159
4.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən çap etdirilir və ilk peşə-ixtisas təhsili
müəssisələrinə onların müraciəti əsasında verilir.
4.5. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində və ilk peşə-ixtisas təhsili müəssisələrində ciddi
hesabat sənədi kimi saxlanılır.
4.6. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ilk
peşə-ixtisas təhsili müəssisəsi tərəfindən müvafiq qaydada aktla
silinir.
4.7. Arayışların verilməsi üçün ilk peşə-ixtisas təhsili
müəssisəsində qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına
aşağıdakı məlumatlar daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın şəxsə verilmə tarixi;
- arayış alan şəxsin imzası.
4.8. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə
doldurulur.
5. Ümumi təhsilin səviyyələrini müxtəlif səbəblərdən başa
vurmayan şəxslərə arayışın verilməsi qaydası
5.1. Arayış ümumi təhsilin ibtidai, ümumi orta və tam orta
səviyyələrini müxtəlif səbəblərdən başa vurmayan şəxslərin
valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciəti
əsasında məktəb pedaqoji şurasının qərarı ilə 10 gün müddətində
bu Qaydanın 4, 5 və 6 nömrəli əlavələrində verilmiş formalara
uyğun verilir.
5.2. Arayışda şagirdin dinlədiyi fənlər və həmin fənlər üzrə
aldığı qiymətlər yazılır.
5.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən qoruyucu nişanı olan xüsusi kağızda çap
etdirilir və ümumi təhsil müəssisələrinə onların müraciəti əsasında
verilir.
160
5.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində və ümumi təhsil müəssisələrində ciddi hesabat sənədi
kimi saxlanılır.
5.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi
ümumi təhsil müəssisəsi tərəfindən müvafiq qaydada aktla silinir.
5.6. Arayışların verilməsi üçün ümumi təhsil müəssisəsində
qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına aşağıdakı məlumatlar
daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şagirdin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.
5.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə
doldurulur.
6. Ali təhsil pilləsinin doktorantura səviyyəsini müxtəlif
səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi
6.1. Ali təhsil pilləsinin doktorantura səviyyəsi üzrə təhsilini
başa vurmayan şəxslərə onların müraciətlərindən sonra 5 gün
ərzində bu Qaydaların 7 nömrəli əlavəsinə uyğun formada arayış
verilir. Arayışda doktoranturada təhsil müddətində verilmiş
doktorluq
imtahanlarının
adları
və
qiymətləri
göstərilir.
Đmtahanlar müxtəlif təşkilatlarda verildikdə, bu barədə cədvəlin
sonunda müvafiq qeydlər aparılır.
6.2. Arayışlar qoruyucu nişanı olan xüsusi kağızda çap
olunur.
6.3. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən çap etdirilir və ali təhsil müəssisələrinə (elmi
təşkilatlara) onların müraciəti əsasında verilir.
6.4. Arayış blankları Azərbaycan Respublikasının Təhsil
Nazirliyində, ali təhsil müəssisələrində və elmi təşkilatlarda ciddi
hesabat sənədi kimi saxlanılır.
161
6.5. Korlanmış arayış blankları ciddi hesabat sənədi kimi ali
təhsil müəssisəsi və ya elmi təşkilat tərəfindən müvafiq qaydada
aktla silinir.
6.6. Arayışların verilməsi üçün ali təhsil müəssisəsində və
elmi təşkilatda qeydiyyat kitabı açılır. Qeydiyyat kitabına
aşağıdakı məlumatlar daxil edilir:
- qeydiyyat nömrəsi;
- arayış verilən şəxsin soyadı, adı, atasının adı;
- arayışın seriyası və nömrəsi;
- arayışın verilmə tarixi;
- arayışı alan şəxsin imzası.
6.7. Arayışlar əlyazma və ya elektron formada qara şriftlə
doldurulur.
Ali təhsil pilləsinin dövlət standartı və proqramı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 aprel tarixli 75 nömrəli
qərarı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Ali təhsilin dövlət standartı və proqramı (bundan sonra -
dövlət standartı) "Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun hazırlanmışdır və ali təhsil sahəsində sınanmış
mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər
nəzərə alınmaqla, müəyyən dövr üçün vahid dövlət tələblərini əks
etdirən ümumi normalar məcmusudur.
Dövlət standartı tabeliyindən, mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil
müəssisələrinə şamil olunur. Qüvvədə olma müddəti 6 ildir.
1.2. Ali təhsilin məqsədi ali təhsil pilləsində cəmiyyətin və
əmək bazarının tələbatı nəzərə alınmaqla, müxtəlif ixtisaslar
162
(ixtisaslaşmalar) üzrə yüksəkixtisaslı mütəxəssislərin və elmi-
pedaqoji kadrların hazırlanmasından ibarətdir.
1.3. Ali təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir:
- ali təhsilin səviyyələri (bakalavr, magistr) üzrə təhsilin
məzmununu;
- ali təhsilin idarə olunmasını;
- ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasını;
- ali təhsilin infrastrukturunu;
- təhsilverənlərin keyfiyyət göstəricilərini;
- təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini.
1.4. Azərbaycan Respublikasında ali təhsil pilləsinin
müvafiq səviyyələri üzrə təhsil proqramları tətbiq edilir.
Bu proqramlar ali təhsilin dövlət standartına uyğun təhsilin
məzmununu və mənimsəmə qaydalarını müəyyən edir.
2. Ali təhsilin məzmunu
2.1. Ali təhsilin məzmununa və təşkilinə dair minimum
tələblər aşağıdakılardır:
təhsilalanlarda (tələbələrdə) müasir tələblərə və şəraitə
uyğunlaşmaq,
rəqabət
qabiliyyətli
olmaq,
informasiya
cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq
bacarığını formalaşdırmaq;
öz üzərinə məsuliyyət götürmək, kollegial qərarların
qəbulunda, demokratik təsisatların fəaliyyətində və inkişafında
iştirak etmək keyfiyyətlərinə malik müstəqil, yaradıcı şəxsiyyət və
vətəndaş formalaşdırmaq;
təhsilalanların fasiləsiz təhsil almasını, daim yeniləşən,
müasir standartlara uyğun gələn biliklərə və dünyagörüşünə
yiyələnməsini, cəmiyyətin tələbatının daha səmərəli ödənilməsini,
şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün
açıq və bərabərimkanlı olmasını təmin etmək;
Dostları ilə paylaş: |