Azərbaycan respublikasinin standartlaşdirma, metrologiya və patent üZRƏ DÖVLƏt komiTƏSİNİn kollegiyasi



Yüklə 286,91 Kb.
səhifə135/152
tarix11.05.2022
ölçüsü286,91 Kb.
#86656
1   ...   131   132   133   134   135   136   137   138   ...   152
844-2015

7.5.2.2.3.5   Məhsulun istiqaməti

Məhsul dayaq çərçivəyə elə vurulmalıdır ki, onun uzununa olan istiqaməti vertikal vəziyyətdə olsun.  

7.5.2.2.4 Sınaqların sayı

Təsnifat üçün üç etibarlı sınağın keçirilməsi tələb olunur. Eksperimental stendlər üçün məhsullar standart istehsal lotlarından götürülür. Normal artıq-əskiklik həddləri tətbiq edilir.



QEYD: bu, ümumi qalınlıq və üzlük materialları və ya örtük qatlarının qalınlığı üzrə nümunələrdir.

7.5.2.2.5      Əldə olunmuş təsnifatın tətbiq edilmə sahəsi

Təsnifat normal istehsal artıq-əskiklikləri nəzərə alınmaqla, eyni məhsulun üç montajının sınaqdan keçirilməsinin nəticələrinə əsasən yaradılır. Buna görə də təsnifat sınaq üçün istifadə olunan və normal istehsal artıq-əskiklikləri ilə müəyyən olunan səviyyə daxilində eyni qarışıq formuluna, eyni qalınlığa, eyni sıxlığa və ya sınaq üçün istifadə olunan üzlənmə qalınlığına malik düz fibrosement lövhələrə tətbiq edilir.

Təsnifat həmçinin aşağıdakı profillənmiş fibrosement lövhələrə də tətbiq olunur:


 

-         eyni növlü, lakin müxtəlif uzunluqlu və enlikli fibrosement lövhələr

-         sınaq üçün istifadə olunan qalınlığa bərabər və ya daha çox olan qalınlığı olan fibrosement lövhələr;

-         fərqli səthə malik (hamar və ya qabarıq) lövhələr;

-         5.4.2 bəndinə əsasən, sınaq zamanı istifadə edilən ± 0,15 g/cm³ civarında müəyyən olunmuş sıxlığa malik fibrosement lövhələr;  

-         Birləşmə yeri sınaq üçün istifadə olunana bərabər və ya daha kiçik olan fibrosement lövhələr;

-         Metal (alüminiumdan başqa) dırnaq və ya pərçimlər kimi digər mexaniki vasitələrlə bərkidilən lövhələr;

-         Müxtəlif (enli və ya dar) üfüqi və ya şaquli mərkəzlərdə bərkidilən lövhələr;

-         Metal strukturlara vurulmuş fibrosement lövhələr

-         Lövhələrin arxasında istilik izolyasiya material olmayan və ya EN 13501-1 standartına əsasən A2-s1, d0 sinifli izolyasiya materiallarına malik profillər;

-         Rəngsiz və ya müxtəlif rəngli malik fibrosement lövhələr, bir şərtlə ki, sınaq 7.5.2.2.3.4 və 7.5.2.2.4 bəndlərində qeyd olunduğu kimi ən pis halı nəzərə alaraq həyata keçirilsin;

EDPM kauçuk bağdan istifadə edildikdə, nəticə oxşar və ya daha yüksək yanğın təsnifatı olan digər birləşdirici material üçün etibarlıdır.


Yüklə 286,91 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə