mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə
uyğun olaraq müəyyən edilir.
2-ci fəsil
Ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi
Maddə 6. Ailə hüquqlarının həyata keçirilməsi və ailə vəzifələrinin yerinə
yetirilməsi
6.1. Vətəndaşlar ailə hüquqlarını, habelə həmin hüquqların müdafiəsini, bu
məcəllədə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil həyata keçirirlər.
6.2. Ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə
yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və
qanuni mənafelərini pozmamalıdır.
Maddə 7. Ailə hüquqlarının müdafiəsi
Ailə hüquqları məhkəmələr, bu məcəllədə nəzərdə tutulmuş hallarda müvafiq icra
hakimiyyəti və digər dövlət orqanları tərəfindən qanunvericilikdə müəyyən olunmuş
qayda müdafiə olunur.
Maddə 8. Ailə münasibətlərinə iddia müddətinin tətbiqi
8.1. Pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş
müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti
şamil olunmur.
8.2. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə
Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər
tutur.
İkinci bölmə
Nikahın bağlanması və nikaha xitam verilməsi
3-cü fəsil
Nikahın bağlanma qaydası və şərtləri
Maddə 9. Nikahın bağlanma qaydası
9.1. Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən
şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini
təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların
iştirakı ilə bağlanır.
2
9.2. Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti
orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.
9.3. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə
verilən gün bağlana bilər.
9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.
3
9.5. Müvafiq icra hakimiyyəti orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha
daxil olmaq istəyən şəxslər (onlardan biri) inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edə bilərlər.
4
Maddə 10.
Nikahın yaşı
10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
5
10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış
şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah
yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Maddə 11. Nikahın bağlanma şərtləri
11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu
Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən
arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
6
11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
Maddə 12. Nikahın bağlanmasına mane olan hallar
12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və
ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər;
12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
12.0.3-1. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina
edən şəxslər;
7
12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Maddə 13. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi
8
13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
13.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə
tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət
verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb
müəssisələrində pulsuz həyata keçirilir.
13.3. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə
yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq
istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən
keçmə faktını və bu Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, tibbi məsləhətin
verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
13.4. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq
edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə
verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri
nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə
bilməz.
13.5. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və
nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim
sirridir.
13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın
immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər
tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
4-cü fəsil
Nikaha xitam verilməsi
Maddə 14. Nikaha xitam verilməsinin əsasları
14.1. Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha
xitam verilir.
14.2. Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə
qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi
əsasında nikaha xitam verilə bilər.
Maddə 15. Ərin nikahın pozulmasını tələb etmək hüququnun
məhdudlaşdırılması
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində
arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.
Maddə 16. Nikaha xitam verilməsi qaydası
Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci
maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir.
Maddə 17. Müvafiq icra hakimiyyəti orqanında nikaha xitam verilməsi
17.1. Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha
onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.