Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə9/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   5   6   7   8   9   10   11   12   ...   117

nurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək bir il 
müddətinə stajçı kimi qulluğa qəbul edir və vakant vəzifəyə təyin edir. Staj dövründə 
dövlət  orqanı  rəhbərinin  təyin  etdiyi  kurator  stajçının  işini  istiqamətləndirir, 
fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti 
ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə 
təqdim  edir.  Qanunvericiliklə  başqa  qayda  nəzərdə  tutulmayıbsa,  tövsiyə  müsbət 
olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə altı ay sınaq müddəti ilə dövlət 
qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin 
şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə 
bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
müəyyən  edilir.  Sınaq  müddəti  ərzində  əmək  müqaviləsi  pozulmayıbsa,  həmin 
müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun 
olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və 
onunla  müvafiq  əmək  müqaviləsi  bağlayır.  Daimi  dövlət  qulluğuna  qəbul  edilən 
şəxslə  bağlanan  əmək  müqaviləsinin  nümunəsi  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfimdən müəyyən edilir. (34) 
28.7.
 
Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu qanunun 28-ci 
maddəsinə  müvafiq  olaraq  yenidən  müsabiqədən  müvəffəqiyyətlə  keçərək  yeni 
vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti 
ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu qanunun 28-ci maddəsinə müvafiq olaraq 
yenidən  müsabiqədən  müvəffəqiyyətlə  keçdikdə,  əvvəlki  sınaq  müddəti  nəzərə 
alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir. (34) 
28.8.
 
Daimi dövlət qulluğuna qəbul edilmiş və bu qanunun 33.1-ci maddəsinə 
uyğun  olaraq  dövlət  qulluğuna  xitam  verilmiş  şəxslər  (yardımçı  vəzifə  tutmuş 
şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində 
bu  qanunun  28.6-cı  maddəsində  nəzərdə  tutulmuş  staj  və  sınaq  müddəti  tətbiq 
edilmir. (34) 
28.9.
 
"2007-2015-ci  illərdə  Azərbaycan  gənclərinin  xarici  ölkələrdə  təhsili 
üzrə  Dövlət  Proqramı"  çərçivəsində  xaricdə  təhsil  almış  şəxslər  müvafiq  icra 
hakimiyyəti orqanında ehtiyat kadr kimi saxlanılır və qanunvericiliyə uyğun olaraq, 
həmin orqan bu şəxslərin müsabiqədən kənar dövlət qulluğuna qəbul edilməsi üçün 
müvafiq dövlət orqanına təqdimat verir. (34) 
28.10.
 
(34)  Daimi  dövlət  qulluğuna  qəbul  Azərbaycan  Respublikasının 
adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir. 
27 


Maddə 29. inzibati vəzifələrin tutulması (25) 
29.1.
 
İnzibati vəzifələrin birinci - be.şinci təsnifatlarına uyğun olan vəzifələrin 
tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir. 
29.2.
 
Dövlət  orqanlarında 
(müvafiq  icra  hakimiyyəti  orqanı  istisna 
olmaqla) 
(28) inzibati vəzifələrin altıncı  - doqquzuncu təsnifatlarına uyğun olan 
vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu qanunun 
28-ci  maddəsində  nəzərdə  tutulmuş  qaydada  müsabiqə  və  ya  bu  qanunun 
29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 
Müvafiq  icra  hakimiyyəti  orqanında  inzibati  vəzifələrin  altıncı-doqquzuncu 
təsnifatlarına  uyğun  olan  vakant  vəzifələrin  tutulması  həmin  dövlət  orqanı 
rəhbərinin  qərarı  əsasında  bu  qanunun  29.4-29.8-ci  maddələrinə  uyğun  olaraq 
yalnız müsahibə yolu ilə həyata keçirilir. (28) 
Dövlət  qulluqçusu  qulluq  keçdiyi  orqanda  öz  razılığı  ilə  aşağı  vəzifəyə 
keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və 
qulluq funksiyası eyni olan vəzifəyə  keçirilərkən bu maddənin müddəaları həmin 
dövlət qulluqçusu barəsində tətbiq edilmir. (34) 
Dövlət  qulluqçusu  bu  maddənin  müddəaları  tətbiq  edilmədən  digər  dövlət 
orqanında tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan 
vəzifəyə həmin dövlət  orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər. 
(34) 
29.3.
 
Dövlət  orqanlarında 
(müvafiq  icra  hakimiyyəti  orqanı  istisna 
olmaqla) 
(28)  inzibati  vəzfələrin  altıncı  -  doqquzuncu  təsnifatlarına  uyğun  olan 
vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə 
qulluq  keçən  və  inzibati  vəzifələrin  təsnifatına  uyğun  ixtisas  dərəcəsi  olan 
(34) 
dövlət  qulluqçuları,  habelə  azı  5  il  qulluq  stajı  olan  və  dövlət  orqanında 
inzibatı vəzifələrdə çalışmış şəxslər tərəfimdən tutulması müsahibə yolu ilə həyata 
keçirilir. 
29.4.
 
Müsahibə barədə elan inzibati vəzifənin aid olduğu dövlət orqanı və ya 
həmin  dövlət  orqanının  müraciəti  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfimdən kütləvi informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay 
qalmış verilir. 
29.5.
 
Müsahibədə barəsində  müsahibə  elan edilən vəzifənin  təsnifatından ən 
çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qul- 
28 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə