Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə116/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   112   113   114   115   116   117   118   119   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
296 
edildiyi kimi, “əmək, ailə-nikah, mülki-hüquq münasibətləri”dir. Pozitiv hüquq 
sistemində  qanun  və  ədalətin  mükəmməl  balansının  və  düzgün  həllinin  ta-
pılması çətin olur. Məhkəmə sisteminin prosedurlarının gedişatı, mübahisədə 
olan tərəflərin mövqeyi və məhkəmə çəkişmələrinin “mənəvi yükü” də ağır olur. 
Əksər hallarda insanlar məhkəməyə müraciət etməyə çəkinirlər. Proseslərin so-
nunda  tərəflər  bir  çox    hallarda  barışıq  əldə  edə  bilməyərək    düşmən  kimi 
ayrılırlar. Yəni bu halda barışıq heç bir əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsi 
elə tərtib edilmişdir ki, burada cinayət faktının qeydə alınmasından başlayaraq, 
artıq əsas olan “zərərçəkən” və “təqsirkar” adlanan tərəflərin bir-birinə  iddiası 
və  məhz cinayəti faktı olur. 
Məhz  bu  qeyd  edilən    və  digər  məsələlərin  həlli  çərçivəsində  mediasiya-
nın ardıcıl və daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlmişdir. Beynəlxalq 
təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin 
alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına  ciddi kömək edə bilər.
Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik, hüquqi dövlətin in-
kişafı mərhələsini yaşayır. Bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi 
islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onun-
la sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə və s.) yeni 
qanunların  tətbiq  edilməsini,  beynəlxalq  bəyannamələrə  qoşulmağı  və  ölkə 
qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir. 
Müasir  dövrdə  Azərbaycanda  məhkəmə  sisteminin  yenidən  qurulması 
istiqamətində də geniş islahatlar aparılır. Böhran və münaqişəli vəziyyətlərin 
məhkəmədənkənar  və  məhkəməyə  qədər  tənzimlənməsi  ilə  bağlı  alternativ 
həll  yollarının  seçilməsi  məsələsinin  xüsusi  aktuallıq  kəsb  etdiyi  bir  dövrdə 
ölkəmizdə  mübahisələrin  alternativ  həlli  üsullarının,  xüsusilə  də  mediasiya-
nın tətbiqi bir sıra postsovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaş-
ma mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb. Azərbaycan Res-
publikasında  mediasiya  institutunun  inkişaf  etdirilməsinin  hüquqi  əsasları 
kimi  Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan  Respublikasının 
Əmək Məcəlləsi, “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının 
Qanunu,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu,  Mülki  Prosessual  Məcəllə,  “Məhkəmə  qərarlarının  icrası  haqqında” 
Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıx-
dığı beynəlxalq aktlar və s. normativ aktları göstərmək olar.
Qeyd  etdiyimiz  kimi,  müasir  şəraitdə  məhkəmə  sistemində  mübahisə  və 
münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. 
Belə ki, mübahisələrin alternativ həlli yollarının tətbiq edilməsi insanlar üçün hü-
quq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət 
olmadan razılığa gəlməsi və son nəticədə ədalət məhkəməsindən fərqli olaraq 
əməkdaşlıq  münasibətlərinin  saxlanması  imkanlarını  açır.  Vasitəçiliyin  üstün 
tərəflərindən  biri  də  odur  ki,  mübahisə  tərəfləri  proseduru  müstəqil  şəkildə 
tənzimləmək imkanı əldə edirlər.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
297
Beləliklə,  münaqişələrin  mediasiya  prosedurunda  tənzimlənməsi 
nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin 
mübahisəyə, münaqişəyə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısı-
nın  alınması  əsas  məqsədə  çevrilir.  Təkrarlana  biləcək  mübahisə,  münaqişə, 
yaxud böhran şəraitində qarşılıqlı əlaqəli iki davranış prinsipi – münaqişənin 
həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi 
və münaqişənin sülh yolu ilə həll edilməsi məqsədilə güc tətbiq edilməsinin 
yolverilməzliyi – əsas götürülür. 
Münaqişənin  alternativ  vasitələrlə  tənzimlənməsi  yeni,  hər  bir  münaqişə 
tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. 
Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan 
biri də odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə və genişlənməsinə 
səbəb  olmamalı  və  münaqişənin  tənzimlənməsi  itkisiz  və  bütün  tərəflərə 
(mübahisə tərəfləri və mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə 
bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməli, fikir mübadiləsi 
aparmalı və mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə 
yolu seçməlidirlər. 
Alternativ  həll  vasitələrilə  keçirilən  prosedurların  iqtisadi  cəhətdən  daha 
qənaətcil olması, daha qısa zaman müddətində səmərəli nəticələr əldə edilməsi 
məqsədini daşıması, həmçinin bir sıra digər üstünlükləri müasir dünyada bu 
vasitələrin tətbiqini aktuallaşdırmışdır.
Qeyd  etmək  lazımdır  ki,  indiyə  qədər  mediasiya  proseduru  hətta  
beynəlxalq-hüquqi  əsaslarda  da  kompleks  təhlil  edilməmişdir.  Mediato-
run  da  iştirak  etdiyi  mübahisələrin  alternativ  həlli  yollarının  mahiyyəti  və  
tətbiqinə    dair  elmi-hüquqi  cəhətdən  kompleks  əsaslandırılmasına  həsr 
edilən tədqiqatların sayı  hələlik çox deyil. Müxtəlif dövlətlərdə mediasiya-
nın  hüquq  sisteminə  inteqrasiyasına  dair  əhəmiyyətli  təcrübənin  olmasına 
baxmayaraq,  milli  qanunvericiliklərdə  bu  təcrübə  az  öyrənilən  sahə  olaraq 
qalmışdır. Mediasiyanın müxtəlif sahələrdə, o cümlədən müqayisəli-hüquqi 
aspektdən  öyrənilməsinə  hələlik  cəhd  edilməmişdir.  Ənənəvi  olaraq  medi-
asiyaya dair tədqiqatlar  mübahisələrin alternativ həlli üsulları çərçivəsində 
nəzərdən  keçirilir.  Ayrı-ayrı  barışıq  prosedurlarının  tədqiqinə  müəyyən  yer 
verilmişdir. 
Azərbaycana gəldikdə isə milli hüquqşünaslıq elmində müstəqilliyin əldə 
edilməsi ilə mediasiyanın mülki yurisdiksiyada bir neçə istiqaməti təcrübi ola-
raq  inkişaf etməyə başlamışdır. Eyni zamanda qeyd edilməlidir ki, mediasi-
ya xüsusilə  elmi-hüquqi,  nəzəri aspektdə Azərbaycanda hələlik  sistemli və 
kompleks  təhlil  edilməmiş  sahələrdən  biridir.  Milli  hüquqşünaslıq  elmində, 
mülki  və arbitraj hüququna dair tədqiqatlarda mübahisələrin alternativ həlli 
üsullarına dair  ədəbiyyat o qədər çox deyil. Müəlliflər əsasən ayrı-ayrı üsulla-
rı və onların xaricdə tətbiqi təcrübəsini tədqiq etmişlər. Bu, mediasiyaya dair 
mövcud ədəbiyyatın izlənilməsində də aşkar görünür.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə