169
- tədris prosesinin forma və metodları;
- yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymət-
ləndirmə.
Ali təhsilin səviyyələri üzrə təhsil proqramlarında aşağıdakı
fənn bölümləri nəzərdə tutulur:
Bakalavriat səviyyəsində:
- humanitar fənlər;
- ixtisasın peşə hazırlığı fənləri.
Humanitar fənn bölümü, sosial fəaliyyətin müxtəlif sahə-
lərində mövcud problemləri və prosesləri araşdırmağı təmin
etməlidir.
Đxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-
standart məsələləri həll etmək üçün lazımi bilik, bacarıq və
vərdişlərin öyrənilməsini təmin etməlidir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin,
80-85 faizi isə peşə hazırlığını təmin edən fənlərin tədrisinə
ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Azərbaycan
tarixi", "Azərbaycan dili" (xarici dildə təhsil alanlar üçün), "Xarici
dil" fənləri daxildir.
Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar
üzrə təhsil proqramlarına uyğun qısaldılmış proqramlar da tətbiq
edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız ixtisasın peşə
hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış
müddətdə başa çatdırılır.
Magistratura səviyyəsində:
- humanitar fənlər;
- ixtisaslaşma fənləri.
Bu bölümlərə daxil olan fənlərin tədrisi zamanı magis-
trantlara müvafiq elm sahəsində elmi tədqiqat işlərini aparmaq və
təşkil etmək, müasir informasiya texnologiyalarından istifadə
etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul
olmaq, idarəetmə sahəsində fəaliyyət göstərmək vərdişləri
aşılanır.
170
Təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən
ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi 40-50
faiz təşkil edir.
Bu təhsil proqramları üzrə humanitar fənlər bölümünə
ümumi auditoriya saatlarının 20-25 faizi, ixtisaslaşma fənlərinə
75-80 faizi ayrılır.
Humanitar fənn bölümünə məcburi fənlər kimi "Xarici dil",
"Ali məktəb pedaqogikası" və "Psixologiya" fənləri daxildir.
Bakalavr və magistr təhsil proqramlarının bütün fənn
bölümlərinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə
fənlərə ayrılan saatın həcmi ümumi saat miqdarının 25-30 faizini
təşkil
edir.
Həmin
fənlər
təhsil
müəssisəsi
tərəfindən
müəyyənləşdirilir.
8.5.
Ali
təhsil
səviyyəsinin
ayrı-ayrı
ixtisasları
(ixtisaslaşmaları) üzrə təhsil proqramları aşağıdakı tədris-metodiki
sənədlər əsasında həyata keçirilir:
- nümunəvi tədris planı;
- işçi tədris planı;
- istehsalat təcrübələrinin keçirilməsinə, buraxılış işlərinin
və magistrlik dissertasiyalarının yerinə yetirilməsinə, tələbələrin
yekun dövlət attestasiyasına dair metodiki göstərişlər;
- fənn proqramları;
- fənlər üzrə işçi-tədris proqramları (sillabus);
- fənlər üzrə tapşırıqların yerinə yetirilməsi cədvəli;
- dərsliklər, mühazirə mətnləri, əyani vasitələr, təklif olunan
ədəbiyyatların siyahısı;
- seminar (praktiki) məşğələlərinin planı;
- fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
- kurs işlərinin (layihələrinin), laboratoriya və qrafik
işlərinin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları
barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;
- tələbələrin biliyinin qiymətləndirilməsi üçün tədris-
metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan
biletləri, tələbələrin müstəqil hazırlığı üçün suallar və s.);
171
- fənnə aid proqram və multimedia vasitələri;
- ixtisaslaşdırılmış auditoriya, kabinet və laboratoriyaların
siyahısı.
Bu
sənədlərin
formaları
səlahiyyətləri
çərçivəsində
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ali təhsil
müəssisələri tərəfindən müəyyənləşdirilir və təsdiq edilir.
8.6. Ali təhsil müəssisələrində tədris prosesi Avropa Kredit
Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil
olunur. Kredit sistemi üzrə tədrisin təşkili qaydaları Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün
ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir:
8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal
tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar
məşğələlər nəzərə alınmaqla).
Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30,
magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə
müəyyənləşdirilir və bir kredit 30 (15 saat auditoriya və 15 saat
tələbənin sərbəst işi) saata bərabərdir.
8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin
maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə
müəyyənləşdirilir.
Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin
həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə
120-160 saat nəzərdə tutulur.
8.7.3. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən
başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır.
8.7.4. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir.
Bundan əlavə yay tətili müddətində 6 (altı) həftədən çox
olmayaraq, yay semestri də təşkil oluna bilər.
8.7.5. Tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20
həftədən (5 həftə imtahan sessiyası) ibarətdir.
Dostları ilə paylaş: |