Beynəlxalq münasibətlər nəzəriyyəsi fənninin sualları



Yüklə 147,11 Kb.
tarix21.04.2023
ölçüsü147,11 Kb.
#106618
BM Nəzəriyyə 2023 qiyabi


Beynəlxalq münasibətlər nəzəriyyəsi fənninin sualları

  1. Beynəlxalq əməkdaşlığın mahiyyəti və əhəmiyyəti



  1. Beynəlxalq münaqişələrin tənzimlənməsi

Beynəlxalq münaqişələr probleminin BMN-nin aktual problemlərindən biri olmasının əsas səbəbi ondadır ki, onun tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Hər hansı bir sosial hadisənin, o cümlədən beynəlxalq münaqişənin tənzimlənməsi onun mahiyyətinin dərk olunmasına əsaslanmalıdır. Buna görə də beynəlxalq münaqişələrin öyrənilməsinə xüsusi fikir verilir. Beynəlxalq münaqişələrin öyrənilməsi ilə əlaqədar üç əsas yanaşma vardır: 1. Strateji tədqiqatlar; 2. Münaqişənin təhlili; 3. Sülhün tədqiq olunması. 1. Strateji tədqiqatlar mövqeyindən beynəlxalq münaqişələrin təhlili praktik məsələlərin həllinə yönəlmişdir. Strateji tədqiqatların metodoloji əsasını siyasi realizm təşkil edir. Buna görə də bu tədqiqatlar beynəlxalq münaqişələrin həll edilməsində güc amilinə xüsusi önəm verir. Strateji tədqiqatlarda dövlətin milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasının yolları araşdırılır. Bundan başqa, strateji tədqiqatlarda müharibənin təhlil olunmasına xüsusi fikir verilir; 2. Münaqişəyə təhlili yanaşma beynəlxalq münaqişələrin bir sıra mühüm nəzəri məsələlərinin (yaranmasının və inkişafının səbəbləri, növləri, subyektləri) təhlil olunmasına yönəlmişdir. Strateji tədqiqatlarda bu məsələlər təhlil olunmur; 3. Sülhün tədqiq olunmasına yanaşma əsasən beynəlxalq münaqişələrin tənzimlənməsinin yollarının müəyyən edilməsinə yönəlmişdir. Bu yanaşmanın tərəfdarları (K. Bouldinq) hesab edirlər ki, beynəlxalq sistemdə münaqişələrin indiki vəziyyəti elədir ki, o, yavaş-yavaş irimiqyaslı müharibəyə apara bilər. Bu təhlükəli meylin qarşısını almaq üçün tərəflər davranışlarını, bir-birinə münasibətlərini dəyişməlidirlər və bütün mübahisəli məsələlər danışıqlar yolu ilə həll edilməlidir. Beləliklə, beynəlxalq münaqişələr probleminin öyrənilməsinə dair qeyd olunan yanaşmaların hər biri bu problemi müxtəlif səpkidən öyrənir. Əldə olunan hər bir nəticənin beynəlxalq münaqişələrin tənzimlənməsi üçün böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, ölkədaxili münaqişələrdən fərqli olaraq beynəlxalq münaqişələrin qanun vasitəsilə tənzimlənməsi obyektiv səbəblərə görə çətindir, çünki bu münaqişələrin xüsusiyyətləri bir çox hallarda beynəlxalq hüquqda nəzərdə tutulmur. Bununla əlaqədar beynəlxalq münasibətlər sahəsində münaqişələrin tənzimlənməsi siyasi metodlarla həyata keçirilir. Fransız sosioloqu Merleyə görə, siyasi metodlar çərçivəsində münaqişələrin qarşısının alınmasının və tənzimlənməsinin ənənəvi və institusional metodları vardır. Ənənəvi metodlar Ənənəvi metodlar dedikdə beynəlxalq münasibətlər sahəsində münaqişələrin tənzimlənməsinin ən geniş yayılmış üç metodu nəzərdə tutulur: 1. danışıqlar; 2. razılığa gəlməkdə qarşı tərəflərə üçüncü tərəfin köməyi; 3. vasitəçilik. İkinci və üçüncü metodlarda vasitəçi qismində qarşı tərəflərin münaqişəsinə müdaxilə edən üçüncü tərəf münaqişəni qərəzsiz tədqiq edərək onun səbəblərini müəyyən edir, tərəflərin arqumentlərini dinləyir və münaqişənin tənzimlənməsinə dair qərar verir. İkinci dünya müharibəsi dövründən beynəlxalq münaqişələrin tənzimlənməsinin başqa bir metodu - barışıq metodu da məlumdur. Ona əsasən, qarşı tərəflər arasında mübahisəli məsələni üçüncü tərəfin sədrliyi altında yaradılan Komissiya araşdırır. Üçüncü tərəfin münaqişəyə müdaxilə etməsinə, Komissiyanın yaradlmasına razılığı qarşı tərəflərin özləri verməlidir. Başqa sözlə desək, ənənəvi metod-ların tətbiq edilməsi qarşı tərəflərin razılığından asılıdır. Bu, ənənəvi metodların tətbiq edilməsini bir qədər məhdudlaşdırır. İnstitusional metodlar Dövlətlərarası təşkilatların (Millətlər Liqası, sonralar BMT) təsis edilməsi və fəaliyyət göstərməsi beynəlxalq münaqişələrin tənzimlənməsi məsələsində iki istiqamətdə irəliləyişə imkan yaratdı: 1. Dövlətlərarası təşkilatlar gücün tətbiq edilməsinədək tənzimlənmənin yalnız dinc vasitələrindən istifadə etməlidirlər. BMTnin Nizamnaməsinə əsasən, qarşı tərəflər əvvəlcə ənənəvi prosedurların birindən istifadə etməlidirlər. Yalnız bunun faydası olmadıqda onlar BMT-nin Təhlükəsizlik Surasına müraciət edə bilərlər. Təhlükəsizlik Surası, öz növbəsində, münaqişənin tənzimlənməsi üçün istənilən vasitəni tövsiyə edə bilər; 2. İnstitusional mexanizmlərdən istifadə edilməsi bu mexanizmlərə kollektiv xarakter verdi. Bunun nəticəsində qarşı tərəfləri hansısa bir üçüncü dövlət deyil, dövlətlərarası təşkilat ayırmağa çalışır. Dövlətlərarası təşkilat ya münaqişə zonasına Təhqiqat Komissiyasını göndərir, ya vasitəçi təyin edir, ya da ki, barışıq missiyasını öz üzərinə götürür. Müasir dövrdə beynəlxalq münaqişələrin məzmununun, səbəblərinin, iştirakçılarının dəyişməsi ilə yanaşı onun tənzimlənmə mexanizmləri də dəyişmişdir. Daha konkret desək, bu mexanizmlərin strukturu bir qədər mürəkkəbləşmişdir. Məsələn, müasir dövrdə milli dövlətin rolunun azalması ilə əlaqədar beynəlxalq münaqişələrin tənzimlənməsində diplomatik vasitələrin səmərəliliyinin azalması müşahidə olunur. Müasir dövrdə baş verən münaqişələrin səbəblərinin və onların həll edilməsi metodlarının sırasında iqtisadi mexanizmlərin və maliyyə vasitələrinin rolu artır. Beynəlxalq münaqişələrin tənzimlənməsində humanitar əməliyyatların rolu artır. Bəzən inkişaf etmiş ölkələr bu və ya digər geridə qalmış ölkənin daxili işlərinə müdaxilə etmək üçün bəhanə kimi həmin ölkədə humanitar vəziyyətin pis olmasını, yəni orada insanların hüquq və azadlıqlarının pozulmasını göstərirlər. Beynəlxalq münaqişələrin tənzimlənmə mexanizmlərinin başqa biri informasiya elementi adlanır. Beynəlxalq münaqişələrin tənzimlənməsində informasiyanın rolu getdikcə artır. KİV ictimai rəyin formalaşmasında mühüm rol oynayaraq ictimaiyyəti münaqişəyə qarşı qaldırır. Lakin KİV münaqişələrin tənzimlənməsi ilə bərabər onların başlanmasına, yaxud gərginləşməsinə də səbəb ola bilər. Beynəlxalq münaqişələrin tənzimlənməsində hüquqi elementin rolu ilk növbədə beynəlxalq hüquq normalarını BMT, ATƏT kimi təşkilatlar vasitəsilə yeridərək dövlətləri təcavüzkar siyasətdən yayındırmağa vadar etməkdir. Nəhayət, beynəlxalq münaqişələrin tənzimlənmə mexanizmlərinin sırasında hərbi element özünəməxsus yer tutur. Onun vasitəsilə beynəlxalq münaqişələrin qarşısı alınır, münaqişələr tənzimlənir və onlara dövlətlərarası təşkilatlar tərəfindən nəzarət olunur. Bununla əlaqədar strateji tədqiqatlarla məşğul olan mütəxəssislər hərbi məsələlərin dörd növünü göstərirlər: 1. Hərbi əməliyyatlarda iştirak. Söhbət silahlanma üzərində nəzarətə dair əldə olunan razılaşmaların yerinə yetirilməsindən, sülhməramlı əməliyyatların həyata keçirilməsindən gedir. 2. Yerlı mülki hökumətin fəaliyyətinə dəstək. Burada isə əsas məsələ sülhün saxlanılması zonasında əmin- amanlığın, sərhədlərin təhlükəsizliyinin təmin olunması, həmçinin narkobiznes və terrorçuluğa qarşı mübarizədir. 3. Təbii fəlakətlər zamanı əhaliyə humanitar yardımın göstərilməsi, beynəlxalq QHT-lərin fəaliyyətinə dəstəyin verilməsi və qaçqınlara hərtərəfli yardımın edilməsi. 4. Mülki əhalini təhlükəli zonalardan çıxarmaq, girov saxlanılan insanları terrorçuların əlindən xilas etmək. Beləliklə, münaqişə bir sosial hadisə kimi cəmiyyətin inkişafının müəyyən bir mərhələsində yaranır. Onun yaranması obyektiv və subyektiv səbəblərlə bağlıdır. Bəzi münaqişələr, xüsusilə konstruktiv münaqişələr cəmiyyətin inkişafina müsbət təsir göstərir. Belə münaqişələrə milli azadlıq hərəkatlarını, inkişafda olan ölkələrin transmilli şirkətlərə qarşı mübarizəsini aid etmək olar. Lakin müna-qişə, o cümlədən beynəlxalq münaqişə ümumilikdə götürüldükdə mənfi bir hadisədir. Onun ən ekstremal forması isə müharibədir.


  1. Beynəlxalq rejimlər nəzəriyyəsi

Beynəlxalq rejimlər nəzəriyyəsi 1980-ci illərdə irəli sürülmüşdür. Bu nəzəriyyənin tərəfdarlarından Stefan Krasneri, Robert Koheni, Ceyms Raqqini və başqalarını göstərmək olar. Beynəlxalq rejimlər nəzəriyyəsinə əsasən, dövlətlərarası əməkdaşlığın əsasları və səbəbləri beynəlxalq hüquqla və ya beynəlxalq təşkilatlarla bilavasitə əlaqəsi olmayan institutlarla bağlıdır. Məsələn, beynəl- xalq ticarət rejimlərini (Dünya Ticarət Təşkilatı), kütləvi qırğın silahlarının yayılmasının qarşısınının alınması rejimlərini, yaxud dəniz gəmiçiliyi rejimlərini göstərmək olar. Beynəlxalq rejimlər dedikdə aktorların istəklərinə cavab verən qərarların qəbul olunması normalarının, prinsiplərinin, qaydalarının və prosedurlarının məcmusu nəzərdə tutulur. Beynəlxalq rejimlər dövlətlərarası əməkdaşlıq üçün əlverişli şərait yaradır. Onlar dövlətləri əmin edirlər ki, digər dövlətlər əməkdaşlığı pozmayacaqlar. Dövlətlər müəyyən rejim yaradarkən (və ya mövcud rejimə qoşularkən) özlərinin suveren hüquqlarının məhdudlaşdırılmasına digər dövlətlərin eyni tərzdə hərəkət etdiyinə görə razılaşırlar. Rejimlərin yaradılması dövlətlərə müəyyən fayda verməklə bərabər onların qarşısına bir çox vəzifələr də qoyur. Rejimlər nəzəriyyəsi hakimiyyət məsələlərinə fikir vermədiyinə görə tənqid edilir. Beynəlxalq miqyasda gücün paylaşdırılması həm rejimlərin əsası kimi, həm də rejimlərdə baş verən dəyişikliklərin səbəbi kimi qələmə verilir. Beynəlxalq iyerarxiyada dövlətlərin yerlərinin qeyri-bərabər olması zəif dövlətləri narahat edir, çünki onlar güclü dövlətlər tərəfindən yaradılan, onların maraqlarına cavab verən rejimlərə qoşulurlar. Lakin qeyd olunan çatışmazlıqlara baxmayaraq, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsində beynəlxalq rejimlərin böyük əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, beynəlxalq rejimlər nəzəriyyəsi neorealistlər ilə neoliberalların arasında olan mübahisənin nəticəsi kimi irəli sürülmüşdür. Məlum olduğu kimi, bu mübahisə beynəlxalq əməkdaşlığa aid olan bir sıra vacib məsələləri ortaya qoydu. Bununla neorealistlər ilə neoliberallar arasındakı mübahisə hər iki tərəfin zəif cəhətlərini üzə çıxartdı. Məsələn, neorealistlərin beynəlxalq sistemin anarxiyalı olması haqqında fikirləri öz məqsədlərinə nail olmaq üçün hansı üsullardan istifadə edəcəklərini göstərmir.


  1. BMN fənninin əsas inkişaf mərhələləri

Kennes Tomsona görə, beynəlxalq siyasət fənninin öyrənilməsinin dörd mərhələsi olmuşdur. I mərhələ Birinci Dünya müharibəsinin sonunadək olan bir müddəti əhatə edir. Bu müddət ərzində beynəlxalq münasibətlər təsviredici və xronoloji şəkildə təqdim olunurdu. Diplomatiya tarixçiləri hadisələri təsvir edərək onlardan beynəlxalq münasibətlərin indiki və ya gələcək durumunu anlamaq üçün istifadə etmirdilər. II mərhələdə (Birinci Dünya müharibəsindən sonra) tədqiqatçılar cari hadisələri şərh edərək onların bilavasitə əhəmiyyətini açıqlayırdılar. Lakin tədqiq olunan cari hadisələr keçmişdə baş vermiş analoji problemlərlə tutuşdurulmurdu. Nəticədə beynəlxalq münasibətlərə inteqral (bütöv) baxış yaratmaq mümkün olmurdu. Bir sözlə, beynəlxalq sahədə baş verən hadisələr izah, təhlil olunsa da I mərhələyə xas olan xronoloji yanaşma nəzərdən qaçırılırdı. III mərhələ ərzində (XX əsrin 30-cu illəri) beynəlxalq hüquq və beynəlxalq təşkilat beynəlxalq münasibətlərin institutlaşmasını vurğuladı. Belə bir fikir formalaşmağa başladı ki, beynəlxalq təşkilatlar vasitəsilə mövcud beynəlxalq problemlər həll olunacaqdır. Beynəlxalq münasibətlər sahəsində aparılan tədqiqatlar beynəlxalq hüquq və beynəlxalq təşkilatlar mövzuları üzrə aparılmağa başlandı. Beynəlxalq situasiyanın pisləşməsi, İkinci Dünya müharibəsinin başlanması III mərhələdəki yanaşmanın uyğunsuzluğunu göstərdi. Beynəlxalq münasibətlərin öyrənilməsi üçün yeni yanaşmaya ehtiyac olduğu müəyyən olundu. Tədqiqatçılar diqqətlərini beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan dövlətlərin davranışlarını müəyyən edən faktorlara yönəltdilər. Əgər II və III mərhələlərdə beynəlxalq münasibətlərin diqqət mərkəzində Millətlər Liqası dururdusa, IV mərhələdə beynəlxalq münasibətlər dünya siyasətinin çərçivəsində öyrənilirdi. İkinci Dünya müharibəsindən sonra beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin inkişaf mərhələsi fundamental nəzəriyyələrin yaranması ilə müşahidə olunur. “Soyuq müharibənin” başa çatması, dünya kommunist sisteminin dağılması, bir tərəfdən, qloballaşmanın sürətlənməsindən, digər tərəfdən, BMN fənninin yeni mərhələsinin başlanmasından xəbər verir. Bu mərhələnin mahiyyətindən indi danışmaq bir qədər tezdir, çünki onun əsas xüsusiyyətləri hal-hazırda tədqiq olunur. Bununla belə yeni mərhələyə xas olan əsas əlamətlərdən biri odur ki, bu mərhələdə beynəlxalq münasibətlərin öyrənilməsinin əvvəlki yanaşmaları tətbiq edilir. Beləliklə, BMN fənninin predmetinə dair müxtəlif fikirlər olsa da, aşağıdakı ümumi fikri qeyd etmək olar. BMN fənni interdissiplinar (fənlərarası) bir elm, bilik sahəsidir. O, fəlsəfə, tarix, hüquq, iqtisadiyyat, politologiya, sosiologiya və s. kimi elmlərdən bəhrələnir. Onun inkişafı empirik faktlara və abstrakt təfəkkürə (analiz, sintez, müqayisə, mücərrədləşdirmə, modelləşdirmə) arxalanır. BMN fənninin əsas məqsədi ölkələrin xarici siyasətini, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların (QHT) və transmilli şirkətlərin (TMŞ) beynəlxalq sistemdə rolunu tədqiq edərək xalqlar və ölkələr arasında müharibənin qarşısını almaq və siyasi, iqtisadi, sosial, mədəni əlaqələri inkişaf etdirməkdir. BMN fənninin məzmunu meydana gəldiyi vaxtdan indiyədək nəzəri məsələlərin zənginliyi ilə fərqlənir. Münaqişə və müharibənin əsas problem kimi qalmasına baxmayaraq, BMN fənninin tədqiqat predmetinə bir çox hadisələr daxil olmuşdur. Yeni dövrdə (1990-cı illərdən sonra) fənnin mahiyyətinə dair erkən yanaşmalar bir-biri ilə ziddiyyət təşkil edən nəzəri yanaşmalarla əvəz olundu.


  1. BMN fənninin meydana gəlməsi və inkişafı

Alimlər və mütəfəkkirlər beynəlxalq münasibətlərlə, beynəlxalq siyasətlə bağlı nəzəri məsələlərlə xeyli əvvəl məşğul olmalarına baxmayaraq, beynəlxalq münasibətlər nəzəriyyəsi (BMN) bir müstəqil fənn kimi Birinci Dünya müharibəsindən sonra meydana gəlmişdir. Yuxarıda qeyd olunduğu kimi, fənnin yaranması 1919-cu ildə Uels Universitetində (Aberistvis şəhəri) beynəlxalq münasibətlər kafedrasının açılması ilə bağlıdır. O vaxtadək beynəlxalq münasibətlərin, beynəlxalq siyasətin nəzəri məsələləri hüquq, fəlsəfə, iqtisadiyyat, siyasət, diplomatiya tarixi kimi fənlər tərəfindən tədqiq olunurdu. BMN fənninin meydana gəlməsi Birinci Dünya müharibəsinin dəhşətlərinə intellektual reaksiyanın nəticəsi idi. Gələcəkdə belə müharibələrin qarşısını almaq üçün ictimai fikir tarixində müharibə bir sosial hadisə kimi diqqət mərkəzində idi. Tədqiqatçıları ilk növbədə müharibənin başlanmasının səbəbləri maraqlandırırdı ki, gələcəkdə onun qarşısını almaq mümkün olsun. Bu zaman tədqiqatçıların arasında belə bir fikir formalaşırdı: sülhü yalnız kollektiv təhlükəsizlik sistemi vasitəsilə saxlamaq olar. Bu fikrin tərəfdarları (onlara idealist, liberal və ya utopist deyirdilər) gələcəyə ümidlə baxaraq dünyada sülhü qoruyacaq beynəlxalq təşkilatın (Məsələn, Millətlər Liqası kimi) yaranmasını istəyirdilər. Birinci Dünya müharibəsinin başlanmasının səbəblərini araşdıran tədqiqatçılar müəyyən etdilər ki, tarix fənni bu müharibənin bir sıra nəzəri məsələlərinin araşdırılmasında münasib deyildi. Belə bir çatışmazlığı aradan götürmək üçün qalib ölkələrin, xüsusilə ABŞ və Böyük Britaniyanın bir sıra universitetlərində beynəlxalq münaqişələr üzrə tədqiqat mərkəzləri yaradıldı. Bu mərkəzlərdə müharibə arzuolunmaz, əxlaqa zidd, çoxlu xərc tələb edən bir sosial hadisə kimi qələmə verilirdi. Qalib ölkələrdən olan tədqiqatçıların demək olar ki, hamısı tədqiqatlarını əsasən aşağıdakı suallara yönəltdilər: 1. Müharibə milyonlarla insana aclıq və ölümdən başqa nə gətirmişdir? 2. Gələcəkdə belə müharibələrin qarşısını almaq üçün nə etmək lazımdır? 3. Müharibə səhvin, anlaşılmazlığın, yoxsa bəd fikrin nəticəsidir? Bu suallara cavab olaraq, BMN fənninin “birinci məktəbi” (idealist) yarandı və fənnin erkən tarixində hakim məktəb kimi fəaliyyət göstərdi. İdealistlərə (onlara liberal və utopist də deyirdilər) görə, müharibə insanın təbiəti ilə bağlı olan hadisə deyildir. O, dövlət başçıları, siyasətçilər arasında yaranan anlaşılmazlığın nəticəsidir. Belə anlaşılmazlıqların nəticəsində siyasətçilər siyasi hadisələrə nəzarəti itirmişlər. Bunun nəticəsində müharibənin, o cümlədən Birinci Dünya müharibəsinin başlanması zəruri olmuşdur. Onların fikrincə (Zimmern, Vilson, Noel-Beyker), “gizli diplomatiya” “kollektiv təhlükəsizliklə, avtokratik idarəetmə üsulu demokratik idarəetmə üsulu ilə əvəz olunmalıdır. Başqa sözlə desək, Birinci Dünya müharibəsindən irəli gələn dərslər düzgün başa düşülsə və bunun əsasında müvafiq fəaliyyət istiqaməti götürülsə daha etibarlı və ədalətli dünya nizamı yaradıla bilər. Hedli Bull bu idealistlər barədə aşağıdakıları söyləmişdir: “Bu tədqiqatçıların əsas fərqləndirici xüsusiyyətləri ondadır ki, onlar tərəqqiyə inanırlar, xüsusilə onlar əmindirlər ki, Birinci Dünya müharibəsinə səbəb olan beynəlxalq münasibətlər sistemi ədaləti və sülhü bərqərar edə bilən sistemə çevrilə bilər. Bu isə demokratiyanın inkişafı “beynəlxalq təfəkkürün” yayılması, Millətlər Liqasının möhkəmlənməsi, sülhpərvər ideyaların geniş yayılması ilə bağlıdır”. Qeyd etmək lazımdır ki, BMN fənni yarandığı zaman normativ xarakter daşıyırdı. Birinci Dünya müharibəsinin dağıdıcı nəticələrinə bir əks təsir kimi özünü büruzə verən beynəlxalq münasibətlər fənni belə bir fikrə əsaslanırdı: müharibə bir daha baş verməməlidir, bu müharibə bütün müharibələrin sonudur. Müharibənin bir sosial hadisə kimi əsaslı şəkildə tədqiq olunması onun yaranmasının qarşısını gələcəkdə ala bilər. Buna görə də BMN fənninin maraq dairəsinə əsasən müharibə ilə bağlı olan suallar düşmüşdür. Bu zaman BMN fənni liberal-utopist tədqiqatçıların əlində idi. BMN fənninin erkən tarixinin digər xüsusiyyəti liberal-utopistlərin bu fikirlərinə qarşı realistlərin tənqidi çıxışı olmuşdur. Realistlərdən liberallara qarşı ilk dəfə olaraq E.H.Karr çıxış etmişdir. Realistlərlə liberalların mübahisəsini ədəbiyyatda BMN fənninin Birinci Böyük Debatı adlandırırlar. Bu mübahisə ilə əlaqədar BMN fənninə belə bir tərif verilmişdir: “İdealizm və realizm arasında dualizm”. BMN fənninin formalaşma mərhələlərində nəzəriyyə və təcrübə, vasitələr və məqsədlər arasında əlaqə özünü aydın şəkildə büruzə verirdi. Bu fənnin əsas məqsədlərindən biri müharibənin qarşısını almaq və xalqlar arasında siyasi, iqtisadi, sosial, mədəni əlaqələri inkişaf etdirmək olmuşdur. BMN fənni inkişaf etdikcə onun tədqiqat sahəsi genişlənərək beynəlxalq münasibətlər sahəsinə aid olan bir çox başqa məsələləri də ehtiva edirdi.


  1. BMN fənninin predmeti və obyekti

BMN fənninin predmetini müəyyən etmək üçün ilk öncə beynəlxalq münasibətlər məfhumunun məzmunu göstərilməlidir. “Beynəlxalq münasibətlər” məfhumunun məzmuna dair ədəbiyyatda müxtəlif fikirlər vardır. Məşhur fransız sosioloqu Raymon Arona görə, beynəlxalq münasibətlərin məzmununu əsasən dövlətlər arasında olan münasibətlər təşkil edir. Buna görə də misal kimi o, dövlətlərarası müqavilələri göstərir. Öz növbəsində dövlətlərarası münasibətlər simvolik personaj olan diplomat və əsgərin özünəməxsus davranışlarında ifadə olunur. Aronun fikrincə, bu iki personaj mənsub olduqları cəmiyyətin nümayəndələri kimi çıxış edirlər. Onların timsalında beynəlxalq münasibətlər öz mahiyyəti etibarilə sülhün və müharibənin alternativini təşkil edir. Başqa sözlə desək, beynəlxalq münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, burada bu iki alternativlərin hər biri mümkündür. Bu isə öz növbəsində beynəl- xalq münasibətlərin aktorlarının arasında konsensusun olmaması ilə izah olunur. Arondan fərqli olaraq amerikalı politoloq D. Kaporazo hesab edir ki, müasir dövrdə beynəlxalq münasibətlərin məzmununun əsasını dövlətlər arasında olan münasibətlər deyil, siniflər, sosial-iqtisadi qruplar və siyasi qüvvələr arasında olan münasibətlər təşkil edir. Bu səbəbdən müasir dövrdə siniflər, sosial-iqtisadi qruplar və siyasi qüvvələr beynəlxalq münasibətlərin əsas iştirakçıları kimi dövlətin minimal vasitəçiliyi ilə, bəzən isə onun istəyinə zidd olaraq bir-biri ilə əlaqəyə girən konkret şəxsləri göstərir. Onun fikrincə beynəlxalq münasibətlərin simvolik subyektləri kimi turist və terrorçu çıxış edir. Ümumiyyətlə müasir dövrdə beynəlxalq münasibətlərin məzmununu dövlətlərarası münasibətlərlə məhdudlaşdırmaq düzgün deyil. Dövlətlərarası münasibətlər beynəlxalq münasibətlərin əsasını təşkil etsə də, müasir dövrdə beynəlxalq təşkilatların, transmilli şirkətlərin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və digər aktorların beynəlxalq münasibətlərin inkişaf istiqamətinə təsirləri daima artır. Başqa sözlə desək, müasir dövrdə beynəlxalq münasibətlərin iştirakçıları kimi (aktorları) dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar, transmilli şirkətlər, ictimai birliklər, qeyri-hökumət təşkilatları, konkret şəxslər də çıxış edir. Onun sahələrinə siyasi, ideoloji, hərbistrateji, iqtisadi, mədəni və s. əlaqələr daxildir. Beləliklə, beynəlxalq münasibətlər dövlətlərin, beynəlxalq təşkilatların, transmilli şirkətlərin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının, konkret şəxslərin aralarında mövcud olan siyasi, ideoloji, iqtisadi, mədəni və digər əlaqələri əhatə edən ictimai münasibətlərin bir növüdür. Beynəlxalq münasibətlər məfhumunun məzmununun dərk olunmasına onun “dünya siyasəti” və “beynəlxalq siyasət” kimi məfhumlarla müqayisəli təhlili köməklik edir. M. Kumar hesab edirdi ki, “dünya siyasətini” “beynəlxalq siyasət” və “beynəlxalq münasibətlər” ilə eyniləşdirmək olmaz, çünki “dünya siyasəti” halhazırda mümkün deyil. Biz dünya dövlətinə nail olanda “dünya siyasəti” mümkün olacaqdır. Dünya dövlətinin yaranmasına zəmin yaradan BMT və digər beynəlxalq təşkilatlar dünya təşkilatları kimi qələmə verilə bilər. Dünya dövləti yarananda dövlətlər arasında siyasət özünü yalnız dünya təşkilatlarında büruzə verəcəkdir, çünki milli sərhədlər dünya dövlətində ləğv olunacaqdır. Supramilli təşkilatlar (milli sərhədlərdən, hakimiyyətlərdən və ya maraqlardan yuxarıda duran-Red.) beynəlxalq münasibətlərin əsas iştirakçıları olacaqdır. Bu mübahisələrin əsasında Kumar belə bir nəticəyə gəlir ki, beynəlxalq münasibətlərdən və beynəlxalq siyasətdən fərqli olaraq dünya siyasəti hələlik mümkün deyil. P.A.Sıqankovun “Beynəlxalq Münasibətlər Nəzəriyyəsi” adlı dərsliyində “dünya siyasəti” beynəlxalq səhnədə dövlətlərin fəaliyyəti kimi xarakterizə edilir. Beynəlxalq münasibətlər isə dövlətlər arasında real əlaqələr sistemi kimi təqdim olunur. Bu sistem dövlətlərin fəaliyyətlərinin nəticəsi, bir də dünya siyasətinin mövcud olduğu mühit kimi çıxış edir. Dünya siyasəti beynəlxalq münasibətlərin formalaşmasında mühüm rol oynayır. Beynəlxalq münasibətlər dünya siyasətinin təsiri altında daima dəyişərək onun məzmununa və xarakterinə əks təsir göstərir. “Beynəlxalq münasibətlər” ilə “beynəlxalq siyasət” məfhumlarının münasibətinə gəldikdə qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar bu məfhumları eyniləşdirirlər. Məsələn, Hans Morqentau və Kennes Tomson hesab edirlər ki, beynəlxalq siyasət beynəlxalq münasibətlərin mahiyyətini təşkil edir. Müəlliflərin bu fikri onların dövlətlərarası münasibətləri beynəlxalq münasibətlərin əsası kimi götürmələrindən irəli gəlir. Beynəlxalq siyasətdən fərqli olaraq beynəlxalq münasibətlər ölkələr və xalqlar arasındakı münasibətlərin bütün sahələrini əhatə edir. Buna görə “beynəlxalq münasibətlər” məfhumunun həcmi “beynəlxalq siyasət” məfhumunun həcmindən genişdir. BMN müstəqil fəndir, yoxsa politologiyanın tərkib hissəsidir? İlk baxışda demək olar ki, beynəlxalq münasibətlər politologiyanın tərkib hissəsidir, çünki onun əsasını siyasi fəaliyyət təşkil edir. Daxili siyasətdə olduğu kimi burada da hakimiyyət uğrunda mübarizədən söhbət gedir. Lakin politologiya – bu və ya digər dövlətin çərçi vəsi ilə məhdudlaşan daxili siyasət haqqında elmdir. Buna görə də BMN ondan ayrı olan müstəqil bir fənn kimi çıxış edir. Bununla belə bəzi müəlliflər BMN predmetinin hakimiyyət münasibətləri olduğuna görə onun predmetinin siyasət elminin predmeti ilə üst-üstə düşdüyünü qeyd edirlər. Daxili və xarici siyasətin bir-biri ilə bağlılığı bu fənlərin bir-biri ilə sıx təmasda olduğundan xəbər verir. BMN obyekti beynəlxalq dövlətlərarası mühit hesab olunur. Bu mühit mərkəzi, yaxud ali hakimiyyətin yoxluğu ilə və buna görə də legitim zorakılığa monopoliyanın olmaması ilə xarakterizə edilir. Sıqankova görə, BMN-nin predmeti siyasi fəaliyyət ilə bağlıdır. Söhbət siyasi fəaliyyətin müxtəlif növlərindən gedir. Siyasi fəaliyyətin müxtəlif növləri ilə müəyyən olanlar müxtəlif vasitələrdən istifadə edirlər (məsələn, xarici siyasətdə hərbi strategiya və diplomatiya; ordu; daxili siyasətdə polis, dövlət hüququ və vergilər); onların müxtəlif imkanları vardır (siyasət ümumiyyətlə risk ilə bağlı sahə olduğu halda, beynəlxalq və xarici siyasətdə siyasi fəaliyyət daxili siyasətdən daha da risklidir); onlar müxtəlif mühitlərdə həyata keçirilir (beynəlxalq münasibətlər sahəsində legitim zorakılığın tətbiqinə monopoliya yoxdur). Bu səbəbdən politologiyanın əsas məfhumlarının (məsələn, “siyasi hakimiyyət”, “siyasi proses”, “siyasi rejim”, “vətəndaş cəmiyyəti” və s.) xarici (beynəlxalq) siyasətə münasibətdə xüsusi əhəmiyyəti və nisbətən müstəqil predmet sahəsi vardır. BMN siyasi tədqiqatlar sahəsi olaraq dövlətlərin, beynəlxalq təşkilatların, transmilli şirkətlərin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və digər aktorların siyasi, iqtisadi, mədəni və başqa sahələrdəki fəaliyyətini tədqiq edir. Bundan başqa BMN sülhün qorunması, müharibələrin qarşısının alınması, beynəlxalq münaqişələrin tənzim olunması, yeni dünya nizamının yaradılması kimi problemləri tədqiq edir.


  1. BMN-də böyük debatlar

Beynəlxalq münasibətlər nəzəriyyəsində əsas məktəbləri nəzərdən keçirdikdən sonra onların aralarında gedən mübahisələrdən, ideoloji qarşıdurmadan danışmaq məqsədəuyğundur. Beynəlxalq münasibətlər nəzəriyyəsinin bir elm sahəsi kimi formalaşmasında və sonrakı inkişafında onun tədqiqat sahəsinə aid olan bir çox məsələlərə dair müxtəlif məktəblər və nəzəri yanaşmalar tərəfindən irəli sürülən anlayışlar, fərziyyələr, konsepsiyalar və nəzəriyyələr əhəmiyyətli rol oynamışlar. BMN-nin bir müstəqil elm sahəsi kimi meydana gəlməsindən indiyədək onun bir sıra mühüm məsələlərınə dair müxtəlif məktəblər və nəzəri yanaşmalar arasında mübahisələr gedir. Bu mübahisələr BMN-nin tarixinə “Böyük debatlar” kimi daxil olmuşlar. Mübahisələrin predmeti müxtəlifdir: fənnin predmetindən tutmuş orada tətbiq edilən metodlaradək. BMN-nin tarixində üç böyük debat olmuşdur- Birinci, İkinci və Üçüncü. Debatların hər biri müxtəlif vaxt meydana gəlmişdir. Onların hər birinin meydana gəlməsində beynəlxalq aləmdə baş verən hadisələr önəmli rol oynamışdır. Bu debatlar indi də davam etməkdədir. Bu fəsildə biz hər bir debatı ayrılıqda təhlil edəcəyik. 9.1. Birinci debat Dünya müharibələri arasındakı dövrdə realizmlə idealizmin qarşıdurması daha da sərtləşdi. Bu iki paradiqma arasındakı qarşıdurma BMN sahəsində birinci böyük debatın meydana gəlməsi ilə nəticələndi. Belə bir təsəvvür yaranmışdır ki, realizmə əsaslanan siyasətlər millətçi, idealizmə əsaslanan siyasətlər isə beynəlmiləlçi idi. Realizm milli hakimiyyətin genişlənməsini məqsəd kimi qarşıya qoymuşdursa, idealizm sülhü bərqərar etməyə və möhkəmlətməyə yönəlmişdir. Realizm və idealizm arasındakı mübahisənin predmeti BMN fənni üçün mühüm əhəmiyyət kəsb edən məsələləri əhatə edirdi. Belə məsələlərin sırasında beynəlxalq münasibətlərin mahiyyəti, hərəkətverici qüvvələri, dəyərləri, aktorları kimi məsələlər var idi. Realizm və idealizm arasında əsas fərq ondadır ki, idealizm dəyərlərə üstünlük verir və onlara əsaslanır, realizm isə gücə, hakimiyyətə əsaslanaraq onu dəyər kimi qələmə verir. İdealistlər hesab edirlər ki, beynəlxalq təşkilatlar, dövlətlərarası müqavilələr və qanunlar vasitəsilə müharibənin qarşısını almaq mümkündür. Realistlər isə idealistlərin bu fikrini rədd edərək müharibənin qarşısını sadalanan vasitələrlə alınmasının mümkün olmadığını iddia edirlər. Yuxarıda qeyd olunduğu kimi, onlar idealistləri belə fikir irəli sürdüklərinə görə onları utopist adlandırırdılar. Beləliklə, birinci debatın əsasında normalar və mənəviyyatın beynəlxalq davranışla münasibəti durur. Burada etikanın fundamental problemi vardır. Beynəlxalq mənəviyyatın üç ölçüsü vardır: 1. Xalqlar ən azı heç olmasa daxili sahədə mənəvi dəyərləri yüksək tutmalıdırlar. Bununla onlar beynəlxalq sülhə və nizama şərait yaratmış olurlar (əlbəttə, bu, onların həyati məsələlərinə təsir etməməlidir); 2. Milli maraqların qarşılıqlı şəkildə üst-üstə gəlməsi. Müxtəlif xalqların milli maraqlarının uyğun gəlməsi əmin-amanlıq üçün zəmin yaradır; 3. Tiraniyaya qarşı mübarizənin aparılması. Tiraniyaya qarşı mübarizə dövlətin beynəlxalq aləmdə nüfuzunu artırır. Milli maraqlara uyğun çıxış etmək siyasi uzaqgörənlikdir. Realizmin və idealizmin tələblərini nəzərə alan siyasi kursu yürütmək isə siyasi və mənəvi uzaqgörənlikdir. Beləliklə, BMN-nin tarixində meydana gələn ilk böyük debat fənnin iki əsas paradiqması olan realizm və idealizm arasında özünü göstərmişdir. Bu debat beynəlxalq münasibətlərin mübahisə doğuran bir sıra aktual məsələləri üzrə aparılır. 9.2. İkinci Debat 1960-cı illərin sonunda BMN sahəsində yeni debat meydana gəldi. Bu debat iki müxtəlif intellektual mədəniyyətlər, daha konkret desək, tədqiqat metodları – biheviorizm, sayentisizm (“science” ingilis dilindən tərcümədə “elm” deməkdir.- Red.) və ənənəçilikarasında idi. İkinci debat belə bir sual ətrafında gedirdi: Beynəlxalq münasibətlərin öyrənilməsində ən müvafiq metod hansıdır – biheviorist yoxsa ənənəvi (fəlsəfə, tarix və hüquqa əsaslanan metod)? Ümumiyyətlə, biheviorizm 1950-ci illərin ortalarında əsasən ABŞ-da formalaşmağa başladı. Pozitivizmin ictimai elmlərdə tətbiq edilən bir metodu kimi biheviorizm beynəlxalq münasibətlərin öyrənilməsində də geniş tətbiq edilməyə başladı. İctimai elmlərdə biheviorizm metodunun tətbiq edilməsinin tərəfdarları hesab edirdilər ki, dəqiq elmlərdə (fizika, kimya və s.) tətbiq edilən metodlar ictimai elmlərdə də tətbiq edilməlidir. Bu tələbləri onlar belə əsaslandırırdılar ki, son zamanlar dəqiq elmlərdə tətbiq edilən metodların sayəsində mühüm elmi kəşflər, nailiyyətlər əldə olunmuşdur. Onların fikrincə, dəqiq elmlərin metodlarının ictimai elmlərdə tətbiq edilməsi onların da inkişafına səbəb olacaqdır. Biheviorizmin tərəfdarları qeyd edirdilər ki, realizm özünün güc, milli maraq və digər əsas kateqoriyalarının dəqiq tərifini verməməsinə görə beynəlxalq siyasət sahəsində düzgün proqnoz vermək mümkün olmamışdır. Əgər hər hansı bir nəzəriyyənin müddəaları düzgün proqnoz vermək üçün yararlı deyilsə, onda həmin nəzəriyyədən imtina etmək məqsədəuyğundur. Bihevioristlərin fikrincə, elmin terminlərinin, kateqoriyalarının dəqiq tərifi verilməlidir, elm düzgün metodları tətbiq etməlidir və hər bir elmi tədqiqat riyazi metodla hesablana biləcək faktlardan istifadə etməlidir. Beynəlxalq münasibətləri əsaslı öyrənmək üçün statistikadan, kompyutor proqramlaşdırmasından, simulyasiya və oyun nəzəiyyələrindən geniş istifadə etmək lazımdır. Ənənəçilər isə əksinə hesab edirlər ki, beynəlxalq münasibətləri əsaslı şəkildə öyrənmək üçün tarixə müraciət edib oradan müəy yən məsələlər ilə əlaqədar ümumiləşdirmələr etmək kifayətdir. Onların fikrincə, bihevioristlərin dedikləri kimi empirik faktları toplayıb və təhlil etmək məqsədilə yeni metodları icad etməkdə ehtiyac yoxdur. Ənənəçilərin fikrincə, cəmiyyət o cümlədən beynəlxalq münasibətlər elə mürəkkəb və rəngarəngdir ki, onu quru statistik metodla dərk etmək mümkün deyil. Beynəlxalq münasibətləri, ümumiyyətlə, ictimai münasibətləri dəqiq elmlərin metodları vasitəsilə dərk etmək olmaz. Bəzi tədqiqatçılar hesab edirlər ki, biheviorist- ənənəçilik qarşıdurmasının realizm- idealizm qarşıdurması ilə heç bir əlaqəsi yoxdur, çünki ikinci debat təhlilin növü (metodu) ilə bağlıdır, birinci debat isə beynəlxalq münasibətlərin predmetinə aiddir. Bu yanlış fikrin əsasında digər bir yanlış fikir durur ki, ona əsasən, beynəlxalq münasibətlərin məzmunu və onu tədqiq edən metod arasında heç bir əlaqə yoxdur. Lakin məzmun və tədqiqat metodu arasında sıx əlaqə vardır. Tədqiqat metoduna məzmun təsir edir. Əgər beynəlxalq münasibətləri kimsə müəyyən şəkildə təsvir edirsə, bundan asılı olaraq o, beynəlxalq münasibətlərin öyrənilməsi üçün konkret metodun münasibliyini məsləhət görəcəkdir. Biheviorizm və ənənəçilik arasında mübahisə ənənəçilərin beynəlxalq münasibətlərin öyrənilməsində dəqiq elmlərin metodlarının tətbiq edilməsinə razı olmamalarının nəticəsində yarandı. Elmi metodlar yalnız 1960-cı illərdə tətbiq edilməyə başlandı. Beynəlxalq münasibətlərin öyrənilməsində dəqiq elmlərin metodlarının tətbiq edilməsinin tərəfdarları (Morton Kaplan, Karl Doyç, Kvunsi Vrayt, Devid Sinqer, Ernst Xaas və başqaları) beynəlxalq münasibətlərin öyrənilməsində ənənəvi yanaşmanın məhdud olmasını qeyd edərək dəqiq elmlərin metodlarının istifadə edilməsinin əhəmiyyətini göstərdilər. Onlar öz tədqiqatlarında empirik faktların toplanmasına və təhlil olunmasına xüsusi fikir verirdilər. Bihevioristlər beynəlxalq münasibətlərin tədqiq edilməsində təcrübə yolu ilə yoxlanılmayan hər bir müddəadan, fərziyyədən əl çəkməyə çağırırdılar. Onların fikrincə, bunu etməklə beynəlxalq münasibətlərin elmi cəhətdən öyrənilməsinə nail olmaq mümkündür. Lakin biheviorist lərin bu fikirlərinə ənənəvi metodların tərəfdarları fəal şəkildə qarşı çıxış edirdilər. Ənənəçilərin mövqeyini fəal müdafiə edənlərdən biri Hedli Bull idi. Onun bu səpkidə yazdığı məqalələr biheviorizm və ənənəçilik arasında mübahisəni daha da qızışdırdı. Hedli Bull əsərlərində beynəlxalq münasibətlərin öyrənilməsində biheviorist yanaşmanı münasib metod hesab etmirdi və üstünlüyü fəlsəfə, tarix və hüquqa əsaslanan ənənəvi metoda verirdi. Biheviorist yanaşma belə bir fikrə əsaslanır: beynəlxalq münasibətlər insanlarla bağlıdır və buna görə də o, bu sahədə fəaliyyət göstərən insanların fəaliyyətinin təhlil və izah olunması ilə təhlil və izah oluna bilər. Bu mənada biheviorist yanaşma milli dövləti öz tədqiqat sahəsi hesab edən və onu tədqiq edən ənənəvi yanaşmadan fərqlənir. Biheviorist yanaşmaya əsasən, tədqiqatın əsas məqsədi insanların sosial cəhətdən müəyyən edilmiş fəaliyyətini öyrənməkdir. Bunun üçün tədqiqatçı bir neçə ictimai elmləri, xüsusilə sosiologiyanı, psixologiyanı, antropologiyanı yaxşı bilməlidir, çünki bu elmlər insanın davranışını dərk etməyə kömək edir. Bihevioristlər nə vaxtsa “ümumi nəzəriyyənin” (insanların bütün davranışlarını izah edə biləcək) yaradılmasının mümkün olacağına inanırlar. Ənənəçilər bihevioristlərin arzuladıqları “ümumi nəzəriyyənin” yaradılmasını şübhə altına qoyurlar. Ənənəçi bihevioristdən fərqli olaraq hesab edir ki, faktlar həmişə özləri fikir daşıyıcıları olmur. Tədqiqatçı faktları izah etməklə onlara məna verir. Biheviorist qeyd edir ki, tədqiqatın əldə olunan nəticələri tədqiqatçının nəyəsə üstünlük verməsindən azad olmalıdır. Biheviorist simulyasiya və kontent təhlil kimi kəmiyyət prosedurlarından istifadə edir. Bihevioristlər nəzəriyyələrini (qərarın qəbul olunması nəzəriyyəsi, sövdələşmə və danışıqlar nəzəriyyəsi, diplomatiya nəzəriyyəsi) statistika və riyaziyyat, kontent təhlil, oyun və simulyasiyanın laboratoriya texnikası kimi yeni üsulları tətbiq etməklə irəli sürmüşlər. Biheviorizm və ənənəçilik metodlarının hər ikisi beynəlxalq münasibətlərlərin öyrənilməsində faydalı metod kimi tətbiq edilə bilər. Lakin biheviorist yanaşması qarşıya qoyulmuş məqsədləri əsaslı və hərtərəfli şəkildə əhatə edə bilmir. Bu isə ümumiləşdirmələrin aparılmasına imkan vermir. Həmçinin o, metodun əhəmiyyətini şişirdərək hesab edir ki, metod tədqiqatın mahiyyətini müəyyən edir. 9.3. Üçüncü debat 1970-ci illərin əvvəllərində BMN elminin inkişafında üçüncü debat meydana gəldi. Birinci və ikinci debatlarda olduğu kimi üçüncü debatın da formalaşmasında beynəlxalq aləmdə baş verən hadisələr mühüm rol oynamışdır. Üçüncü debatın əvvəlki debatlarla başqa bir ümumi cəhəti mübahisə tərəflərindən birinin siyasi realizm nəzəriyyəsinin olmasıdır. Başqa sözlə desək, debatların hər birində BMN-nin tarixində aparıcı nəzəri yanaşmalardan biri olan realizm müəyyən tərəfi təqdim edirdi. Üçüncü debatın formalaşmasına bilavasitə səbəb elmdə yenicə yaranan transmilli istiqamətin tərəfdarlarının (Robert Koxen, Cozef Nay, Con Qrum, Robert Mansbeç və başqaları) siyasi realizmin dövlət haqqında konsepsiyasına qarşı tənqidi çıxışları olmuşdur. Transmilli istiqamətin nümayəndələrinin fikrincə, müasir dövrdə siyasi realizm və xüsusilə onun dövlət haqqında konsepsiyası beynəlxalq münasibətlərin əsas inkişaf istiqamətinə uyğun gəlmir, çünki müasir beynəlxalq münasibətlər artıq milli marağa və gücə əsaslanan dövlətlərarası münasibətlər kimi xarakterizə edilə bilməz. Beynəlxalq aləmdə dövlətlərlə bərabər digər akrotlar da (məsələn, beynəlxalq təşkilatlar, transmilli şirkətlər, geyri-hökumət təşkilatları) fəaliyyət göstərir və beynəlxalq münasibətlərin inkişaf istiqamətinə, xarakterinə təsir edirlər. Bunun nəticəsində beynəlxalq münasibətlər dövlətlərarası münasibətlərdən transmilli münasibətlərə transformasiya edir. Transmilli münasibətlərin xüsusiyyətləri ondadır ki, burada dövlət aparıcı rol oynamır və bu münasibətlər dövlətin iştirakı olmadan meydana gəlir. Transmilli münasibətlərin formalaşmasına beynəlxalq aləmdə transmilli şirkətlərin rolunun artması, elmitexniki tərəqqinin nəticəsində rabitə və nəqliyyat vasitələrinin surət- lə inkişafı, dünya maliyyə bazarlarında baş verən proseslər səbəb olmuşdur. Bütün bu proseslər, bir tərəfdən, beynəlxalq münasibətlər sahəsində dövlətin rolunun azalmasına, digər tərəfdən isə dünyada qarşılıqlı asılılığın sürətlə artmasına gətirmişdir. Aparıcı paradiqmalardan birinin mübahisə edən tərəflərdən biri kimi çıxış etməsi BMN-nin bir elm sahəsi kimi daim inkişaf olmasından xəbər verir. Təhlil etdiyimiz debatın hər birinin BMN-nin bir elm sahəsi kimi formalaşmasında və inkişafında əvəzsiz rolu vardır. Debatların yaranması normal və obyektiv bir hadisədir. Bir tərəfdən debatlar elmin inkişafını əks etdirir, digər tərəfdən isə onlar elmin inkişafına səbəb olur. Başqa sözlə desək, debatlar elmin inkişafına münasibətdə həm səbəb kimi, həm də nəticə kimi çıxış edir. Debatlarda hər bir tərəfin təklif etdiyi yanaşma elmin müəyyən müddəalarını müxtəlif səpkidən öyrənməyi təklif edir. Bu, isə öz növbəsində son nəticədə elmdəki bu və ya digər paradiqmanın yeniləşməsinə və ümumilikdə elmin inkişafına səbəb olur. Bu debatlar indiyədək davam edir. Onlar həll edilməmişlər. Bu, isə ilk növbədə bir müsbət hadisə kimi beynəlxalq münasibətlər nəzəriyyəsi elminin inkişafı üçün əlverişli şərait yaradır.


  1. BMN-də klassik, liberal-demokratik və marksist ənənələr

İctimai-siyasi fikir tarixində beynəlxalq münasibətlərə dair ideyalar hələ qədim zamanlarda irəli sürülmüşdür. Dövlətlərarası münasibətlərin təhlilinə Fukididin “Peloponnes müharibəsinin tarixi (səkkiz kitab)” əsərində (e.ə. 471-401) rast gəlmək olar. Fukididin irəli sürdüyü bir çox müddəalar və nəticələr indiyədək öz aktuallığını itirməmişdir. Afinalılar və lakedemonyanlar arasındakı müharibənin səbəblərini araşdıran Fukidid qeyd edir ki, hər iki xalq öz müttəfiqlərinə rəhbərlik edən və bütün sahələrdə inkişaf etmiş xalq idi. Hər iki dövlət imperiyaya çevrilərək bir-biri ilə rəqabətə girirdi. Bu rəqabətin sonu müharibə ilə nəticələndi. Fukidid qeyd edirdi ki, afinalıların güclənməsi lakedemonyanları qorxudaraq onları müharibəni başlamağa məcbur edir. Fukididə görə, dövlətlərarası münaqişədə ən əsas arqument ancaq gücdür. Məsələn, güc vasitəsilə başqa dövləti müəyyən işləri görməyə məcbur etmək olar. Lakin Fukidid hesab edir ki, güc və qüvvə məqsəd deyil. Onlar dövlətin təhlükəsizliyini və nüfuzunu saxlamaq üçün vasitədir. Görünür, Fukidid zorakılığın tərəfdarı deyil. O, gücə əl atmağın zəruriliyini təəssüf hissi ilə qeyd edir. O, məsələləri zorakılıqla həll etmək istəyini insan təbiəti ilə bağlayır. Dövlətlərarası münasibətlərə hüquqi normaların əhəmiyyətini və zəruriliyini qeyd edən Fukidid göstərir ki, tərəflərarası tarazlıq olanda üquq qüvvədə qalır, əks halda zəif güclünün etdiklərinə müqavimət göstərə bilmir. Fukididin bu ideyalarında realizm yanaşmasının bir çox müddəaları öz əksini tapmışdır. Fukidid tərəfindən əsası qoyulan ənənə (klassik ənənə) sonralar Nikola Makiavelli (1469-1427), Tomas Hobs (1588-1679), Emer də Vattel (1714-1767), general Karl fon Klauzevits (1780-1831) tərəfindən inkişaf etdirildi. Məsələn, Hobs “Leviafan” adlı əsərində qeyd edir ki, insan öz təbiətinə görə eqoist məxluqdur. Onda hakimiyyət istəyi güclüdür. İnsanlar təbiətdən qabiliyyətlərinə görə fərqlənirlər. Buna görə onların rəqabəti, bir-birinə inamsızlığı, var-dövlətə hərislikləri “hamını hamıya qarşı, hər bir kəsi hər bir kəsə qarşı müharibəyə aparır”. Müharibə insanların qarşılıqlı münasibətinin təbii halıdır. Bir-birini tamamilə qırmamaq üçün insanlar ictimai müqavilə bağlayaraq dövlət yaradırlar. Dövlətin yaranması zamanı insanlar ictimai qayda-qanunu əldə etmək üçün öz hüquq və azadlıqlarını dövlətə həvalə edirlər. Dövlətlər təbii halda olaraq bir-birilə heç bir məhdudiyyətlə bağlı deyil. Dövlətlərarası münasibətlərin yeganə tənzimləyicisi gücdür və dövlətlər müharibəyə hazır vəziyyətdə duraraq bir-birinə nəzarət edirlər. Fukididin başladığı ənənənin başqa bir növü siyasi tarazlıq nəzəriyyəsidir. Bu nəzəriyyənin tərəfdarları arasında Benedikt Spinoza (1632-1677), David Yum (1711-1776) və İsveçrəli hüquqşünas Emera və Vattel (1714-1779) vardır. Hobsdan fərqli olaraq Vattel dövlətlərarası münasibətlərə pessimist ruhda baxmır. O, Avropa dövlətləri arasında ümumi maraqların, bir-birinə kömək hissinin artmasını qeyd edir. Onlar bir-birinin problemləri ilə maraqlanırlar, özlərini eqoist şəkildə aparmırlar. Dövlətlər arasında siyasi tarazlıq ideyası geniş yayılır. Klassik ənənəyə uyğun olaraq de Vattel hesab edir ki, dövlətlərin (millətlərin) maraqları şəxslərin fərdi maraqlarından üstündür. O, təhlükənin qarşısını almaq üçün qonşu dövlətə qarşı preventiv müharibənin başlanmasını ədalətli və qanuni hesab edir. Əgər qonşu dövlət daha güclü olsa, onda ona qarşı birgə vuruşmaq lazımdır. XIX əsrdə klassik ənənə general Karl fon Klauzevitsin “Müharibə haqqında” adlı əsərində geniş şəkildə təqdim olunmuşdur. Klauzevitsə görə, müharibə siyasətin digər vasitələrlə aparılmasıdır. Müharibə – siyasətin alətidir. O, dövlətin xarici siyasət məsələlərinin onun daxili siyasət məsələlərindən üstün olmasını qeyd edir. Siyasətin əsasını insan təbiətinin sabitliyi, daimiliyi təşkil edir. Klassik ənənə ilə yanaşı ispan teoloqu Fransisko de Vitoriyanın (1480-1546), hollandiya hüquqşünası Huqo Qrosiyin (1583- 1645) və alman filosofu İmmanuel Kantın (1724-1804) fikirləri, stoiklərin fəlsəfəsi və xristianlığın inkişafı ilə bağlı olan digər bir yanaşma (liberal-demokratik ənənə) da yaranırdı. Bu yanaşmanın əsasında insanların mənəvi və siyasi birliyi, onların təbii hüquqları haqqında ideya durur. Vitoriya insanın dövlətə münasibətdə bu ideyanın prioritetindən danışır. Dövlət insanın yaşaması üçün zəruri şərait yaradır. Son məqamda insanların birliyi onların ayrı-ayrı dövlətlərə bölünməsini ikinci dərəcəli məsələyə çevirdi. Bu liberal-demokratik ənənənin tərəfdarları insanlar arasında daimi sülhün bərqərar olunmasına inanırlar. XIX əsrin ortalarında marksizmin meydana gəlməsi beynəlxalq münasibətlərə dair fikirlərdə yeni bir ənənənin yaranması demək idi. Bu ənənə öz mahiyyətinə görə həm klassik, həm də liberaldemokratik ənənələrdən fərqlənirdi. Marksa görə, ümumdünya tarixi kapitalizmdən başlayır, çünki kapitalist istehsal üsulunun əsasını vahid dünya bazarını, əlaqə və nəqliyyat vasitələrini yaradan ağır sənaye təşkil edir. Dünya bazarını istismar edən burjuaziya sinfi bütün dünyanın istehsalını və istehlakını kosmopolit edərək bütün dünya miqyasında hakim sinfə çevrilir. Marksa görə, beynəlxalq münasibətlər iqtisadi planda istismar münasibətlərinə çevrilirlər. Siyasi müstəvidə isə beynəlxalq münasibətlər tabeçilik və hökmranlıq münasibətlərinə çevrilir. Bu isə son məqamda sinfi mübarizə və inqilabla nəticələnir. Lenin hesab edirdi ki, kapitalizmin öz inkişafında dövlət-inhisar mərhələsinə keçərək imperializmə çevrilmiş

