Azərbaycan respublikasinin qanunlari


Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə6/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   2   3   4   5   6   7   8   9   ...   117

Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları 
19.0.
 
Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir: 
19.0.
 
1.  vəzifə  borcunu  yerinə  yetirmək  üçün  dövlət  orqanlarından,  ictimai 
birliklərdən,  müəssisə,  idarə  və  təşkilatlardan  müəyyən  edilmiş  qaydada  lazımi 
infonnasiya və materiallar tələb etmək və almaq; 
19.0.
 
2.  dövlət  qulluqçusunu  vazifəyə  təyin  və  vəzifədən  azad  etmək  (34) 
hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit 
edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək
19.0.
 
3. dövlət məvacibi (34) almaq; 
19.0.
 
4.  ixtisasın  artması  və  qulluq  vəzifələrinin  yerinə  yetirilməsinə 
münasibəti  nəzərə  alınmaqla  qulluqda  irəli  çəkilmək  və  ya  dövlət  maaşının 
məbləğinin artırılması iddiasında olmaq; 
19.0.
 
5.  elmi  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmaq,  qulluq  keçdiyi  (34) 
dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul 
olmaq;* 
19.0.
 
6..  əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan,  rentadan  və 
icarədən gəlir götürmək; 
19.0.
 
7. ilk tələbdən öz  şəxsi işinin bütün  materialları ilə, şəxsi işə  tikilməli 
olan  rəylər  və  digər  sənədlərlə  tanış  olmaq,  habelə  öz  izahatlarının  şəxsi  işə 
tikilməsini tələb etmək; 
19.0.
 
8.  şərəf  və  ləyaqətinə  xələl  gətirən  məlumatları  təkzib  etmək  üçün 
xidməti araşdırma (34) aparılmasını tələb etmək; 
19.0.
 
9.  müvafiq  orqanlarda  və  məhkəmədə  öz  qanuni  hüquqlarını  və 
mənafeyini müdafiə etmək; 
19.0.
 
10. həmkarlar ittifaqlarında birləşmək; 
19.0.
 
11.  qulluq  keçdiyi  (34)  dövlət  orqanının  rəhbərindən  aldığı  icrası 
məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda 
şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb 
etmək; 
19.0.
 
12.  qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və  bu,  dövlət 
qulluqçusu funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə 
üzv olmaq; 
19.0.
 
13. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına 
təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq; 
18 


19.0.
 
14.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və  qaydada 
məzuniyyətlər  (sosial  məzuniyyətlər,  özünün  və  ya  ailə  üzvlərinin  müalicəsi  ilə 
əlaqədar  və  elmi  məzuniyyətlər),  özünün  və  ya  ailə  üzvlərinin  əlilliyi,  sağlamlıq 
imkanlarının məhdudluğu (32) ilə əlaqədar pensiyalar və müavinətlər almaq. 
Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 
20.1.
 
Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur; 
20.1.1.
 
dövlət  orqanlarında  əlavə  ödənişli  (əmək  qanunvericiliyində  nəzərdə 
tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili 
və ya təyinatlı (34) vəzifə tutmağa; 
20.1.2.
 
elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi (34) dövlət 
orqanı  rəhbərinin  icazəsi  olmadan  pedaqoji  və  başqa  ödənişli  fəaliyyətlə  məşğul 
olmağa; 
20.1.3.
 
dövlət  orqanının  və  ya  yerli  özünüidarə  orqanının  işləri  üzrə  üçüncü 
şəxslərin vəkili olmağa; 
20.1.4.
 
dövlət  qulluğuna  xitam  verildikdən  (34)  sonra  Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  müddət  ərzində  öz  qulluq 
fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan 
məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 
20.1.5.
 
qulluq keçdiyi (34) dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin 
vəsaiti hesabına oraya getməyə; 
20.1.6.
 
qulluq  vəzifələrini  icra  etdiyi dövrdə  siyasi partiyaların  fəaliyyətində 
iştirak etməyə; 
20.1.7.
 
tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak 
etməyə; 
20.1.8.
 
dini  təbliğ  etmək  üçün  dövlət  qulluqçusunun  statusundan  istifadə 
etməyə  və  dövlət  orqanlarının  tabeliyindəki  obyektlərdə  dini  mərasimlərin 
keçirilməsinə rəsmi xarakter verməyə. 
20.2.
 
Seçki  komissiyasının  həlledici  səs  hüquqlu  üzvü  dövlət  qulluğunda  ola 
bilməz. (4) 
20.3.
 
(4) Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər 
qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdar- ıiq aldıqdan sonra otuz 
gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fə 
19 


aliyyətə  üstünlük  verdiyini  özü  üçün  müəyyən  edərək  gəldiyi  qərar  barəsində 
qulluq keçdiyi (34) dövlət orqanının rəhbərinə məlumat verməlidir. 
Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar 
21.1.
 
Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 
21.1.1.
 
dövlət  qulluqçusunun  layiqli  həyat  səviyyəsini  təmin  edən  dövlət 
məvacibi və digər ödənişlər
21.1.2.
 
lazımi qulluq şəraiti
21.1.3.
 
haqqı ödənilən məzuniyyət
21.1.4.
 
dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi sığortası; 
21.1.5.
 
təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə; (34) 
21.1.6.
 
dövlət  orqanları  ləğv  edilərsə  və  ya  ştatlar  ixtisara  düşərsə,  vəzifə 
maaşına  və  ixtisasa  uyğun  işə  düzəlmə  və  ya  dövlət  orqanlarında  (34)  tutduğu 
vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; 
21.1.7.
 
pensiya təminatı və dövlət sosial sığortası; 
21.1.8.
 
qulluq  vəzifələrinin  icrası  ilə  əlaqədar  olaraq  qanunla  müəyyən 
edilmiş qaydada sığorta; 
21.1.9.
 
icra  edilən  vəzifə  öhdəliklərinin  xarakteri  nəzərə  alınmaqla  xidməti 
nəqliyyat və ya müvafiq kompensasiya almaq; 
21.1.10.
 
dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq 
ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən 
dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi. 
21.2.
 
Çıxarılıb (3). 
21.3.
 
Dövlət qulluqçusu bu qanunda (34) nəzərdə tutulmuş hallardan başqa 
yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər. 
21.4.
 
Dövlət  hakimiyyəti  orqanlarının,  habelə  dövlət  orqanlan  rəhbərliyinin 
tərkibinin dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir. 
21.5.
 
Çıxarılıb. (34) 
Maddə 22. Dövlət məvacibi 
22.1.
 
Dövlət  məvacibi  dövlət  qulluqçusuna  pul  ilə  ödənilən  haqdır.  Dövlət 
məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan 
peşəkarlıq səviyyəsindən, (34) qulluq stajından asılıdır. 
 -------------------------------------  20  ---------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə