Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə119/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   115   116   117   118   119   120   121   122   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
307
1971-ci il plenumlarının materiallarına xüsusi diqqət yetirmək lazımdır. 1969-
1982-ci illərdə  əvvəlki illərə nisbətən müxtəlif problemlərə aid daha çox kitab 
çap olunub ki, bunların da əksəriyyəti Azərbaycan dilində olmuşdur. Məsələn, 
Azərbaycan SSR-də 1979-cu ildə 12,9 milyon nüsxə kitab nəşr olunub ki, bu-
nun da 8,1 milyonu Azərbaycan dilində idi [12,s.311]. 1978-1981-ci illərdə üç-
cildlik “Müasir Azərbaycan dili” kitabı nəşr olunmuş və Dövlət mükafatına layiq 
görülmüşdür.
Azərbaycan KP MK Bürosunun “Bakı şəhərində Asiya və Afrika xalqları ilə IV 
həmrəylik konfransının keçirilməsi haqqında” 20 aprel 1976-cı il tarixli qərarına 
müvafiq  olaraq  13-15  may  1976-cı  il  tarixində  200  sovet  nümayəndəsinin,  
Asiya və Afrika ölkələrindən gəlmiş 25 nümayəndənin iştirakı ilə bu tədbirin 
həyata keçirilməsinin digər məsələlərlə yanaşı milli dəyərlərin də qorunmasın-
da müəyyən rolu olmuşdur [2].
Bu  dövrdə  ermənilərin  müxtəlif  üsullardan  istifadə  etməklə  Azərbaycan 
ərazilərini    ələ    keçirmək    cəhdlərinin    qarşısı    çətinliklə  də  olsa  alınmışdır. 
Moskvanın  təzyiqi  nəticəsində  Azərbaycan  SSR  Ali  Sovetinin  2  min  hektar-
dan çox Azərbaycan torpağının ermənilərə verilməsi haqqında 7 may 1969-
cu  il  tarixli  qərarının  icrası  Heydər  Əliyevin  göstərişi  ilə  dayandırılmışdır. 
Erməni  separatçılığının  qarşısını  almaq  üçün  Azərbaycan  rəhbərliyi  DQMV-
də gedən prosesləri daima nəzarətdə saxlayırdı. Buna görə də 1973-cü ildə 
Stepanakertdə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında Pedaqoji İnsti-
tut açılmış, 1979-cu ildə Bakı-Ağdam dəmiryolu Stepanakertlə birləşdirilmişdi. 
Ermənilərin respublika rəhbərliyinə qarşı əvvəlki yersiz iddialarını aradan qal-
dırmaq üçün DQMV əhalisinin təminatı Azərbaycan SSR üzrə orta göstəricidən 
yüksəyə qaldırılmışdı [8].
 Kommunist rejimi 1970-1980-ci illərdə milli dəyərlərin tədricən aradan qal-
dırılmasına  və  beynəlmiləlçilik  ideyalarının  təbliğinə  daha  çox  fikir  verdiyinə 
görə sovet tarixşünaslığında bu mövzuda yazılan əsərlər də çoxluq təşkil et-
mişdir. 
XX əsrin 70–80-ci illərində ABŞ alimləri SSRİ-də, o cümlədən Azərbaycan 
SSR-də mövcud olmuş millətlərarası münasibətləri daim diqqət mərkəzində 
saxlamışlar. Məsələn, ABŞ-da bu mövzuda 1971-ci ildə 245, 1982-ci ildə isə 
258 dissertasiya müdafiə edilmiş, təkcə 1979 - 1980-ci illərdə “Millətçilik və 
Zaqafqaziyada sosial dəyişikliklər” mövzusunda iki böyük konfrans keçirilmiş-
dir [14, s.9].
 Bu dövrdə Azərbaycan SSR-də  əhalinin tərkibi çoxmillətli olduğu üçün bu 
problem  daim  diqqət  mərkəzində  olmuşdur.  Bu  illərdə  respublika  əhalisinin 
73,8 %-ni azərbaycanlılar, yerdə qalanını isə digər millət və xalqlar təşkil edir-
di  [13,s.47]. Bu dövrdə Azərbaycan SSR-də 100-dən çox, o cümlədən Bakıda 
90-dan çox, Kirovabadda (indiki Gəncə) 40-dan çox [16, s.92], Naxçıvanda 15-
dən çox [15, s.113] millət və xalqın nümayəndəsi yaşayırdı. Milli münasibətlər 
sahəsində  elmi-tədqiqat  işlərini  gücləndirmək  üçün  Azərbaycan  SSR  EA-nın 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
308 
Fəlsəfə və Hüquq İnstitutunda “Milli münasibətlərin və beynəlmiləl tərbiyənin 
nəzəri problemləri” şöbəsi, sonradan isə Akademiyanın ayrıca institutu yara-
dılmışdı. 
 Milli münasibətlər və xalqlar dostluğuna  aid 70-80-ci illərin birinci yarısında 
Azərbaycan alimləri tərəfindən əsərlərin yazılmasında Azərbaycan KP MK-nın 
“Azərbaycanın xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyətinin işinin 
yaxşılaşdırılması haqqında” (oktyabr 1976), “Sov.İKP XXV qurultayı qərarlarını 
həyata  keçirmək  sahəsində  Azərbaycan,  Ermənistan  və  Gürcüstan  Kommu-
nist Partiyaları Mərkəzi Komitələrinin birgə ideoloji tədbirlər planı haqqında” 
(oktyabr  1976)  [4],““Dostluq”  teatrının  yaradılması  haqqında”  (avqust  1977) 
[5], “SSRİ xalqları dostluğu Respublika Sarayının yaradılması haqqında” (aprel 
1979) [6], “Kutaisi, Leninakan və Kirovabad şəhərləri zəhmətkeşlərinin sosia-
lizm yarışının 30 illiyi haqqında” (may 1979) [3], “Azərbaycan zəhmətkeşlərinin 
qardaş sovet respublikaları zəhmətkeşləri ilə beynəlmiləl əlaqələrini daha da 
inkişaf etdirmək tədbirləri haqqında” (4 noyabr 1981) [1,s.32-48], Azərbaycan 
KP Naxçıvan Vilayət Komitəsinin “Televiziya və radio vasitəsilə zəhmətkeşlərin 
beynəlmiləl tərbiyəsi haqqında” (30 mart 1978) [7]  və s. qərarlarının böyük 
təsiri olub. Bu dövrdə yazılan kitab və məqalələrdə əsas məqsəd Kommunist 
Partiyasının  qərarlarından  irəli  gələn  vəzifələri,  ideyaları  müdafiə  etmək  və 
onların təbliğinə kömək göstərməkdən ibarət idi. Lakin  bu əsərlərdə xalqlar 
dostluğu pərdəsi altında sovet rejiminin yeritdiyi ruslaşdırma siyasətinin əksinə 
olaraq milli dəyərlərin qorunması, milli dilin inkişafı məsələlərinə də  geniş yer 
verilirdi. Müəlliflər bu məsələlərdə Azərbaycan rəhbərliyinin məruzə və çıxışla-
rında irəli sürülən fikirlərə istinad edir, bu fikirlərə arxalanırdılar.  
Azərbaycan KP  MK-nın 4 noyabr 1981-ci il tarixli qərarı ilə bu mövzuda 
ən yaxşı ictimai-siyasi və publisistik əsərlərin müəlliflərinə təqdim etmək üçün 
N.Nərimanov adına medal da təsis edilmişdi. Bu dövrdə Azərbaycan rəhbərliyi 
erməni şovinizminə qarşı mübarizədə xalqlar dostluğu ideyalarından səmərəli 
istifadə edərək DQMV-də erməni separatizminin qarşısını ala bilmişdi. Fakt-
lar göstərir ki, erməni separatçıları 1969 –1982-ci illər istisna olmaqla sovet 
hakimiyyətinin bütün dövrlərində Azərbaycana qarşı yersiz ərazi iddiaları ilə 
çıxış etmişlər. Bu illərdə Azərbaycan rəhbərliyinin yeritdiyi məqsədyönlü güclü 
siyasət milli dəyərləri, milli dili qorumaqla yanaşı, Azərbaycan ərazisinə qarşı 
bəd niyyətlərin həyata keçilməsinin də qarşısını almışdır. 
Nəticə
Azərbaycan tarixinin digər dövrləri kimi 1969 –1982-ci illərin yenidən tədqiqi 
dövlətçiliyin inkişafında müsbət rol oynaya bilər. Müxtəlif çətinlik və təzyiqlərə 
baxmayaraq o dövrdə formalaşmış kadrlar Azərbaycanın dövlət müstəqilliyinin 
bərpa edilməsi uğrunda mübarizədə və dövlətçiliyin möhkəmləndirilməsində 
müstəsna  xidmətlər  göstərmişlər.  Azərbaycan  tarixinin  1969  –1982-ci    illərə 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə