Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə117/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   113   114   115   116   117   118   119   120   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
298 
   Azərbaycanda mübahisələrin məhkəmədənkənar və yaxud məhkəməyə 
qədər  həlli  vasitəsi  kimi  mediasiyanın  bəzi  istiqamətlərinin  arbitraj 
məhkəməsində,  xarici  iqtisadi  mübahisələrin  həllində  və  s.  tədqiqi  son 
dövrlərdə aktuallaşmışdır.  
İstifadə edilmiş ədəbiyyat:
1.  Prezident İlham Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni inzibati 
binasının təntənəli açılışı mərasimində nitqi // AzərTAc, 12 may 2009-cu il.
2.  Abdullayev N.  Mediasiya (mübahisələrin məhkəmədənkənar alternativ həlli üsulu 
kimi). Bakı: “CBS”, 2009. 
3.  Ales Zalar. Towards primary dispute resolution system: global trends in civil and 
family mediation. An overview of the best practices in Europe // http://camera ar-
bitrale. odc.mi.it/allegati/utenti
4.  Веренко И.С. Конфликтология. Москва:  “Просвещение”, 1987. 
5.  Понятие и принципы медиации. http//www.arbimed.ru
6.  Ракитина  Л.Н.,  Львова  О.А.  Медиация  (посредничесто).  Как  урегулировать  
спор, не обращаясь в суд. Москва: “Эксмо”, 2008.
7.  Бесемер  Х.  Медиация  –  посредничество  в  конфликтах.  Калуга:  “Духовное 
познание”, 2004.
8.  Медиация  в  нотариальной  практике  (Алтернативные  способы  разрешения 
конфликтов). Москва: Волтерс Клувер, 2005.
9.  Медиация – искусство разрешать конфликты. Знакомство с теорией, методами 
и  профессинальными  технологиями.  Составители:  Г.Мета,  Г.Похмелкина. 
Москва: “VERTE”, 2004.
10. Медиация  в  нотариальной  практике  (Алтернативные  способы  разрешения 
конфликтов). Москва: Волтерс Клувер, 2005.
11. http://www.mediacia.com/wordmed.htm
12. http://www.jlc.gov.az/ Meqaleler/21.12.2010-2.pdf.
13.  http://www.humanrights-jwg.org/metbuat/olkede/324-h601r-12-min601-c601mi-
1-v601kil.html
Natig  Abdullayev
Definition of the term of mediation and historical formation of mediation
The article dedicated to the analysis of history of development of media-
tion. The author gives his vision on definition of the notion of mediation and 
history of the creation of mediation and underlines that there are alternative 
ways of the conflict resolution. According to him mediation is a process of 
conflict resolution involving a third party. In modern times the use of mediati-
on in the settlement of conflicts, as an alternative method of settling interna-
tional disputes has become a tradition.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
299
Натиг Абдуллаев
Посредничество: международный и национальный опыт
Статья посвящена анализу истории развития медиации. Автор пред-
лагает  свое  определение  понятия  посредничества,  рассказывает  об  ее 
истории создания и отмечает, что существуют альтернативные способы 
разрешения конфликтов.
Посредничество - это процесс урегулирования конфликтов с участием 
третьей стороны.
В наше время использование посредничества в урегулировании кон-
фликтов в качестве альтернативного метода разрешения международных 
споров стало традицией.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
300 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
301
TARİX, FƏLSƏFƏ, 
MƏDƏNİYYƏT: 
MÖVQELƏR, BAXIŞLAR  


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
302 
Milli dəyərlər 
uğrunda mübarizənin 
tarixşünaslığı 
(1969 - 1982-ci illər)


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
303
Açar  sözlər:  adət-ənənə,  milli  dil,  milli  münasibətlər,  xalqlar  dostluğu, 
tarixşünaslıq   
Key words: traditions, national language, national relations, friendship of 
nations, historiography
Ключевые слова: традиция, национальный язык, национальные отно-
шения,  дружба народов,  историография
Milli dəyərlər 
uğrunda mübarizənin 
tarixşünaslığı 
(1969 - 1982-ci illər)
Məhərrəm 
ZÜLFÜQARLI
Azərbaycan Turizm 
İnstitutunun dosenti, 
tarix üzrə fəlsəfə doktoru
mzulfugarli@gmail.com


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
304 
Giriş 
Azərbaycanın  üç  min  ildən  artıq  dövlətçilik  tarixinin  təxminən  min 
ili  müstəqillik,  iki  min  ili  isə  istilalar  və  yadelli  əsarəti  dövrünə  aid  edilir. 
Azərbaycan tarixində şərəfli yer tutan 20-dən artıq müstəqil dövlətin  tarixi-
nin tədqiqi ilə yanaşı, xarici təcavüz nəticəsində dövlət müstəqilliyinin itirildi-
yi dövrlərin də obyektiv araşdırılması müasir dövrdə mühüm əhəmiyyət kəsb 
edir. Belə dövlətlərdən  biri də 27 aprel 1920-ci il tarixində XI qızıl ordunun 
işğalı  ilə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutundan  sonra  yaradılmış  və 
1920-1991-ci  illəri  əhatə  edən  Azərbaycan  Sovet  Sosialist  Respublikasıdır. 
Digər dövrlərdə olduğu kimi 1969-1982-ci illərdə də milli dəyərlərin, milli di-
lin qorunması uğrunda mübarizə getmişdir. Bu dövrdə XX əsrin 20-30-cu və 
40-50-ci illərindən fərqli olaraq mübarizənin forma və metodları fərqli olmuş-
dur.  Məhz  bu  mübarizə  nəticəsində  1969-1982-ci  illərdə  Azərbaycanın  milli 
dəyərləri, ədəbi dili daha da inkişaf etmişdir. Bu dövr haqqında çoxlu sayda 
məqalə və kitab yazılsa da, dövrün tarixşünaslıq baxımından tədqiqi diqqətdən 
kənarda  qalmışdır.  Bu  səbəbdən  təqdim  olunan  bu  məqalə  dövrün  tarixşü-
naslığına həsr olunub. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər 
Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra respublika-
da milli kadrların yetişdirilməsi, milli dəyərlərin qorunması sahəsində görülmüş 
mühüm işlər işıqlandırılmış, həmçinin bu dövrə aid yazılmış kitablar tarixşünas-
lıq baxımından təhlil edilmişdir.
Milli dəyərlər uğrunda mübarizənin təşkili
Müasir dövrdə Azərbaycan tarixinin digər dövrləri kimi XX əsr tarixinin də 
yenidən, obyektiv şəkildə tədqiqi aktuallıq kəsb edir. Ümummili lider Heydər 
Əliyev Azərbaycanın XX əsr tarixinin yenidən yazılmasının aktuallığı haqqında 
demişdir: “Azərbaycanın XX əsr tarixi yazılmalıdır… Bu əsrdə dünyada və 
respublikamızın həyatında baş verən ictimai-siyasi hadisələr məlumdur. 
Ancaq  bu  XX  əsrdə  yaşadığımız  ideologiyaya  və  onun  konsepsiyasına 
görə bizim tariximiz təhrif olunmuşdur” [10, s.369].
Azərbaycanın XX əsr tarixinin digər dövrləri kimi 1969-1982-ci illərin tədqiqi 
də müasir dövrdə öz aktuallığı ilə diqqəti cəlb edir. Bu dövrdə digər məsələlərlə 
yanaşı, Moskvanın yeritdiyi siyasətin əksinə olaraq, milli adət-ənənənin, milli 
dilin qorunması sahəsində mühüm işlər görülsə də, bu məsələlər indiyə qədər 
tarixşünaslıq baxımından tədqiq olunmayıb.
T.Qaffarovun 1999-cu ildə nəşr olunmuş 279 səhifəlik “Azərbaycan tarixi” 
(1920-1991)  kitabının  10-cu  paraqrafı  “70-80-ci  illərdə  Azərbaycanda  milli 
oyanış, iqtisadi və sosial tərəqqi” adlanır. Dövrün bu cür bölgüsü digər kitab 
və məqalələrdəki bölgülərdən köklü şəkildə fərqlənir və fikrimizcə, reallığı əks 
etdirir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə