3 TERMİNLƏR VƏ TƏRİFLƏR
Bu standartda ГОСТ P 52409-un terminlərindən, həmçinin, aşağıda göstərilmiş termin və təriflərdən istifadə edilmişdir:
3.1. Alkoqolsuz tonuslandırıcı içkilər: tərkibində insan orqanizmində tonuslandırıcı effekti təmin edəcək miqdarda kofein və ya digər tonuslandırıcı komponentlər olan xüsusi təyinatlı alkoqolsuz içkilərdir.
3.2. Alkoqolsuz energetik içkilər: quru maddələrin kütlə payı 10%-dən az olmayan alkoqolsuz tonuslandırıcı içkilər.
3.3. Tonuslandırıcı komponentlər: insan orqanizminə tonuslandırıcı təsir göstərən xüsusi kimyəvi maddələr.
3.4. Tonuslandırıcı inqridientlər : tonuslandırıcı komponentlərə malik sadə və ya mürəkkəb tərkibli alkoqolsuz tonuslandırıcı içkilərin əsas hissəsi.
4 TƏSNİFAT
4.1. Xarici görünüşünə görə alkoqolsuz içkilər ayrılır:
- şəffaf
- bulanıq
4.2. Alkoqolsuz tonuslandırıcı içkilər karbon 4 oksidin doyma səviyyəsinə görə iki tipə bölünür:
- qazlaşdırımış
- qazlaşdırılmamış
4.3. Alkoqolsuz tonuslandırıcı içkilər emal üsuluna görə aşağıdakı növlərə ayrılır:
- pasterizəedilməmiş;
- pasterizəedilmiş;
- konservantlı içkilər;
- konservantsız içkilər;
- soyuq doldurulmuş içkilər;
- isti doldurulmuş içkilər;
- aseptik doldurulmuş içkilər;
Dostları ilə paylaş: |