Azərbaycan respublikasinin qanunlari



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə16/117
tarix19.10.2018
ölçüsü3,12 Mb.
#74634
1   ...   12   13   14   15   16   17   18   19   ...   117

3.2.
 
Diplomatik 
xidmət 
orqanları 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına  və  qanunlarına  uyğun  olaraq  digər  vəzifələri  də  həyata  keçirə 
bilər. 
Maddə 4. Diplomatik xidmət orqanlarının funksiyaları 
4.1.
 
Diplomatik xidmət orqanları aşağıdakı əsas funksiyaları həyata keçirir: 
4.1.1.
 
Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla münasibətlərdə təmsil edilməsi
4.1.2.
 
Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla  iqtisadi,  sosial,  elmi-texniki,  mədəni  və  başqa  sahələrdə 
əməkdaşlığının inkişafına kömək göstərilməsi; 
4.1.3.
 
Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla  danışıqlarının  aparılmasının  və  beynəlxalq  müqavilələrin 
imzalanmasının təşkili; 
4.1.4.
 
yüksək dövlət və hökumət səviyyələrində dövlətlərarası mübadilələrin 
protokol təminatı; 
4.1.5.
 
xaricdə  yaşayan  həmvətənlərlə  əlaqələrin  inkişafına  kömək 
göstərilməsi; 
4.1.6.
 
diplomatik  və  konsul  imtiyaz  və  immunitetlərinin  yerinə  yetirilməsi 
üzərində nəzarətin həyata keçirilməsi; 
4.1.7.
 
Azərbaycan Respublikasının  xarici və daxili siyasəti, ölkənin iqtisadi, 
sosial  və  mədəni  həyatı  haqqında  informasiyanın  Azərbaycan  Respublikasının 
diplomatik nümayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin edilməsi; 
4.1.8.
 
Azərbaycan  Respublikasının  dövlət  orqanlarının  və  Azərbaycan 
Respublikasında  mövcud  olan  kütləvi  informasiya  vasitələrinin  Azərbaycan 
Respublikasının 
beynəlxalq 
vəziyyəti 
və 
xarici 
siyasəti 
haqqında 
məlumatlandırılması; 
4.1.9.
 
Azərbaycan 
Respublikasının 
ərazisindəki 
diplomatik 
nümayəndəliklərin  və  konsulluqların  fəaliyyətinə  kömək  göstərilməsi,  öz 
səlahiyyətləri çərçivəsində onlara xidmət göstərən təşkilatların fəaliyyətinə nəzarət 
edilməsi; 
4.1.10.
 
Azərbaycan 
Respublikasının 
tərəfdar 
çıxdığı 
beynəlxalq 
müqavilələrin  qeydiyyatı,  uçotu  və  saxlanması  üzrə  vahid  dövlət  sisteminin 
fəaliyyətinin təmin edilməsi; 
 -------------------------------------  46  ---------------------------------------  


4.1.11.
 
Azərbaycan  Respublikasının  bağladığı  beynəlxalq  müqavilələrin 
depozitarisi funksiyalarının həyata keçirilməsi; 
4.1.12.
 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 
icrası üzərində ümumi müşahidənin həyata keçirilməsi; 
4.1.13.
 
Xarici  siyasət  və  beynəlxalq  münasibətlər  sahəsində  Azərbaycan 
Respublikasının  qanunvericiliyinin  təkmilləşdirilməsinə  və  bu  qanunvericiliyin 
Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinə uyğunlaşdırılmasma 
dair təkliflərin hazırlanması. 
4.2.
 
Diplomatik 
xidmət 
orqanları 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasına və qanunlarına  uyğun olaraq digər funksiyaları da həyata  keçirə 
bilər. 
Maddə 5. Diplomatik xidmət orqanlarının rabitə, arxiv və 
təhlükəsizlik təminatı 
5.1.
 
Diplomatik xidmət orqanlarının sərəncamında  müstəqil rabitə sistemi və 
arxiv vardır. 
5.2.
 
Diplomatik  xidmət  orqanlarının  arxivində  beynəlxalq  müqavilələrin  əsli 
və təsdiq edilmiş surətləri, habelə həmin orqanların fəaliyyətinin həyata keçirilməsi 
üçün zəruri olan digər materiallar saxlanılır. 
5.3.
 
Diplomatik xidmət orqanları xüsusi kuryer xidmətindən istifadə edir. 
5.4.
 
Diplomatik  xidmət  orqanları  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 
Azərbaycan Respublikasının ərazisində və xaricdə öz təhlükəsizlik sistemini təşkil 
edir. 
I I
 
f ə s i l  
Diplomatik xidmət əməkdaşları 
Maddə 6. Diplomatik vəzifələr 
6.1.
 
Diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər diplomatik 
xidmət əməkdaşlarıdırlar. 
6.2.
 
Diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən 
şəxslər  diplomatik  xidmət  əməkdaşlarına  aid  deyildirlər.  Həmin  şəxslərin  hüquqi 
statusu  və  ixtisas  dərəcələri  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik 
aktları ilə tənzimlənir. 
47 


6.3.
 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliklərində  və 
konsulhıqlannda  işləyən  diplomatik  xidmət  əməkdşlan  üçün  aşağıdakı  vəzifələr 
müəyyən edilir: 
6.3.1.
 
Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikasının beynəlxalq 
təşkilatlardakı daimi nümayəndəsi
6.3.2.
 
baş konsul 
6.3.3.
 
müşavir-elçi; daimi nümayəndənin müavini
6.3.4.
 
müşavir; 
6.3.5.
 
konsul; 
6.3.6.
 
birinci katib; 
6.3.7.
 
vitse-konsul; 
6.3.8.
 
ikinci katib ; 
6.3.9.
 
üçüncü katib 
6.3.10.
 
attaşe .(2) 
6.4.
 
Azərbaycan Respublikasının ərazisindəki diplomatik xidmət orqanlarında 
işləyən diplomatik  xidmət  əməkdaşlarının  vəzifələri  Azərbaycan  Respublikasının 
müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. 
6.5.
 
Diplomatik  xidmət  əməkdaşları  diplomatik  xidmət  orqanlarından 
Azərbaycan  Respublikasının  digər  dövlət  orqanlarına  vəzifəyə  keçirildikdə  onlar 
müvafiq icra hakimiyyəti orqanının ehtiyatına daxil edilirlər. Ehtiyata daxiletmə ilə 
bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
Maddə 7. Diplomatik vəzifələrə təyin edilmə 
7.1.
 
Diplomatik  vəzifələrə  ali  təhsilli  və  üzərinə  qoyulmuş  vəzifələri  yerinə 
yetirmək  üçün  müvafiq  işgüzar,  mənəvi,  peşəkar  keyfiyyətlərə  və  sağlamlıq 
vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər (2). 
7.2.
 
Diplomatik  xidmət  orqanlarında  vəzifələrə  təyinedilmə  və  vəzifələrdən 
azadedilmə  qaydaları,  habelə  vəzifə  tutan  şəxslərə  dair  tələblər  Azərbaycan 
Respublikasının  Konstitusiyası,  qanunları  və  digər  nonnativ  hüquqi  aktları  ilə, 
habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə 
müəyyən edilir. 
7.3.
 
Xaricdə işlədikdən sonra Azərbaycan Respublikasına qayıdan diplomatik 
xidmət  əməkdaşı,  xaricdə  tutduğu,  vəzifə  nəzərə  alınmaqla  diplomatik  xidmət 
orqanlarında müvafiq vəzifəyə təyin edilir. 
 ------------------------------------  48  ---------------------------------------  


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə