Say 7-8 • 2014 |
STRATEJİ TƏHLİL
307
1971-ci il plenumlarının materiallarına xüsusi diqqət yetirmək lazımdır. 1969-
1982-ci illərdə əvvəlki illərə nisbətən müxtəlif problemlərə aid daha çox kitab
çap olunub ki, bunların da əksəriyyəti Azərbaycan dilində olmuşdur. Məsələn,
Azərbaycan SSR-də 1979-cu ildə 12,9 milyon nüsxə kitab nəşr olunub ki, bu-
nun da 8,1 milyonu Azərbaycan dilində idi [12,s.311]. 1978-1981-ci illərdə üç-
cildlik “Müasir Azərbaycan dili” kitabı nəşr olunmuş və Dövlət mükafatına layiq
görülmüşdür.
Azərbaycan KP MK Bürosunun “Bakı şəhərində Asiya və Afrika xalqları ilə IV
həmrəylik konfransının keçirilməsi haqqında” 20 aprel 1976-cı il tarixli qərarına
müvafiq olaraq 13-15 may 1976-cı il tarixində 200 sovet nümayəndəsinin,
Asiya və Afrika ölkələrindən gəlmiş 25 nümayəndənin iştirakı ilə bu tədbirin
həyata keçirilməsinin digər məsələlərlə yanaşı milli dəyərlərin də qorunmasın-
da müəyyən rolu olmuşdur [2].
Bu dövrdə ermənilərin müxtəlif üsullardan istifadə etməklə Azərbaycan
ərazilərini ələ keçirmək cəhdlərinin qarşısı çətinliklə də olsa alınmışdır.
Moskvanın təzyiqi nəticəsində Azərbaycan SSR Ali Sovetinin 2 min hektar-
dan çox Azərbaycan torpağının ermənilərə verilməsi haqqında 7 may 1969-
cu il tarixli qərarının icrası Heydər Əliyevin göstərişi ilə dayandırılmışdır.
Erməni separatçılığının qarşısını almaq üçün Azərbaycan rəhbərliyi DQMV-
də gedən prosesləri daima nəzarətdə saxlayırdı. Buna görə də 1973-cü ildə
Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnsti-
tut açılmış, 1979-cu ildə Bakı-Ağdam dəmiryolu Stepanakertlə birləşdirilmişdi.
Ermənilərin respublika rəhbərliyinə qarşı əvvəlki yersiz iddialarını aradan qal-
dırmaq üçün DQMV əhalisinin təminatı Azərbaycan SSR üzrə orta göstəricidən
yüksəyə qaldırılmışdı [8].
Kommunist rejimi 1970-1980-ci illərdə milli dəyərlərin tədricən aradan qal-
dırılmasına və beynəlmiləlçilik ideyalarının təbliğinə daha çox fikir verdiyinə
görə sovet tarixşünaslığında bu mövzuda yazılan əsərlər də çoxluq təşkil et-
mişdir.
XX əsrin 70–80-ci illərində ABŞ alimləri SSRİ-də, o cümlədən Azərbaycan
SSR-də mövcud olmuş millətlərarası münasibətləri daim diqqət mərkəzində
saxlamışlar. Məsələn, ABŞ-da bu mövzuda 1971-ci ildə 245, 1982-ci ildə isə
258 dissertasiya müdafiə edilmiş, təkcə 1979 - 1980-ci illərdə “Millətçilik və
Zaqafqaziyada sosial dəyişikliklər” mövzusunda iki böyük konfrans keçirilmiş-
dir [14, s.9].
Bu dövrdə Azərbaycan SSR-də əhalinin tərkibi çoxmillətli
olduğu üçün bu
problem daim diqqət mərkəzində olmuşdur. Bu illərdə respublika əhalisinin
73,8 %-ni azərbaycanlılar, yerdə qalanını isə digər millət və xalqlar təşkil edir-
di [13,s.47]. Bu dövrdə Azərbaycan SSR-də 100-dən çox, o cümlədən Bakıda
90-dan çox, Kirovabadda (indiki Gəncə) 40-dan çox [16, s.92], Naxçıvanda 15-
dən çox [15, s.113] millət və xalqın nümayəndəsi yaşayırdı. Milli münasibətlər
sahəsində elmi-tədqiqat işlərini gücləndirmək üçün Azərbaycan SSR EA-nın
STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
308
Fəlsəfə və Hüquq İnstitutunda “Milli münasibətlərin və beynəlmiləl tərbiyənin
nəzəri problemləri” şöbəsi, sonradan isə Akademiyanın ayrıca institutu yara-
dılmışdı.
Milli münasibətlər və xalqlar dostluğuna aid 70-80-ci illərin birinci yarısında
Azərbaycan alimləri tərəfindən əsərlərin yazılmasında Azərbaycan KP MK-nın
“Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin işinin
yaxşılaşdırılması haqqında” (oktyabr 1976), “Sov.İKP XXV qurultayı qərarlarını
həyata keçirmək sahəsində Azərbaycan, Ermənistan və Gürcüstan Kommu-
nist Partiyaları Mərkəzi Komitələrinin birgə ideoloji tədbirlər planı haqqında”
(oktyabr 1976) [4],““Dostluq” teatrının yaradılması haqqında” (avqust 1977)
[5], “SSRİ xalqları dostluğu Respublika Sarayının yaradılması haqqında” (aprel
1979) [6], “Kutaisi, Leninakan və Kirovabad şəhərləri zəhmətkeşlərinin sosia-
lizm yarışının 30 illiyi haqqında” (may 1979) [3], “Azərbaycan zəhmətkeşlərinin
qardaş sovet respublikaları zəhmətkeşləri ilə beynəlmiləl əlaqələrini daha da
inkişaf etdirmək tədbirləri haqqında” (4 noyabr 1981) [1,s.32-48], Azərbaycan
KP Naxçıvan Vilayət Komitəsinin “Televiziya və radio vasitəsilə zəhmətkeşlərin
beynəlmiləl tərbiyəsi haqqında” (30 mart 1978) [7] və s. qərarlarının böyük
təsiri olub. Bu dövrdə yazılan kitab və məqalələrdə əsas məqsəd Kommunist
Partiyasının qərarlarından irəli gələn vəzifələri, ideyaları müdafiə etmək və
onların təbliğinə kömək göstərməkdən ibarət idi. Lakin bu əsərlərdə xalqlar
dostluğu pərdəsi altında sovet rejiminin yeritdiyi ruslaşdırma siyasətinin əksinə
olaraq milli dəyərlərin qorunması, milli dilin inkişafı məsələlərinə də
geniş yer
verilirdi. Müəlliflər bu məsələlərdə Azərbaycan rəhbərliyinin məruzə və çıxışla-
rında irəli
sürülən fikirlərə istinad edir, bu fikirlərə arxalanırdılar.
Azərbaycan KP MK-nın 4 noyabr 1981-ci il tarixli qərarı ilə bu mövzuda
ən yaxşı ictimai-siyasi və publisistik əsərlərin müəlliflərinə təqdim etmək üçün
N.Nərimanov adına medal da təsis edilmişdi. Bu dövrdə Azərbaycan rəhbərliyi
erməni şovinizminə qarşı mübarizədə xalqlar dostluğu ideyalarından səmərəli
istifadə edərək DQMV-də erməni separatizminin qarşısını ala bilmişdi. Fakt-
lar göstərir ki, erməni separatçıları 1969 –1982-ci illər istisna olmaqla sovet
hakimiyyətinin bütün dövrlərində Azərbaycana qarşı yersiz ərazi iddiaları ilə
çıxış etmişlər. Bu illərdə Azərbaycan rəhbərliyinin yeritdiyi məqsədyönlü güclü
siyasət milli dəyərləri, milli dili qorumaqla yanaşı, Azərbaycan ərazisinə qarşı
bəd niyyətlərin həyata keçilməsinin də qarşısını almışdır.
Nəticə
Azərbaycan tarixinin digər dövrləri kimi 1969 –1982-ci illərin yenidən tədqiqi
dövlətçiliyin inkişafında müsbət rol oynaya bilər. Müxtəlif çətinlik və təzyiqlərə
baxmayaraq o dövrdə formalaşmış kadrlar Azərbaycanın dövlət müstəqilliyinin
bərpa edilməsi uğrunda mübarizədə və dövlətçiliyin möhkəmləndirilməsində
müstəsna xidmətlər göstərmişlər. Azərbaycan tarixinin 1969 –1982-ci illərə