Azərbaycan Respublİkasının Aİlə Məcəlləsİ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix26.10.2017
ölçüsü0,68 Mb.
#6733
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

121.2.  Ögey  ata  (ögey  ana)  uşağı  övladlığa  götürəndə  bu  Məcəllənin  121.1-ci 

maddəsində nəzərdə tutulmuş yaş fərqinin olması tələb edilmir. 

 

Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı  



 

122.1.  Valideynləri  olan  uşaq  bu  Məcəllənin  123-cü  maddəsində  göstərilənlər 

istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına 

çatmayan  valideynlərin  uşaqlarının  övladlığa  götürülməsi  zamanı  həmin  valideynlərin 

qəyyumlarının  (himayəçilərinin)  və  valideynlərinin  razılığı,  valideynlər,  qəyyumlar  və 

himayəçilər  olmadıqda  isə  müvafiq  icra  hakimiyyəti  orqanının  razılığı  tələb  olunur. 

Uşaqlarının  övladlığa  götürülməsinə  valideynlərin  yazılı  razılığı  notariat  qaydasında, 

valideyn  himayəsindən  məhrum  olan  uşağın  yerləşdiyi  müəssisənin  rəhbəri  və  ya 

övladlığa  götürmənin  həyata  keçdiyi  yer,  yaxud  valideynlərin  yaşadığı  yer  üzrə 

qəyyumluq  və  himayə  orqanı  tərəfindən  təsdiq  olunmalıdır.  Razılıq,  həmçinin 

məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. 

122.2.  Valideynlər  övladlığa  götürmə  barədə  məhkəmə  qətnaməsi  qəbul 

edilənədək öz uşaqlarını övladlığa vermək barədə razılığı geri götürə bilərlər. 

122.3.  Valideynlər  öz  uşaqlarını  konkret  şəxsə  və  ya  konkret  şəxsi  göstərmədən 

övladlığa verməyə razılıq verə bilərlər. 

122.4. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının vətəndaşı olan 

uşaq  Azərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən  övladlığa  götürüldüyü  zaman 

məhkəməyə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü 

zaman  vətəndaşlığından  və  yaşayış  yerindən  asılı  olmayaraq  uşağın  öz  qohumları 

tərəfindən  övladlığa  götürülməsinin  qeyri-mümkünlüyünü  təsdiq  edən  sənədlər  əlavə 

edilməklə  müvafiq  icra  hakimiyyəti  orqanına  övladlığa  götürmənin  uşağın  mənafeyinə 

uyğun olması barədə rəy təqdim edir. Uşağın ögey ata (ögey ana) tərəfindən övladlığa 

götürüldüyü hallarda bu cür rəy tələb olunmur.

39

 

 



Maddə 123. Valideynlərin razılığı olmadan övladlığa götürmə  

 

123.1.  Valideynlər  valideynlik  hüquqlarından  məhrum  edilmişlərsə  və  bundan  1  il 



müddət  keçmişsə  və  ya  qanunla  müəyyən  olunmuş  qaydada  fəaliyyət  qabiliyyəti 

olmayan,  yaxud  xəbərsiz  itkin  düşmüş  hesab  edilmişlərsə,  övladlığa  götürməyə  onların 

razılığı tələb olunmur. 

123.2. Valideynlər 6 aydan artıq müddətdə uşaqla birlikdə yaşamırlarsa, qəyyumluq 

və  himayə  orqanlarının  xəbərdarlığına  baxmayaraq,  onun  tərbiyəsində  və  ya 

saxlanmasında iştirak etməkdən boyun qaçırırlarsa, uşağa valideynlik diqqəti və qayğısı 

göstərmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da icra edilə bilər. 

 

Maddə  124.  Valideyn  himayəsindən  məhrum  olan  uşaqların  övladlığa 



götürülməsinə qəyyumların (himayəçilərin), himayədar ailənin, uşaqların yerləşdiyi 

müəssisələrin rəhbərlərinin və uşaqların özlərinin razılığı  

 

124.1.  Qəyyumluqda  (himayədə)  olan  uşaqların  övladlığa  götürülməsi  üçün 



qəyyumların (himayəçilərin) yazılı razılığı olmalıdır. 


124.2.  Himayədar  ailənin  öhdəsində  olan  uşaqların  övladlığa  götürülməsi  üçün 

onların himayədar valideynlərinin yazılı razılığı lazımdır. 

124.3.  Tərbiyə,  müalicə,  ailənin  sosial  müdafiəsi  müəssisələrində  və  digər  analoji 

müəssisələrdə  yerləşən  uşaqların  övladlığa  götürülməsinə  həmin  müəssisələrin 

rəhbərləri yazılı razılıq verməlidirlər. 

124.4.  Məhkəmə  uşağın  mənafeyini  nəzərə  alaraq  bu  Məcəllənin  124.1—124.3-cü 

maddələrində  göstərilən  şəxslərin  razılığı  olmadan  da  onun  övladlığa  götürülməsi 

barədə qətnamə qəbul edə bilər. 

124.5. 10 yaşına çatmış uşaq övladlığa götürüldükdə, onun razılıq verməsi zəruridir. 

124.6. Övladlığa götürmə haqqında ərizə verilənə qədər uşaq övladlığa götürmək 

istəyənin  ailəsində  yaşamışsa  və  onu  öz  valideyni  hesab  edirsə,  övladlığa  götürmə 

övladlığa götürülən uşağın razılığı olmadan da aparıla bilər. 

 

Maddə  125.  Övladlığa  götürülənin  soyadının,  adının  və  atasının  adının 



dəyişdirilməsi  

 

125.1. Övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin 



soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa 

götürən  qadındırsa,  uşaq  barəsində  uşağın  atasının  hüquq  və  vəzifələrinin  saxlandığı 

hallardan  başqa,  ata  adı  qadının  göstərişi  ilə  verilir.  Nikahda  olmayan  şəxs  uşağı 

övladlığa  götürdükdə,  uşağın  soyadı,  adı  və  anasının  (atasının)  adı  doğum  haqqında 

qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. 

125.2.  Övladlığa  götürən  ər-arvadın  soyadları  müxtəlif  olduqda,  onların  razılığı  ilə 

övladlığa götürülən uşağa ərin və ya arvadın soyadı verilir. 

125.3. Övladlığa götürülən 10 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adı bu 

Məcəllənin 124.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, yalnız onun razılığı 

ilə dəyişdirilə bilər. 

125.4.  Övladlığa  götürülənə  soyad  və  ata  adı  verilməsi,  habelə  onun  adının 

dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. 

 

Maddə 126. Övladlığa götürənlərin xahişi ilə övladlığa götürülənin doğulduğu 



yerin və tarixin dəyişdirilməsi  

 

126.1.  Övladlığa  götürmənin  gizli  saxlanması  üçün  övladlığa  götürənin  xahişi  ilə 



övladlığa  götürülənin  doğulduğu  yer,  eləcə  də  onun  doğum  tarixi  3  aydan  çox 

olmayaraq dəyişdirilə bilər. 

126.2.  Övladlığa  götürülmüş  uşağın  doğum  tarixi  uşaq  1  yaşına  çatana  qədər 

dəyişdirilə bilər. 

126.3.  Övladlığa  götürülmüş  uşağın  doğulduğu  yerin  və  ya  tarixin  dəyişdirilməsi 

məhkəmə qətnaməsində göstərilir. 

 

Maddə  127.  Övladlığa  götürənlərin  övladlığa  götürülənin  valideynləri  kimi 



yazılması  

 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə