlamanın  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfimdən 
(34) müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır. 
Maddə 28. Dövlət qulluğuna qəbul 
28.1.
 
Dövlət qulluğuna vətəndaşlar müsabiqə və ya müsahibə əsasında qəbul 
edilirlər. (3) 
28.2.
 
inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant 
vəzifələr  üzrə  dövlət  qulluğuna  qəbul  üçün  müvafiq  icra  hakimiyyəti  orqanı 
müsabiqə  elan  edir.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
yalnız  bir  cinsin  nümayəndəsi  üçün  müsabiqənin  elan  edilməsinə  yol  verilmir. 
Müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında müraciət daxil olan gündən 
20  iş  günü  müddətində  müvafiq  dövlət  orqanı  vakant  olan  vəzifələr  barədə 
məlumatı təqdim etməlidir. (34) 
28.3.
 
Müsabiqədə  iştirak  etmək  istəyənlər  sənədlərini  müsabiqə  elan  edilən 
gündən  etibarən  30  gün  ərzində  müvafiq  icra  hakimiyyəti  orqanına  (12)  təqdim 
edirlər. 
28.4.
 
Müsabiqə  sənədlərin qəbulu  başa  çatdıqdan sonra  30 gün (34)  ərzində 
keçirilir  və  vahid  (7)  test  imtahanından  və  müsahibədən  (34)  ibarət  olur. 
Müsabiqənin elan edilməsi, keçirilməsi və yekunlarına dair müvafiq qərarın qəbul 
edilməsi  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyi  ilə  (2) 
müəyyən edilir. 
28.5.
 
Test  imtahanından  müvəfəqiyyətlə  çıxanlar  müsahibəyə  (34) 
buraxılırlar. Test nümunələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi 
ilə (2) müəyyən edilmiş qaydada hazırlanır və təsdiq olunur. 
28.6.
 
Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmadıqda,  müsabiqədən 
müvəffəqiyyətlə keçmiş namizədlər dövlət orqanının rəhbərinə təqdim olu 
26 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə