33
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 115.6-cı maddədən
“mərkəzləşdirilmiş” sözü çıxarılmışdır.
34
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.1-ci maddədə
“naminə” sözü “naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan
sonra” sözləri ilə əvəz edilmişdir.
35
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.5-ci maddədə
“qohumları” sözü “qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları,
qardaşları, onların övladları)” sözləri ilə əvəz edilmişdir.
36
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.6-ci maddədə
“mərkəzləşdirilmiş uçota götürüldükdən sonra 3 ay müddətində” sözləri “ümumi uçota götürüldüyü
gündən 6 ay müddət bitdikdən sonra” sözləri ilə əvəz edilmişdir.
37
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 117.7-ci maddə əlavə
edilmişdir.
38
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 118.7-ci və 118.8-ci
maddələr əlavə edilmişdir.
39
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 122.4-cü maddədə
“məhkəməyə” sözü “Azərbaycan Respublikasının vətəndaşı olan uşaq Azərbaycan Respublikasının
vətəndaşları tərəfindən övladlığa götürüldüyü zaman məhkəməyə, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman vətəndaşlığından və yaşayış yerindən asılı
olmayaraq uşağın öz qohumları tərəfindən övladlığa götürülməsinin qeyri-mümkünlüyünü təsdiq
edən sənədlər əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir.
40
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 131.2-ci maddədə
“orqanının” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının” sözləri əlavə edilmişdir.
41
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 131.4-cü maddədə
“göndərməlidir” sözü “uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına,
Azərbaycan Respublikasının vətəndaşı olan uşağın əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
tərəfindən övladlığa götürülməsi hallarında eyni zamanda müvafiq icra hakimiyyəti orqanına
göndərməlidir” sözləri ilə əvəz edilmişdir.
42
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 134.13-cü maddə əlavə
edilmişdir.
43
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 155.2-ci maddədə “ 117-
119-cu” sözləri “ 66.6-cı, 117-119-cu” sözləri ilə əvəz edilmişdir.
44
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 155.5-ci maddədə
“müəyyən olunmuş qaydada əvvəlcədən müvafiq icazə” sözləri “müvafiq icra hakimiyyəti
orqanından əvvəlcədən müvafiq razılıq” sözləri ilə əvəz edilmişdir.
45
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4) ilə 156.2-ci maddəsində
"vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanı " sözləri "vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatını aparan orqan" sözləri ilə əvəz edilmişdir.
46
20 oktyabr 2006-cı il tarixli 167-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1005) ilə 158.1-ci maddəsinə ikinci
və üçüncü cümlələr əlavə edilmişdir.
47
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 158.3-ci maddə əlavə
edilmişdir.
48
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 159.2-ci maddədə “ təkrar”
sözü “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” sözləri ilə əvəz edilmişdir.
49
9 oktyabr 2007-ci il tarixli 430-:IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 161.2-ci maddədə
“etməsindən” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.
50
30 aprel 2004-cü il tarixli 643-IIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən
düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə”
Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, №
7, maddə 505 ) ilə 165-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilmişdir.
51
20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №
5, maddə 380) ilə 166.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
166.2. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir,
valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün
olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa
şəxslər tərəfindən verilir.
52
20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №
5, maddə 380) ilə 166.3-cü və 166.4-cü maddələr əlavə edilmişdir, 166.3-cü maddə müvafiq olaraq 166.5-
ci maddə hesab edilmişdir.
53
20 aprel 2010-cu il tarixli 992-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 3 iyun 2010-cu il, № 118, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №
5, maddə 380) ilə 167-ci maddədə " ən geci 3 ay" sözləri " ən geci 1 ay" sözləri ilə əvəz edilmişdir.
54
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 168.1-ci maddədə “50-ci”
sözü “53-cü” sözü ilə əvəz edilmişdir.
55
17 oktyabr 2014-cü il tarixli 1080-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, № 12, maddə 1515) ilə 171-ci maddənin mətni 171.1-ci maddə hesab edilmişdir və
Məcəlləyə yeni məzmunda 171.2-ci maddə əlavə edilmişdir.
56
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 174-cü maddədə
“orqanında” sözü “orqanı tərəfindən” sözləri ilə əvəz edilmişdir.
57
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.1-ci maddədən “əsasən”
sözündən sonra “bu barədə qətnamənin cıxarıldığı yer üzrə” sözləri əlavə edilmişdir.
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.1-ci maddədən ikinci
cümlə çıxarılmışdır.
Əvvəlki redaksiyasında deyilirdi:
Qətnamədən çıxarış 1 aydan gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
58
22 oktyabr 2002-ci il tarixli 374-IIQD nömrəli “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 702) ilə 176.2 maddədə “çıxarıldığı”
sözü “qanuni qüvvəyə mindiyi” sözləri ilə əvəz edilmişdir.
59
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 179-cu maddədə “ Nikahın
pozulmasını” sözləri “ Ərizə əsasında nikahın pozulmasını” sözləri ilə, “ yerdə” sözü “ yer üzrə, məhkəmə
qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə” sözləri ilə
əvəz edilmişdir.
60
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 180.2-ci maddədə “, lakin
nikahın pozulması haqqında şəhadətnamə alanadək onlardan heç biri yeni nikahı qeyd etdirə
bilməz” sözləri “ və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər”
sözləri ilə əvəz edilmişdir.
KMQ1
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi
müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun
yoxlanılmasına dair (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı) –
(“Respublika” qəzeti, 20 iyul 2013-cü il, №156) ilə Nikahın pozulmasının qeydə alınması qaydalarını
müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 182.1-ci maddəsinin “yaxud da arvadın (ərin)
azı 3 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunduğu barədə hökmdən çıxarışı”
müddəası qüvvədən düşmüş hesab edilmişdir.
KMQ1
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.2.3-cü maddəsinin və 182-ci maddəsinin bəzi
müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun
yoxlanılmasına dair (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 7 iyul 2013-cü il tarixli qərarı) –
(“Respublika” qəzeti, 20 iyul 2013-cü il, №156) ilə Nikahın pozulmasının qeydə alınması qaydalarını
müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 182.2-ci maddəsinin “azadlıqdan məhrumetmə
növündə cəza çəkən ərə (arvada) və ya” müddəası qüvvədən düşmüş hesab edilmişdir.
61
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 182.2-ci maddə aşağıdakı
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
182.2. Müvafiq icra hakimiyyəti orqanı azadlıqdan məhrumetmə növündə cəza çəkən ərə (arvada) və
ya fəaliyyət qabiliyyəti olmayan ərin (arvadın) qəyyumuna, yaxud xəbərsiz itkin düşmüş hesab edilən ərin
(arvadın) əmlakı üzərində qəyyumluq edənə ərizə haqqında bildiriş göndərir. Bildirişdə uşaqlar haqqında,
ər-arvadın ümumi birgə mülkiyyəti olan əmlakı bölmək haqqında mübahisənin və ya fəaliyyət qabiliyyəti
olmayan və yardıma ehtiyacı olan ərə (arvada) aliment verilməsi haqqında mübahisənin olub-olmadığı
barədə məlumat vermək üçün vaxt müəyyən edilir. Cavab üçün müəyyən edilmiş müddət 1 aydan çox ola
bilməz. Mübahisənin olmadığı haqqında məlumat alındıqda və ya bildirişdə müəyyən edilmiş müddətdə
cavab alınmadıqda müvafiq icra hakimiyyəti orqanı nikahın pozulmasını qeydə alır.
62
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 186-cı maddənin əvvəlinə
“Ərizə əsasında” sözləri əlavə edilsin, maddədə “və ya atalığın müəyyən edilməsi haqqında” sözləri “,
atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə” sözləri ilə əvəz edilmişdir.
63
20 oktyabr 2006-cı il tarixli 168-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1006) ilə 195-ci maddədə “ 3
gündən” sözləri “ 10 gündən” sözləri ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |