tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır
və ya az ağır zərər vurulmasına səbəb olduqda—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
262.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
262.3. Bu Məcəllənin 262.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 263.
Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma
263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs
tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb
olduqda—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
263.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
263.3. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə «digər mexaniki nəqliyyat vasitəsi» dedikdə trolleybuslar, traktorlar, motosikllər, habelə başqa
özüyeriyən maşın və mexanizmlər nəzərdə tutulur.
Maddə 264.
Yol nəqliyyat hadisəsi yerindən qaçma
Bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat
vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan
şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
KM2
Maddə 265.
Nəqliyyat_vasitələrini_və_ya_yolları_yararsız_vəziyyətə_salma'>Nəqliyyat_vasitələrini_keyfiyyətsiz_təmir_etmə_və_ya_onları_texniki_cəhətdən_nasaz_vəziyyətdə_işə_buraxma'>Nəqliyyat vasitələrini keyfiyyətsiz təmir etmə və ya onları texniki cəhətdən
nasaz vəziyyətdə işə buraxma
265.1. Nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi,
habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki
cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş
şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265.2. Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265.3. Bu Məcəllənin 265.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 266.
Nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma
266.1. Dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya
nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına
səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
266.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
266.3. Bu Məcəllənin 266.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 267.
Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma
267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263 və 264-cü
maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin həlak olmasına səbəb olduqda—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 268.
Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmir edilməsi zamanı
təhlükəsizlik qaydalarını pozma
268.1. Magistral boru kəmərlərinin inşası, istismarı və ya təmiri zamanı təhlükəsizlik
qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır
zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda—
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
268.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
268.3. Bu Məcəllənin 268.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və
ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 269.
Gəmi kapitanının fəlakətə uğrayanlara kömək göstərməməsi
Dəniz və ya sair su yolunda fəlakətə uğrayanlara gəmi kapitanı tərəfindən öz gəmisi, onun
heyəti və sərnişinləri üçün ciddi təhlükə olmadan kömək edə bildiyi halda kömək
göstərməməsi—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 270.
Beynəlxalq uçuş qaydalarını pozma
Müəyyən edilmiş icazədə göstərilən marşrutlara, enmə yerlərinə, hava qapılarına, uçuş
yüksəkliyinə riayət etməmə və ya beynəlxalq uçuş qaydalarını başqa cür pozma—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
30-cu fəsil
KOMPÜTER INFORMASIYASI SAHƏSINDƏ CINAYƏTLƏR
Maddə 271.
Kompüter informasiyasına qanunsuz olaraq daxil olma
271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron
hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların
şəbəkələrində olan infomasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın
məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud
EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb
olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dostları ilə paylaş: |