  1. BMN-də ümumi və tətbiqi metodlar

“Metod” anlayışı yunan dilindən tərcümədə “nəyəsə aparan yol” mənasını verir. Metod - dərketmə prosesinin üsuludur. Xüsusilə isə o, elmin predmetinin öyrənilməsinin üsuludur. Elmi cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktiki fəaliyyətdə tətbiq edilməsinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə tətbiq ediləcək müvafiq metodların seçilməsi mühüm bir məsələdir. İnteqrativ fənn olan BMN-nin xüsusi tədqiqat metodları yoxdur. O həm ümumi elmi metodlardan, həm də konkret elmlərdə tətbiq edilən metodlardan istifadə edir. Bununla əlaqədar A.Sıqankov hesab edir ki, siyasi elmin o cümlədən beynəlxalq münasibətlərin metodoloji yanaşmaları üç aspekt ətrafında yerləşir: 1) tədqiqatçının mənəvi-dəyər meylləri və ya şəxsi fikirləri onun elmi axtarışlarının nəticələrinə təsir etməməlidir; 2) bütün ictimai elmlər üçün ümumi olan analitik üsullardan və proseduralardan istifadə edilməsi. Bu, faktların müəyyən edilməsində və sonrakı təhlilində həlledici rol oynayır; 3) sistemləşdirməyi və ya “qanunların” aşkarlanmasını asanlaşdıran ümumi yanaşmaların və maddələrin qurulmasına meyl. BMN-də ümumi və tətbiqi xarakterli metodlardan istifadə edilir. Bu metodlar BMN fənninin predmetini dərindən və hərtərəfli dərk olunmasına kömək edir. 2.2. Ümumi metodlar BMN-nin ümumi metodları fənnin nəzəri səviyyəsində, tətbiqi metodları isə onun tətbiqi səviyyəsində istifadə edilir. BMN fənninin ümumi metodları fənnin tədqiqat obyekti və predmeti haqqında təsəvvür yaradır. Bu metodlar fənnin nəzəri səviyyəsinə aid olan məsələlərin (beynəlxalq münasibətlərin mahiyyəti, hərəkətverici qüvvələri, beynəlxalq aləmdə baş verən hadisələrin etik dəyər və normalar baxımından qiymətləndirilməsi və s.) tədqiq olunmasında istifadə edilir. Ümumi metodlar BMN fənni ilə yanaşı bir çox ictimai elmlərdə də tətbiq edilir. Tətbiqi metodlar isə beynəlxalq münasibətlərin konkret praktiki problemlərinin tədqiq olunmasına və onların həlli yollarının müəyyən edilməsinə yönəlmişdir. BMN fənninin ümumi metodlarından ən geniş istifadə edilənləri aşağıdakılardır: Sosioloji, kulturoloji, normativ, funksional, bixeviorist, struktur-funksional, sistem, institusional, antropoloji, psixoloji, fəaliyyət, tənqidi-dialektik, müqayisəli, tarixi metodlar. Sosioloji metod Sosioloji metod vasitəsilə beynəlxalq münasibətlərin, beynəlxalq siyasətin ictimai hadisələrdən, ilk növbədə mövcud iqtisadi (istehsal) münasibətlərdən, cəmiyyətin sosial strukturundan, bu və ya digər ölkədə hakim olan ideologiyadan, mədəni dəyərlərdən asılılığı müəyyən edilir. Göründüyü kimi, sosioloji metod beynəlxalq münasibətlərin mahiyyətini, hərəkətverici qüvvələrini bu və ya digər cəmiyyətin daxili inkişafı ilə əlaqələndirir. Sosioloji metodu tətbiq edən nəzəriyyələr onu müxtəlif şəkildə təqdim edirlər. Məsələn, beynəlxalq münasibətlərin marksist nəzəriyyəsində sosioloji metod ifrat şəkildə təqdim olunmuşdur. Burada o, iqtisadi determinizm formasında çıxış edir. Sosioloji metodun çatışmazlığı ondadır ki, o, bioloji, psixoloji amillərin beynəlxalq münasibətlərə təsirlərinə əhəmiyyət vermir. Kulturoloji metod BMN-də sosioloji metodun geniş yayılmış formalarından biri kulturoloji metoddur. Bu metoda bəzən sivilizasion yanaşma da deyirlər. Kulturoloji metoda əsasən, müasir dövrdə, xüsusilə dünya kommunist sisteminin dağılmasından və “soyuq müharibənin” başa çatmasından sonra mədəniyyətin dəyərləri (din, dil) dövlətlərarası münasibətlərə mühüm təsir göstərir. Kulturoloji metod bir tədqiqat metodu kimi müasir ədəbiyyatda geniş yayılmışdır. Bəzi tədqiqatçılar mədəniyyətin müəyyən dəyərlərinin ictimai inkişafda rolunu şişirdərək yanlış nəticələrə gəlirlər. Məsələn, tanınmış Amerika politoloqu Samuel Hantinqton ictimai inkişafda dini faktorun rolunu mütləqləşdirərək “sivilizasiyaların toqquşması” kimi yanlış bir konsepsiyanı irəli sürmüşdür. Normativ metod Ənənəvi olaraq qədim zamanlardan siyasi fikir normativ və ya normativ- dəyər metoduna əsaslanırdı. Adından göründüyü kimi, bu metod beynəlxalq münasibətlər sahəsində baş verən bu və ya digər hadisənin dövlət, fərd üçün əhəmiyyətinin müəyyən edilməsini, onun ədalət, azadlıq, insan ləyaqətinə hörmət və digər dəyərlər baxımından qiymətləndirilməsini nəzərdə tutur. Bu metoda əsasən, siyasətçi, dövlət xadimi qərar qəbul edən zaman öz fəaliyyətində etik dəyərlərə əsaslanmalı, əxlaqa uyğun davranmalıdır. Normativ metod əsasını etik normalar təşkil edən müəyyən idealın irəli sürülməsini və onun həyata keçirilməsini nəzərdə tutur. O, etik dəyər və normaların əsas götürülməsini və beynəlxalq sahədə onlara uyğun şəkildə fəaliyyət göstərilməsini vacib sayır. Lakin bəzi hallarda etik dəyər və normalar real həyatın tələblərinə uyğun gəlmir, ondan uzaq olur. Etik dəyər və normaların insanların dünyagörüşündən, sosial mövqelərindən və fərdi xüsusiyyətlərindən asılılığı normativ metodun zəifliyini göstərir. Bir çox hallarda real siyasət və etik normalar bir-birinə uyğun gəlmir. Bütün bunlar normativ metodun BMN-nin bir ümumi metodu kimi çatışmazlığını göstərir. Lakin bu çatışmaz-lığa baxmayaraq normativ metodun BMN fənni üçün böyük əhəmiyyəti vardır. O, beynəlxalq münasibətlərə etik insani ölçü verir, onun məzmununu mənəvi dəyərlərlə zənginləşdirir. Funksional metod Normativ metoddan fərqli olaraq funksional metod beynəlxalq münasibətlərdə baş verən hadisələrə etik prizmadan yanaşmır. Bu metod bütövlükdə məntiqə və faktlara əsaslanır. Funksional metod beynəlxalq münasibətlər sahəsində tədqiq olunan hadisələr arasında asılılıqların öyrənilməsini tələb edir (məsələn, ölkənin daxili vəziyyətinin onun xarici siyasətinin istiqamətinə təsiri). Funksional metodu siyasət elmində ilk dəfə tətbiq edənlərdən biri Makiavelli olmuşdur. Makiavelli “Hökmdar” adlı əsərində real həyatın öyrənilməsində dini ehkam və etik normalardan əl çəkməyin vacibliyini göstərmişdir. Bundan başqa o, gerçəkliyi müşahidə olunan şəkildə tədqiq etməyə çağırırdı. Bixeviorist metod Bixeviorist metod funksional metoda yaxın olan bir metoddur. Bixeviorist metod təbiət elmlərinin və konkret sosioloji tədqiqatların metodlarından geniş şəkildə istifadə edir. O, biliklərin aydın, dəqiq, birmənalı olmasını və onların təcrübə yolu ilə yoxlanılmasını tələb edir. Bixeviorizm elmin birliyi ideyasına əsaslanır. Ona əsasən, gerçəkliyin dərk olunması mücərrəd təfəkkürə yox, real faktların müəyyən edilməsinə və təhlilinə əsaslanır. Bu faktları əks edən elmi müddəalar və əldə olunan nəticələr intersubyektiv olmalıdır, yəni digər tədqiqatçılar da yoxlanış məqsədilə eyni elmi nəticələri asanlıqla əldə edə bilərlər. Bixeviorizmin bu mühüm cəhəti onun verifikasiya (təcrübə yolu ilə yoxlama) prinsipində öz əksini tapmışdır.Struktur-funksional metod Funksional metoda yaxın olan digər bir metod struktur-funksional metoddur. Struktur-funksional metod da öz mahiyyəti etibarilə pozitivizmin metodlarındandır. Bu metod mürəkkəb struk-tura malik olan cəmiyyəti, dövləti, dövlətlərin birliyini sistem şəklində tədqiq edir. Bu sistemin hər bir elementi xüsusi funksiyaları yerinə yetirir və bununla da sistemin müəyyən tələbatlarını ödəyir. Sistemin elementlərinin fəaliyyəti onun struktur təşkilatı ilə, institutların, insanların sistemdə tutduqları mövqelərlə və yerinə yetirdikləri rollarla əvvəlcədən proqramlaşdırılmışdır. Başqa sözlə desək, sistemin elementləri təşkilatın strukturu tərəfindən əvvəlcədən verilmiş müəyyən proqrama uyğun fəaliyyət göstərir. Təşkilatın əsas vəzifəsi sistemin tarazlığını saxlamaq, təşkilatın elementləri tərəfindən müvafiq funksiyaların (rolların) yerinə yetirilməsini təmin etməkdir. K.Marks və T.Parsons tədqiqatlarında struktur-funksional metodu geniş tətbiq edirdilər. Qeyd etmək vacibdir ki, bu metod sistem təhlilinin (metod) prinsiplərindən biridir. Sistem metodu Siyasətə münasibətdə sistem metodunu ilk dəfə əsaslı şəkildə XX əsrin 50-60-cı illərdə tanınmış Amerika tədqiqatçıları T.Parsons və D.İston irəli sürmüşlər. Bu metodun mahiyyəti beynəlxalq münasibətlər sisteminə bütöv, mürəkkəb şəkildə təşkil olunmuş bir orqanizm və özünü tənzimləyən bir mexanizm kimi yanaşmaqdan ibarətdir. Beynəlxalq münasibətlər sistemi ətraf mühitlə sıx təmasdadır. Cəmiyyətdəki ali hakimiyyət siyasi sistemə məxsusdur. D.İstona görə, siyasi sistem özünü qorumağa can atır və iki mühüm funksiyanı yerinə yetirir: 1. Dəyərlərin və resursların paylaşdırılması; 2. Vətəndaşlar tərəfindən paylaşdırıcı qərarların zəruri şəkildə qəbul olunmasının təmin edilməsi. İnstitusional metod Bu metod dövlətlər, beynəlxalq təşkilatlar, QHT-lər, TMŞ kimi beynəlxalq münasibətlərin institutlarının aktorlarının öyrənilməsinə yönəlmişdir. Bu institutlar vasitəsilə beynəlxalq münasibətlər təşkil olunur və fəaliyyət göstərir. Antropoloji metod Əgər sosioloji metod, yuxarıda qeyd olunduğu kimi, beynəlxalq münasibətlərdə baş verən hadisələrin səbəblərini sosial faktorlarla bağlayırsa, antropoloji metod bu səbəbləri insanın təbiəti ilə, hər bir kəsə xas olan təbii tələbatlarla (qida, paltar, yaşayış yeri, təhlükəsizlik, mənəvi inkişaf və s.) bağlayır. Antropoloji metodu ilk dəfə tətbiq edənlərdən biri Aristotel olmuşdur. Aristotel siyasətin əsasını insanın kollektiv mahiyyətində görürdü. Müasir dövrdə antropoloji metodu aşağıdakı mühüm prinsiplərə əsaslanır: 1. Əzəldən azad olan insanın bir bioloji, sosial və mənəvi varlıq kimi fundamental soy əlamətlərinin dəyişməzliyi, sabitliyi; 2. İnsanın universallığı, insan nəslinin birliyi və etnik, irqi, sosial, coğrafi və digər fərdlərdən asılı olmayaraq bütün insanların bərabərliyi; 3. İnsanların təbii, əsas hüquqlarının ayrılmazlığı, bu hüquqların siyasi quruluşun prinsiplərinə, dövlətin qanununa və fəaliyyətinə münasibətdə üstünlüyü. Antropoloji metod sosial mühitin və ya rasional səbəblərin real siyasi hadisələrə təsirinin öyrənilməsi ilə bərabər, insanın təbiətindən irəli gələn və özünü daha aydın şəkildə ibtidai icma cəmiyyətində göstərən siyasi fəaliyyətin irrasional, instintiv, bioloji və başqa səbəblərini də araşdırmağı tələb edir.Psixoloji metod Antropoloji metod kimi bu metod da tədqiqatlarda insanı əsas götürür. Lakin artropoloji metoddan fərqli olaraq psixoloji metod insanı ümumilikdə yox, konkret fərd kimi götürür. Bu isə tədqiqat zamanı insanın ümumi təbiətinin, sosial mühitin və şəxsin fərdi inkişafının xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Psixoloji metod siyasi fəaliyyətin subyektiv mexanizmlərinin öyrənilməsinə yönəlmişdir. Bu metodu ilk dəfə tətbiq edənlərdən biri qədim Çin filosofu Konfusi olmuşdur. O, Çin hökmdarlarına vətəndaşlarının etimadını və itaətliyini təmin etmək üçün onların psixoloji reaksiyalarına fikir verməyi tövsiyə edirdi. Makiavelli də hökmdarlıq psixologiyasının inkişafına öz tövsiyəsini vermişdir. Müasir psixoloji yanaşma çoxvariantlıdır. Burada mühüm yerlərdən birini əsası məşhur psixoloq Ziqmund Freyd tərəfindən qoyulmuş psixoanaliz tutur. Psixoanaliz psixoloji tədqiqatların mərkəzinə şüursuz psixi prosesləri və səbəbləri qoyur. Psixoanalizə əsasən, insanın həyatında baş verən affektiv (həyəcan xarakterli) təəssüratlar onun psixikasında qalır. Bu təəssüratlar psixikanın şüursuz sferasına keçərək insanın fəaliyyətinə, o cümlədən siyasi fəaliyyətinə aktiv təsir göstərir. Psixoanalizin vasitəsilə siyasi fəaliyyətin müxtəlif növlərini izah etmək mümkündür. Məsələn, şəxsi keyfiyyətsizlik, çatışmazlıqların müxtəlif növləri, daxili gərginlik hisslərini ram etmək məqsədilə hakimiyyəti əldə etmək istəyən şəxsiyyətin avtoritar tipini psixoanalizin köməkliyi ilə rasional cəhətdən izah etmək olar. Psixoloji yanaşma siyasi həyatın ən mühüm aspektlərindən birini izah etməyə imkan verir. Onun digər bir növü sosial-psixoloji metoddur. Sosial-psixoloji metod fərdlərin siyasi davranışını, onların sosial qruplara daxil olmalarından asılılığını müəyyən edir. Bundan başqa o, sosial qrupların (kiçik qruplar, kütlə, etnoslar, siniflər) müxtəlif psixoloji xüsusiyyətlərini öyrənir.Fəaliyyət metodu Beynəlxalq münasibətlərin, beynəlxalq siyasətin dinamik təsvirini fəaliyyət metodu verir. O, beynəlxalq münasibətlər sahəsindəki fəaliyyəti ardıcıl mərhələləri olan silsilə proses kimi nəzərdən keçirir: fəaliyyətin məqsədlərinin müəyyən edilməsi və qərarların qəbul olunması; qəbul olunmuş qərarların həyata keçirilməsi məqsədilə işin təşkil olunması; fəaliyyətin tənzimlənməsi; məqsədlərin həyata keçirilməsinin uçotu və bu işə nəzarət; əldə olunan nəticələrin təhlili və yeni məqsəd və məsələlərin qoyuluşu. Fəaliyyət metodu beynəlxalq münasibətlər və xarici siyasət sahəsində qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu sahədə qərarların qəbul olunması bir proses kimi özünü göstərir. Proses isə öz növbəsində hazırlıq, qəbul və icra mərhələlərindən ibarət olur. Tənqidi – dialektik metod Bir çox alimlərin fikrincə, tənqidi–dialektik metod fəaliyyət metodunun özünəməxsus inkişaf və konkretləşdirmə formasıdır. Bu metod siyasətin tənqidi təhlilini, onun daxili ziddiyyətlərinin, siyasi dəyişikliklərin hərəkətverici qüvvələrinin müəyyən edilməsini qarşısında məqsəd kimi qoyur. Tənqidi–dialektik metoddan siyasətin marksist təhlilində, neomarksizmdə, solçu liberal və sosial demokratik fikirdə və digər siyasi fikir cərəyanlarında geniş şəkildə istifadə edilir. İctimai-siyasi fikir sahəsində plüralizmin bütün tərəfdarları tənqidi–dialektik metoda yüksək qiymət verirlər, çünki plüralizm ziddiyyətlər prinsipinə, müxtəlif ideyaların, siyasi, iqtisadi və mədəni institutların, fərdlərin və qrupların rəqabətinə əsaslanır. Bu metod konfliktologiya fənnində aparıcı metoddur. Müqayisə (komparativist) metodu Müqayisə metodu, demək olar ki, bütün ictimai elmlərdə geniş tətbiq edilir. Artıq Platon, Aristotel və antik dünyanın digər mütəfəkkirləri bu metoddan geniş şəkildə istifadə edirdilər. Müqayisə metodunu ictimai elmlərə, xüsusilə sosiologiyaya ilk dəfə Ogüst Kont (1798-1857) daxil etmişdir. Müqayisə metodu beynəlxalq münasibətlər sahəsinə aid olan eyni tipli hadisələrin müqayisəsini nəzərdə tutur. Belə müqayisənin məqsədi müqayisə edilən hadisələrə xas olan oxşar və fərqli cəhətləri müəyyən etmək və bunun vasitəsilə tövsiyə xarakterli ideyaları irəli sürərək hadisələrin optimal idarə olunmasına nail olmaqdır. Bu metodun beynəlxalq münasibətlər sahəsində tətbiq edilməsi tədqiqatçının dünyagörüşünü genişləndirir, başqa xalqların və dövlətlərin təcrübəsindən səmərəli şəkildə istifadə etməyə imkan verir.Tarixi metod Tarixi metod bütün ictimai elmlərdə geniş şəkildə tətbiq edilir. Bu metod tədqiq olunan obyektlərin zaman etibarilə ardıcıllıqla öyrənilməsini tələb edir. O, keçmişin, indiki zamanın və gələcəyin əlaqəsinin müəyyən edilməsini nəzərdə tutur. BMN-də tarixi metodun tətbiq edilməsi beynəlxalq münasibətlər sahəsinə aid olan hadisələrin meydana gəlməsinin, formalaşmasının və inkişafının təhlil edilməsini nəzərdə tutur. Beynəlxalq münasibətlərin hər bir nəzəri məktəbi üçün yuxarıda təqdim etdiyimiz ümumi metodların hər biri eyni əhəmiyyətə malik deyil. Müəyyən fikir cərəyanlarında, nəzəriyyələrdə bu metodlardan birinə və ya bir neçəsinə üstünlük verilir. Həmçinin bu metodlardan bəziləri müəyyən fikir cərəyanlarında, nəzəriyyələrdə tətbiq edilmir. Bundan başqa, bu və ya digər metodun tətbiq edilməsi həll olunacaq məsələnin məzmunundan, tədqiqatçının subyektiv fikrindən asılıdır. İndi isə BMN fənninin tətbiqi metodlarını nəzərdən keçirək. 2.3. Tətbiqi metodlar Yuxarıda qeyd olunduğu kimi, BMN fənninin tətbiqi metodları fənnin tətbiqi sahəsinə aid olan konkret məsələlərin tədqiq olunmasına və onların həlli yollarının müəyyən edilməsinə yönəlmişdir. Ədəbiyyatda tətbiqi metodları üç böyük qrupa bölürlər: situasiyanın təhlili metodları, eksplikativ metodlar və proqnoz metodları. Bu bölgünün əsasında tətbiq edilən metodların yerinə yetirdikləri funksiyalar durur. Məsələn, situasiyanın təhlili metodları, adından göründüyü kimi, beynəlxalq aləmdə baş verən hadisələr haqqında məlumatın əldə olunmasını nəzərdə tutur. Eksplikativ metodlar situasiyanın təhlili metodlarından fərqli olaraq hadisələri daha dərindən tədqiq edir. Proqnoz metodları isə hadisələrin tədqiqi ilə kifayətlənmir. Burada tədqiq olunan konkret məsələlərin həlli yollarının müəyyən edilməsinə xüsusi fikir verilir. Situasiyanın təhlili metodları Situasiyanın təhlili metodlarına müşahidə, sənədlərin öyrənilməsi və müqayisə daxildir. Müşahidə Müşahidə BMN fənninin bir tətbiqi metodu kimi tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Bir qayda olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Müşahidə zamanı texniki vasitələrdən istifadə olunubolunmamasından asılı olaraq müşahidə bilavasitə və instrumental ola bilər. İnstrumental müşahidələrdən fərqli olaraq bilavasitə müşahidələrdə subyekt obyekt haqqında məlumatı heç bir texniki cihazdan (televizor, radio, internet) istifadə etməyərək əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayısı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı adlandırırlar. Bundan başqa müşahidə faktların “açıq” təsdiq etmə şəklində (məsələn, kənardan müəyyən hadisələrin inkişafının və ya qəbul olunmuş bu və ya digər qərar nəticəsinin izlənilməsi) və “daxil olunan müşahidə” formasında (məsələn, tədqiqatçının müəyyən diplomatik danışıqlar, hərbi münaqişələr və başqa bu kimi beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin iştirakçısı olması) ola bilər. Lakin qeyd etməliyik ki, müşahidə bəzi hallarda tam və obyektiv məlumatın əldə olunmasına imkan vermir. Bu, obyektin tədqiq olunmasına subyektin qərəzli yanaşması, bir də tədqiqat zamanı müşahidə vasitələri kimi istifadə edilən texniki avadanlıqların nasazlığı ilə izah olunur. Sənədlərin öyrənilməsi Sənədlərin öyrənilməsi metodunun mahiyyəti, adından göründüyü kimi, mövcud sənədlərdən, mənbələrdən (qəzet, jurnal, statistik məlumat kitabçaları, audio-video materiallar, İnternet materialları, rəsmi sənədlər, qeyri-rəsmi mənbələr, müəyyən hadisələrin iştirakçılarının xatirələri) biliyin əldə olunmasındadır. Tədqiqatçı onu maraqlandıran məsələlərə dair bu mənbələrdən məlumat əldə edir. Müşahidədən fərqli olaraq sənədlərin öyrənilməsi zamanı subyekt beynəlxalq aləmdə baş verən hadisələrin aktiv və ya passiv iştirakçısı olmur, yəni o, bu və ya digər hadisəni öyrənmək üçün onun şahidi olmaq məcburiyyətində olmur. Nəticədə hadisələrin daha dərin təhlil olunması üçün əlverişli şərait yaradılır. Belə ki, subyekt əldə etdiyi məlumatı əsaslı şəkildə təhlil etmək imkanı qazanır. Son zamanlar İnternet vasitəsilə dövlətlərin müxtəlif göstəricilərini, fəaliyyət sahələrini əks etdirən məlumat Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Freedom House və bu kimi beynəlxalq təşkilatların və bir çox inkişaf etmiş demokratik dövlətlərin tərtib etdikləri veb səhifələrdə geniş təqdim edilmişdir. Bununla bərabər bəzi dövlətlər, xüsusilə “qapalı” avtoritar dövlətlər çalışır ki, onlar haqqında geniş ictimaiyyətə məlumatlar çatmasın. Belə olan hallarda sənədlərin öyrənilməsi bir metod kimi öz əhəmiyyətini itirir. Bu metoddan səmərəli istifadə etməyi əngəlləşdirən başqa bir problem sənədlərin əldə olunması, istifadə edilməsi və qorunması ilə bağlı olan maliyyə xərcləridir. Müqayisə Müqayisə situasiyanın təhlilində bir metod kimi mühüm rol oynayır. Bu metodun mahiyyəti tədqiq olunan iki və daha çox obyektə xas olan oxşar və ya fərqli cəhətlərin müəyyən edilməsindədir. Müqayisə elmi biliyin mühüm mərhələsi olan ümumiləşdirmənin vacib şərtidir. Bundan başqa müqayisə analogiya üzrə əqli nəticələrdə də əhəmiyyətli rol oynayır. Müqayisə beynəlxalq münasibətlərdə istifadə edilən ən səmərəli metodlardan biridir. Dövlətlərin və onların ayrı-ayrı əlamətlərinin (məsələn, siyasi rejim, iqtisadi inkişaf səviyyəsi, əhali, ərazi, hərbi potensial və s.) müqayisəli təhlili beynəlxalq münasibətlər elmində kəmiyyət metodlarından geniş istifadə edilməsinə təkan verir. BMN fənnində müqayisə metodunun tətbiqi nəticəsində dövlətin beynəlxalq aləmdə davranışına onun bu və ya digər əlamətinin təsirini müəyyən etmək mümkündür. Məsələn, dövlətin demokratik üsul-idarəsinin onun sülhsevər xarici siyasət aparmasına təsir etməsi haqqında müddəanı bir neçə dövlətləri bir-birilə müqayisə etməklə əldə etmək olar. Lakin müqayisə metodu empirik xarakter daşıdığı üçün bəzən müqayisə müəyyən obyektiv səbəblərə görə bütün dövlətləri əhatə etmir. Buna görə də onun tətbiqi yolu ilə alınan nəticə ehtimali xarakter daşıyır. Eksplikativ metodlar Qeyd olunduğu kimi, eksplikativ (“explikatio” latınca – izah) metodlar beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin daha dərindən tədqiq edilməsinə köməklik edir. Eksplikativ metodlar əsasən bu hadisələri izah edir. BMN-də eksplikativ metodların sırasında kontent–analiz, ivent–analiz, koqnitiv kartlaşma və eksperiment ən geniş yayılmış metodlardır.
Kontent – analiz (məzmunun təhlili) metodu Bu metodun mahiyyəti yazılı və ya şifahi mətndə müəyyən söz və ya söz birləşməsini tapmaqla onun məzmununun öyrənilməsindədir. Daha konkret desək, əvvəlcə bir neçə yazılı və ya şifahi mətndə bu və ya digər obyekt üçün mühüm əhəmiyyət kəsb edən söz və ya söz birləşməsi tapılır. Sonra bu söz və ya söz birləşməsinin işlədilməsi baxımından tədqiq olunan mətnlər müqayisə olunur. Bu söz və ya söz birləşməsinin hansı mətndə olması yaxud daha çox olması həmin mətnin müəyyən obyektə aid olmasını göstərir. Məsələn, kontent – analiz metodu vasitəsilə siyasi partiyaların nizamnamələrini təhlil etməklə onların bu və ya digər ideologiyaya mənsub olmalarını müəyyən etmək olar. Yaxud hansısa dövlət başçısının müxtəlif vaxtlarda etdiyi çıxışlarını müəyyən söz və ya söz birləşməsinin işlədilməsi baxımından müqayisə edərək onun baxışlarında müvafiq dəyişikliklərin olmasını göstərmək olar. Bununla belə qeyd etmək lazımdır ki, kontent – analiz metodu bir tədqiqat metodu kimi bəzi hallarda öz əhəmiyyətini itirir. Məsələn, əgər dövlət xadiminin dedikləri və/və ya yazdıqları ilə əməlləri uyğun gəlmirsə, yəni o, çıxışlarında və/və yaxud yazdıqlarında öz həqiqi mövqeyini, fikirlərini gizlədirsə, bu halda kontent – analiz metodunun tətbiqi səmərəsiz olur. İvent – analiz (hadisənin təhlili) metodu Bu metod “kim”, “nə vaxt”, “kimə” münasibətdə “nə” deyir, yaxud edir məlumatının təhlil edilməsinə yönəlmişdir, Amerikalı tədqiqatçılar B.Rasset və H.Starr müvafiq göstəricilərin sistemləşdirilməsini və təhlilinin aşağıdakı xüsusiyyətlər üzrə aparırlar: 1) subyekt – təşəbbüsçü (kim); 2) süjet və ya problem (“issue-area”) (nə); 3) subyekt – hədəf (kimə münasibətdə) və 4) hadisənin tarixi (nə vaxt). Bu şəkildə sistemləşdirilmiş hadisələr elektron – hesablayıcı maşınlar vasitəsilə təhlil olunur. Bu metodun səmərəliliyi təhlil olunan göstəricilərin çoxluğundan asılıdır, yəni təhlildə nə qədər çox göstərici istifadə edilsə, ivent-analiz metodunun tətbiq olunmasının səmərəliliyi bir o qədər də çox olacaqdır. Bu metoddan istifadə edən elmi-tətbiqi layihələr tədqiq olunan davranış növü, tədqiq olunan siyasi xadimlərin sayı, istifadə olunan mənbələrin sayı, başqa göstəricilər üzrə bir-birindən fərqlənirlər. Koqnitiv (idraki) xəritələşmə metodu Bu metodun mahiyyəti ondan ibarətdir ki, o, siyasi xadim tərəfindən bu və ya digər siyasi problemin necə dərk edilməsini müəyyən edir. Burada siyasi xadimin böhran situasiyalarına reaksiyasına, sabit siyasi durumda onun mümkün davranış nümunələrinə, tərcümeyi-halına və siyasi xadimlə bağlı olan digər məlumatlara xüsusi fikir verilir. Bütün bu məlumatlar siyasi xadimin qəbul etdiyi qərarları izah etməyə köməklik edir. Bəzən siyasi xadim qərar qəbul edəndə onu əhatə edən gerçəkliyə deyil, bu gerçəkliyə özünün subyektiv münasibəti prizmasından yanaşmasına arxalanır. Başqa sözlə desək, siyasi xadimin qəbul etdiyi qərarlara bəzən onun gerçəkliyə uyğun gəlməyən təsəvvürləri təsir göstərir. Nəticədə qarşıda qoyulan vəzifələr əldə olunmur və problemlər həll edilmir. Yanlış təsəvvürlərə arxalanan siyasi xadim, bir tərəfdən, onun baxışlarına zidd olan hər hansı bir vacib məlumata lazımi qiymət vermir, digər tərəfdən isə mühüm olmayan hadisələrə həddindən artıq önəm verir. Koqnitiv xəritələşmə metodunun əsas məqsədi siyasi xadimin bu və ya digər siyasi problemi necə dərk etməsini müəyyən etməkdir. Bu metod siyasi xadimin gerçəkliyi necə dərk etməsini açıqlayaraq onun qəbul etdiyi qərarın səbəbini izah edir, yəni məlum faktlara arxalanaraq yeni bilik əldə olunur. Lakin bəzən mövcud məlumatın həqiqiliyi şübhə altında olduğuna görə əldə olunan bilik gerçəkliyi düzgün əks etdirmir. Eksperiment Eksperiment digər eksplikativ metodlardan fərqli olaraq tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müxtəlif vasitələrlə obyektin təsbit olunmasını, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir. Təbiət elmlərində eksperiment nəzəri fərziyyələrin, nəticələrin və müddəaların yoxlanılması məqsədilə süni şərait yaradır. İctimai elmlərdə isə o, əsasən “xəyali” formada çıxış edir. “Xəyali eksperiment” “mövcud durumda müəyyən səbəblərə görə olmayan bəzi şəraitləri yaratmaq mümkün olsaydı bu hadisələrin inkişafı necə olardı?” məsələsini müzakirə edir. İctimai elmlərdə, o cümlədən BMN fənnində eksperimentin daha geniş yayılmış növlərindən biri də imitasiya təqlid oyunlarıdır. İmitasiya oyunları tədris zamanı interaktiv metodlardan geniş istifadə edilməsində mühüm rol oynayır. İmitasiya oyunlarının tədris zamanı tətbiq edilməsi tələbələrin fəallığını artıraraq keçirilən mövzunun yaxşı qavranılmasına kömək edir. İmitasiya oyunları əvvəlcədən tərtib edilmiş ssenariyə uyğun müəyyən rolların (məsələn, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən aktorların rolları) icra olunması ilə bağlıdır. Oyun zamanı hər bir iştirakçı oyunun rəhbəri tərəfindən nəzarət edilən oyun şərtlərinə ciddi əməl etməlidir. Məsələn, hər bir rolu ifa edən oyunçunun (tələbə) gerçəklik haqqında tam məlumatı olmalıdır. O, bu məlumata əsasən qərar qəbul etməli və fəaliyyət göstərməlidir. Əks halda bu oyun özünün idraki əhəmiyyətini itirəcəkdir. İmitasiya oyunlarını elektron – hesablayıcı maşınlar vasitəsilə də təşkil etmək mümkündür. Texnikanın köməyi ilə aparılan oyunlar daha geniş tədqiqat imkanlarını təklif edir, oyunçuların qərəzli mövqelərinin oyunun gedişinə təsirinin qarşısını alır, əldə olunan nəticələr gerçəkliyi daha dəqiq əks etdirir və nəhayət, obyektin gələcək inkişaf perspektivlərinə dair müəyyən proqnoz verir. Göründüyü kimi, eksperiment digər eksplikativ metodlardan fərqli olaraq BM sahəsində baş verən hadisələri izah etməklə kifayətlənmir. O, həmçinin bu hadisələrin mümkün optimal inkişaf perspektivlərini də göstərir. Buna görə də eksperimenti eksplikativ metodlarla yanaşı proqnoz metodlarına da daxil etmək olar. Proqnoz metodları Proqnoz metodları situasiyanın təhlili və eksplikativ metodlardan fərqli olaraq beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin mövcud durumu ilə bərabər onun gələcək durumunu, inkişaf perspektivlərini də müəyyən edir. Beynəlxalq münasibətlərdə tətbiq edilən ən geniş proqnoz metodlarının sırasında delfi metodu, ssenarilərin qurulması, sistemli yanaşma və modelləşdirməni göstərmək olar.Delfi metodu Bu metodun mahiyyəti müstəqil ekspertlər tərəfindən müəyyən bir problemin əsaslı şəkildə təhlil olunmasıdır. Bir neçə ekspert eyni problemi ayrı-ayrılıqda təhlil edib əldə etdikləri nəticəni mərkəzə təqdim edir. Mərkəz bu ekspertlərdən aldığı cavabları ümumiləşdirdikdən və sistemləşdirdikdən sonra onları yenidən ekspertlərə qaytarır. Bu əməliyyat bir neçə dəfə davam etdirilə bilər. Bu isə, öz növbəsində, ekspertlərin qiymətlərində uyğunsuzluqların olmasını aşkar edir. Hər dəfə ümumiləşdirmələr qaytarıldıqda ekspertlər özlərinin əvvəlki qiymətlərini yenidən nəzərdən keçirərək onu dəyişə bilərlər. Eyni bir problemin bir neçə ekspert tərəfindən təhlil olunma-sı və hər bir təhlilin nəticələrinin bütün ekspertlərin nəzərinə çatdırılması problemin hərtərəfli və əsaslı şəkildə öyrənilməsinə imkan verir. Ssenarilərin qurulması Bu metoda əsasən tədqiq olunan hadisənin mümkün inkişafının ideal (xəyali) modeli ssenari formasında irəli sürülür. Mövcud situasiyanın təhlili əsasında onun sonrakı inkişafına dair fərziyyələr təqdim olunur. İrəli sürülən fərziyyələr əvvəlcə heç bir yoxlanışa məruz qalmır. Birinci mərhələdə tədqiqatçının fikrincə situasiyanın sonrakı inkişafını müəyyən edən əsas faktorların təhlili və seçimi aparılır. Belə faktorların sayı çox olmamalıdır (altıyadək). Əks halda hər bir faktor tərəfindən irəli gələn gələcəyin inkişaf variantı çox olaraq çətinlik yarada bilər. İkinci mərhələdə seçilmiş faktorların növbəti 10, 15 və 20 il ərzində inkişaf mərhələlərinə dair fərziyyələr irəli sürülür. Üçüncü mərhələdə bu faktorlar bir-biri ilə müqayisə olunur. Müqayisənin əsasında hər bir faktora uyğun bir neçə fərziyyə irəli sürülür. Nəhayət, dördüncü mərhələdə hər bir ssenarinin reallığının göstəriciləri müəyyən edilir və reallıq səviyyəsinə görə ssenarilərin təsnifatı verilir. Sistemli yanaşma Sistemli yanaşmanın bir proqnoz metodu kimi mahiyyətini açmaq üçün “sistem” anlayışını nəzərdən keçirmək lazımdır. Sistem anlayışından bir çox beynəlxalq münasibətlər nəzəriyyələrində istifadə edilir. Bu məfhumun əsas üstünlüyü ondadır ki, o, tədqiqat obyektini onun birliyi və bütövlüyündə təqdim etməyə imkan verərək və onun bir-biri ilə qarşılıqlı münasibətdə olan elementləri arasında mövcud münasibətləri tapmağa kömək edərək beynəlxalq sistemin fəaliyyətinin qanunauyğunluqlarını müəyyən edir. Ədəbiyyatda sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlər və beynəlxalq siyasət arasında fərq göstərilir: əgər beynəlxalq münasibətlərin tərkib elementləri iştirakçılardan və onların “potensialını” təşkil edən faktorlardan ibarətdirsə, beynəlxalq siyasətin tərkib elementlərini yalnız aktorlar təşkil edir. Sistemli yanaşmanın mahiyyətini dərk etmək üçün onun ədəbiyyatda geniş istifadə edilən və konkret təcəssümləri olan sistem nəzəriyyəsi və sistem təhlili anlayışlarından fərqini göstərmək məqsədəuyğundur. Sistem nəzəriyyəsi sistemin və onun elementlərinin quruluşu, təsviri və izahı ilə məşğul olur, sistem ilə mühitin qarşılıqlı əlaqəsini müəyyən edir, sistemdaxili proseslərin təsiri altında sistemin dəyişməsini və/və ya dağılmasını tədqiq edir. Sistem təhlili isə tədqiq olunan obyekti nizama salaraq praktiki metodikalar, üsullar məcmusu kimi daha konkret məsələləri həll edir. Raymon Aron sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlərin tədqiq olunmasının üç səviyyəsini müəyyən edir: dövlətlərarası sistemin səviyyəsi, dövlətin səviyyəsi və onun qüdrətinin (potensialının) səviyyəsi. Ceyms Rozenay isə beynəlxalq münasibətlərin təhlilinin altı səviyyədən ibarət olan başqa bir sxemini təqdim edir: 1. fərdlər – siyasətin “yaradıcıları” və onların xarakteristikası; 2. fərdlərin tutduqları vəzifələr və icra etdikləri rollar; 3. fərdlərin fəaliyyət göstərdikləri hakimiyyətin strukturu; 4. fərdlərin yaşadıqları və idarə etdikləri cəmiyyət; 5. milli dövlət və beynəlxalq münasibətlərin digər iştirakçıları arasında münasibətlər sistemi; 6. dünya sistemi. B.Rasset və H.Starrın fikrincə, bu və ya digər təhlilin səviyyəsinin seçilməsi tədqiqatçının subyektiv istəyi ilə deyil, faktların mövcudluğu və nəzəri yanaşma ilə müəyyən edilir. Buna görə də sistemli yanaşma metodunun tətbiq edilməsi zamanı bir neçə müxtəlif səviyyəni tapıb müəyyən etmək lazımdır. Müxtəlif səviyyələrdə təqdim olunan izahlar bir-birini tamamlayaraq obyekt haqqında biliyimizi dərinləşdirməlidir. Sistemli yanaşma bir proqnoz metodu kimi tədqiq olunan obyekti sistem şəklində qələmə verərək onun tərkib elementlərini müəyyən edir və bu elementlərin bir-birinə, xüsusilə sistemə təsirini göstərir. Bu metodun səmərəliliyi tədqiq olunan obyektin bir sistem kimi təqdim olunması, onun bütün elementlərinin sadalanması və onların hər birinin sistemə təsirinin nəzərə alınması ilə müəyyən edilir. Əgər bunlardan birinə əməl olunmasa (məsələn, dövlətin xarici siyasətinə təsir edən faktorlar müəyyən edilərkən dini faktorun təsiri nəzərə alınmır), bu metodun irəli sürdüyü proqnoz dəqiq olmayacaqdır. Sistemli yanaşma beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri nəzərə almaqla kifayətlənmir. O, beynəlxalq sistemin inkişafı ilə bağlı bu dəyişikliklərin səbəblərini aşkar etməyə imkan yaradır. O, dövlətlərin fəaliyyətinə təsir edən faktorları müəyyən edir. Modelləşdirmə Modelləşdirmə bir proqnoz metodu kimi beynəlxalq münasibətlərin tədqiq olunmasında geniş tətbiq edilir. Bu metodun mahiyyəti sistem kimi çıxış edən süni, ideal, təsəvvür olunan obyektlərin, situasiyaların qurulması ilə bağlıdır. Sistemin elementləri və münasibətləri real beynəlxalq münasibətlər sistemində olan hadisələrin və proseslərin elementlərinə və münasibətlərinə uyğun gəlir. Modelləşdirmə müəyyən qaydalar üzrə tədqiq olunan obyektin bənzərində onun əlamətlərinin əks olunmasıdır. Obyektin bənzəri model adlanır. Modelin qurulması üçün tədqiq olunan obyektin və modelin əlamətləri və prosesləri arasında müəyyən oxşarlığın olması vacibdir. Mövcud şəraitdə real obyektlərin tədqiq olunması daha çətin, yaxud qeyri-mümkün olduğu halda modelləşdirmə təhlilin aparılmasını asanlaşdırır. Modelin üstünlüyü onun düzəlməsinin asanlığındadır, həmçinin əlamətlərinin onun iş rejiminin tez bir zamanda dəyişdirilməsinin, laboratoriya şəraitində lazım dəyişikliklərin aparılmasının mümkünlüyündədir. Beynəlxalq münasibətlərdə modelləşdirmə metodunun tətbiq edilməsi təhlilin tətbiqi metodlarından və texnikasından kompleks şəkildə istifadə edilməsi üçün ona şərait yaradır. Bu isə, öz növbəsində, beynəlxalq münasibətlərin izah olunması və proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin modelləşdirmə metodunun zəif tərəfləri və bəzi çatışmazlıqları da vardır. Onlardan ən əsası odur ki, beynəlxalq münasibətlər sisteminin tamamilə obyektiv modelinin qurulması mümkün deyil. Buna görə də modelin əsasında əldə olunan biliklər şübhə doğurur. Beynəlxalq münasibətlərdə proqnoz metodlarının rolu əvəzsizdir. Beynəlxalq münasibətlər insan fəaliyyətinin elə bir sahəsidir ki, burada atılacaq hər bir addım elmi cəhətdən əsaslandırılmalıdır. Proqnoz metodlarının vasitəsilə beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin inkişaf meyllərinin müəyyənləşdirilməsi müvafiq qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Düzgün qərarların qəbul edilməsində partnyorun (və ya rəqibin) qərar qəbul etmə prosesinin təhlili mühüm əhəmiyyət kəsb edir. Beləliklə, BMN fənnində istifadə edilən metodlar ümumi və tətbiqi qruplara bölünür. Hər iki qrup xarakterinə görə fənlərarası metodlara aiddir, yəni bu metodlar başqa elmlərdə də istifadə edilir. Nəzərdən keçirdiyimiz metodlardan ayrı-ayrılıqda deyil, kompleks şəklində istifadə etmək məqsədəuyğundur.


  1. BMN-nin əsas inkişaf mərhələləri

Kennes Tomsona görə, beynəlxalq siyasət fənninin öyrənilməsinin dörd mərhələsi olmuşdur. I mərhələ Birinci Dünya müharibəsinin sonunadək olan bir müddəti əhatə edir. Bu müddət ərzində beynəlxalq münasibətlər təsviredici və xronoloji şəkildə təqdim olunurdu. Diplomatiya tarixçiləri hadisələri təsvir edərək onlardan beynəlxalq münasibətlərin indiki və ya gələcək durumunu anlamaq üçün istifadə etmirdilər. II mərhələdə (Birinci Dünya müharibəsindən sonra) tədqiqatçılar cari hadisələri şərh edərək onların bilavasitə əhəmiyyətini açıqlayırdılar. Lakin tədqiq olunan cari hadisələr keçmişdə baş vermiş analoji problemlərlə tutuşdurulmurdu. Nəticədə beynəlxalq münasibətlərə inteqral (bütöv) baxış yaratmaq mümkün olmurdu. Bir sözlə, beynəlxalq sahədə baş verən hadisələr izah, təhlil olunsa da I mərhələyə xas olan xronoloji yanaşma nəzərdən qaçırılırdı. III mərhələ ərzində (XX əsrin 30-cu illəri) beynəlxalq hüquq və beynəlxalq təşkilat beynəlxalq münasibətlərin institutlaşmasını vurğuladı. Belə bir fikir formalaşmağa başladı ki, beynəlxalq təşkilatlar vasitəsilə mövcud beynəlxalq problemlər həll olunacaqdır. Beynəlxalq münasibətlər sahəsində aparılan tədqiqatlar beynəlxalq hüquq və beynəlxalq təşkilatlar mövzuları üzrə aparılmağa başlandı. Beynəlxalq situasiyanın pisləşməsi, İkinci Dünya müharibəsinin başlanması III mərhələdəki yanaşmanın uyğunsuzluğunu göstərdi. Beynəlxalq münasibətlərin öyrənilməsi üçün yeni yanaşmaya ehtiyac olduğu müəyyən olundu. Tədqiqatçılar diqqətlərini beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan dövlətlərin davranışlarını müəyyən edən faktorlara yönəltdilər. Əgər II və III mərhələlərdə beynəlxalq münasibətlərin diqqət mərkəzində Millətlər Liqası dururdusa, IV mərhələdə beynəlxalq münasibətlər dünya siyasətinin çərçivəsində öyrənilirdi. İkinci Dünya müharibəsindən sonra beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin inkişaf mərhələsi fundamental nəzəriyyələrin yaranması ilə müşahidə olunur. “Soyuq müharibənin” başa çatması, dünya kommunist sisteminin dağılması, bir tərəfdən, qloballaşmanın sürətlənməsindən, digər tərəfdən, BMN fənninin yeni mərhələsinin başlanmasından xəbər verir. Bu mərhələnin mahiyyətindən indi danışmaq bir qədər tezdir, çünki onun əsas xüsusiyyətləri hal-hazırda tədqiq olunur. Bununla belə yeni mərhələyə xas olan əsas əlamətlərdən biri odur ki, bu mərhələdə beynəlxalq münasibətlərin öyrənilməsinin əvvəlki yanaşmaları tətbiq edilir. Beləliklə, BMN fənninin predmetinə dair müxtəlif fikirlər olsa da, aşağıdakı ümumi fikri qeyd etmək olar. BMN fənni interdissiplinar (fənlərarası) bir elm, bilik sahəsidir. O, fəlsəfə, tarix, hüquq, iqtisadiyyat, politologiya, sosiologiya və s. kimi elmlərdən bəhrələnir. Onun inkişafı empirik faktlara və abstrakt təfəkkürə (analiz, sintez, müqayisə, mücərrədləşdirmə, modelləşdirmə) arxalanır. BMN fənninin əsas məqsədi ölkələrin xarici siyasətini, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatların (QHT) və transmilli şirkətlərin (TMŞ) beynəlxalq sistemdə rolunu tədqiq edərək xalqlar və ölkələr arasında müharibənin qarşısını almaq və siyasi, iqtisadi, sosial, mədəni əlaqələri inkişaf etdirməkdir. BMN fənninin məzmunu meydana gəldiyi vaxtdan indiyədək nəzəri məsələlərin zənginliyi ilə fərqlənir. Münaqişə və müharibənin əsas problem kimi qalmasına baxmayaraq, BMN fənninin tədqiqat predmetinə bir çox hadisələr daxil olmuşdur. Yeni dövrdə (1990-cı illərdən sonra) fənnin mahiyyətinə dair erkən yanaşmalar bir-biri ilə ziddiyyət təşkil edən nəzəri yanaşmalarla əvəz olundu.



  1. Diplomatiya və beynəlxalq hüquq

Nəzəri cəhətdən diplomatiya ilə beynəlxalq hüquq arasında ziddiyyət vardır, çünki beynəlxalq hüquq dövlətlərarası hüquqi nizamın milli maraqdan daha üstun olmasını iddia edir. Başqa sözlə desək, beynəlxalq hüquq beynəlxalq münasibətlər sahəsində milli maraqların toqquşmasının qarşısının alınmasının bir mühüm yolu kimi dövlətlərin müəyyən beynəlxalq normalara əməl etmələrində görür. Əgər beynəlxalq münasibətlər sahəsində hər bir dövlət öz milli maraqlarının yeridilməsində qarşı tərəfə münasibətdə heç bir güzəştə getmirsə, müharibə təhlükəsi artır. Bu isə diplomatiyanın məğlubiyyəti deməkdir. Buna görə də yadda saxlamaq vacibdir ki, diplomatiya milli maraqların həyata keçirilməsinin bir vasitəsi kimi özünün səmərəliliyinin və münasibliyinin bir şərti kimi beynəlxalq hüquqa müəyyən qədər hörmət etməlidir. Beynəlxalq hüququn müəyyən fundamental prinsip və qaydalarına riayət olunması diplomatiyadan istifadə edilməsi üçün münasib şərait yaradır. Beləliklə, diplomatiya ilə beynəlxalq hüquq və müharibə arasında nəzəri cəhətdən ziddiyyətlərin olmasına baxmayaraq, diplomatiya bunların hər ikisi ilə sıx bağlıdır. Kvunsi Vrayt beynəlxalq hüquq və diplomatiya arasındakı münasibətləri təhlil edərək qeyd edir ki, dövlətlərin bir-birinə qarşılıqlı inamı olmadıqda heç bir diplomatiya mümkün deyil. Danışıqlarda iştirak edən dövlətlərin hər birinin beynəlxalq hüququn prinsiplərinə və qaydalarına əməl etmələri diplomatiyadan istifadə edilməsi üçün əlverişli şərait yaradır. Bundan başqa, beynəlxalq hüquq diplomatiyanın bir aləti kimi çıxış edir. O, bu və ya digər dövlətin xarici siyasət məqsədlərinin həyata keçməsi üçün vasitələr təklif edir. Diplomatlara danışıqlar zamanı razılıq əldə etmək üçün ümumi dil, inandırıcı davranış tərzi və digər münasib vasitələr tələb olunur. Bunların hamısı danışıqlar prosesini asanlaşdırır. İmzalanmış sənədlərdəki qeyri-müəyyən ifadələr, müddəalar tərəflərin real razılığa gələ bilməmələrindən xəbər verir. Adətən, diplomatiya dövlətlərarası mübahisəli məsələlərin həll edilməsi istiqamətində atılan ilk addımdır. O, uğurla nəticələnmədikdə müxtəlif alternativ vasitələrə, metodlara, o cümlədən zorakılığa, gücə əl atılır. Lakin bunu etməzdən öncə başqa dövlətlərin, beynəlxalq təşkilatların vasitəçiliyinə, beynəlxalq məhkəməyə müraciət olunur. Əgər diplomatiya hətta danışıqlar vasitəsilə mübahisəni həll edə bilməsə belə, beynəlxalq hüquq öz əhəmiyyətini itirmir və atılacaq növbəti addımları müəyyən edir. Beynəlxalq hüquq diplomatiyanın aləti olmaqla yanaşı həmçinin onun nəticəsi kimi çıxış edir. Müəyyən mənada bu onunla izah olunur ki, beynəlxalq hüquq şərti xarakter daşıyır. Danışıqlar vasitəsilə dövlətlərarası mübahisəli məsələləri həll edərək diplomatiya beynəlxalq çoxtərəfli sazişlər formasında beynəlxalq hüququ inkişafına təkan verən beynəlxalq müqavilələrin imzalanmasına səbəb olur. Tarixən beynəlxalq hüquq diplomatiyanın məqsədi olmamışdır, çünki diplomatiyanın əsas məqsədi milli maraqdır. Bununla belə, qeyd etmək lazımdır ki, son zamanlar qlobal problemlərin artması ilə əlaqədar geridə qalmış ölkələrdə aclıqdan məhv olan insanların taleyi, dünyada sülhün möhkəmlənməsi, BMT-nin fəaliyyətinin təkmilləşməsi kimi problemlər insanları çox narahat edir. Nəticədə milli maraq konsepsiyası genişlənir, beynəlxalq hüququn normalarının və prinsiplərinin inkişafı diplomatiyanın mühüm bir məqsədinə çevrilir. Müasir dövrdə diplomatiya belə bir situasiyanı nəzərə almalıdır ki, milli marağın iki mühüm tərkib hissəsinin (iqtisadi inkişaf və milli təhlükəsizlik) müvəffəqiyyətlə həyata keçirilməsində beynəlxalq hüququn möhkəmlənməsinin böyük əhəmiyyəti vardır. Lakin əgər diplomatiya beynəlxalq hüququn mükəmməl sistemini yaratmağa nail olsa, onda onun özü köhnələrək əhəmiyyətini itirəcəkdir, çünki diplomatiyanın danışıqlar aparmaq mədəniyyəti kimi funksiyalarından biri müharibənin qarşısını almaqdır. Beynəlxalq hüququn təkmilləşməsi isə müharibə təhlükəsini aradan götürür. Beləliklə, müasir dövrdə diplomatiya ilə beynəlxalq hüququn yaxınlaşması müşahidə olunur.

  1. Dövlətin davranış nəzəriyyələrinin xüsusiyyətləri

  2. Edvard Karr liberalizmin tənqidçisi kimi

Ənənəvi realizmin banilərindən biri Edvard Karr hesab olunur. Realistlər Edvard Karrın “Böhranın iyirmi ili” (“Twenty years of crisis. 1919- 1939.”) (1939) əsərini beynəlxalq münasibətlər nəzəriyyəsinin dərsliyi hesab edirlər. Bu kitab realizmin əsas müddəalarını irəli sürməklə bərabər liberalizmin ideyalarını alt-üst edir. Karr liberalları utopist adlandırır. Qeyd etdiyimiz kimi, liberallar müharibəni dövlətin bir fəaliyyət üsulu kimi ləğv etmək istəyirdilər. Liberallar xarici siyasətin aparılmasında gizli diplomatiyanı ictimai razılıqla əvəz etmək arzusunda idilər. Qüvvələrin balansı prinsipi kollektiv təhlükəsizlik prinsipi ilə əvəz olunmalı idi. Millətlər Liqası ilə münaqişələrin sülh yolu ilə həll edilməsi təmin olunmalı idi. Karrın fikrincə, beynəlxalq siyasətin öyrənilməsini istək ilə əsaslandırmaq təhlükəlidir. Beynəlxalq münasibətlər elminin teleoloji aspekti (məqsədəuyğunluğu əsaslandırmaq.- Red.) əvvəlcədən şübhəli idi. Müharibənin qarşısını almaq istəyi beynəlxalq münasibətlər elminin ilkin istiqamətini müəyyən edərək onu utopiyaya çevirdi. Beynəlxalq sülhə nail olmaq məqsədi beynəlxalq münasibətləri elə bir fənnə çevirdi ki, orada arzu təfəkkürdən, ümumləşdirmə müşahidədən üstün oldu. Mövcud faktların, yaxud vasitələrin tənqidi təhlili istiqamətində çox az cəhd edilmişdir. Karra görə, beynəl-xalq münasibətlər fənnində teleologiya təhlildən əvvəl gəlirdi. O qeyd edir: “1931-ci ildən sonrakı hadisələr təmiz istəyin beynəlxalq münasibətlər fənninin əsası ola bilməsinin mümkünsüzlüyünü göstərdi. Beynəlxalq siyasətdə hakimiyyətin reallıqlarını əsas kimi götürmək lazımdır”. Karr realizmi belə xarakterizə edir: “Hər hansı bir elmin inkişafında təfəkkürün istəyə təsiri elmin utopik mərhələsinin sonunu göstərir və realizm adlanır. Realizm utopik mərhələyə qarşı reaksiya olaraq tənqidi aspektin təqdim edilməsi ilə bağlıdır. O, faktların qəbul olunmasını, onların səbəblərini və nəticələrinin təhlil etməyin vacibliyini vurğulayır. O, təfəkkürün əsas funksiyasını hadisələrin ardıcıllığının öyrənilməsində görür. Fəaliyyət sahəsində realizm mövcud istiqamətlərin zəruriliyini göstərir və hesab edir ki, bu, faktları, tendensiyaları, istiqamətləri qəbul etmək və onlara uyğunlaşmaqdır”. Karr əmin idi ki, liberalizm beynəlxalq siyasəti təhlil edərkən hakimiyyətin mərkəzi elementini tədqiq etmədiyinə görə realizmin tənqidinə məruz qalmalıdır. Beynəlxalq sistemdə qüvvələrin qeyribərabər bölgüsü beynəlxalq münasibətlərin qərərsiz təhlilinin mərkəzi məsələsi olmayınca, müharibə və münaqişələrin səbəbləri düzgün dərk olunmayacaqdır. Liberallar inanırdılar ki, hər bir xalq sülhə can atır, müharibə siyasəti, təcavüzkar siyasət aparan xalq isə özünü irrasional və mənəviyyatsız aparır. Karra görə, bu fikir mövcud durumun saxlanılmasında maraqlı olan qalib ölkələrin mövqeyinin ifadəsi idi. Müharibədən sonrakı dövr qalib dövlətlərin xüsusi maraqlarını əks etdirirdi və buna görə də Almaniya kimi ölkələr Versal (1918) müqaviləsindən qane deyildi. Karra görə, liberallar öz fikirlərini mütləqləşdirirlər. Onların universal hesab etdikləri prinsipləri (sülh, maraqların harmoniyası, kollektiv təhlükəsizlik və sərbəst ticarət) prinsip hesab etmək düzgün deyil. Bu “prinsiplər” konkret vaxtda milli marağın konkret anlayışına əsaslanan milli siyasətin şüursuz əks olunmasıdır. Bu, universal maraqların harmoniyası doktrinasının bir hissəsidir Liberalizmin əsası olan maraqların harmoniyası isə qalib ölkələrdəki elitanın konkret marağıdır. “Maraqların harmoniyası doktrinası elə bir mənəvi plandır ki, elita ondan öz hakim mövqeyini təsdiq etmək və saxlamaq üçün istifadə edir”. Karr qeyd edir ki, “sənaye kapitalizmi və sinfi sistem cəmiyyətin qəbul olunmuş strukturu olan kimi, maraqların harmoniyası haqqında doktrina öz maraqlarını bütün cəmiyyətin maraqları kimi təqdim etməklə öz üstünlüyünü qorumaq istəyən hakim sinfin ideologiyasına çevrildi”. Lakin beynəlxalq aləmdə onun qəbul edilməsi müharibələrarası sülhün aradan qalxmasına səbəb olur. Mövcud dünya nizamından razı olmayan, ərazisinin sərhədlərini, yaxud iqtisadi və strateji qüvvəsini dəyişmək istəyən dövlət üçün beynəlxalq sülh universal harmoniya kimi qəbulolunmazdır. Beynəlxalq sülh öz iradəsini, istəyini digər dövlətlərə qarşı qoyan güclü dövlətlərin şüarıdır. Beynəlxalq sistemdə dövlətlər arasında maraqların təbii harmoniyası yoxdur. Yalnız qlobal hakimiyyətin konkret konfiqurasıyanın keçici və müvəqqəti harmoniyası vardır. Müharibə beynəlxalq sistemdə qüvvələrin həyata keçirə biləcəyi yeganə və məqsədəuyğun yoldur. Dövlətlər arasında maraqların harmoniyası məfhumunu təkzib etmək üçün Karr laissez-faire iqtisadiyyatını misal gətirir. Onun fikrincə, laissez-faire aparıcı iqtisadi ölkələrdəki hakim elitaların ideologiyasıdır. Bu ideologiyaya görə, hakim elitaya sərfəli olan hamı üçün sərfəlidir. XIX əsrdə ingilis manufakturaçısı və taciri laissez-faire-nın onun zənginliyini artırdığını gördükdə əmin oldu ki, bu, bütün Britanaya üçün xeyirlidir. İngilis dövlət xadimi öz növbəsində görəndə ki, laissez-faire ingilislərin rifafını qaldırır, o, qərara gəldi ki, sərbəst ticarət bütün dünyanın rifahını artırır. Karr Fridrix Listi müdafiə edərək qeyd edirdi ki, sərbəst ticarət Britaniya hakim sənaye ölkəsi olduğu zaman düzgün siyasət idi. O vaxt yalnız proteksionizm siyasəti zəif ölkələri Britaniyanın caynağından qurtara bilən real bir siyasət idi. ABŞ və Almaniyada aparılan iqtisadi millətçilik siyasəti Britaniyanın iqtisadi gücünə qarşı yönəlmişdir. Dövlət nəzarəti zəif dövlətlərin özünümüdafiə silahıdır. Millətlər arasında maraqların təbii harmoniyası yoxdur. Xalqlar arasında ümumi maraq tənzimləmə yolu ilə yaranır. Liberallar beynəlxalq sistemdəki dövlətlərə hörmət əlaməti olaraq hakimiyyəti aradan götürmək istəyirdilər. Karr kimi realistlər isə hesab edirdilər ki, milli hakimiyyətin arxasınca getmək təbiidir. Bunu nəzərə almadıqda dövlətlər risk edirlər. Gücünün artmasına laqeyd olan milli dövlətlər sadəcə olaraq öz təhlükəsizliklərini təhlükə altına qoyurlar. Karra görə, müxtəlif dövlətlər güclərini artırdıqda öz milli maraqlarını qorumağa qadir olurlar. Milli maraqların toqquşması zəruridir. Belə toqquşmalar müharibələrə səbəb olur. Bu toqquşmaların qarşısının alınmasının yeganə yolu dövlətlər arasında təxmini qüvvələrin balansının yaradılmasıdır. Liberalların dediyi kimi, qüvvələrin balansı beynəlxadq münaqişənin səbəbi deyil. O, təbiətin qanunlarına bənzəyir: o, beynəlxalq hakimiyyətin normal ifadəsidir və sülhün ən yaxşı təminatçısıdır. Kollektiv təhlükəsizlik isə qalib dövlətlərin hakimiyyətini, status-kvonu möhkəmlədir. Karrın tənqidçiləri onun realizmlə idealizmi tamamilə birbirinə zidd nəzəriyyələr hesab etdiyini göstərirlər. Bir çox realistlərdən fərqli olaraq Karr dövləti siyasi icmanın son inkişaf forması, milləti isə cəmiyyətin son qrupu hesab etmirdi. O, din, sinif və etnos kimi əraziyə əsaslanmayan siyasi birliklərin başqa formalarını nəzərdən keçirirdi. Onun fikrincə, yeni dünya nizamı qlobal hakimiyyətin mənəviyyatı vasitəsilə deyil, gerçəkliklərin vasitəsilə formalaşacaqdır. Lakin o, beynəlxalq nizamın mənəvi əsasa malik olmasının vacibliyini qeyd edirdi. O, hakimiyyəti hər bir siyasi nizamın zəruri tərkib hissəsi sayırdı. Bu fikrə görə Karr tənqidə məruz qaldı. Karrın tənqidçilərinin fikrincə, o, hakimiyyəti, qüvvəni, gücü bütün amillərdən üstün olmasını qeyd edirdi. Belə olan halda, Karr, məsələn, izah edə bilmir ki, niyə dövlətlər beynəlxalq humanitarizmin maraqları naminə tez-tez öz milli maraqlarını dəyişirlər? Karra və digər realistlərə görə, beynəlxalq sistemə nəzarət edən qüvvə olmasa, dövlətlərarası münaqişələr labüd olacaqdır. Məcburi yurisdiksiyanın olmaması, yəni anarxiyalı beynəlxalq sistemin mövcudluğu daxili və beynəlxalq siyasət arasında fərqi təs-diqləyir. Vətəndaş cəmiyyətindən fərqli olaraq beynəlxalq sistemdə tənzimləyici yoxdur. Millətçilik konkret dövlətdə bir millətə mənsub olan müxtəlif sinifləri barışdırır. Beynəlxalq sistemdə belə bir qüvvə yoxdur. Yuxarıda təqdim etdiyimiz Edvard Karrın ideyaları belə bir fikri irəli sürməyə əsas verir ki, onun ideyaları ilk növbədə liberalların tənqidi kimi qələmə verilməlidir. Karrı müstəqil bir meta nəzəriyyənin müəllifi kimi qəbul etmək düzqün deyil.



  1. Frensis Fukuyamanın “tarixin sonu” nəzəriyyəsi

“Soyuq müharibənin” başa çatması, kommunist sisteminin dağılması idealizmin nüfuzunu qaldırdı. Bundan ruhlanan tanınmış Amerika politoloqu Frensis Fukuyama “Tarixin sonu və sonuncu insan” (“The End of History and the Last Man”) adlı əsərində belə bir qənaətə gəlir ki, SSRİ-nin süqutu liberal demokratiyanın ciddi rəqibi olmamasını sübut edir. Bu, bəşəriyyətin ideoloji inkişafının sonudur və “hakimiyyətin son formasıdır”. Bundan başqa, “soyuq müharibənin” sonu “ideal dövlətin” və mükəmməlləşdirilə bilməyən siyasi iqtisadın, liberal kapitalizmin xüsusi formasının zəfəridir”. Fukuyamaya görə, Şərq-Qərb qarşıdurmasının başa çatması göstərdi ki, liberal kapitalizm model kimi yıxıla bilməz və o, siyasi və iqtisadi inkişafın ən yüksək zirvəsidir. Fukuyama da əksər liberallar kimi tarixi inkişafı tərəqqi yönümlü götürür. O, əmindir ki, bütün xalqlar liberal demokratiya istiqamətində inkişaf edirlər. Hakimiyyətin, siyasi iqtisadın və siyasi icmanın Qərb formalarının bütün bəşəriyyətin son inkişaf mərhələsi olmasına dair Fukuyamanın mülahizəsi beynəlxalq münasibətlərdəki ortodoks, yəni mövcud fikrin qarşısında üç məsələ qoyur: Birincisi, siyasi və iqtisadi inkişafın liberal-kapitalist demokratiyada özünün son inkişaf mərhələsinə çatmasına dair Fukuyamanın fikri göstərir ki, qeyri-Qərb dünya modernləşmənin Qərb modelini qəbul etmək istəyir. Başqa sözlə modernləşmənin Qərb modeli tədricən bütün dünyada yayılacaqdır; İkincisi, Fukuyamanın yanaşmasından belə bir nəticə çıxır ki, Qərb mənəvi həqiqətlərin qoruyucusudur. Bu həqiqətlərin “tərəqqisi”, “zəfəri” bütün cəmiyyətləri (milli və mədəni əsasından asılı olmayaraq) onları gözləməyə, onlara riayət etməyə məcbur edəcəkdir; Üçüncüsü, Fukuyama inanır ki, tarixin tərəqqisi qlobal münaqişələrin ləğvi və müəyyən cəmiyyətlərdə mövcud olan qanunçuluğun prinsiplərinin beynəlxalq aləmdə yayılması ilə ölçülə bilər. Bu, beynəlxalq münasibətlərə “daxili-xarici” (“inside-out”) yanaşmanın əsasını təşkil edir. Burada dövlətlərin xarici davranışı onların daxili 47 siyasi və iqtisadi durumları ilə izah olunur. Liberal mövqedən çıxış edən Maykl Doyle qeyd edir: “Liberal demokratiyalar bir-birilə münasibətdə gücün tətbiq edilməsindən çəkinmək istəyirlər”. Bu fikir realistlərin fikirlərini inkar edir. Realistlərə görə, beynəlxalq sistemin anarxiya mahiyyəti göstərir ki, dövlətlər hakimiyyət və təhlükəsizlik uğrunda mübarizəyə qalxırlar. Növbəti paraqrafda biz Fukuyamanın bu üçüncü müddəasını təhlil edəcəyik.



  1. Güc BMN-nin kateqoriyası kimi

Sözün geniş mənasında güc məfhumuna başqalarına nəzarət etmək, onlara müəyyən işləri gördürmək, gördükləri istənilən işlərdən onları çəkindirmək qabiliyyəti kimi tərif verilə bilər. Güc beynəlxalq münasibətlər sahəsində müəyyən dövlət tərəfindən başqa dövlətlərin fəaliyyətlərinə nəzarət etmək qabiliyyəti kimi müəyyən oluna bilər. Bir çox hallarda hesab olunur ki, dövlətin var-dövləti, təbii sərvətləri, işçi qüvvəsi, hərbi qüvvələri onun gücünün əsasını təşkil edir. Lakin bunların hamısı dövlətin potensialını təşkil etmir. Bu faktorların real gücə çevrilməsi onlar vasitəsilə bu və ya digər dövlətin başqa dövlətlərin fəaliyyətinə təsir edə bilməsindən asılıdır. Məsələn, 1940-cı ildə Çinin böyük ərazisi, ən böyük əhalisi və böyük ordusu var idi. Lakin o, güclü dövlət deyildi. Siyasi münasibətlər digər münasibətlərlə sıx bağlı olduğuna görə güc tək siyasi faktor kimi çıxış etmir. Lakin dövlətlər digər dövlətlərin fəaliyyətinə təsir, yaxud onlara nəzarət edə biləndə, güc siyasi xarakter daşıyır və buna görə də beynəlxalq siyasətin hadisəsinə çevrilir. Pulun bazar münasibətləri şəraitində oynadığı rolu güc beynəlxalq siyasət sahəsində oynayır. İnsanlar onlara lazım olan məhsulları almaq üçün pul əldə etməyə çalışırlar. Yaxud onlar gələcəkdə müəyyən məqsədlər üçün indidən pul yığırlar. Bununla belə bəzi insanlar pulun yığılmasına məqsəd kimi yanaşırlar. Bu kateqoriya insanlar kimi bəzi dövlətlər gücü vasitə yox, məqsəd hesab edirlər. Gücün elementləri Gücün elementlərini üç qrupa bölmək olar: təbii, sosial və ideoloji. Gücün təbii qrupuna coğrafiya, təbii sərvətlər və əhali daxildir. Onun sosial qrupuna iqtisadi inkişaf səviyyəsi, siyasi struktur və milli 136 mənəviyyat daxildir. Gücün ideoloji qrupu isə idealları, elmin inkişaf səviyyəsini və dövlət başçılarının müdrikliyini əhatə edir. Bəzən gücün elementləri onun determinantları kimi qələmə verilir. Lakin bu səhv fikirdir, çünki gücün elementləri onu müəyyən etmir. Bu elementlər gücün yalnız əldə olunmasına və artmasına xidmət edir. Dövlətin güclü olması bu elementlərin bacarıqla tətbiq edilməsindən asılıdır. Gücün hər bir elementi dövlətin inkişafında müəyyən rol oynayaraq bir-birinə təsir göstərir. Geosiyasətçilərin fikrincə, coğrafiya dövlətin gücünün əsas elementidir. Ən mühüm coğrafi faktorların sırasında ölkənin miqyası, onun iqlimi, topoqrafiyası və yerləşdiyi ərazi durur. Dövlətin miqyası onun gücünə iki yolla təsir edir. Birincisi, dövlət böyük əraziyə və münbit təbii sərvətlərə nəzarət edir. Bu, böyük ərazidə əkinə yararlı torpağın, müxtəlif çeşiddə və miqdarda xammalın və çoxlu sayda əhalinin yaşaması üçün şərait yaradır. İkincisi, böyük ərazi dövlətə hərbi üstünlüyün müxtəlif növünü verməklə onu gücləndirir. Dövlətin ərazisinin böyüklüyü düşmənin hücumundan qorunmaq üçün dövlətə onun işğal olunmayan ərazisinə çəkilməyə şərait yaradır. Məsələn, Rusiyanın ərazisinin böyüklüyü Napoleon və Hitler ordularının darma-dağın edilməsində böyük rol oynamışdır. Digər coğrafi faktorların (iqlim, topoqrafiya və ölkənin yerləşdiyi ərazi) da dövlətin gücünə böyük təsiri vardır. Bu, bir tərəfdən onu təslim olmaqdan qurtarır, digər tərəfdən isə ona qücünü səfərbər etməyə imkan verir. Gücün təbii qrupuna daxil olan digər bir faktor təbii sərvətlərdir. Dövlətin gücünə ən çox təsir göstərən təbii sərvətlərdən nefti, dəmiri, kömürü, aliminiumu göstərmək olar. Lakin bu və ya digər dövlətdə təbii sərvətlərin olması onun güclü dövlət olmasını sübut etmir. Bunun üçün bu dövlət təbii sərvətlərinə nəzarət etməlidir. Tarix boyu güclü dövlətlər zəngin təbii sərvətlərə malik olan lakin sosial-iqtisadi və hərbi-strateji baxımdan zəif olan dövlətlərin təbii sərvətlərini əllərinə alaraq onları özlərindən asılı vəziyyətə salmağa çalışmışlar. Bir çox hallarda onlar buna müvəffəq olmuşlar. 137 Dövlətin gücünün təbii qrupuna daxil olan mühüm faktorlardan biri də əhalidir. Əhalinin rolu ilk növbədə iqtisadi inkişafı və ordunu insan qüvvəsi ilə təmin etməkdədir. Lakin əhalinin çoxluğu özü-özlüyündə dövlətin gücünə hərbi qüvvələrin, yaxud yüksək iqtisadi inkişafın olmasına zəmanət vermir. Bunun üçün dövlətin sənayesi, o cümlədən hərbi sənayesi yüksək inkişaf səviyyəsində olmalıdır. Dövlətin gücünün təbii qrupuna daxil olan faktorlardan fərqli olaraq dövlətin gücünün sosial qrupuna daxil olan faktorlar (iqtisadi inkişaf, siyasi struktur və milli mənəviyyat) insan fəaliyyətinin nəticəsidir. Onlar ictimai həyatın müxtəlif tərəflərini xarakterizə edirlər. Dövlətin iqtisadi inkişafının əsasını onun sənayesinin inkişaf səviyyəsi təşkil edir. Bir qayda olaraq sənayeləşmiş ölkə istehlakdan çox istehsal etməlidir. Əldə olunan istehsal gəliri onun gücünün artmasına yönəlməlidir. İlk növbədə istehsal gəliri ölkənin vətəndaşlarının həyat səviyyəsinin artmasına yönəlməlidir. Həyat səviyyəsi nə qədər yüksək olsa, ölkə vətəndaşları hakimiyyətə münasibətdə bir o qədər loyal olacaqlar. İqtisadi inkişafın əsasını təşkil edən sənayeləşməyə öz növbəsində şəhərlərin inkişafı, təhsilin yayılması, coğrafi və sosial mobillik, elmi-texniki tərəqqi, sekulyarizm kimi faktorlar təsir göstərir. Beynəlxalq münasibətlər sahəsində dövlətin nüfuzunun artmasına xarici siyasət mühüm təsir göstərir, çünki dövlətin beynəlxalq münasibətləri onun xarici siyasəti vasitəsilə həyata keçirilir. Xarici siyasət ölkənin daxilindəki hakimiyyət dəyişmələrindən asılı olmamalıdır. Bununla belə o, çevik olmalıdır. Beynəlxalq situasiyadan asılı olaraq o, dəyişə bilər. Xarici siyasətin səmərəliliyinə dövlətin siyasi strukturu təsir göstərir. Tarixən digər dövlətlərin fəaliyyətlərinə hakimiyyətin, siyasi strukturun istər demokratik, istərsə də avtoritar formaları səmərəli təsir göstərmişdir. Lakin müasir dövrdə digər dövlətlərin fəaliyyətinə təsir göstərmək baxımından demokratik dövlətlərin xarici siyasəti totalitar dövlətlərin xarici siyasətindən daha səmərəlidir. Bu fakt ilk növbədə onunla izah olunur ki, adətən demokratik dövlətin xarici siyasəti müəyyən mübahisə doğuran 138 problemi istər ölkənin daxilində, istərsə də beynəlxalq aləmdə güc vasitəsilə deyil, müzakirə vasitəsilə, qarşı tərəfi inandırmaqla həll etməyə çalışır. Problemlər bağlı qapılar arxasında deyil, açıq müzakirə vasitəsilə həll olunur. Beləliklə, dövlətin siyasi strukturunun xarakteri onun beynəlxalq aləmdə nüfuzunun artmasına xarici siyasət vasitəsilə təsir göstərir. Milli mənəviyyat dövlətin, xalqın maraqlarını şəxsi maraqlardan üstün tutmağı məqsəd kimi vətəndaşların qarşısında qoyur. Milli mənəviyyatın formalaşmasında siyasi ideologiya mühüm rol oynayır. Bununla belə milli mənəviyyatın məzmununu ölkədə olan mövcud siyasi rejim müəyyən edir. Totalitar cəmiyyətlərdə fərdin maraqları tamamilə dövlətin maraqlarına tabedir. Demokratik cəmiyyətdə isə milli mənəviyyatın təbliğ olunması fərdin və onun rifahının mühümlüyünü inkar etmir. Milli mənəviyyat ölkənin vətəndaşlarını birləşdirərək onlarda vətənpərvərlik hissini inkişaf etdirir. Dövlətin gücünün ideoloji qrupuna daxil olan faktorların sırasında ideyaları, insanların intellektual fəaliyyətini, bir də siyasi və hərbi rəhbərliyin idarəetmə keyfiyyətini, səriştəsini göstərmək olar. Dövlət ideyaları təbliğat yolu ilə əhaliyə aşılayaraq onların dəstəyini qazanır. Beynəlxalq aləmdə bu işin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Nəticədə dövlət digər dövlətlərə təsir etməklə yanaşı, beynəlxalq ictimaiyyətdən özünün xarici siyasətinə dəstək alır. İnsanların intellektual fəaliyyətinin nəticəsində əldə olunan biliklər onların müxtəlif sahələrdəki, o cümlədən xarici siyasət sahəsindəki fəaliyyətində tətbiq edilir. Lakin onları məqsədyönlü və səmərəli tətbiq etmək üçün səriştəli kadrların olması çox vacibdir. Dövlətin gücünün elementləri (faktorları) ilə əlaqədar iki sual ortaya çıxır: 1. Yuxarıda sadalanan faktorlardan hansı daha əhəmiyyətlidir; 2. Dövlətin güclü olması necə ölçülür? Birinci sualla əlaqədar qeyd edək ki, yuxarıda sadalanan faktorlardan hər biri dövlətin güclü olmasında müəyyən rol oynayır. Buna görə də onlardan hansının daha əhəmiyyətli olmasını müəyyən etmək düzgün deyil. 139 Gücün müxtəlif faktorlarının nisbi mümkünlüyünün obyektiv ölçülməsi çox mürəkkəb məsələdir. Məsələn, dövlətin təbii sərvətlərinə istinad edərək biz onun güclü olmasını deyə bilərik. Bəs onun milli mənəviyyatının səviyyəsini necə ölçmək olar? Bundan başqa dövlətin gücünün müxtəlif elementləri bir-birilə bağlıdır. Bir elementin əhəmiyyətini ölçmək üçün hökmən onunla bağlı olan digər elementi nəzərdən keçirmək vacibdir. Məsələn, əgər müəyyən dövlətin iqtisadi inkişaf səviyyəsi yüksək deyilsə, onda onun münbit təbii sərvətləri onun güclü dövlət olmasına səbəb olmayacaqdır. Beləliklə, gücün elementlərinin hər biri istər beynəlxalq aləmdə, istərsə də ölkənin daxilində dövlətin nüfuzunun artmasına səbəb olur. Gücdən istifadə edilmə metodları Dörd metod vasitəsilə bu və ya digər dövlət başqa dövlətlərin fəaliyyətinə təsir göstərir: inandırma, şirnikdirmə, cəzalandırma və məcburetmə. Gücə başqa dövlətlərin fəaliyyətinə nəzarət etmək qabiliyyəti kimi tərif versək, yuxarıda sadalanan dörd metodlar ondan istifadə etmək vasitələridir. Gücdən istifadə edilmənin ən asan metodu inandırmadır. Bu metoddan istifadə edən dövlət müəyyən dəlillər vasitəsilə başqa dövləti inandırmağa səy göstərir ki, həmin dövlət siyasətini və/ /və ya fəaliyyətini birinci dövlətin istəyinə uyğun dəyişdirsin. Birinci dövlət mövcud şəraiti başqa dövlətə elə təqdim edir ki, axırıncı nə edəcəyinə dair fikrini dəyişir. Qeyd etmək lazımdır ki, diplomatiya ilk növbədə inandırma metoduna əsaslanır. Diplomatiyanın səmərəli inandırma vasitəsilə başqa dövlətin fəaliyyətinə təsir göstərməklə ölçülür. Şirnikdirmə metodu, adından göründüyü kimi, başqa dövlətlərə müəyyən şirnikdirici vədlər verməklə həyata keçirilir. Vədlər müxtəlif formada ola bilər. Əsasən onlar maddi, iqtisadi və siyasi formada olur. Maddi vədlər əsasən maliyyə yardımının, güzəştli kreditin verilməsi və s. formalarda ola bilər. İqtisadi vədlər sırasında 140 ticarət haqqında müqavilələr, güzəştlər, yaxud texniki yardım ola bilər. Siyasi vədlər qarşı dövlətə siyasi azadlığın verilməsi, yaxud onun mövqeyinin müxtəlif beynəlxalq konfranslarda, iclaslarda dəstəklənməsi formasında ola bilər. Adətən, inandırma və ya şirnikdirmə vasitəsilə dövlətin fəaliyyətinə təsir etmək mümkün olmayanda cəzalandırma metodundan istifadə olunur. Bu metod cəzalanan dövləti müəyyən güzəştlərdən, vədlərdən məhrum etməyi nəzərdə tutur. Əgər cəzalandırma metodundan istifadə edilərsə, o elə bir şəkildə həyata keçirilməlidir ki, cəzalanan tərəf səhvlərini düzəltdikdə ona qarşı yönələn cəza tədbirləri tez bir zamanda geri götürülə bilsinlər. Məcburetmə metodu cəzalandırma metodunun məntiqi davamıdır. Daha konkret desək, cəzalandırma bir növ preventiv metoddur. O, dövləti müəyyən fəaliyyətdən çəkindirmək məqsədini güdür. Lakin cəza tədbirlərinin həyata keçirilməsi artıq məcburetmə metodundan istifadə edilməsi deməkdir. Əlbəttə, hər bir dövlət bu metodların hamısından başqa bir dövlətə qarşı istifadə etməyə qadir deyil. Məsələn, inkişaf etməklə olan ölkələr inkişaf etmiş ölkələrə münasibətdə cəzalandırma və ya məcburetmə metodlarından istifadə edə bilmirlər. Onlar inkişaf etmiş ölkələrin fəaliyyətinə təsir etmək üçün adətən inandırma və ya şirnikdirmə metodlarına əl atırlar. Bundan başqa metodların seçilməsi güc vasitəsilə nail oluna biləcək məqsədlərdən asılıdır. Məsələn, inandırma metodundan istifadə etməklə adətən qarşı dövlətin siyasətində kiçik dəyişikliklərə nail olmaq mümkündür. Lakin təcrübə göstərir ki, inandırma metodu qarşı dövlətin daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb ola bilməz. Bu və ya digər metoddan uğurla, yaxud uğursuz istifadə edilməsi qarşı dövlətin ona edilən təzyiqə müqavimət göstərmək imkanından asılıdır. Gücdən istifadə edilmənin ən son vasitəsi fiziki gücün faktiki olaraq tətbiq edilməsidir. Fiziki gücə müraciət etməklə bir dövlət başqa bir dövlətin fəaliyyətini dəyişməyə nail olur. Fiziki gücdən istifadə edilməsinin ən son forması müharibədir. 141 Beləliklə, inandırma, şirnikdirmə, cəzalandırma və məcburetmə gücdən istifadə edilmə metodları kimi başqa dövlətlərin fəaliyyətinə nəzarət etmək məqsədilə tətbiq edilir. Lakin onların tətbiq edilməsi konkret tarixi şəraitdən asılıdır.


  1. Hans Morgentau diplomatiya haqqında, onun siyasi realizminin 6 prinsipi


Morqentaunun “Millətlər arasında siyasət. Hakimiyyət və sülh uğrunda mübarizə” (“Politics among nations. The Struggle for Power and Peace.”) (1948) kitabı realistlərin çox mühüm əsəri hesab olunur. Bu əsər İkinci Dünya müharibəsindən sonra yazılmışdır. O vaxt ABŞ dünyada iqtisadi və hərbi-strateji sahələrdə öz hegemonluğunu yeridirdi. Bu əsər realizmin prinsiplərini möhkəmlətməklə yanaşı yaranmış şəraitdə ABŞ-ın oynacağı rola intellektual dəstək verirdi. Sözügedən əsər bir tərəfdən, akademiyada realizmin mövqelərinin möhkəmlənməsinə xidmət etməli, digər tərəfdən, müharibədən sonrakı dövrdə ABŞ-ın xarici siyasətini istiqamətləndirməli idi. Karrın ideyasını inkişaf edərək Morqentau beynəlxalq münasibətlərin öyrənilməsinə təbiət elmlərinin pozitivist metodologiyasını tətbiq edirdi və bu yolla beynəlxalq siyasət elmini yaratmaq istəyirdi. Bu yanaşmanın intellektual dəqiqliyi dünya siyasətinin əsasını təşkil edən gerçəkliyi aşkarlayır. Heç də təsadüfi deyildir ki, Morqentaunun ideyalarında qanuna, prinsiplərə, gerçəkliyə və elmə istinad edilir. Məsələn, Morqentaunun nəzəriyyəyə verdiyi tərif təbiət elmlərindən alınmışdır. Morqentauya görə, nəzəriyyə abstrakt prinsiplərə, yaxud gerçəkliklə bağlı olmayan məfhumlarla deyil, bizi əhatə edən hadisələrə qayda və məna gətirməklə özünü göstərməlidir. Nəzəriyyə faktlara uyğun gəlməlidir. Bir sözlə, nəzəriyyə fakta əsaslanan və müstəqil olmalıdır. O, empirik və məntiqi meyara da 77 cavab verməlidir. Morqentauya görə, xarici siyasətin rasional mahiyyəti vardır. Onu nəzəriyyələr aşkar etməlidir. Bu, pozitivizmin metodoloji əsasıdır. Morqentaunun bu mülahizələri 1980-ci illərdə beynəlxalq münasibətlər nəzəriyyəsi fənnində özünü büruzə verən epistemoloji debatlara səbəb oldu. Karr kimi Morqentau da öz konsepsiyasını liberalizmin tənqidi üzərində qurur. Onun beynəlxalq münasibətlərin öyrənilməsinə yönəlmiş nəzəriyyəsinin əsasını siyasi realizmin altı prinsipi təşkil edir: 1. Siyasət obyektiv qanunlarla idarə olunur. Bu qanunların kökü insan təbiətindədir. Vaxt keçdikcə bu qanunlar dəyişmir və bizim nəyi üstün tutmağımızdan asılı deyildir. Biz bu faktları dərk etməliyik. Beynəlxalq münasibətlər nəzəriyyəsi bu qanunlara əsaslanır. Bu qanunların əsasında rasional siyasi davranışı proqnozlaşdırmaq mümkündür; 2. Beynəlxalq siyasətin dərk olunmasının açarı qüvvə, güc kimi tərif verilən maraq məfhumudur. Bu məfhum siyasəti fəaliyyətin müstəqil bir sahəsi kimi görməyə kömək edir, siyasətin predmetinə rasional qayda qoyur və siyasətin nəzəri şəkildə dərk olunmasını mümkün edir. Hakimiyyət kimi təqdim olunan maraq ideyası siyasətçilərin həqiqi davranışlarını açıqlayır. Xarici siyasətin müəyyən edilməsində etik məsələlərə, siyasi fəlsəfəyə və ya fərdi maraqlara yer yoxdur. Hakimiyyət beynəlxalq münasibətlərin öyrənilməsində mərkəzi məsələdir. “Beynəlxalq siyasət də bütün başqa siyasətlər kimi hakimiyyət, qüvvə uğrunda mübarizədir”. Beynəlxalq siyasətin son məqsədi nə olursa olsun, onun bilavasitə məqsədi həmişə hakimiyyətdir, qüvvədir. Morqentauya görə, hakimiyyət, qüvvə – insanın başqalarının fikirlərinə və hərəkətlərinə nəzarət deməkdir; 3. Zamandan, məkandan və kontekstdən asılı olaraq dövlət hakimiyyətinin formaları və mahiyyəti dəyişsə də, maraq məfhumu dəyişməz qalacaqdır. Siyasi, mədəni və strateji mühit hakimiyyətin formalarına mühüm təsir göstərəcəkdir. Milli dövlət tarixin məhsulu 78 kimi gələcəkdə yox olacaqdır. Buna görə də realistlər maraq və milli dövlət arasında olan əlaqəni mütləqləşdirməməlidirlər; 4. Universal etik prinsiplər dövlətin fəaliyyətini müəyyən etmir. Lakin buna baxmayaraq, şübhəsiz, dövlətin fəaliyyətinin etik və mənəvi əhəmiyyəti olmalıdır. Mənəvi prinsiplər fərdlərə təsir edir, lakin dövlətlər mənəvi agent deyil. Buna görə də, dövlətlərin beynəlxalq fəaliyyətini izah etmək cəhdi mənəvi prinsiplərə yönəlməməlidir. Siyasi fəaliyyət bu fəaliyyətdən irəli gələn siyasi nəticələrə uyğun qiymətləndirilir. Mənəvi fəaliyyət ilə siyasi fəaliyyətin tələbləri arasında ziddiyyət vardır; 5. Universal şəkildə razılaşdırılmış mənəvi prinsiplərin məcmusu yoxdur. Vaxtaşırı dövlətlər öz fəaliyyətlərini etik müstəvidə (insan hüquqlarının müdafiəçisi) qələmə verməyə çalışmasına baxmayaraq, onlar beynəlxalq sahədə fəaliyyətlərinə bəraət vermək məqsədilə mənəvi prinsiplərə əl ataraq öz üstünlüklərini göstərmək istəyirlər və milli maraqlarını müdafiə edirlər. Universal mənəvi prinsiplər dövlətin fəaliyyətinin etibarlı istiqamətləndiricisi deyil. Morqentauya görə, dövlətlər universal prinsipləri irəli sürməklə öz milli yaxud mədəni dəyərlərini dünyaya tanıtmaq istəyirlər. Maraq elə bir daimi standartdır ki, onun vasitəsilə siyasi fəaliyyətə qiymət verilir və o, istiqamətləndirilir; 6. Siyasi sahə intellektual cəhətdən digər sahələrdən asılı deyil. Buna görə də beynəlxalq sahə, onun təhlil və dəyərləndirmə meyarları fərqlidir. “Bu siyasət millətin, dövlətin hakimiyyətinə necə təsir edir” kimi əsas suallar beynəlxalq münasibətləri maraqlandırır. Morqentaunun irəli sürdüyü bu altı prinsip mövcud şəraitin intellektual əhval-ruhiyyəsini əks etdirirdi. Bu prinsiplər liberalizmə qarşı yönəlmişdir. Morqentauya görə, beynəlxalq siyasət dövlətlər arasında hakimiyyət uğrunda mübarizədir: milli maraqları güdmək normal, arzuolunan və müəyyən mənada zəruri bir fəaliyyətdir. Morqentaunun siyasi fəlsəfəsinin əsasında belə bir fikir durur ki, siyasi qanunlar insanın təbiətindən yaranır. Dünyada daim xeyir və şər, ölüm və həyat arasında mübarizə gedir. Bu mübarizə tez-tez insana düşmən olan qüvvələrinin qələbəsi ilə nəticələnir. Bu dünya 79 bir-birinə zidd olan və münaqişə edən maraqların dünyasıdır. İnsanın iki xüsusiyyəti münaqişənin və şərin səbəbidir: eqoizm və hakimiyyət arzusu. Eqoizm münaqişəyə səbəb olur, çünki birisi nə istəsə, başqası da həmin şeyi istəyir, yaxud onda həmin şey artıq vardır. Eqoizm tam irrasional deyil. Onun tələbi yerinə yetirilə bilər. Buna görə də Morqentau hesab edir ki, insanın insana qarşı müharibəsi eqoizm kimi izah edilə bilməz. Belə izah hakimiyyət arzusundadır. Eqoizmdən fərqli olaraq bu istəyin həddi-hüdudu yoxdur. Bu, irrasional impulsdur. Hakimiyyət arzusu hər cür siyasətin mahiyyətini təşkil edir. Morqentau hakimiyyəti, güvvəni zorakılıqdan ayırır. Siyasi hakimiyyət, güvvə hərbi, yaxud psevdo-hərbi qüvvəyə çevriləndə, zorakılıq yaranır. Güvvə beynəlxalq münasibətlərdə həm vasitə, həm də məqsəddir. O, vasitədir, çünki milli marağa qulluq edir. O, məqsəddir, çünki əldə qalanda milli maraq da təmin edilmiş olur. Həm daxildə, həm də beynəlxalq sahədə hakimiyyət, qüvvə uğrunda mübarizə gedir. Lakin daxili və beynəlxalq siyasətdə mühit fərqlidir. Onun fikrincə, mədəni oxşarlıq, birlik, texniki birləşmə siyasi təşkilat milli dövləti sabit edir. Buna görə də beynəlxalq nizamdan fərqli olaraq, daxili siyasi nizamı zorla dəyişməyə ehtiyac daha azdır. Daxili siyasətdə sabitliyi, beynəlxalq siyasətdə isə qeyristabilliyi dövlətin özü yaradır. Beynəlxalq sahədə hakimiyyət uğrunda mübarizəyə nəzarət edə biləcək mərkəzləşdirilmiş qüvvə yoxdur. Başqalarına nəzarət, yaxud təsir etmək imkanını ifadə edən hakimiyyət, qüvvə dövlətlərin xarici siyasətini də müəyyən edir. Hər bir siyasi akt hakimiyyəti, qüvvəni saxlamağa, artırmağa, yaxud nümayiş etdirməyə yönəlmişdir. Üç müxtəlif siyasət qeyd olunan aktlara uyğun gəlir: status-kvo hakimiyyəti, imperializm hakimiyyəti və nüfuz hakimiyyəti. Milli maraq Hakimiyyət milli marağın inikası olduğuna görə, dövlət öz milli marağını güdməlidir. Milli maraq xarici siyasət üçün yeganə istiqamətverici amildir. Morqentau milli marağın iki elementi 80 arasında fərq olduğunu qeyd edir: 1. Məntiqi cəhətdən tələb olunan və bu mənada zəruri olan; 2. Dəyişən və şəraitlə müəyyən edilən. Xarici siyasət uzun müddətli məqsədlər (dəyişən element) güdməlidir. İkinci element konkret şəraitlə bağlıdır və submilli, milli və supramilli maraqlarla müəyyən edilir. Qrup maraqları milli səhnədə özünü milli maraqlarla eyniləşdirərək, xarici siyasətin aparılmasına təzyiq göstərə bilər. Milli maraq bilavasitə və ya dolayısı yolu ilə xarici təcavüzlə də zəbt ola bilər. Morqentauya görə, milli marağın bu iki elementi arasında düzgün balans yaradılmalıdır. Morqentaunun milli maraq konsepsiyası “mənəvi ləyaqətdən” azad deyil. Mövcud seçimlərdən ən az pis olanı götürmək lazımdır. Morqentauya görə, siyasi fəaliyyət mənəvi dəyərləri hakimiyyət vasitəsilə həyata keçirtmək cəhdi kimi təqdim edilə bilər. Milli maraq bütün xalqlar üçün azadlıqdan və ya iqtisadi rifahdan daha üstündür. Sülhü qorumaq problemi Əgər bütün xalqlar öz maraqlarını güdürlərsə, onda maraqların toqquşması labüddür. Belə olan halda sülhü necə qorumaq olar? Bu sualın kontekstində Morqentau sülh üçün atılan müxtəlif cəhdləri nəzərdən keçirir. Bu cəhdləri o, üç kateqoriyaya bölür: 1. Məhdudlaşdırma vasitəsilə sülh; 2. Transformasiya (dəyişmə) vasitəsilə sülh; 3. Birgə yaşamaq vasitəsilə sülh. Birinci kateqoriyaya- tərksilah, kollektiv təhlükəsizlik, hüquqi nizamlama, sülh yolu ilə dəyişmə, beynəlxalq hakimiyyət cəhdləri daxildir. İkinci kateqoriyaya – dünya dövləti sxeminin və dünya cəmiyyətinin yaradılmasına yönələn cəhdləri aid etmək olar. Üçüncü cəhd diplomatiyanı özündə ehtiva edir. Morqentauya görə, siyasi problemlərin nizamlanması tərksilah üçün zəruridir. Məhdudlaşdırma və transformasiya vasitəsilə sülhə nail olmaq üçün edilən cəhdləri qəbul etməyən Morqentau diplomatiyaya böyük ümid bəsləyir. Onun fikrincə, diplomatiya sülhü daha artıq möhkəmlədə bilər. Diplomatiya iki mühüm funksiyanı həyata keçirir: bilavasitə və dolayısı . Bilavasitə funksiyanın kömə- 81 yi ilə o, münaqişələri azaldır və yumşaldır. Dolayısı funksiyanın köməyi ilə o, dünya icmasının yaradılmasına şərait yaradır. Morqentauya görə, diplomatiya doqquz qaydaya riayət etməklə öz funksiyalarını düzgün yerinə yetirə bilər: 1. Diplomatiya vuruşmaq ruhundan azad olmalıdır; 2. Xarici siyasətin məqsədlərinə milli maraq kimi tərif verilməlidir və bu məqsədlər hakimiyyət, güvvə ilə müdafiə edilməlidir; 3. Diplomatiya siyasi səhnəyə başqa xalqların nəzər nöqtəsindən də baxmalıdır; 4. Dövlətlər həyati əhəmiyyəti olmayan məsələlər üzrə güzəştə getməyə hazır olmalıdırlar; 5. Dövlətlər süni üstünlüklərə deyil, real üstünlüklərə can atmalıdırlar; 6. Dövlətlər belə bir mövqeyi qəbul etməməlidirlər ki, bu mövqedən itkisiz geriyə çəkilmək, risksiz isə qabağa getmək mümkün deyil; 7. Dövlət zəif mütəffiqinə onun yerinə qərar qəbul etməyə icazə verməməlidir; 8. Hərbi qüvvələr siyasi rəhbərliyə tabe olmalıdırlar; 9. Hökumət ictimai rəyin lideri olmalıdır, qulluqçusu yox. Morqentauya görə, yaxşı diplomatiyadan başqa sülhü daha iki vasitə ilə saxlamaq olar: 1. Qüvvələrin balansı vasitəsilə; 2. Beynəlxalq hüququn, beynəlxalq mənəviyyatın və dünya ictimai rəyinin normativ məhdudlaşdırılması vasitəsilə. Hakimiyyət uğrunda mübarizə qüvvələrin balansını yaradır. Xalqlar qüvvələrin balansı vasitəsilə özlərini müdafiə etməyə çalışırlar. Beynəlxalq mənəviyyat sülhü qorumaq üçün hələ yetişməmişdir, çünki millətçilik beynəlmiləlçilikdən üstün mövqe tutur. Morqentau müasir dünyada dünya ictimai rəyinə inanmır, çünki, onun fikrincə, bütün xalqlar üçün ümumi mənəviyyat olmamalıdır. Beynəlxalq hüquq da özünün müxtəlifliyi ilə müxtəlif xalqlarda sülhü saxlamağa qadir deyil. Beynəlxalq hüququ dünyada yarada bilən qüvvə yoxdur. 82 Morqentaunun nəzəriyyəsinin dəyərləndirilməsi Morqentaunun nəzəriyyəsi bir neçə istiqamətdən tənqid edilmişdir. İlk növbədə onun pozitivist metodologiyası tənqid edilmişdir. Morqentaunun pozitivizmə və empirik elmə yaxınlığı təəcсüblü deyil, çünki onun əsas əsəri çapdan çıxdığı vaxt (1948-ci il) təbiət elmlərində mühüm kəşflər edilirdi. Bu kəşflərin nəticəsində insanın təbiət üzərində hökmranlığı artırdı. Əgər təbiət elmləri təbiətin insana tabe olunmasına nail olurdularsa, bu elmlərin metodologiyasını beynəlxalq münasibətlərin tədqiq olunmasında tətbiq etmək olardımı? Bu metodologiyanı beynəlxalq münasibətlərin mürəkkəbliklərinə tətbiq etmək olarmı? Morqentaunun realizmi insan təbiətinə dair apriori (təcrübədən asılı olmayan.- Red.) fikirlərə əsaslanır (öz marağını güdmə, xeyirin artırılması). Morqentau qeyd edir ki, onun nəzəriyyəsi insan təbiətinin xüsusiyyətlərinin nəzərə alınmasının əsasında qurulmuşdur. Lakin onun insan təbiəti haqqında nəzəriyyəsi apriori olaraq elmi deyil, çünki bu nəzəriyyənin sübut olunan nəzəriyyə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Morqentau öz nəzəriyyəsini empirik faktlar vasitəsilə əsaslandırmır. O, müəyyən ümumiləşdirmələrə müraciət edir. Morqentau öz nəzəriyyəsinə belə bir müqəddimədən başlayır ki, bütün insanlar hakimiyyətə can atırlar. Bu müqəddimədən belə bir nəticə irəli gəlir ki, beynəlxalq münasibətlər hakimiyyət uğrunda hədsiz toqquşmaların səhnəsidir və hal-hazırda sülhün bərqərar olması isə bu qaydadan müəyyən istisnadır. Morqentau tərəfindən marksizmin tənqidi zəifdir. Onun marksistlər tərəfindən irəli sürülmüş imperializm nəzəriyyələrinin tənqidinə yönəlmiş fikirləri sadə və qərəzlidir. Morqentau xarici siyasətin iqtisadi əsaslarına lazımınca fikir vermir və kapitalizmin mahiyyəti və onun beynəlxalq nizama təsiri haqqında kifayət qədər danışmır. Beynəlxalq aktorlardan o, yalnız milli dövlətdən söhbət açır, qeyrihökumət təşkilatları və beynəlxalq bazarlar haqqında isə o heç nə söyləmir. Morqentaunun milli maraq nəzəriyyəsi mənəviyyatsızlığa gö- 83 rə tənqid olunur. O, dövlətin hər bir fəaliyyətini mənəviyyata uyğun hesab edir. Beləliklə, Morqentaunun nəzəriyyəsi beynəlxalq siyasətin hakimiyyətdən başqa digər sahəsini izah edə bilmir.



  1. İdealizmin əsas müddəaları

Birinci mövzuda qeyd etdik ki, Birinci Dünya müharibəsi başa çatdıqdan sonra müharibənin tədqiqi ilə əlaqədar tədqiqatçıların qarşısında duran üç suala (1. Müharibə milyonlarla insana aclıq və ölümdən başqa nə gətirmişdir? 2. Müharibənin qarşısını necə almaq olar? 3. Müharibə səhvin, anlaşılmazlığın, yoxsa bəd fikrin nəticədir?) cavab olaraq beynəlxalq münasibətlər fənninin “birinci məktəbi” idealizm (liberalizm və ya utopizm) bir aparıcı paradiqma, fikir cərəyanı kimi formalaşdı. İdealizm cəmiyyətdə təkamül ideyasına əsaslanır. Bu ideya XVIII əsrdə yaranmışdır. 1795-ci ildə fransız filosofu-maarifçisi Kondorse (1743-1794) “İnsan təfəkkürünün tərəqqisinin tarixi görünüşünün eskizi” adlı traktatında idealizmin əsas müddəalarını əks etdirmişdir. O, dünyada müharibələrin, bərabərsizliyin və istibdadın olmamasını arzulayaraq elmin, təhsilin və əqlin yaradıcı gücündən bəhs edirdi, gələcək beynəlxalq cəmiyyəti zorakılıqdan, mənəviyyatsızlıqdan azad bir sistem kimi təsvir edirdi. İdealizmin intellektual müddəalarına XIX əsr ingilis hüquqşünası və moralisti Bentamın əsərlərində də rast gəlmək olar. Bentamın yaratdığı fəlsəfi sistem əqlin ictimai inkişafda aparıcı roluna arxalanırdı. Birinci Dünya müharibəsindən sonra Vudro Vilsonun (1913- 1921) rəhbərliyi altında idealizm daha da geniş yayıldı. Elə o vaxt- 46 dan idealizmin realizmlə debatı başladı. Tarixi hadisələrin inkişafından asılı olaraq bu paradiqmalardan biri digərinə üstün gəlirdi. “Soyuq müharibənin” başa çatması, kommunist sisteminin dağılması idealizmin nüfuzunu qaldırdı. Bundan ruhlanan tanınmış Amerika politoloqu Frensis Fukuyama “Tarixin sonu və sonuncu insan” (“The End of History and the Last Man”) adlı əsərində belə bir qənaətə gəlir ki, SSRİ-nin süqutu liberal demokratiyanın ciddi rəqibi olmamasını sübut edir. Bu, bəşəriyyətin ideoloji inkişafının sonudur və “hakimiyyətin son formasıdır”. Bundan başqa, “soyuq müharibənin” sonu “ideal dövlətin” və mükəmməlləşdirilə bilməyən siyasi iqtisadın, liberal kapitalizmin xüsusi formasının zəfəridir”. Fukuyamaya görə, Şərq-Qərb qarşıdurmasının başa çatması göstərdi ki, liberal kapitalizm model kimi yıxıla bilməz və o, siyasi və iqtisadi inkişafın ən yüksək zirvəsidir. Fukuyama da əksər liberallar kimi tarixi inkişafı tərəqqi yönümlü götürür. O, əmindir ki, bütün xalqlar liberal demokratiya istiqamətində inkişaf edirlər. Hakimiyyətin, siyasi iqtisadın və siyasi icmanın Qərb formalarının bütün bəşəriyyətin son inkişaf mərhələsi olmasına dair Fukuyamanın mülahizəsi beynəlxalq münasibətlərdəki ortodoks, yəni mövcud fikrin qarşısında üç məsələ qoyur: Birincisi, siyasi və iqtisadi inkişafın liberal-kapitalist demokratiyada özünün son inkişaf mərhələsinə çatmasına dair Fukuyamanın fikri göstərir ki, qeyri-Qərb dünya modernləşmənin Qərb modelini qəbul etmək istəyir. Başqa sözlə modernləşmənin Qərb modeli tədricən bütün dünyada yayılacaqdır; İkincisi, Fukuyamanın yanaşmasından belə bir nəticə çıxır ki, Qərb mənəvi həqiqətlərin qoruyucusudur. Bu həqiqətlərin “tərəqqisi”, “zəfəri” bütün cəmiyyətləri (milli və mədəni əsasından asılı olmayaraq) onları gözləməyə, onlara riayət etməyə məcbur edəcəkdir; Üçüncüsü, Fukuyama inanır ki, tarixin tərəqqisi qlobal münaqişələrin ləğvi və müəyyən cəmiyyətlərdə mövcud olan qanunçuluğun prinsiplərinin beynəlxalq aləmdə yayılması ilə ölçülə bilər. Bu, beynəlxalq münasibətlərə “daxili-xarici” (“inside-out”) yanaşmanın əsasını təşkil edir. Burada dövlətlərin xarici davranışı onların daxili 47 siyasi və iqtisadi durumları ilə izah olunur. Liberal mövqedən çıxış edən Maykl Doyle qeyd edir: “Liberal demokratiyalar bir-birilə münasibətdə gücün tətbiq edilməsindən çəkinmək istəyirlər”. Bu fikir realistlərin fikirlərini inkar edir. Realistlərə görə, beynəlxalq sistemin anarxiya mahiyyəti göstərir ki, dövlətlər hakimiyyət və təhlükəsizlik uğrunda mübarizəyə qalxırlar. Növbəti paraqrafda biz Fukuyamanın bu üçüncü müddəasını təhlil edəcəyik.


  1. İqtisadi liberalizmin əsasları

XVIII-XIX əsrlərdə liberallar müharibə ilə kommersiyanı birbirinə qarşı qoyurdular. Müharibələrin əksəriyyəti dövlətlərin merkantilist məqsədlərinə nail olmaq üçün aparılırdı. Lakin sərbəst ticarət var-dövlətə nail olmaq üçün daha səmərəli və dinc vasitə idi, çünki Rikardonun nisbi üstünlük nəzəriyyəsinə görə, hər bir iqtisadiyyat millətçilik və avtarkiyadan əl çəksə, onun maddi vəziyyəti yaxşılaşa bilər. Həmçinin sərbəst ticarət dövlətlərarası ayrılığı aradan götürərək fərdləri bir icmada birləşdirəcəkdir. Ticarətə qoyulan süni maneələr fərdlər arasında münasibətləri və baxışları pisləşdirərək beynəlxalq münaqişəyə səbəb olur. Sərbəst ticarət isə xalqlar arasında əlaqələri genişləndirərək dostluğa və qarşılıqlı anlaşmaya şərait yaradır. Kantın fikrincə, xalqlar arasında ticarət onları birləşdirir, sülhsevər xalqın gücünü və sərvətini artırır, müxtəlif xalqlara sülhün vacibliyini anladır. Rikardo da inanırdı ki, sərbəst ticarət xalqların universal cəmiyyətini yaradır. Adam Smit və Tom Peynin fikrincə, əmtəənin, kapitalın və əməyin sərbəst hərəkəti münaqişələrin qarşısını ala bilər. Con Stüart Mill də bu cür fikirlərlə razılaşırdı. Ticarət xalqlar arasında qarlılıqlı asılılıq əlaqələri yaradır. Bu isə xalqlar arasında anlaşmaya səbəb olaraq münaqişənin qarşısını alır. Liberallara görə, sərbəst ticarət milli dövlətlərin milli ambisiyalarının qarşısını alaraq kosmopolitizmin yayılmasına şərait yaradır. O, xalqları bir-birindən elə asılı edir ki, onlar müharibələr və hərbi büdcələr haqqında heç düşünmür. İmperializm və avtarkiya mürtəce qüvvələrin işidir və müharibələrin bilavasitə səbəbidir. Sərbəst ticarətin xeyri başqa ölkənin ərazisini zəbt etməkdən daha üstündür. Sərbəst ticarət və kommersiya üçün maneələrin aradan götürülməsi müasir qarşılıqlı asılılıq nəzəriyyəsinin əsasını təşkil edir. Regional iqtisadi inteqrasiyanın Avropada yaranması belə bir liberal 57 fikrə əsaslanırdı ki, dövlətlərarası münaqişə ehtimalı region ölkələri arasında ticarət və iqtisadi əməkdaşlıq sahəsində ümumi marağın yaranması ilə azaldılacaqdır. Bu, aralarındakı problemləri tarixən hərbi yolla həll edən Almaniya və Fransanı iqtisadi və siyasi bir təşkilatda əməkdaşlıq etməyə sövq edəcəkdir. Nəticədə Almaniya və Fransa bir-birinin iqtisadi inkişafında maraqlı olacaqdır. Avropa Birliyi liberalların bu fikrinin gözəl nümunəsidir. Beynəlxalq təşkilatlara üzv olmaqla dövlətlər maraqlarını genişləndirir və əməkdaşlıq edirlər. Bu təşkilatların qanunlarına, qaydalarına tabe olaraq dövlətlər öz milli maraqlarını və suverenliklərini arxa plana çəkir. Riçard Rozenkrans “Ticarət edən dövlətin inkişafı” (“The rise of the trading state”) adlı əsərində qeyd edir ki, qarşılıqlı iqtisadi asılılığın artması ərazinin işğalının dəyərini və əhəmiyyətini azaldır. Müasir dünyada ticarətin və əməkdaşlığın xeyri hərbi rəqabətin və əraziyə nəzarətin xeyrindən olduqca çoxdur. Son illər aydın oldu ki, beynəlxalq sistemdə “hərbi dövlət” ticarət edən dövlətlə rəqabət apara bilmir. Bunu, məsələn, Azərbaycan və Ermənistan arasındakı münasibətlərin timsalında görmək olar. Rozenkrans hesab edir ki, 1970-ci illərdə dövlət elitası anlamağa başladı ki, dövlətin zənginliyi onun dünya bazarında əlavə dəyər məhsulu və xidmətlərindəki payı ilə müəyyən edilir. Bu həqiqətin iki mühüm nəticəsi oldu. Birincisi, müstəqil, iqtisadi cəhətdən bir-birindən asılı olmayan dövlətlərin dövrü başa çatdı. Qarşılıqlı iqtisadi asılılığın mürəkkəb tərkib hissələri göstərir ki, hər hansı bir dövlət beynəlxalq təşkilatın digər üzvləri tərəfindən sanksiyalara məruz qalmamaq üçün təcavüzkar siyasət aparmağa heç cəhd belə etmir. Dövlətin öz ticarət partnyorunu təhdid etməsinin mənası yoxdur. İkincisi, nüvə əsrində ərazinin zəbt olunması həm təhlükəli, həm də baha başa gələn işdir. Ticarət və xarici investisiya vasitəsilə iqtisadi inkişaf isə daha cəlbedici və əlverişli strategiyadır. Neorealistlər liberalların qarşılıqlı iqtisadi asılılığın beynəlxalq münasibətlərin sakitləşməsinə dair təlimlərinə iki təkzib irəli sürmüşlər. Birincisi, onlar hesab edirlər ki, iqtisadi asılılıq heç vaxt strateji təhlükəsizlikdən üstün ola bilməz, çünki dövlətlər ilk növbə- 58 də ərazilərinin bütövlüyü haqqında düşünməlidirlər. İkincisi, iqtisadi asılılıq ideyası bərabərliyi yanlış olaraq bütün dövlətlərə şamil edir. O, hər bir dövlətin iqtisadi qüvvələrdən eyni dərəcədə asılı olmasını göstərir. Qarşılıqlı asılılıq beynəlxalq münasibətlərdə hegemonluğu və asılılığı ləğv etmir, çünki qüvvə, hakimiyyət dünyanın ticarət və maliyyə bazarlarında olduqca qeyri-bərabər paylaşdırılmışdır. ABŞ kimi qüdrətli dövlətlər qarşılıqlı asılılıq münasibətlərinin qaydalarını müəyyən edirlər. Buna görə də münaqişə və əməkdaşlıq çətin ki, ləğv olunsun. Düzdür, onlar bir qədər sakit formalarda həyata keçirilə bilər. Liberallar həmişə inanırlar ki, daxili siyasi nizamın legitimliyi, qanunun aliliyi və dövlətin öz vətəndaşlarının haqlarına hörmət bəsləməsi və bu haqları bütün xalqlara şamil etməsi beynəlxalq aləmdə əmin-amanlıq yaradır, çünki öz vətəndaşlarına etik cəhətdən yaxşı yanaşan və onlara siyasi proseslərdə iştirak etmək imkanı verən ölkə çətin ki, özünü beynəlxalq aləmdə təcavüzkar aparacaqdır. Liberallar bütün dövlətlər tərəfindən riayət olunacaq ümumi mənəvi və etik dəyərlər sistemini yaratmaq istəyirdilər. Lakin bu bir qədər çətin məsələ oldu. Belə ki, onların demokratiya və insan haqlarına dair fikirləri mədəni cəhətdən spesifik etnosentrik idi. Buna görə də bu dəyərlər qeyri-Qərb xalqları üçün münasib deyildir. Bir sıra müasir qeyri-Qərb dövlətləri, xüsusilə Şərqi Asiya dövlətləri Qərb dövlətlərinin irəli sürdükləri dəyərlərin onların mədəniyyətlərinə zidd olmasını iddia edirlər (Li Kuan Yev, Məhəmməd Mahatir). Liberalların bir qrupu (qeyri-intervensionistlər) Qərbin dəyərlərini qəbul etmək istəməyən dövlətlərin suverenliklərini müdafiə edir. Liberalların başqa bir qrupu isə bu dəyərlərin idxalına müqavimət göstərən dövlətlərin daxili işlərinə müdaxiləni dəstəkləyir. Beləliklə, liberalizmin iqtisadi nəzəriyyəsi onun əsasını təşkil edir. Bu nəzəriyyənin əsas müddəaları, xüsusilə nisbi üstünlük və qarşılıqlı asılılıq nəzəriyyələri liberalizmin beynəlxalq münasibətlər nəzəriyyələri arasında yerini müəyyən edir. İndi isə liberalizmin iqtisadi nəzəriyyəsinə qarşı sürülən ideyalarla tanış olaq


  1. Kennet Volts neorealizmin banisi kimi

Neorealizm 1970-ci illərdə qismən qarşılıqlı asılılıq nəzəriyyəsinə cavab olaraq, qismən də ənənəvi realizmin iqtisadi faktorlara fikir vermədiklərinə düzəliş vermək məqsədilə meydana gəldi. Görkəmli neorealistlər Robert Qilpin və Stefan Krasner yeni tarixi şəraitdə beynəlxalq iqtisadi aktorların dövlətin roluna davamlı surətdə təhdid etmələri səbəbindən sosial-iqtisadi inkişafda dövlətin rolunun vacibliyini göstərdilər. Onlar “rejimlər” və “hegemon stabillik” nəzəriyyəsini irəli sürərək yeni qlobal dünya iqtisadiyyatında milli dövlətin vacibliyini göstərirdilər. Neorealizmin əsas nümayəndələrindən biri olan Kennet Volts antropologiya və iqtisadiyyatı beynəlxalq siyasətin öyrənilməsinə cəlb etmək istəyirdi. Voltsun neorealizmi və ya struktur realizmi həm ənənəvi realizmin tənqidi, həm də nəzəri ənənənin əhəmiyyətli dərəcədə intellektual genişlənməsi idi. Volts özündən əvvəl gələn realistlərin nəzəriyyəsinə nisbətən daha mürəkkəb nəzəriyyə təqdim edir. Volts XVII- XVIII əsrlərdə fəaliyyət göstərən fiziokratların siyasi iqtisadi konsepsiyalarına istinad edir. Fiziokratlar iqtisadiyyatı cəmiyyətdən və dövlət quruluşundan ayrılıqda götürürdülər. Buna görə də onlar iqtisadi inkişafın dərk olunmasında müəyyən nailiyyətlər əldə edirdilər. Voltsa görə, fiziokratların bu səyi (yəni iqtisadiyyatı digər sahələrdən ayırmaq) nəzəriyyənin inkişafına xidmət edir. Nəzəriyyə faktları, prosesləri və münasibətləri seçir və ayrı bir sahə təşkil edir ki, bu sahənin mahiyyəti və əhəmiyyəti dərk olunur. Tədqiq etmək məqsədilə bir sahəni başqasından ayırmaq süni bir işdir. Lakin bu, intellektual zəiflik deyil, gücdür. Bu mürəkkəb işləri və münasibətləri sadələşdirməyə imkan verir. Volts eyni yanaşmanı beynəlxalq münasibətlərin öyrənilməsinə tətbiq edir. Əgər dövlət sistemi hakim ideologiya, din, istehsal üsulu və sosial təşkilat kimi 85 daxili məsələlərdən ayrılıqda götürülürsə, bu beynəlxalq münasibətlərin mahiyyətini öyrənməyə səbəb olur. Beynəlxalq siyasətin müəyyən və müstəqil struktura malik olan bir sistem kimi dərk oluna bilməsi ideyası həm beynəlxalq nəzəriyyə üçün başlanğıc, həm də ənənəvi realizmdən Voltsın uzaqlaşması kimi qəbul oluna bilər.


  1. Köhnə və yeni diplomatiya

Diplomatiya tarixinin öyrənilməsi göstərir ki, hər bir dövlət eyni diplomatik vasitələrdən istifadə etməmişdir və istifadə etdiyi hər bir vasitəyə eyni əhəmiyyət verməmişdir. Bəzi dövlətlər diplomatiyaya daha çox əhəmiyyət vermiş, bəziləri isə onun əhəmiyyətini kifayət qədər qiymətləndirməmişlər. Diplomatiyanın tarixinə nəzər saldıqda dövlətlərin müxtəlif diplomatiyalarının olmasını görmək olar. Ədəbiyyatda köhnə və yeni diplomatiya arasında fərq aparılır və köhnə diplomatiyaya bəzən diplomatiyanın fransız metodu da 163 deyilir. Nikolsona görə, tarix boyu diplomatik təcrübənin inkişafına üç diplomatik metod təsir göstərmişdir: yunan, italyan və fransız metodları. Fransız metodu köhnə diplomatiya kimi tanınır. Bu metod Rişelyenin adı ilə bağlıdır. XVII əsrdən XX əsrin əvvəllərinədək bütün Avropa dövlətləri fransız metodunu qəbul etmişlər. Diplomatiyanın fransız metodunun, yəni köhnə diplomatiyanın beş əlaməti vardır. Köhnə diplomatiyanın birinci əlamətinə əsasən, Avropa ən mühüm qitədir. Asiya, Afrika, Latın Amerikası isə Avropa dövlətlərinin kommersiya, imperialist ekspansiyasının zonaları kimi qələmə verilir. Diplomatiya yalnız Avropa dövlətləri arasında tətbiq edilir. Digər qitələrlə münasibətdə diplomatiyanın yerinə güc tətbiq edilir. Başqa sözlə desək, köhnə diplomatiyanın birinci əlamətinə əsasən, yalnız Avropa dövlətləri öz aralarında yaranan problemləri danışıqlar vasitəsilə həll edə bilərlər. Köhnə diplomatiya özünün bu əlamətinə görə məhdud idi və yalnız bir neçə ölkə onun iştirakçısı idi (ABŞ 1897-ci ilədək təcrid olunmuş vəziyyətdə idi); Köhnə diplomatiyanın ikinci əlaməti onun birinci əlamətinin məntiqi davamı idi. Onun ikinci əlamətinə əsasən, kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə roluna əhəmiyyət verilmirdi. Kiçik dövlətlər yalnız böyük dövlətlərə müharibə vaxtı və ya müharibə ərəfəsində hərbi resurslarını, döyüş aparmaq üçün ərazilərini, təbii sərvətlərini təklif etdikdə, onların əhəmiyyəti artırdı. Kiçik dövlətlərin hərbi cəhətdən zəif olmaları onları diplomatik cəhətdən də zəif edirdi. Buna görə də onlar dünya siyasətində müstəqil siyasət aparmağa qadir deyildilər. Böyük dövlətlər, adətən, onların maraqlarını nəzərə almırdılar; Köhnə diplomatiyanın üçüncü əlamətinə əsasən böyük dövlətlər kiçik dövlətlərin dövlətlərarası münasibətlərdə özlərini aparmaqlarına və ümumilikdə sülhün qorunmasına görə məsuliyyət daşıyırdılar. Balkan müharibələri vaxtı Avropanın böyük dövlətləri birlikdə kiçik dövlətlər arasındakı münaqişəyə müdaxilə etmişdilər. Bu müdaxilə 1913-cü ildə Londonda çağrılmış böyük dövlətlərin səfirlərinin konfransı formasında baş vermişdir. Bu konfrans köhnə dip- 164 lomatiyanın tətbiq edilməsinin son və ən uğurlu bir təcrübəsi idi. Konfransın əhəmiyyəti ondan ibarət idi ki, o, beynəlxalq münasibətlər sahəsində kiçik bir böhranın böyük bir böhrana keçməsinin qarşısını aldı. Köhnə diplomatiyanın dördüncü əlaməti hər bir Avropa ölkəsində peşəkar diplomatik xidmətin təsis edilməsindən ibarət idi. Diplomatik xidmətdə çalışanların demək olar ki, hamısı eyni biliyə və təcrübəyə malik idilər. Onlar səylərini müharibənin qarşısının alınmasına yönəltmişdilər. Diplomatlar təmsil etdikləri dövlətlərdən bir qədər müstəqil şəkildə fəaliyyət göstərərək müharibənin qarşısını almaq üçün birlikdə əllərindən gələni edirdilər. Məsələn, 1913-cü ildə Fransanın, Rusiyanın, Almaniyanın, İtaliyanın və Avstriyanın səfirləri tərəfindən Balkan böhranının qarşısının alınması onunla izah olunurdu ki, bu səfirlər bir-birinə inanırdılar (baxmayaraq ki, onların təmsil etdikləri dövlətlərin aralarında konkret mübahisəli məsələlər var idi) və onların hər biri müharibənin əleyhinə çıxış edirdi; Köhnə diplomatiyanın beşinci əlaməti belə bir qaydada özünü birüzə verirdi: danışıqlar gizli aparılmalıdır. Diplomatiyanın gizli xarakteri xalqın danışıqların məzmunundan xəbərdar olmamasını və onun danışıqlara hər hansı bir formada təsir etməsinin qarşısının alınmasını nəzərdə tuturdu. Diplomatiyanın gizli xarakteri belə bir arqumentə əsaslanırdı: danışıqlar zamanı qarşı tərəflər bir-birinə müəyyən güzəştlər edirlər. Lakin, adətən, xalq qarşılıqlı güzəştləri birtərəfli güzəştlər kimi, yəni qarşı tərəfə münasibətdə edilən güzəştlər kimi qəbul edir. Nəticədə dövlətin daxilində narazılıq artıq və danışıqlar pozulur. Gizli diplomatiyanın əsas üstünlüyü onda idi ki, danışıqlar ardıcıl bir proses formasında həyata keçirilirdi. Köhnə diplomatiyanın gizli xarakteri tərəflərə fikirləşmək üçün kifayət qədər vaxt verirdi. Danışıqlar zamanı tərəflər razılığa gələ bilmədikdə onlar müəyyən vaxtdan sonra danışıqları davam etdirə bilərdilər, çünki danışıqların məzmunu əhaliyə bəlli olmurdu və əhali diplomatlara bu və ya digər qərarın qəbul edilməsində təzyiq edə bilmirdi. Yeni diplomatiya köhnə diplomatiyanın genişləndirilmiş formasıdır. Genişlənmə diplomatiyanın tətbiqi sahəsi ilə bərabər onun məqsəd və metodlarında da özünü göstərir. Diplomatiyanın genişlənməsinə səbəb olan faktorlardan biri kommunikasiyanın sürətinin artmasıdır. Köhnə diplomatiya dövründə müəyyən bir məlumatın lazımi ünvana çatdırılmasına bir neçə ay tələb olunurdu. Səfirlər təmsil etdikləri dövlətlərlə kommunikasiya əlaqələrinin zəif olduğuna görə fəaliyyət göstərdikləri dövlətlərdə müəyyən məsələyə dair özləri qərar verirdilər. Hökumətdən bu və ya digər məsələ ilə bağlı göstərişin gəlib çatdığı vaxt artıq bu göstəriş köhnəlirdi və onun əhəmiyyəti azalırdı. Qeyd etmək lazımdır ki, səfirlər bu vəziyyətdən razı idilər, çünki onlar diplomatik vəzifələrini icra edərkən özlərini bir tərəfdən məsul, digər tərəfdən isə müstəqil hiss edirdilər. Onlar ölkələrinin adından müstəqil formada qərar qəbul etdiklərinə belə bəraət qazandırırdılar ki, təmsil etdikləri dövlətlərdən göstərişlər onlara vaxtında gəlib çatmır. Lakin o vaxt bir çox diplomatlar müstəqil formada fəaliyyət göstərməkdən çəkinirdilər. Onlar öz hökumətlərindən bu və ya digər münaqişəli məsələyə dair göstəriş almadan qərar qəbul etmirdilər. Bu diplomatlar öz vaxtlarını, əsasən, ölkələrinə məruzələrin yazılmasına sərf edirdilər. Lakin onların məruzələrinin praktiki əhəmiyyəti əksər hallarda çox az olurdu, çünki bu məruzələr diplomatların ölkələrinə çatdığı vaxt vəziyyət dəyişmiş olurdu. Elm sahəsində edilən kəşflər, kommunikasiya texnologiyasının təkmilləşdirilməsi diplomatiyanın inkişafına əhəmiyyətli təsir göstərərək diplomatik fəaliyyətin xarakterini dəyişdi. Kütləvi informasiya vasitələrinin inkişafı və bununla əlaqədar diplomatik xidmətdə istifadə edilən kommunikasiya vasitələrinin təkmilləşdirilməsi diplomatiyanın təcrübəsinə inqilabi təsir göstərmişdir. Məsələn, əgər 200 il öncə 2000 kilometrlik məsafəni gət etmək üçün diplomata 2-3 ay tələb olurdusa, indi bunun üçün cəmi 1-2 saat tələb olunur. Bu dəyişikliklərin nəticəsində diplomatların məruzələri təmsil etdikləri ölkələrə tez çatdırılırdı. Onlar ölkələrindən göstərişləri tez əldə edirdilər. Ümumiyyətlə, diplomatlar dünyada baş 166 verən hadisələrdən tez xəbərdar olurdular. Bununla belə, qeyd etmək lazımdır ki, müasir texnologiyanın inkişafı və bunun nəticəsində kütləvi informasiya vasitələrinin təkmilləşdirilməsi diplomatın roluna və onun funksiyalarını həyata keçirdiyi metoda dair ortaya mühüm suallar qoydu. Kommunikasiya vasitələrinin təkmilləşdirilməsi diplomatların hadisələrə və qərarlara təsir etmək imkanını azaltdı. Xarici siyasət və diplomatiya arasındakı müxtəliflik aradan götürüldü, çünki yeni kommunikasiya vasitələrinin köməyi ilə diplomatlar öz hökumətləri ilə daimi əlaqə yarada bilmişlər. Bunun nəticəsində onlar fəaliyyətləri ilə bağlı olan qərarları özləri bildikləri kimi deyil, hökumətlərindən aldıqları göstərişlərin əsasında verirlər. Xarici siyasətlə diplomatiya arasındakı müxtəlifliyin aradan götürülməsinə dövlətlərin alyansının yaradılması və bu alyansa çoxlu sayda dövlətin qəbul olunması da səbəb olmuşdur. Belə ki, alyansa qəbul olan dövlətlər bir-birilə xarici siyasətlərinin istiqamətlərini uzlaşdırırlar. Bu isə diplomatik fəaliyyətlə həyata keçirilir. Pirson belə diplomatiyanı “koalisiya diplomatiyası” adlandırır. Onun fikrincə, koalisiya diplomatiyası alyansa daxil olan dövlətlərin birgə fəaliyyəti üçün ümumi siyasətin işlənib hazırlanması ilə bağlıdır. Kommunikasiya vasitələrinin təkmilləşdirilməsi köhnə diplomatiyadan yeni diplomatiyaya keçilməsinə səbəb olmuşdur. Bu keçid öz əksini köhnə diplomatiyanın bir neçə əlamətinin yox olmasında tapmışdır. Məsələn, biz artıq deyə bilmərik ki, diplomatiya yalnız Avropa dövlətləri arasında tətbiq edilir və yaxud diplomatik fəaliyyətlə yalnız peşəkər diplomatlar məşğul olurlar. Müasir diplomatiya bütün dünyada tətbiq edilir və diplomatik fəaliyyətlə peşəkər diplomatlarla bərabər digər qrup insanlar da məşğul olurlar (xalq diplomatiyası). Lakin bu o demək deyil ki, diplomatiyanın xarakterində kommunikasiya vasitələrinin təkmilləşdirilməsindən irəli gələn dəyişikliklər peşəkər diplomatların hadisələrin gedişatına təsirini azaltmışdır. Diplomat işlədiyi xarici ölkə haqqında məlumatın əsas mənbəyi və oradakı siyasi hadisələrin icmalçısı olaraq qalır. Məhz xarici ölkədə yaşayan və işləyən səfirin bu ölkənin siyasi vəziyyəti haqqında tam təsəvvürü ola bilər. Buna görə də səfirin göndərdikləri 167 hesabatlara onun dövləti lazımi fikir verməli və hesabatlardakı tövsiyələri öz xarici siyasətində nəzərə almalıdır. Köhnə və yeni diplomatiya arasındakı fərq özünü daha aydın şəkildə siyasi cəmiyyətin transformasiyasının kontekstində göstərir. Bu fikir Birinci Dünya müharibəsindən sonra formalaşmağa başladı, çünki məhz bu vaxt liberal diplomatiyanın əsas prinsiplərini xarici siyasətin aparılmasına tətbiq etmək mümkün oldu. Prezident Vudro Vilson o vaxtədək tətbiq edilən diplomatik təcrübəni kəskin şəkildə tənqid etdi. Vilsonun fikrincə, gələcəkdə dövlətlərarası sülhün əldə olunmasına dair razılaşmalar olacaqdır, diplomatiya qanunlara uyğun və səmimi formada həyata keçiriləcəkdir. “Dövlətlərarası sülhün əldə olunmasına dair razılaşmalar” məfhumu diplomatiyanı islahatlat yolu ilə dəyişmək istəyənlərin şüarına çevrildi. O vaxtdan etibarən belə bir təsəvvür formalaşmağa başladı ki, demokratik xarici siyasət və diplomatik danışıqlar ictimaiyyətin istəklərinə uyğun gəlməlidir. Hesab olunurdu ki, xalqın onu təmsil edən hökumətin üzərinə götürdükləri beynəlxalq öhdəliklər haqqında məlumatı olmalıdır, çünki bu öhdəliklərin həyata keçirilməsi üçün məhz xalq öz canını və varını qurban verməli olacaqdır. Demokratik prinsiplərə əsaslanan yeni diplomatiyaya əsasən, hökumət özünün xarici siyasət fəaliyyəti haqqında xalqına məlumat verməlidir. Köhnə diplomatiya ictimaiyyətdən gizli həyata keçirilidi. Bunun yeganə səbəbi onunla bağli idi ki, köhnə diplomatiyanın həyata keçirilməsi üçün ictimaiyyətin dəstəyinə ehtiyac yox idi. Müasir dövrdə köhnə diplomatiya münasibdirmi? Köhnə diplomatiya öz əhəmiyyətini tamamilə itirməmişdir, çünki keçmişə dair bizdə olan məlumatın böyük bir qismi diplomatik sənədlərdən əldə olunur. Beynəlxalq münasibətlərin öyrənilməsinin mühüm sahələrindən biri diplomatiya tarixidir. Hətta bu gün diplomatiya aşağıdakı səbəblərə qörə mühüm əhəmiyyət kəsb edir: 1. Dövlət rəsmiləri diplomatiyaya yüksək qiymət verirlər, çünki o, beynəlxalq münasibətlər sahəsində ölkənin xarici siyasət mənafelərinin qorunması üçün ən ucuz başa gələn vasitədir. Məsə- lən, beynəlxalq konfransın keçirilməsi hətta kiçik bir hərbi toqquşma ilə müqayisədə çox ucuz başa gəlir; 2. Diplomatiyanın əhəmiyyətli olub-olmamasını müəyyən etmək asan deyil. Əsasən diplomatlar danışıqlardan sonra verdikləri bəyanatlarda belə ifadələr işlədirlər: “faydalı fikir mübadiləsi”, “ortaq məqsədlərə dair ümumi baxış” və s.. Bir sözlə, diplomatiya beynəlxalq siyasətin aparılmasında siyasətçilərə böyük fayda verir. Diplomatiyaya müraciət etmək istəməyən, və yaxud ondan istifadə etməyi bacarmayan dövlət öz milli maraqlarını ya qurban verir, ya da ki, onları müharibə vasitəsilə müdafiə edir. Tarix göstərir ki, dövlətlər üç mühüm seçim qarşısında dururlar: diplomatiya, müharibə və milli maraqlardan imtina etmə.


  1. Kollektiv təhlükəsizlik prinsipi

Qüvvələrin balansı dövlətlərdən hərbi güclərini daim artırmağı tələb edərək onları çətin bir dilemma qarşısında qoyur. Ədəbiyyatda bu dilemmaya qüvvələrin çoxluğu dilemması deyilir. Bir tərəfdən qüvvələrin balansı hərbi sahədə tarazlığı saxlamaq üçün dövlətləri hərbi potensiallarını artırmağa vadar edir, digər tərəfdən isə hərbi potensialın artması müəyyən mənada təhlükə yaradır, çünki daim artan və təkmilləşən hərbi sursat gələcəkdə başqa dövlətə qarşı təcavüz məqsədilə istifadə edilə bilər. Kollektiv təhlükəsizlik prinsipi (nəzəriyyəsi) qüvvələrin balansı nəzəriyyəsinin qarşılaşdığı dilemmanın həlli yolunu təklif edir. Daha konkret desək, o, daim artan və təkmilləşən hərbi sursatın təcavüz məqsədilə deyil, qorxutma məqsədilə istifadə edilməsi ideyasını irəli sürür. Kollektiv təhlükəsizlik nəzəriyyəsinə əsasən, daim artan və təkmilləşən hərbi sursat sülhün saxlanılmasında maraqlı olan dövlətlər tərəfindən təcavüzkar dövlətin müharibəyə başlamasının qarşısını almağa yönəldilir. Bu mühüm iş beynəlxalq təşkilat vasitəsilə təşkil olunur və həyata keçirilir. Beynəlxalq təşkilat nə qədər nüfuzlu olsa, bir o qədər də kollektiv təhlükəsizlik səmərəli olacaqdır. Kollektiv təhlükəsizlik BMT-nin fəaliyyətinin əsasını təşkil edir. Sülhün qorunmasında və təcavüzün qarşısının alınmasında bir əhəmiyyətli vasitə olan kollektiv təhlükəsizlik prinsipi beynəlxalq münasibətlərdə mühüm tədqiqat obyektidir. “Kollektiv” məfhumu istifadə edilən vasitənin mahiyyətini, “təhlükəsizlik” məfhumu isə onun məqsədini açıqlayır. Vasitə kollektiv olduğuna görə, məqsəd də mahiyyət baxımından kollektiv olur. Kollektiv təhlükəsizlik prinsipinə əsasən, təşkilatın üzvü olan hər hansı bir dövlətə qarşı təca- 147 vüz təşkilatın digər üzvlərinə qarşı kimi qarşılanır. Əlbətdə, kollektiv təhlükəsizlik sülhün qorunması üçün yeganə vasitə deyil. Digər vasitələrin sırasında sılahsızlaşdırmanı, dövlətlərarası mübahisəli məsələlərin dinc yolla həll edilməsini göstərmək olar. Kollektiv təhlükəsizlik nəzəriyyəsinə əsasən, müharibənin qarşısını güc vasitəsilə almaq mümkündür. Kollektiv təhlükəsizlik müharibənin səbəbi olan zorakılığı ləğv etmir, onu nəzarət altında saxlayır. İlk dəfə olaraq kollektiv təhlükəsizlik ideyası Millətlər Liqasında qəbul olundu. Qeyd olunduğu kimi, BMT də bu ideyanı qəbul etdi. Beynəlxalq təşkilata üzv olmaq kollektiv təhlükəsizliyin mahiyyətinə dair belə bir fikri təsdiqləyir: sülhsevər dövlətlər təcavüzkar dövlətə qarşı birgə hədə-qorxu gəlməklə müharibənin qarşısını almağa müvəffəq olurlar. Bu fikir təhlükəsizliyin izolyasionist siyasətinə qarşı yönəlmişdir. Təhlükəsizliyin izolyasionist siyasəti bu və ya digər dövlətin müdafiəsi məqsədilə digər dövlətlərin bu işə qarışmasını nəzərdə tutmur. Bu siyasətə alternativ kimi kollaborationist siyasəti (“collaboration”- ingilis dilindən əməkdaşlıq deməkdir.- Red.) göstərmək olar. Kollaborationist siyasət dövlətlərin bir-birilə əməkdaşlığını nəzərdə tutur. Millətlər Liqasının təsis olunmasından əvvəl böyük dövlətlərin əksəriyyətinin kollaborationist siyasəti qarşılıqlı yardım kimi tanınan dövlətlərarası koalisiyaların, yəni alyansların müqavilələrinə əsaslanırdı. Qeyd edək ki, alyanslar Millətlər Liqasının, hətta BMT-nin təsis olunmasından sonra alyanslara daxil olan dövlətlərin milli təhlükəsizliyinin zəruri vasitəsi olaraq qalırdı. Lakin Millətlər Liqası və BMT kollaborationist siyasətin başqa bir ölçüsünü- kollektiv təhlükəsizlik prinsipini- gündəmə gətirdi. BMTdən kənarda həyata keçirilən kollaborationist siyasət kollektiv müdafiə kimi qələmə verilirdi. BMT-nin daxilində, yəni ona üzv olan dövlətlər arasında həyata keçirilən kollaborationist siyasət kollektiv təhlükəsizlik kimi təqdim olunurdu. Millətlər Liqasının təsis olunması və Koreya müharibəsi dövrü arasındakı müddət ərzində kollektiv təhlükəsizlik qeyri-demokratik, ilk növbədə kommunist dövlətlərin təcavüzünə qarşı yönəlmiş 148 vasitə kimi təqdim olunurdu. 1956-cı ildə Süveyş böhranı kollektiv təhlükəsizliyin kollektiv müdafiə ilə eyni olması haqqında fikrin yanlışlığını sübut etdi. Belə ki, bu hadisədə Fransa, Britaniya və İsrail kimi demokratik hesab olunan ölkələr təcavüzkar qismində çıxış edirdilər. Süveyş böhranı Qərbə onu anlatdı ki, kollektiv təhlükəsizlik prinsipinin tətbiqindən irəli gələn fəaliyyət nəinki demokratik, hətta müttəfiq dövlətə qarşı yönəldilə bilər. Kollektiv müdafiədən fərqli olaraq kollektiv təhlükəsizliyin tətbiq edilməsi üçün dövlətlərdən əvvəlcədən hərbi birləşmələrin yaradılması tələb olunmur. BMT ilk dəfə kollektiv təhlükəsizlik prinsipini 1950-ci ildə Şimali Koreyanın Cənubi Koreyaya hücumunu dayandırmaq məqsədilə tətbiq etdi. Bu hücumu dəf etmək üçün ABŞ özünün yaxın müttəfiqləri ilə BMT-nin bayrağı altında hərbi əməliyyata girişdi. Müasir dövrdə hərbi texnikanın mükəmməlləşdirilməsi, daha konkret desək, nüvə silahının istehsal olunması ilə əlaqədar kollektiv təhlükəsizlik doktrinası köhnəlmişdir. Nüvə müharibəsi təhlükəsi kollektiv təhlükəsizliyin tətbiq edilməsini əhəmiyyətsiz edir. Belə ki, bu prinsipin tətbiq edilməsinə qərar verənədək təcavüzun qurbanı nüvə silahı ilə tam məhv ola bilər.


  1. Kontent-analiz, ivent-analiz, koqnitiv xəritələşmə və eksperiment BMN-nin nəzəri metodları kimi

Koqnitiv (idraki) xəritələşmə metodu Bu metodun mahiyyəti ondan ibarətdir ki, o, siyasi xadim tərəfindən bu və ya digər siyasi problemin necə dərk edilməsini müəyyən edir. Burada siyasi xadimin böhran situasiyalarına reaksiyasına, sabit siyasi durumda onun mümkün davranış nümunələrinə, tərcümeyi-halına və siyasi xadimlə bağlı olan digər məlumatlara xüsusi fikir verilir. Bütün bu məlumatlar siyasi xadimin qəbul etdiyi qərarları izah etməyə köməklik edir. Bəzən siyasi xadim qərar qəbul edəndə onu əhatə edən gerçəkliyə deyil, bu gerçəkliyə özünün subyektiv münasibəti prizmasından yanaşmasına arxalanır. Başqa sözlə desək, siyasi xadimin qəbul etdiyi qərarlara bəzən onun gerçəkliyə uyğun gəlməyən təsəvvürləri təsir göstərir. Nəticədə qarşıda qoyulan vəzifələr əldə olunmur və problemlər həll edilmir. Yanlış təsəvvürlərə arxalanan siyasi xadim, bir tərəfdən, onun baxışlarına zidd olan hər hansı bir vacib 36 məlumata lazımi qiymət vermir, digər tərəfdən isə mühüm olmayan hadisələrə həddindən artıq önəm verir. Koqnitiv xəritələşmə metodunun əsas məqsədi siyasi xadimin bu və ya digər siyasi problemi necə dərk etməsini müəyyən etməkdir. Bu metod siyasi xadimin gerçəkliyi necə dərk etməsini açıqlayaraq onun qəbul etdiyi qərarın səbəbini izah edir, yəni məlum faktlara arxalanaraq yeni bilik əldə olunur. Lakin bəzən mövcud məlumatın həqiqiliyi şübhə altında olduğuna görə əldə olunan bilik gerçəkliyi düzgün əks etdirmir. Eksperiment Eksperiment digər eksplikativ metodlardan fərqli olaraq tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müxtəlif vasitələrlə obyektin təsbit olunmasını, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir. Təbiət elmlərində eksperiment nəzəri fərziyyələrin, nəticələrin və müddəaların yoxlanılması məqsədilə süni şərait yaradır. İctimai elmlərdə isə o, əsasən “xəyali” formada çıxış edir. “Xəyali eksperiment” “mövcud durumda müəyyən səbəblərə görə olmayan bəzi şəraitləri yaratmaq mümkün olsaydı bu hadisələrin inkişafı necə olardı?” məsələsini müzakirə edir. İctimai elmlərdə, o cümlədən BMN fənnində eksperimentin daha geniş yayılmış növlərindən biri də imitasiya təqlid oyunlarıdır. İmitasiya oyunları tədris zamanı interaktiv metodlardan geniş istifadə edilməsində mühüm rol oynayır. İmitasiya oyunlarının tədris zamanı tətbiq edilməsi tələbələrin fəallığını artıraraq keçirilən mövzunun yaxşı qavranılmasına kömək edir. İmitasiya oyunları əvvəlcədən tərtib edilmiş ssenariyə uyğun müəyyən rolların (məsələn, beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən aktorların rolları) icra olunması ilə bağlıdır. Oyun zamanı hər bir iştirakçı oyunun rəhbəri tərəfindən nəzarət edilən oyun şərtlərinə ciddi əməl etməlidir. Məsələn, hər bir rolu ifa edən oyunçunun (tələbə) gerçəklik haqqında tam məlumatı olmalıdır. O, 37 bu məlumata əsasən qərar qəbul etməli və fəaliyyət göstərməlidir. Əks halda bu oyun özünün idraki əhəmiyyətini itirəcəkdir. İmitasiya oyunlarını elektron – hesablayıcı maşınlar vasitəsilə də təşkil etmək mümkündür. Texnikanın köməyi ilə aparılan oyunlar daha geniş tədqiqat imkanlarını təklif edir, oyunçuların qərəzli mövqelərinin oyunun gedişinə təsirinin qarşısını alır, əldə olunan nəticələr gerçəkliyi daha dəqiq əks etdirir və nəhayət, obyektin gələcək inkişaf perspektivlərinə dair müəyyən proqnoz verir. Göründüyü kimi, eksperiment digər eksplikativ metodlardan fərqli olaraq BM sahəsində baş verən hadisələri izah etməklə kifayətlənmir. O, həmçinin bu hadisələrin mümkün optimal inkişaf perspektivlərini də göstərir. Buna görə də eksperimenti eksplikativ metodlarla yanaşı proqnoz metodlarına da daxil etmək olar.

  1. Marksizmin əsas müddəaları

  2. Milli maraq və ideologiya

  3. Müharibənin mahiyyəti və növləri

  4. Müşahidə, sənədlərin öyrənilməsi və müqayisənin BMN-nin empirik metodları kimi

  5. Neomarksizm və onun əsas müddəaları

  6. Neorealizmdə beynəlxalq sistemin əsas qüvvələri və prinsipləri

  7. Neorealizmin əsas müddəaları



  1. Oyunlar nəzəriyyəsi

Oyunlar nəzəriyyəsi rasional fəaliyyətin, davranışın modelidir. Oyunlar nəzəriyyəsi insanın mümkün fəaliyyətlərini, davranışlarını öyrənmək məqsədilə modellərdən istifadə edən tətbiqi riyaziyyatın bir qoludur. Oyunlar nəzəriyyəsi vasitəsilə insanların proqnozlaşdırılan və faktiki fəaliyyətləri, həmçinin onların optimal strategiyaları öyrənilir. Oyunlar nəzəriyyəsi Con fon Naufman və Oskar Morqenştern tərəfindən 1944-cü ildə “Oyunlar nəzəriyyəsi və iqtisadi fəaliyyət” adlı əsərin çap edilməsindən sonra riyaziyyatın mühüm qolu oldu. Bu əsərdə cəmi sıfıra bərabər olan iki nəfər üçün oyunların optimal həlli yollarının tapılması üçün metod təqdim edilmişdir. Beynəlxalq siyasətdə oyunlar nəzəriyyəsinin əhəmiyyətini ilk dəfə Morqenştern, Karl Doytç və Maykl Şubik göstərdilər. Oyun məfhumu elə bir situasiyanı xarakterizə edir ki, orada hər bir iştirakçı (aktor) ən böyük üstünlük uğrunda mübarizə aparır. Hər bir oyunda maraqların toqquşması baş verir. Maraqların toqquşması beynəlxalq münasibətlər sahəsində tez-tez özünü biruzə verir. Hər bir oyun situasiyasında hər bir iştirakçı digər iştirakçının atacağı addımla maraqlanır. 128 Oyunlar nəzəriyyəsinin məqsədi müəyyən sosial situasiyalarda rasional fəaliyyəti xarakterizə edə biləcək və bu fəaliyyətin ümumi cəhətlərini müəyyən edə biləcək prinsipləri aşkar etməkdir. Rasional fəaliyyət beynəlxalq münasibətlərdə hər bir aktorun müəyyən dəyərlərinin və məqsədlərinin olmasını və onun bunlara əsasən səhvsiz hərəkət etməsini göstərir. Aktorlar riyazi formulaların əsasında qərar qəbul edirlər. Beləliklə, oyunlar nəzəriyyəsi təhlil metodu olmaqla yanaşı mümkün istiqamətlərdən ən optimal olanın seçilməsini təmin edir. Oyunlar nəzəriyyəsi bu və ya digər situasiyada hansı seçimin daha rasional olmasını müəyyən edir. Digər faktorlar nəticəyə təsir etdiklərinə görə nəticəni törədən bütün səbəblərə nəzarət etmək mümkün olmadıqda seçimin alternativ variantları arasında oyunlar nəzəriyyəsi riyazi model vasitəsilə ən optimal variant ən rasional seçimi müəyyən edir. Oyunlar nəzəriyyəsinin çərçivəsində üç növ oyun vardır: 1. Eyni maraqlarla olan oyunlar; 2. Əks maraqlarla olan oyunlar; 3. Qarışıq maraqlarla olan oyunlar. Eyni maraqlarla olan oyunlar rasional oyunçuların arasında əməkdaşlığın əsasında oynanılır. Əks maraqlarla olan oyunlar elə bir şəraitdə oynanılır ki, oyunçular əməkdaşlığın heç bir mümkünlüyünü görmürlər. Qarışıq maraqlarla olan oyunlarda həm əməkdaşlıq, həm də münaqişə mümkündür. Lakin hətta eyni maraqlarla olan oyunlarda tam əməkdaşlıq mümkün deyil. Oyunlar nəzəriyyəsi oyunları bir neçə kateqoriyalara bölür (bölgünün əsasında tətbiq edilən konkret metodlar durur): 1. Cəmi sıfıra bərabər olan oyunlarda (zero sum games) hər bir oyunçunun (oyunda iki oyunçu olur) müəyyən sayda strategiyası vardır 2 . Oyunçulardan heç biri seçimini rəqibə bildirmir. Bu oyunda bir oyunçunun qazancı başqasının itkisinə bərabərdir. Bu oyun iki tərəfli beynəlxalq münasibətlərin öyrənilməsinə uyğun gəlir. Oyun- 2 “Zero sum game” termini ingilis dilindən Azərbaycan dilinə “cəmi sıfıra bərabər olan oyun” və ya “sıfır məbləğli oyun” kimi də tərcümə olunur. 129 çuların sayı çoxaldıqda strategiya dəyişərək n nəfərli cəmi sıfıra bərabər olan oyunlara çevrilir. Bu halda oyunun nəticələrini oyunçuların itkilərinin və qazanclarının əsasında hesablamaq mümkün deyil. Oyunçuların sayı çox olduğu şəraitdə oyunçuların qruplaşması müşahidə olunur. Qruplara bölünən oyunçular özlərinin üstünlüklərini təmin etməyə can atırlar; 2. Cəmi sıfıra bərabər olmayan oyunlar (non-zero sum games). Biznes və siyasət sahəsində misalların əksəriyyəti cəmi sıfıra bərabər olmayan oyunlardır. Çünki burada bir tərəfin əldə etdiyi qazanc digər tərəfin itkisinə bərabər olmur və buna görə də əldə olunan nəticələrin cəmi sıfırdan çox, yaxud az olur. Burada tərəflərarası münasibətlər münaqişə ilə bərabər əməkdaşlıqla da xarakterizə olunur. Misal üçün biznes sahəsində bağlanan müqavilələri göstərmək olar. Bir çox hallarda belə müqavilələrdən hər tərəf faydalanır; 3. Əməkdaşlıq oyunları. Əməkdaşlıq oyunları məcburi müqavilə ilə xarakterizə olunur. Əməkdaşlıq oyunları nəzəriyyəsi həyata keçirilə bilən müqavilələrin təsdiqlərini təqdim edir; 4. Aksiomalı sövdələşmə. Müqavilə imzalayan tərəflər istədikləri paylara dair sövdələşə bilərlər. Aksiomalı sövdələşmə nəzəriyyəsi payın miqdarının tərəflər üçün məqsədəuyğunluğunu müəyyən edir. Lakin bəzən bu miqdar tərəfləri qane etmir və onlar paylarının artırılmasını tələb edirlər; 5. Tam məlumatın olması oyunları. Bu oyunda hər bir oyunçu eyni məlumata malikdir. Misal kimi şahmat oyununu göstərmək olar. Poker oyunu isə bunun əksidir. Oyunlar nəzəriyyəsinin real zəifliyi ondadır ki, o, yalnız iki nəfərli cəmi sıfıra bərabər oyunlarda müvəffəqiyyətlə tətbiq edilə bilər. Tomas Şellinq cəmi sıfıra bərabər oyunların beynəlxalq münasibətlər sahəsində tətbiqinin mümkünlüyünü şübhə altına qoyur. Onun fikrincə, beynəlxalq münasibətlərin mahiyyəti münaqişədə və qarşılıqlı asılılıqdadır. Bu isə münaqişə edən tərəflərdən bir qədər əməkdaşlıq etməyi və birgə yaşamağı tələb edir. Onun fikrincə, alternativlər çox olduğuna görə sövdələşmə zəruri olur. 130 Cəmi sıfıra bərabər olan şəraitlərin beynəlxalq həyatın reallığına çox böyük aiddiyyatı yoxdur. Əsasən müharibə situasiyaları üçün cəmi sıfıra bərabər olan oyunların daha çox aiddiyyatı vardır. Lakin beynəlxalq münasibətlərin məzmunu tək müharibə ilə məhdudlaşmır. Başqa sözlə desək, beynəlxalq münasibətlərin sahəsinə aid olan bir çox hadisələri cəmi sıfıra bərabər olan oyunlar vasitəsilə izah etmək qeyri-mümkündür. Belə olan halda digər oyunlara da xüsusilə “cücənin oyunu” və “məhbus dilemmasına” müraciət etmək məqsədəuyğundur. 10.4. “Cücənin oyunu” “Cücənin oyununun” məzmununu belə bir misal vasitəsilə təqdim etmək olar: iki sürücü bir-birinə qarşı istiqamətdə hərəkət edir. Toqquşmadan qorxub avtomobilini yoldan çıxaran sürücü oyunu uduzur və buna görə ona “cücə” deyib təhqir edirlər. Bu oyunun müasir versiyası oyunlar nəzəriyyəsində ciddi tədqiqatın predmeti olmuşdur. Oyunlar nəzəriyyəsində “cücənin oyunu” cəmi sıfıra bərabər olmayan oyunlara daxildir. “Cücənin oyunu” elə bir strategiyadır ki, orada son vaxt yaxınlaşmayınca heç bir oyunçu güzəşt etmir. Psixoloji təzyiq mənfi nəticənin qarşısını almaq üçün oyunçulardan birini güzəştə getməyə məcbur edə bilər. Əgər sürücülərdən heç biri yoldan çıxmasa, avtomobillər toqquşar və nəticə çox pis ola bilər. Toqquşma ilə müqayisədə avtomobili yoldan çıxarmaq heç bit şeydir. Buna görə toqquşma baş verməsin deyə avtomobili yoldan çıxarmaq məqsədəuyğun strategiyadır. Toqquşmanın qarşısını almaq məqsədilə avtomobili yoldan çıxarmağın mənası əməkdaşlıq olduğu halda, avtomobili toqquşmaya doğru yönəltmək əlaqələrin pozulması deməkdir. Görkəmli ingilis filosofu Bertrand Rassel 1959-cu ildə yazıdığı “Sağlam düşüncə və nüvə müharibəsi” (“Common Sense and Nuclear Warfare”) adlı əsərində “cücə oyununu” təhlil etməklə yanaşı bu oyunun geosiyasi versiyasını oynayanların diqqətinə çatdırır. “Məsuliyyətsiz oğlanların oynadıqları “cücə oyunu” yalnız bu 131 oğlanların həyatlarını təhlükə altına qoyduğuna baxmayaraq, bu oyun mənəviyyatsız və təhlükəli hesab olunur. Lakin görkəmli dövlət xadimləri bu oyunu oynamaqla yüz milyonlarla insanın həyatını təhlükə altına salmaqlarına baxmayaraq, onların fəaliyyəti öz xalqları tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə, bu, absurddur. Hər bir tərəfin dövlət xadimləri belə təhlükəli oyuna görə tənqid olunmalıdırlar”. “Cücənin oyununda” cəmi sıfıra bərabər olan oyunlardan fərqli olaraq tərəflərarası əməkdaşlıq üçün imkan vardır. Əgər sürücülərin ikisi də avtomobillərini yoldan çıxarsa, bu o qədər də pis nəticə deyil. Belə ki, sürücülər sağ qalırlar və onlardan heç biri başqasına “cücə” deyib onu təhqir etmir. Şəkil 1-də cücənin oyununda olan mümkün nəticələr rəqəmlə təsvir edilmişdir: 0- ən pis, 3 yaxşı nəticədir. Şəkil 1 Dönmək Düz sürmək Dönmək 2,2 1,3 Düz 3,1 0,0 Cücənin oyununda hər bir oyunçu rəqibin etdiyinin əksinə hərəkət etmək istəyir. Əgər birinci oyunçu tam dəqiqliklə bilirsə ki, başqa oyunçu avtomobili döndərəcəkdir, onda o, əks strategiyanı seçərək avtomobili düz sürəcəkdir. Əgər birinci oyunçu bilsə ki, başqa oyunçu avtomobilini döndərmək fikrində deyil, o, qəzaya uğramamaq üçün avtomobilini yoldan çıxaracaqdır. Beynəlxalq münasibətlər sahəsində “cücənin oyunu” situasiyasının əsas əhəmiyyəti ondadır ki, öz rəqibinin məqsədlərini bilmədiyinə baxmayaraq, bu və ya digər dövlət elə bir strategiya seçə bilər ki, onun və rəqibin maraqlarına heç bir ziyan dəyməsin. Lakin bu strategiyanın reallaşması qarşı tərəflərin hər birinin eyni mövqedən çıxış etməsindən asılıdır. 132 10.5. Məhbus dilemması Məhbus dilemması cücənin oyunu kimi oyunlar nəzəriyyəsinin cəmi sıfıra bərabər olmayan oyunlar nəzəriyyəsinə aiddir. Buna görə də məhbus dilemması situasiyasında tərəflərin əməkdaşlığı üçün müəyyən şərait mövcud olur. Bu, ikinəfərli oyundur. Məhbus dilemmasının məzmunu belə bir hipotetik misal vasitəsilə açıqlamaq olar. Cinayət törətmiş iki nəfər polis tərəfindən yaxalanır. Lakin onları cəzalandırmaq üçün polisin əlində kifayət qədər dəlil yoxdur. Müstəntiq onların hər birinə ayrılıqda törətdikləri cinayəti boyunlarına almağı təklif edir. Faktiki olaraq onların hər birinə ayrılıqda bir-birinə qarşı satqınlıq etmək təklif olunur. Yoldaşına qarşı satqınlın etməyin müqabilində məhbusa azadlıq vəd edilir. Məhbusları bir-birindən ayrılıqda dindirirlər. Mövcud şəraitdə hadisələrin inkişafının dörd mümkün variantı vardır: 1. Birinci məhbus cinayətin onlar tərəfindən törədildiyini etiraf edir, ikinci məhbus isə bunu inkar edir. Nəticədə birinci məhbus azadlığa buraxılır. İkinci məhbusa isə əldə olunan dəlillərin əsasında ağır cəza verilir; 2. İkinci məhbus cinayəti onların törətdiklərini müstəntiqə söyləyir, birinci məhbusa isə bunu inkar edir. İkinci məhbus azadlığa buraxılır, birinci məhbusa isə ikinci məhbusun verdiyi ifadələrin əsasında ağır cəza verilir; 3. Məhbuslardan heç biri cinayəti boynuna almır. Bu halda məhbuslar faktiki olaraq polisə qarşı birgə çıxış (və ya əməkdaşlıq) edirlər. Məhbuslara qarşı dəlil olmadığına görə, onlara yüngül cəza verilir. Onların hər biri qazanır; 4. Hər bir məhbus cinayətin onların tərəfindən törədildiyini etiraf edir. Verilən ifadələrin əsasında məhbuslar cəzalandırılır. Lakin müstəntiqin onlara verdiyi vədə görə cəza çox ağır olmur. Bu misalda dilemma ondadır ki, hər bir məhbus yalnız iki variant arasında seçim etməlidir (ya cinayəti onların törətdiklərini 133 müstəntiqə söyləməlidir, ya da ki susmalıdır). Lakin digər məhbusun nə edəcəyini bilmədən o, düzgün qərar verə bilməz. Şəkil 2 A-nın hərəkəti \ Bnın hərəkəti Əməkdaşlıq Satqınlıq Əməkdaşlıq Yaxşı +5 Pis –10 Satqınlıq Əla +10 Orta 0 Şəkil 2-də qeyd olunan variantlar göstərilmişdir. Şəkildən göründüyü kimi, məhbusların qarşılıqlı əməkdaşlıqdan əldə etdikləri qazanc (+5) birtərəfli satqınlıq nəticəsində əldə olunan qazancdan (+10) azdır. Buna görə də satqınlıq etmək bir qədər şirnikdiricidir. Məhbus dilemması ilə bağlı problem ondadır ki, əgər qərar qəbul edənlərdən hər biri rasional qərar qəbul etsə, onlar heç vaxt əməkdaşlıq etməyəcəklər. Həqiqətən aktor üçün qərar qəbul etmək digər aktorun seçimindən asılı olmayaraq mümkün qərarlardan ən yaxşısını qəbul etmək deməkdir. Fərz edək ki, ikinci aktor əməkdaşlıq etmir, yəni o, cinayətin onlar törətdiklərini etiraf edir. Bu halda birinci aktor da əməkdaşlıq etməməlidir. Əks halda o, itkiyə məruz qalacaqdır. Fərz edək ki, ikinci aktor əməkdaşlıq edəcəkdir. Bu halda birinci aktor istənilən seçimi etdikdə qazanc əldə edəcəkdir. Lakin bu halda birinci aktor üçün rasional seçim əməkdaşlıqdan imtina etməkdir, çünki bu seçim ona maksimal mənfəət gətirəcəkdir. Hər bir aktor rasional hərəkət etsə, onda ikisi də əməkdaşlıq etməyəcəklər və nəticədə heç nə qazanmayacaqlar. Lakin aktorlar irrasional qərar qəbul edərək əməkdaşlıq etsələr, hər biri eyni miqdarda qazanc əldə edəcəkdir. “Cücənin oyununda” ən pis variant aktorların bir-birinə güzəşt etməməsidir (sürücülər avtomobilləri yoldan çıxarmırlar və bir-birinin üstünə sürürlər). Məhbus dilemmasında isə ən pis variant aktorlardan birinin əməkdaşlıq etməsi, başqasının isə əməkdaşlıqdan imtina etməsidir. 134 10.6. Sövdələşmə nəzəriyyəsi Beynəlxalq münasibətlər sahəsində cəmi sıfıra bərabər olan oyunları əks edən (iştirakçıların qazanclarının və itkilərinin cəmi sıfra bərabərdir) situasiyalar çox azdır. Cəmi sıfıra bərabər olan oyun məfhumunun müharibəyə bilavasitə aidiyyatı vardır. Başqa sözlə desək, müharibə beynəlxalq münasibətlər sahəsinə aid olan bir situasiya kimi tərəflərdən birinin qazancı, digərinin məğlubiyyəti ilə xarakterizə edilərək tərəflərarası əməkdaşlığı istisna edir. Müharibədən başqa situasiyalar əməkdaşlıq və birgə yaşamaq halları ilə də xarakterizə olunur. Bu situasiyalara sövdələşmə situasiyaları deyilir. Burada həm münaqişə, həm də əməkdaşlıq vardır. Buna görə də sövdələşmə situasiyaları cəmi sıfıra bərabər olmayan oyunlara aiddir. Başqa sözlə desək, beynəlxalq münasibətlərin aktorları münasibətlərini tənzimləmək məqsədilə bir-biri ilə danışıqlar aparırlar. Tənzimləmə prosesi həddindən artıq mürəkkəb olduğuna görə burada oyunlar nəzəriyyəsini tətbiq etmək mümkün deyil. Oyunlar nəzəriyyəsi vasitəsilə danışıqlar prosesini əhatə etmək mümkün olmur. Tomas Şellinq sövdələşmə nəzəriyyəsi vasitəsilə bu problemi aradan götürür. Buna görə də sövdələşmə nəzəriyyəsi oyunlar nəzəriyyəsinin genişlənməsi deməkdir. Sövdələşmə nəzəriyyəsi dövlətlərarası danışıqlarda tətbiq edilir. Sövdələşmə nəzəriyyəsi cəmi sıfıra bərabər olmayan situasiyalarla bağlı olduğuna görə sırf münaqişə ilə xarakterizə olunan situasiyalara tətbiq oluna bilməz, çünki belə situasiyalarda tərəflərin heç bir ümumi marağı olmur. Sövdələşmə nəzəriyyəsi sırf əməkdaşlıq ilə xarakterizə olunan situasiyalara da tətbiq oluna bilməz, çünki belə situasiyalarda tərəflər ümumi mənafelərinə xidmət edən birgə fəaliyyət haqqında plan qururlar. Tərəflərin aralarında ziddiyyətlər olmadığına görə sövdələşməyə ehtiyac olmur. Sövdələşmə demək olar ki, məcburetmənin bir formasıdır, çünki sövdələşmə prosesində iştirak edən aktorlar tərəfindən ifa edilən rol onların əllərində olan hakimiyyət, güc vasitəsilə həyata keçirilir.


  1. Proqnoz metodları: delfi, ssenarilərin qurulması, sistemli yanaşma və modelləşdirmə

Proqnoz metodları Proqnoz metodları situasiyanın təhlili və eksplikativ metodlardan fərqli olaraq beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin mövcud durumu ilə bərabər onun gələcək durumunu, inkişaf perspektivlərini də müəyyən edir. Beynəlxalq münasibətlərdə tətbiq edilən ən geniş proqnoz metodlarının sırasında delfi metodu, ssenarilərin qurulması, sistemli yanaşma və modelləşdirməni göstərmək olar. Delfi metodu Bu metodun mahiyyəti müstəqil ekspertlər tərəfindən müəyyən bir problemin əsaslı şəkildə təhlil olunmasıdır. Bir neçə ekspert eyni problemi ayrı-ayrılıqda təhlil edib əldə etdikləri nəticəni mərkəzə təqdim edir. Mərkəz bu ekspertlərdən aldığı cavabları ümumiləşdirdikdən və sistemləşdirdikdən sonra onları yenidən ekspertlərə qaytarır. Bu əməliyyat bir neçə dəfə davam etdirilə bilər. Bu isə, öz növbəsində, ekspertlərin qiymətlərində uyğunsuzluqların olmasını aşkar edir. Hər dəfə ümumiləşdirmələr qaytarıldıqda ekspertlər özlərinin əvvəlki qiymətlərini yenidən nəzərdən keçirərək onu dəyişə bilərlər. Eyni bir problemin bir neçə ekspert tərəfindən təhlil olunma- 38 sı və hər bir təhlilin nəticələrinin bütün ekspertlərin nəzərinə çatdırılması problemin hərtərəfli və əsaslı şəkildə öyrənilməsinə imkan verir. Ssenarilərin qurulması Bu metoda əsasən tədqiq olunan hadisənin mümkün inkişafının ideal (xəyali) modeli ssenari formasında irəli sürülür. Mövcud situasiyanın təhlili əsasında onun sonrakı inkişafına dair fərziyyələr təqdim olunur. İrəli sürülən fərziyyələr əvvəlcə heç bir yoxlanışa məruz qalmır. Birinci mərhələdə tədqiqatçının fikrincə situasiyanın sonrakı inkişafını müəyyən edən əsas faktorların təhlili və seçimi aparılır. Belə faktorların sayı çox olmamalıdır (altıyadək). Əks halda hər bir faktor tərəfindən irəli gələn gələcəyin inkişaf variantı çox olaraq çətinlik yarada bilər. İkinci mərhələdə seçilmiş faktorların növbəti 10, 15 və 20 il ərzində inkişaf mərhələlərinə dair fərziyyələr irəli sürülür. Üçüncü mərhələdə bu faktorlar bir-biri ilə müqayisə olunur. Müqayisənin əsasında hər bir faktora uyğun bir neçə fərziyyə irəli sürülür. Nəhayət, dördüncü mərhələdə hər bir ssenarinin reallığının göstəriciləri müəyyən edilir və reallıq səviyyəsinə görə ssenarilərin təsnifatı verilir. Sistemli yanaşma Sistemli yanaşmanın bir proqnoz metodu kimi mahiyyətini açmaq üçün “sistem” anlayışını nəzərdən keçirmək lazımdır. Sistem anlayışından bir çox beynəlxalq münasibətlər nəzəriyyələrində istifadə edilir. Bu məfhumun əsas üstünlüyü ondadır ki, o, tədqiqat obyektini onun birliyi və bütövlüyündə təqdim etməyə imkan verərək və onun bir-biri ilə qarşılıqlı münasibətdə olan elementləri arasında mövcud münasibətləri tapmağa kömək edərək beynəlxalq sistemin fəaliyyətinin qanunauyğunluqlarını müəyyən edir. Ədəbiyyatda sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlər və beynəlxalq siyasət arasında fərq göstərilir: əgər beynəlxalq münasibətlərin tərkib elementləri iştirakçılardan və onların “potensialını” təşkil edən faktorlardan ibarətdirsə, beynəlxalq siyasətin tərkib elementlərini yalnız aktorlar təşkil edir. 39 Sistemli yanaşmanın mahiyyətini dərk etmək üçün onun ədəbiyyatda geniş istifadə edilən və konkret təcəssümləri olan sistem nəzəriyyəsi və sistem təhlili anlayışlarından fərqini göstərmək məqsədəuyğundur. Sistem nəzəriyyəsi sistemin və onun elementlərinin quruluşu, təsviri və izahı ilə məşğul olur, sistem ilə mühitin qarşılıqlı əlaqəsini müəyyən edir, sistemdaxili proseslərin təsiri altında sistemin dəyişməsini və/və ya dağılmasını tədqiq edir. Sistem təhlili isə tədqiq olunan obyekti nizama salaraq praktiki metodikalar, üsullar məcmusu kimi daha konkret məsələləri həll edir. Raymon Aron sistemli yanaşmanın əsasında beynəlxalq münasibətlərin tədqiq olunmasının üç səviyyəsini müəyyən edir: dövlətlərarası sistemin səviyyəsi, dövlətin səviyyəsi və onun qüdrətinin (potensialının) səviyyəsi. Ceyms Rozenay isə beynəlxalq münasibətlərin təhlilinin altı səviyyədən ibarət olan başqa bir sxemini təqdim edir: 1. fərdlər – siyasətin “yaradıcıları” və onların xarakteristikası; 2. fərdlərin tutduqları vəzifələr və icra etdikləri rollar; 3. fərdlərin fəaliyyət göstərdikləri hakimiyyətin strukturu; 4. fərdlərin yaşadıqları və idarə etdikləri cəmiyyət; 5. milli dövlət və beynəlxalq münasibətlərin digər iştirakçıları arasında münasibətlər sistemi; 6. dünya sistemi. B.Rasset və H.Starrın fikrincə, bu və ya digər təhlilin səviyyəsinin seçilməsi tədqiqatçının subyektiv istəyi ilə deyil, faktların mövcudluğu və nəzəri yanaşma ilə müəyyən edilir. Buna görə də sistemli yanaşma metodunun tətbiq edilməsi zamanı bir neçə müxtəlif səviyyəni tapıb müəyyən etmək lazımdır. Müxtəlif səviyyələrdə təqdim olunan izahlar bir-birini tamamlayaraq obyekt haqqında biliyimizi dərinləşdirməlidir. Sistemli yanaşma bir proqnoz metodu kimi tədqiq olunan obyekti sistem şəklində qələmə verərək onun tərkib elementlərini müəyyən edir və bu elementlərin bir-birinə, xüsusilə sistemə təsirini göstərir. Bu metodun səmərəliliyi tədqiq olunan obyektin bir sistem kimi təqdim olunması, onun bütün elementlərinin sadalanması və onların hər birinin sistemə təsirinin nəzərə alınması ilə müəyyən edilir. Əgər bunlardan birinə əməl olunmasa (məsələn, dövlətin xarici siyasətinə təsir edən faktorlar müəyyən edilərkən dini faktorun 40 təsiri nəzərə alınmır), bu metodun irəli sürdüyü proqnoz dəqiq olmayacaqdır. Sistemli yanaşma beynəlxalq münasibətlərdə baş verən dəyişiklikləri nəzərə almaqla kifayətlənmir. O, beynəlxalq sistemin inkişafı ilə bağlı bu dəyişikliklərin səbəblərini aşkar etməyə imkan yaradır. O, dövlətlərin fəaliyyətinə təsir edən faktorları müəyyən edir. Modelləşdirmə Modelləşdirmə bir proqnoz metodu kimi beynəlxalq münasibətlərin tədqiq olunmasında geniş tətbiq edilir. Bu metodun mahiyyəti sistem kimi çıxış edən süni, ideal, təsəvvür olunan obyektlərin, situasiyaların qurulması ilə bağlıdır. Sistemin elementləri və münasibətləri real beynəlxalq münasibətlər sistemində olan hadisələrin və proseslərin elementlərinə və münasibətlərinə uyğun gəlir. Modelləşdirmə müəyyən qaydalar üzrə tədqiq olunan obyektin bənzərində onun əlamətlərinin əks olunmasıdır. Obyektin bənzəri model adlanır. Modelin qurulması üçün tədqiq olunan obyektin və modelin əlamətləri və prosesləri arasında müəyyən oxşarlığın olması vacibdir. Mövcud şəraitdə real obyektlərin tədqiq olunması daha çətin, yaxud qeyri-mümkün olduğu halda modelləşdirmə təhlilin aparılmasını asanlaşdırır. Modelin üstünlüyü onun düzəlməsinin asanlığındadır, həmçinin əlamətlərinin onun iş rejiminin tez bir zamanda dəyişdirilməsinin, laboratoriya şəraitində lazım dəyişikliklərin aparılmasının mümkünlüyündədir. Beynəlxalq münasibətlərdə modelləşdirmə metodunun tətbiq edilməsi təhlilin tətbiqi metodlarından və texnikasından kompleks şəkildə istifadə edilməsi üçün ona şərait yaradır. Bu isə, öz növbəsində, beynəlxalq münasibətlərin izah olunması və proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin modelləşdirmə metodunun zəif tərəfləri və bəzi çatışmazlıqları da vardır. Onlardan ən əsası odur ki, beynəlxalq münasibətlər sisteminin tamamilə obyektiv modelinin qurulması mümkün deyil. Buna görə də modelin əsasında əldə olunan biliklər şübhə doğurur. Beynəlxalq münasibətlərdə proqnoz metodlarının rolu əvəzsizdir. Beynəlxalq münasibətlər insan fəaliyyətinin elə bir sahəsidir 41 ki, burada atılacaq hər bir addım elmi cəhətdən əsaslandırılmalıdır. Proqnoz metodlarının vasitəsilə beynəlxalq münasibətlər sahəsində baş verən hadisələrin inkişaf meyllərinin müəyyənləşdirilməsi müvafiq qərarların qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Düzgün qərarların qəbul edilməsində partnyorun (və ya rəqibin) qərar qəbul etmə prosesinin təhlili mühüm əhəmiyyət kəsb edir. Beləliklə, BMN fənnində istifadə edilən metodlar ümumi və tətbiqi qruplara bölünür. Hər iki qrup xarakterinə görə fənlərarası metodlara aiddir, yəni bu metodlar başqa elmlərdə də istifadə edilir. Nəzərdən keçirdiyimiz metodlardan ayrı-ayrılıqda deyil, kompleks şəklində istifadə etmək məqsədəuyğundur.

  1. Qərarın qəbul edilməsi nəzəriyyəsi

  2. Qüvvələrin balansı nəzəriyyəsi

  3. Rasionalizmdə beynəlxalq cəmiyyət anlayışı

  4. Rasionalizmin əsas müddəaları

  5. Realizmin meydana gəlməsinin səbəbləri

  6. S.Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsi

  7. Sövdələşmə nəzəriyyəsi

  8. Xarici siyasətin mahiyyəti və əhəmiyyəti

  9. Sistemli yanaşma və modelləşdirmə metodları

Yüklə 147,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə