Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə114/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
292 
güzəştə  getməsi  prosesidir.  Beləliklə,  mediasiya  sosial  sülhün  keyfiyyət  aləti 
kimi çıxış edir: tərəflər qarşıdurmaya son qoyaraq yaxınlaşma prosesinə da-
xil  olurlar  və  şəxsi  cəhdlər  əsasında  maksimum  dərəcədə  onları  qane  edən 
qərarı tapmağa çalışırlar və bütün bunlar tərəflər arasında bərabər və inandırıcı 
münasibətlər yaradan, qərarların qanuniliyini təmin edən mediatorun nəzarəti 
altında baş verir. Danışıqlar münaqişənin alternativ həlli üsulu kimi qəbul edi-
lir. Münaqişənin alternativ həlli üsulu kimi qəbul edilən mediasiya meydana 
çıxmamışdan  çox-çox  əvvəl  bəşər  tarixində  mübahisələrin  neytral  arbitrlər 
tərəfindən həlli nümunələrini tapmaq mümkündür.
Hələ 1899 və 1907-ci illərdə qəbul edilmiş Haaqa bəyannaməsində, sonra 
isə  BMT  Nizamnaməsinin  33-cü  maddəsində  vasitəçilik  mübahisələrin  alter-
nativ həlli metodu kimi qəbul edilmişdir. XX əsrin 90-cı illərində dünyada so-
yuq müharibənin sona çatması beynəlxalq, yaxud dövlətlərarası münaqişə və 
mübahisələrin tənzimlənməsində mediasiyanın geniş tətbiq edilməsinin əsas 
şərtlərindən biri oldu. Mövcud ideoloji qarşıdurmanın sona çatması nəticəsində 
BMT-nin vasitəçilik cəhdləri genişləndi və regional təşkilatların müvafiq imkan-
larının möhkəmlənməsinə şərait yarandı [3]. 
Mediasiya  ilə  bağlı  “Harvard  konsepsiyası”na  görə,  mediasiya 
reqlamentləşdirilmiş danışıqlar texnikasıdır. Bu konsepsiya müəyyən prinsiplər 
üzərində  qurulur  və  münaqişələrin  həlli  ilə  bağlı  danışıqlarda  tətbiq  edi-
lir.  Bu  konsepsiyaya  görə,  mediasiya  xüsusi  prosedurdur,  hakim    və  dövlət 
məhkəmələri ilə heç bir əlaqəsi yoxdur. Mediasiyanın əsas fərqləndirici cəhəti 
tərəflərin  yüksək  səviyyəli  müstəqilliyə  malik  olması,  ümumi  mövqelərin 
seçilməsi  və  əlverişli  nəticələrin  əldə  edilməsi  ilə  bağlıdır.  Bu  əlaqəlilik  üç 
fəaliyyətlə bağlıdır: 
1) dövlət, yaxud qeyri-dövlət hakimlərinin iştirakı ilə aparılan danışıqlar; 
2) moderasiya;
3) danışıqlarda üçüncü tərəfin münaqişənin həlli məqsədilə iştirak etməsi.
Mediasiya  müasir  dövrdə  olduqca  intensiv  inkişaf  edən  sahədir  və 
beynəlxalq birlik tərəfindən mübahisələrin həllinin dövrün çağırışlarına cavab 
verən, insanların hüquqi dövlətdə birgəyaşayış tələblərinə və özünü reallaşdır-
masına uyğun gələn universal üsulu kimi qəbul edilir. Mediasiya mürəkkəb ta-
rixi təkamül yolu keçərək qarşıdurma və mübahisələrin aradan qaldırılmasının 
elə bir metodu kimi formalaşmışdır ki, tərəflərin vəziyyətdən çıxış yolunu axtar-
masında özlərinin fəal və maraqlı olmalarını şərtləndirir, buna nail olmaq üçün 
qüvvə  və  nüfuzlarından  istifadə  etməyə  sövq  edir.  Ən  vacibi  mübahisələrin 
opponentin ziyanına və onun hesabına həll edilməsi prosesi olmayıb, əksinə, 
tərəflərə öz maraq və hüquqlarını təmin etmək üçün bərabər  imkanlar verir.
Mediasiya  praktikası  Qərb  ölkələrində  geniş  yayılmışdır.  Mediasiya 
mübahisədə olan tərəflər arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki 
tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasiya mübahisələrin 
həlli  prosedurunda  üçüncü  tərəfin  -  mediatorun  iştirakını  nəzərdə  tutur  və 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
293
vasitəçiliyin  özünəməxsus  bir  forması-
dır.  Uğurla  başa  çatacağı  təqdirdə  medi-
asiya  prosesində  nə  qalib,  nə  də  məğlub 
tərəf  olur.  Mübahisədə  olan  bütün  tərəflər 
udur. Mediator - mübahisə edən tərəflərin 
məhkəməyə müraciət etdikləri halda vasitəçi 
şəxs kimi qəbul etdikləri və tərəfləri barışdı-
ra biləcək, ümumi razılığın əldə edilməsinə 
nail ola bilən fiziki şəxsə deyilir. Mediator nə 
hökm verən hakim, nə də arbitrdır, mediator 
tərəflərin konsensusa gəlməsinə nail olan vasitəçidir.     
Mediasiya  institutunun  Azərbaycanda  yaranması  və  tətbiqini  zəruri  edən   
aşağıdakı bir neçə amili vurğulamaq yerinə düşər:
 1.Qeyd edildiyi kimi, Avropa Şurasının və digər çoxsaylı mötəbər beynəlxalq 
təşkilatların  üzvü  olan  Azərbaycanda  vahid  hüquq  məkanının  yaradılması, 
beynəlxalq qanunvericiliyin unifikasiyası mövcud mütərəqqi hüquqi praktika-
ların ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir. 
  2.  Mediasiya  tolerantlıq  və  konsensus  institutu  kimi,  adətən,  dialoq  və 
ünsiyyət mədəniyyətinin yüksək olduğu cəmiyyətlərdə  daha  intensiv inkişaf 
edir. Azərbaycan dialoqun yüksək inkişaf etdiyi ölkə kimi tanınır. Azərbaycanda  
mübahisəli məsələlərin ağsaqqalların iştirakı ilə məsləhətləşmələr yolu ilə həlli 
qədim tarixi köklərə malikdir. Buna görə də ölkədə mübahisələrin məhkəməyə 
qədərki həlli praktikasının fəal tətbiqi imkanları böyükdür. Belə ümumi qənaət 
mövcuddur ki, “mediasiya bütün hüquqi cəmiyyətin gələcəyinin institutudur”. 
Mediasiya institutu bu gün nəinki məhkəmə-hüquq sistemi, eləcə də bütövlükdə 
hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Cəmiyyətdə insan-
lar təşəbbüslərini öz üzərlərinə götürməli, dialoq və barış şəraitində yaşamağı 
öyrənməlidirlər.  Azərbaycan  müasir  dünyanın  hüquqi  praktikasında  mövcud 
olan başlıca meyillərin tətbiqinə, vətəndaş cəmiyyəti qurumlarının daha da in-
kişaf etdirilməsinə, müstəqil məhkəmə sisteminə dayaqlanan hüquqi dövlətin 
əsaslarının  möhkəmləndirilməsinə yönəlmiş siyasət həyata keçirir. Müstəqillik 
illərində  həyata  keçirilmiş  məhkəmə-hüquq  islahatları,  toplanmış  əvəzsiz 
təcrübə dinamik və mütərəqqi institut olan mediasiyanın hüquqi mədəniyyətə 
və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin 
müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabit-
liyi təmin edir.
  3.  Müstəqil  Azərbaycanın  vətəndaşları  məhkəmə-hüquq  sisteminə  öz 
tələbləri  ilə  daha  çox  mütaciət  etməyə  başlayıblar.  Artıq  2000-ci  illər  üçün  
məhkəmə  sisteminin  olduqca  yüklənməsi  reallıq  olmuşdur.  Belə  hallar-
da  qanunçuluğun  keyfiyyətinin    təminatı  məsələsi  gündəmə  gəlmişdir.  “Bir 
məqamı vurğulamaq kifayətdir ki, son dövrlərədək Bakı şəhərinin rayonların-
da məhkəmələrin icraatında bir ildə 500-dən çox mülki, 150-dən artıq cinayət 
Mediasiya praktikası Qərb 
ölkələrində geniş yayılmışdır. 
Mediasiya mübahisədə olan 
tərəflər arasında qarşılıqlı 
konsensusa əsaslanan və 
hər iki tərəfi qane edən dərk 
edilmiş qərara gəlmək yoludur.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə