155
Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir:
- sıra nömrəsi;
- diplomun seriyası və nömrəsi;
- diplomalanın soyadı, adı, atasının adı;
- ixtisasın (ixtisaslaşmanın) adı;
- alınan ali peşə-ixtisas (elmi-ixtisas) dərəcəsi;
- Dövlət Attestasiya Komissiyasının (ixtisaslaşmış Elmi
Şuranın) qərarının nömrəsi və tarixi;
- diplomun verilmə tarixi;
- diplomalan və diplomverən şəxslərin imzası.
Diplomu itirmiş şəxslərə diplomun və ona əlavənin
dublikatının verilməsi eyni məlumatlar üzrə ayrıca qeydiyyat
kitabında aparılır.
4.6. Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə ali təhsil
müəssisəsinin rəhbərinə müraciət etməlidir. Ərizəyə sənədin
axtarışda olması barədə məlumat və "Azərbaycan müəllimi"
qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı,
atasının adı, diplomun və onun əlavəsinin adı, seriyası və nömrəsi,
onu verən ali təhsil müəssisəsinin adı və diplomun verilmə tarixi
göstərilir.
4.7. Ali təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün
müddətində diplomun və onun əlavəsinin dublikatını verir.
Ali təhsil müəssisələrində diplomun və onun əlavəsinin
dublikatı arxiv sənədləri (əmr, dövlət imtahan komissiyasının
protokolu, təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı)
əsasında verilir.
4.8. Dublikat kimi verilən diplomun və onun əlavəsinin sağ
səhifəsinin yuxarı küncündə "Dublikat" ştampı vurulur.
4.9. Đtirilmiş diplomun və onun əlavəsinin əvəzinə arayış
verilməsi qadağandır.
4.10. Diplomun və onun əlavəsinin və ya onların
dublikatlarının hazırlanması və verilməsinə görə diplomalanlardan
heç bir ödəniş tələb edilə bilməz.
156
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini
başa vurmayan şəxslərə arayışın verilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 21 yanvar tarixli 12 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1.Ümumi müddəa
Bu Qayda "Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun hazırlanmışdır və ali təhsil pilləsini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydasını
tənzimləyir. Həmin arayış ali təhsilin müvafiq səviyyələrini
müxtəlif səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına
çatmadıqda, valideynlərinin və ya digər qanuni nümayəndələrinin)
müraciətləri əsasında verilir.
2. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri
üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə
arayışın verilməsi qaydası
2.1. Ali təhsil pilləsinin səviyyələri üzrə təhsilini başa
vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu
Qaydanın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış
verilir. Arayışda hər bir semestr üzrə tələbənin dinlədiyi fənlər
(kreditin qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə
məlumatlar verilir.
2.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap
olunur.
2.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə
onların müraciəti əsasında verilir.
157
2.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədi
kimi saxlanılır.
2.5. Korlanmış arayışlar blankları ciddi hesabat sənədi kimi
ali təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.
2.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində
qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar
daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.
2.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə
doldurulur.
3. Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa
vurmayan şəxslərə arayışın verilməsi qaydası
3.1. Arayış orta ixtisas təhsilini müxtəlif səbəblərdən başa
vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda, valideynlərinin
və ya digər qanuni nümayəndələrinin) müraciətləri əsasında
verilir.
Orta ixtisas təhsilini başa vurmayan şəxslərə onların
müraciətindən sonra 5 gün ərzində bu Qaydanın 2 nömrəli
əlavəsində verilmiş formaya uyğun arayış verilir.
3.2. Arayışda təhsilalanın dinlədiyi fənlər (kreditin
qazanılıb-qazanılmadığından asılı olmayaraq) barədə məlumatlar
hər bir semestr üzrə verilir.
3.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap
olunur.
3.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən çap etdirilir və orta ixtisas təhsili
müəssisələrinə onların müraciəti əsasında verilir.
158
3.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində və orta ixtisas təhsili müəssisələrində ciddi hesabat
sənədi kimi saxlanılır.
3.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi
orta-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla
silinir.
3.7. Arayışların verilməsi üçün orta ixtisas təhsili
müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına
aşağıdakı məlumatlar daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.
3.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə
doldurulur.
4. Đlk peşə-ixtisas təhsili müəssisələrində müxtəlif
səbəblərdən təhsilini başa vurmayan şəxslərə arayışın
verilməsi qaydası
4.1. Arayış ilk peşə-ixtisas təhsili pilləsini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərin (yetkinlik yaşına çatmadıqda
valideynlərinin və ya digər qanuni nümayəndələrinin) müraciətləri
əsasında verilir.
Đlk peşə-ixtisas təhsili müəssisələrində təhsilini başa
vurmayan şəxslərə onların müraciətindən sonra 5 gün ərzində bu
qaydanın 3 nömrəli əlavəsində verilmiş formaya uyğun arayış
verilir.
4.2. Arayışda şəxsin dinlədiyi fənlər barədə məlumatlar
verilir.
4.3. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap
olunur.
Dostları ilə paylaş: |