Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə4/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   2   3   4   5   6   7   8   9   ...   117

11.2.2.
 
yardımçı  vəzifələrin  ikinci  təsnifatı  -  2-ci  (34)  kateqoriya  dövlət 
orqanlarında texniki vəzifələr; 
11.2.3.
 
yardımçı  vəzifələrin  üçüncü  təsnifatı  -  3-cü  (34)  kateqoriya  dövlət 
orqanlarında texniki vəzifələr; 
11.2.4.
 
yardımçı  vəzifələrin  dördüncü  təsnifatı  -  4-cü  (34)  kateqoriya  dövlət 
orqanlarında texniki vəzifələr; 
11.2.5.
 
yardımçı  vəzifələrin  beşinci  təsnifatı  -  5-ci  (34)  kateqoriya  dövlət 
orqanlarında texniki vəzifələr; 
11.2.6.
 
yardımçı  vəzifələrin  altıncı  təsnifatı  -  6-cı  və  7-ci  kateqoriya  dövlət 
orqanlarında texniki vəzifələr. 
11.3.
 
Çıxarılıb. (34) 
11.4.
 
Dövlət  orqanlarının  aparatları  (və  ya  onların  fəaliyyətini  təmin  edən 
qurumlar) və onların bölmələri 1-7-ci kateqoriya dövlət orqanlarının Azərbaycan 
Respublikasının  Konstitusiyası  və  qanunları  ilə  müəyyən  edilmiş  funksiya  və 
səlahiyyətləri,  habelə  onların  həyata  keçirilməsi  xüsusiyyətləri  nəzərə  alınaraq 
təminedici və yardımçı kimi təsnifləşdirilir. 
Dövlət  orqanlarının  aparatının  (və  ya  onların  fəaliyyətini  təmin  edən 
qurumların)  və  onun  bölmələrinin  adları  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən müəyyən edilir. (14) 
Qeyd: 
11-ci maddədə "dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini 
təmin  edən  qurumlar)"  dedikdə  dövlət  orqanının  vəzifə,  funksiya  və 
səlahiyyətlərinin  həyata  keçirilməsini  təmin  edən  dövlət  qulluqçularından  ibarət 
ixtisaslaşdırılmış bölmələrini  özündə  birləşdirən dövlət  orqanının struktur vahidi 
nəzərdə tutulur. (34) 
Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu (2) 
12.1.
 
İnzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusuna 
vəzifələrin 
təsnifatları  və  adları,  ixtisas  dərəcələri  (34) 
və  vəzifələrin  tutulması  şərtləri 
haqqında məlumatlar daxil edilir. 
12.2.
 
İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat 
cədvəllərinin  yaradılması  və  dövlət  qulluqçularının  vəzifə  təlimatlarının 
hazırlanması  üçün  əsasdır.  İnzibati  və  yardımçı  vəzifələrin  təsnifat  toplusu 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilir. (2) 
12 


Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri (2) 
13.1.
 
inzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə iddiasında olan 
şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin olmasını 
təmin edir. 
13.2.
 
İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin 
şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati 
vəzifənin profilini öyrənməlidir. 
13.3.
 
Yardımçı  vəzifə  iddiasında  olan  şəxsin  müvafiq  orta  təhsili  olmalıdır. 
Həmin  şəxsin  başqa  orta  təhsili  və  ya  ümumi  orta  təhsili  olduqda,  o,  hazırlığını 
dəyişdirib iddiasında olduğu yardımçı vəzifənin profilini öyrənməlidir. 
13.4.
 
İnzibati  və  yardımçı  vəzifələri  tutmaq  üçün  əlavə  tələblər 
qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir. (2) 
III
 
fəsil 
Dövlət qulluqçusu 
Maddə 14. Dövlət qulluqçusu 
14.1.
 
Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaş- lı (maaş 
yalnız  dövlət  büdcəsi  vəsaitindən  verilə  bilər)  dövlət  qulluğu  vəzifəsini  tutan  və 
inzibati  vəzifə  üzrə  dövlət  qulluğuna  qəbul  edilərkən  (34)  Azərbaycan 
Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 
14.2.
 
(2)  İnzibati  vəzifə  tutan  və  hakimiyyət  səlahiyyətləri  alan  dövlət 
qulluqçusu dövlət vəzifəli şəxsdir. 
14.3.
 
çıxarılıb. (2) 
Maddə 15. Dövlət qulluqçusunun andı 
15.1.
 
And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi 
borc və sədaqət münasibətlərini təsdiq edir. 
15.2.
 
İlk  dəfə  daimi  dövlət  qulluğuna  qəbul  edilmiş  vətəndaş  vəzifəsinin 
icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir: (34) 
“Azərbaycan  Respublikasına  sadiq  olacağıma,  onun  Konstitusiyasına 
dönmədən  əməl  edəcəyimə,  dövlət  sirrini  və  xidməti  sirri  qoruyacağıma,  dövlət 
qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələ 
 ------------------------------------- 13  ----------------------------------------  


ri qərəzsiz, vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi 
naminə həyata keçirəcəyimə and içirəm”. 
15.3.
 
Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı 
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir. 
15.4.
 
Andiçmə  bir  dəfə  olur.  And  içən  dövlət  qulluqçusu  andın  mətnini 
imzalayır və hu sənəd onun şəxsi işində saxlanılır. (34) 
15.5.
 
Dövlət  qulluğunun  ayrı-ayrı  növlərində  andın  status  xüsusiyyətləri 
Azərbaycan Respublikasının qanunvericilik aktlarında müəyyən edilir. 
15.6.
 
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər. 
Maddə 16. Dövlət qulluqçularmm ixtisas dərəcələri 
16.1.
 
Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, 
dövlət  qulluqçusuna  inzibati  vəzifə  tutmaq,  vəzifə  maaşına  əlavə  haqq  almaq  və 
sosial təminatlardan istifadə etmək hüququ verir. (34) 
16.2.
 
inzibati vəzifələrin təsnifatına uyğun olaraq aşağıdakı ixtisas dərəcələri 
verilir: 
16.2.1.
 
inzibati vəzifələrin birinci təsnifatı üzrə - həqiqi dövlət müşaviri, I-ci 
dərəcə dövlət müşaviri 
və 2-ci dərəcə dövlət müşaviri (7);
 
16.2.2.
 
inzibati vəzifələrin ikinci təsnifatı üzrə - 1-ci, 2-ci və 3-cü dərəcə dövlət 
müşaviri, 
dövlət qulluğunun baş müşaviri 
(7); 
16.2.3.
 
inzibati vəzifələrin üçüncü təsnifatı üzrə - 3-cü dərəcə dövlət müşaviri, 
dövlət qulluğunun baş müşaviri 
və dövlət qulluğunun müşaviri (7);
 
16.2.4.
 
inzibati  vəzifələrin  dördüncü  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  baş 
müşaviri, dövlət qulluğunun müşaviri 
və dövlət qulluğunun kiçik müşaviri (7);
 
16.2.5.
 
inzibati vəzifələrin beşinci təsnifatı üzrə - dövlət qulluğunun müşaviri, 
dövlət qulluğunun kiçik müşaviri 
və 1-ci dərəcə dövlət qulluqçusu (7);
 
16.2.6.
 
inzibati  vəzifələrin  altıncı  təsnifatı  üzrə  -  dövlət  qulluğunun  kiçik 
müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu 
və 2-ci dərəcə dövlət qulluqçusu (7);
 
16.2.7.
 
inzibati  vəzifələrin  yeddinci  təsnifatı  üzrə  -  1-ci  dərəcə  dövlət 
qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu 
və 3-cü dərəcə dövlət qulluqçusu (7);
 
14 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə