Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə56/103
tarix12.04.2022
ölçüsü1,15 Mb.
#85338
1   ...   52   53   54   55   56   57   58   59   ...   103
6 Biologiya-kurikulum

 Venn diaqramı 

 

 

 

 

 

 

 

 

Əşya  və  ya  hadisələri  müqayisə  etmək,  onların  oxşar  və  fərqli  cəhətlərini  



müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.

 

Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. 

1.

 



Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. 

2.

 



Kəsişən dairələr  çəkilir (ortada yazmaq üçün yer saxlanır). 

3.

 



I və III dairədə müqayisə olunacaq obyektlər qeyd  olunur. 

4.

 



Şagirdlər    təlimatlandırılır  (təlimatda  nəyin  müqayisə  olunacağı  və 

dairələrdə  oxşar  və  fərqli  cəhətlərin  necə  qeyd  olunacağı  barədə 

danışılır). 

5.

 



Müqayisə  olunan  obyektlər    təsvir  edilir  (fərqli  cəhətlər  sağ  və  sol 

tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur). 

6.

 

Müqayisə nəticəsində fikirlər  ümumiləşdirilir. 



 

Məsələn: 

Vərəm  və  qripə  aid  oxşar  və  fərqli  cəhətləri  müqayisə  etmək  üçün  Venn 

dioqramından istifadə oluna bilər.

 

Eyni zamanda eyni tipə aid heyvanların müxtəlif 



siniflərinin  müqayisəsi,  müxtəlif  bitki  şöbələrinin,  siniflərinin  və  fəsilələrinin 

müqayisəsi aparıla bilər. 

 

 

Ziqzaq 



Bu  üsul  mətnin  məzmununun  qısa  müddət  ərzində  şagirdlər  tərəfindən 

mənimsənilməsinə imkan yaradır. 

Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər 

yenidən  nömrələnir.Hər  qrupdakı  eyni  rəqəmli  şagirdlərdən  yeni  qrup  (ekspert 

qrupu) yaradılır. 

Öyrəniləcək  mətn  qrupların  sayı  qədər  hissələrə  bölünür  və  ekspert 

qruplarına verilir. 

Ekspert  qrupları onlara  verilən  hissəni  oxumalı  və  məzmununu  qavramalı 

və öz  əvvəlki qrupuna  qayıdaraq  öyrəndiyi hissəni onlara  danışmalıdır. 

Müəllim  informasiyanın  dəqiq  verildiyinə  əmin  olmaq  üçün    suallar  verə 

bilər.  Məsələn:  Biologiya  dərslərində  bu  üsuldan  geniş  istifadə  oluna  bilər.  Hər 

hansı  canlının  quruluşunu,  irsi  xəstəliklər  və  onların  qarşısının  alınması  yollarını, 

qlobal  ekoloji  problemləri,  dərman  bitkilərini,  yoluxucu  xəstəlikləri  və  s.  bu 

üsuldan istifadə etməklə tədris etmək daha səmərəli ola bilər. 

 

Karusel 



 

35 


Dərsdən  əvvəl  iri  ağ  kağızlarda  (vatman)  mövzuya  aid  suallar  yazılır. 

Müəllim  qruplara müxtəlif  sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur 

və  bir  cavab  yazır.  Kağızlar  saat  əqrəbi  istiqamətində  müəllimin  köməkliyi  ilə 

qruplara ötürülür. “Karusel” kimi kağızlar  bütün digər qruplardan keçərək axırda 

öz qrupuna qayıdır. Müəllim bu kağızları  yazı  lövhəsinə  yapışdırır  və bütün sinif  

cavabları    müzakirə  edir.  Məsələn:  Dərman  bitkiləri,

 

zərərli  vərdişlər,  bioloji 



proseslərin  pozulma  səbəbləri,  bitki  və  heyvanların  insan  sağlamlığında  rolu,

 

yoluxucu  xəstəliklər,  müxtəlif  bitki  qruplarının  tədrisinə  dair  mövzularda  bu 



üsuldan istifadə edilə bilər. 

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə