Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   2   3   4   5   6   7   8   9   ...   32

17.2. Yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin 

(arvadın)  ərizəsi  əsasında  nikaha  xitam  verilməsi  aşağıdakı  hallarda  müvafiq  icra 

hakimiyyəti orqanında aparılır: 

17.2.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə

17.2.2.  ər  (arvad)  məhkəmə  qaydasında  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 

edildikdə; 

17.2.3. ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum 

olunduqda. 

17.3. ləğv edilmişdir.

9

 

17.4.  Nikahın  pozulmasının  dövlət  qeydiyyatı  qanunvericilikdə  müəyyən  olunmuş 



qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

 

Maddə 18. Müvafiq icra hakimiyyəti orqanında nikahın pozulması zamanı ər-



arvad arasında yaranan mübahisələrə baxılması  

 

Ər-arvadın  birgə  mülkiyyətinin  bölünməsi,  ehtiyacı  olan  və  əmək  qabiliyyəti 



olmayan ərin (arvadın) saxlanması üçün vəsait ödənilməsi haqqında, eləcə də tərəflərdən 

biri  məhkəmədə  fəaliyyət  qabiliyyəti  olmayan  hesab  edildikdə  və  ya  ən  azı  3  il 

müddətinə  azadlıqdan  məhrum  edildikdə,  habelə  tərəflər  arasında  uşaqlar  barədə 

yaranan  mübahisələrə  müvafiq  icra  hakimiyyəti  orqanında  nikahın  pozulmasından  asılı 

olmayaraq məhkəmə qaydasında baxılır. 

 

Maddə 19. Nikahın məhkəmə qaydasında pozulması  



 

19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-

arvadın  yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqları  olduqda  və  ya  ər  (arvad)  nikahın 

pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 

19.2.  Ər-arvadın  razılığı  olduqda,  lakin  onlardan  biri  müvafiq  icra  hakimiyyəti 

orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın 

pozulmasının  dövlət  qeydiyyatı  üçün  gəlmədikdə  və  s.)  nikahın  pozulması  məhkəmə 

qaydasında həyata keçirilir. 

 

Maddə  20.  Ər  (arvadın)  razılığı  olmadıqda  nikahın  məhkəmə  qaydasında 



pozulması  

 

20.1.  Ər-arvadın  birgə  yaşamasının  və  ailənin  saxlanmasının  qeyri-mümkünlüyü 



məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 

20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə 

ər-arvadın  barışması  üçün  3  ay  müddət  müəyyən  etməklə  işi  təxirə  sala  bilər.  Barışıq 

olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. 

 

Maddə 21. Ər-arvadın qarşılıqlı razılığı olduqda nikahın məhkəmə qaydasında 



pozulması  

 



21.1.  Yetkinlik  yaşına  çatmayan  ümumi  uşaqları  olan  ər-arvadın  nikahın 

pozulmasına  qarşılıqlı  razılığı  olduqda,  eləcə  də  bu  Məcəllənin  19.2-ci  maddəsində 

göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan 

pozulur. 

21.2.  Ər-arvad  bu  Məcəllənin  22.1-ci  maddəsinə  uyğun  olaraq  uşaqları  barədə 

sazişi  baxılmaq  üçün  məhkəməyə  təqdim  etmək  hüququna  malikdirlər.  Bu  saziş 

olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 

22.2-ci  maddəsində  nəzərdə  tutulan  qaydada  onların  mənafeyinin  müdafiəsi  üçün 

tədbirlər görür. 

21.3. Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri 

gündən 1 aydan tez olmayaraq həyata keçirilir. 

 

Maddə 22. Nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin 



həll etdiyi məsələlər  

 

22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına 



çatmayan  uşaqlarının  kiminlə  qaldığını,  uşaqların  və  (və  ya)  ehtiyacı  olan  və  əmək 

qabiliyyəti  olmayan  ərin  (arvadın)  saxlanması  üçün  vəsaitin  ödənilmə  qaydasını,  bu 

vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən 

saziş təqdim edə bilərlər. 

22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında 

saziş  olmadıqda,  eləcə  də  bu  saziş  uşaqların  və  ya  tərəflərdən  birinin  marağını 

pozduqda, məhkəmə: 

22.2.1.  boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərindən 

hansının yanında qaldığını müəyyən etməli; 

22.2.2.  uşaqlar  üçün  alimentin  hansı  valideyndən  və  hansı  miqdarda  tutulduğunu 

müəyyən etməli; 

22.2.3.  ər-arvadın  (onlardan  birinin)  tələbi  ilə  onların  birgə  mülkiyyətində  olan 

əmlakın bölgüsünü aparmalı; 

22.2.4.  ərindən  (arvadından)  saxlanması  üçün  vəsait  almaq  hüququna  malik  olan 

arvadın  (ərin)  tələbi  ilə  ərdən  (arvaddan)  tutulmalı  olan  vəsaitin  miqdarını  müəyyən 

etməlidir. 

22.3.  Əmlak  bölgüsü  üçüncü  şəxsin  mənafeyinə  toxunduqda,  məhkəmə  əmlak 

bölgüsü haqqında tələbi ayrıca icraata ayıra bilər. 

 

Maddə 23. Nikahın pozulması zamanı nikaha xitam verilməsi vaxtı  



 

23.1.  Nikah  müvafiq  icra  hakimiyyəti  orqanında  pozulduqda  pozulmanın  dövlət 

qeydiyyatına  alındığı  gündən,  məhkəmə  qaydasında  pozulduqda  isə  bu  barədə 

məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. 

23.2.  Nikahın  məhkəmə  qaydasında  pozulması  vətəndaşlıq  vəziyyəti  aktlarının 

dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır. 

23.3.  Nikahın  pozulması  barədə  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə  mindiyi 

gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti 

orqanına göndərməyə borcludur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə